Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə5/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   2   3   4   5   6   7   8   9   ...   282

 

10 


yaxşıdır, nə  qədər pisdir?  Dini fanatizmin, dini düşüncənin cəmiyyət həyatında, elə  

mənim öz həyatımda  bəzi  dindarların  şəxsində oynadığı mənfi rol dinlər haqda tənqidi 

baxışın  yaranmasına səbəb oldu. Yalnız tənqidi, sərbəst, keçmiş  məhdud düşüncədən, 

adət və  dəyərlərdən təmizlənmiş rasionalist baxış reallığı olduğu kimi dərk etməyə  və 

həqiqəti görməyə imkan verən vasitədir. Tənqidi baxış həqiqətin açarıdır. 

Hər bir dini təlim digərini istisna edir və  mənfi baxır, bu insanları ayırmağa, başa 

düşməməyə xidmət edir. Mən isə müxtəlif   dini bilikləri, eynilə rasional bilikləri təsvir 

etməklə, onların  yayılmasına, düz başa düşülməsinə  və insanların müxtəlif  bilik və 

imkanlar içərisindən inandığı  sərfəli  yolu seçməsinə kömək edirəm. Dinlər haqda 

məlumatları toplayaraq və onları analiz edərək onların  yaxşı  və pis  cəhətlərini də  təsvir 

edərək həqiqətin aşkar edilməsinə çalışdım və oxucuları da düşündürməyə, onların da 

həqiqəti özləri tapmasına stimul verdim.

 

Dünyada elə bir şey yoxdur ki, digər  şeylə 



əlaqədə və müqayisədə ancaq pis və ya ancaq yaxşı xüsusiyyətlər göstərsin. Hər şey məhz 

müxtəlif əks mənalı keyfiyyətlərin - cütlərin kombinasiyasıdır. Dinlər özlərini tam müsbət 

görə bilərlər, hər bir insan kimi. 

 

Obyektiv məlumat kiməsə xoş  gəlməyə bilər. Lakin 



dinlərin  və ruhanilərin də tarix ərzində etdikləri səhvləri,  mənfi cəhətləri kəsib ata 

bilməzdim. Onda mən yalançı olardım.. Buna teologiya icazə vermir. Bunu həyat 

göstərir. Bu səbəblərə görə  mən məlumat mənbələrindən topladığım həm müsbət, həm 

mənfi məlumatları  verdim, həqiqət naminə, düzlük naminə. Lakin tarix edilən səhvləri, 

mənfi antihumanist hərəkətləri və davranışları bağışlamağa –unutmağa qadirdir. Tarixdə 

yazılmış o səhvlər bu gün aydın göstərir ki, məhz nəyi etmək olmaz və  nəyi etmək 

lazımdır? Bəşəriyyət qarşısında hansı rolu oynamaq, hansı  məsələlərin həllinə çalışmaq  

lazımdır? Bu zərurəti, bu tələbləri dinin hərəkətverici qüvvələri – ruhanilər və dindarlar 

dərk etməlidirlər. Yalnız bu məsələni dərk etməklə və cəmiyyətin digər qüvvələrilə elm 

və texnologiya ilə, iqtisadi idrarələrlə, dövlət idrarələrilə birlikdə, əməkdaşlıqda insanlığı 

xilas etmək olar; insanları xoşbəxtliyə çatdırmaq olar; sülh əldə etmək olar. 

1400 ildən çox dərin tarixə gedib çıxan dinlərin bu gün yenidən keçmişi bayraq 

etməsi, hər kəsin həyatına fanatizm və fundamentalizm, tradisionalizm, gələcəyi 

düşünməkdən imtina, qapalılıq, izolyasionizm və qeyri - rasioanllıq gətirməsi cəmiyyətin 

və  hər bir insanın  əsil bəlasıdır. Dinləri qəfildən cəmiyyətdən kənarlaşdırmaq olmaz, 

onları yalnız reforma edərək, düşüncə üzərində dini diktaturanı  ləğv edərək  insana və 

cəmiyyətə faydalı xidmətə yönəltmək olar. Ona görə  mən qərara aldım ki, dinlərin 

rasional reforma yollarını da göstərim ki, onlar insanlara və  cəmiyyətə faydalı xidmət 

etsinlər və səhv hərəkətlərdən imtina etsinlər. Xüsusilə, islamı  reforma etməklə, bu günə 

uyğunlaşdırmaqla islam xalqlarını xilas etmək olar. Ona görə islamın reforma 

strategiyasını hazırlayıb kitaba əlavə etdim. Məqsədim isə  bəşəriyyət içərisində daha 

məzlum olan islam xalqlarını və onların  qeyri - rasional dövlət sistemlərini xilas etmək

onları xoşbəxtliyə çatdırmaqdır. 

Qədim Yəhudi  peyğəmbərləri və onların təlimləri  əsasında həmin regionda 

meydana gəlmiş digər peyğəmbər və ruhanilər dünyanı və yaşadıqları ictimai sistemləri 

dəyişməz, ağa – qul, istismarı əbədi, Allahın yaratdığı kimi qalmasını qəbul etmişlər. Bu 

sistemdə sadə insanların ağır vəziyyətdən xilasını  1) söz , fikir və  özünü - inandırmanın 

istifadə edildiyi  sitayiş-dualar vasitəsilə və 2) icma və quldarlıq quruluşunda  stabilliyi 

təmin etmək üçün  ağa  qarşısında davranış    tələblərinə  əməl etməklə  təklif edirdilər. 

Lakin bu insanları heç nədən xilas etmədi, onların üsyanlarının qarşısını ala bilmədi, 




 

11

dözməyə    və  hər  şeyin  yaxşı olduğuna özünü inandırma isə özünü aldatma - yalandan 



özünə toxtaqlıq verməklə  insanları ictimai quruluşu  dəyişməkdən,  ağıldanistifadə 

etməkdən yayındırdı.  Nəticə olaraq insanlara xilas deyil, bədbəxtlik, gerilik, müharibələr 

və düşmənçilik gətirdi; insanlar arasına ayrılıq,  qruplara bölünmə saldı. 

Mən isə yeni rasional sivilizasiyanın xəbərdarı, dünyanı dəyişən, ictimai quruluşları 

insanların öz birgə  ağlı  və  fəaliyyəti ilə  dəyişdirilə bilən qəbul edərək, bu dəyişikliyi 

həyata keçirmək vasitəsilə  insanların xilas yolunu göstərmişəm.         

Mən insanlara – bəşəriyyətə rasional təşkil, idarə, qanun - vericilik, sosial - iqtisadi 

prinsiplər və  cəmiyyətin hər bir üzvünün iştirak edə biləcəyi qanun və  qərar qəbulu 

mexanizmi və prinsipləri, rasional həyat tərzini gətirmişəm; yeni rasional əxlaq və 

davranışı,  icmalar  arası münasibətlərin  rasional prinsiplərini,  elmi rasional 

sivilizasiyanın əsas prinsiplərini, dəyərlərini və qurmaq metodunu gətirmişəm. 

İnsanların  şüuru və mühiti dərk etməsi, bu mühiti, xüsusilə, ictimai sistemin onun 

bilik və  şüur səviyyəsinə uyğun olmasını  tələb edir. Zəruri olaraq ictimai sistemin 

dəyişdirilməsi- səmərələşdirilməsi problemi yaranır. Bu kitab məhz ictimai sistemin 

təşkilinin rasional yenidən qurulması yolunu təklif edir. Elə bir təşkili quruluşu təklif edir 

ki, azlar, seçilmişlər deyil, hamı yaxşı yaşaya bilsin, bir hissə digəri üzərində dominant 

imkanlara malik olmasın. Azlar hakim rolu əlinə keçirərək çoxları istismar edib onları pis 

həyat şəraitində yaşamağa məcbur etməsinlər, bütün xalqa məxsus sərvətləri səmərəsiz və 

öz şəxsi hobbilərinə sərf etməsinlər - bütün xalqa bərabər xeyirlə çatmasını təmin etsinlər. 

Bu kitab Yer kürəsi vətəndaşlarına ümumi məqsədlər üçün, birgə  fəaliyyət üçün bir 

çağırışdır. 21-ci əsrə  qədəm qoymuş    bəşəriyyət onun ümumi  böyük bilik və  dərk 

etməsindən,  şüur və  ağıl səviyyəsindən geri qalan   ictimai quruluşlarını, qanunlarını, 

konstitusiyalarını, idarə sistemlərini və metodlarını,  həyat tərzlərini  necə bu səviyəyə 

uyğunlaşdıra bilər?  Kitabda  bu suala cavab olaraq  Rasional cəmiyyət ictimai quruluşu  

və onun yeni iqtisadi sosial  və əxlaq prinsipləri; rasional həyat tərzi, rasional dünyabaxış 

və digər tədbirlər təklif olunur. Kitab sizi diskussiyaya çağırır.  Əgər bu təkliflər 

bəşəriyyətin  əsas problemlərini  həll etməzsə, onda siz öz təklifinizi deyin, elə sistem 

təklif edin ki, yetişmiş ağıla, biliyə təcrübəyə uyğun olsun. 

Mövcud  dini mənbələr   çoxdan köhnəlmişdir: onların ziddiyyətli göstərişləri, bu 

günə uyğun gəlməyən məsləhət və  təlimatları, elmi biliklə  və real həyatla təsdiq 

olunmayan səhv inancları  aşkar olmuşdur. Onlar eyni olmadığı üçün eyni faydalılığa 

malik deyillər. Onların belə formada istifadə olunması,

 

davranışları onların nümunələrinə 



görə  seçmək bəşəriyyətin normal həyatı, birliyi, inkişafı üçün çox təhlükəlidir. Onların 

düzgün, zamana uyğun başa düşülməsi lazımdır. Lakin fundamentalizm çoxlarına bunu 

başa düşməyə mane olur. Dinlərdə insanlar üçün faydalı yalnız  xalqların  özlərinin tarix 

boyu formalaşdırdığı  əxlaq və davranış normalarının təbliği və meditasiya qalmışdır. 

Qalan bütün digər miflər, ictimai həyatdan uzaqda durmağa çağırış, insanları bölmək, 

birliyə mane olmaq, həqiqəti danışmamaq, insan hüquqları,  ədalət  uğrunda mübarizə 

etməmək keyfiyyətləri onların qeyd edilən yaxşı  cəhətlərini gölgədə qoyur və  nəticədə 

onları lazımsız edir.  Bu kitab  dini kitabları,  ideologiyaları  əvəz edəcək və yeni rasional 

insan cəmiyyətinin əsasını qoyacaq  Başlanğıcdır, yeni pöhrədir, yeni toxumdur, Rasional 

cəmiyyət insanının nəzəri bilik mənbəsidir. 

Bu kitabı, nəhayət, qurtararkən mən onun qurtardığını hiss etmədim. Mən  bütün 

fikirləri sistemik formada təkrar olmadan , dəqiq, faktlarla yazmaq istədim, lakin  mən 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə