Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə3/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   2   3   4   5   6   7   8   9   ...   282

 

6

var. Bu başqa ifadə ilə çoxlar təklər üçün yaşayır prinsipidir. Və yaxud hər tək - çoxluğun 



fəaliyyəti və onunla əlaqələr vasitəsilə yaşayır. Bu prinsip  insan cəmiyyətində, 

heyvanlarda, canlılarda, cisimlərdə mövcuddur. Dünya bu prinsiplə yaşayır. 

Real həyatda, bəzi fərdlər bu qanunu özünün üstün hüquqlar, üstün xeyir almaq 

qanunu kimi qavrayır,  çoxluğun məhz onun üçün birtərəfli çalışmağa borclu olması kimi 

anlayır. Tək- çox münasibətlərində      Çoxun da insan   şüuruna malik olması, anlaması  

əks reaksiyalar yaradır, konflikt, müharibələr, təbiətin dağılması, kasıblıq və harınlıq 

meydana gəlir.  İnsanlar təbii – “ nə  qədər xeyir alırsansa, o qədər də  tərəfdaşa xeyir 

verməlisən “, və yaxud “bərabər əmək, bərabər nəticələr bölgüsü “- qanununu düz başa 

düşmürlər.  Yəni bərabər xeyirli əməkdaşlıqı qəbul edə bilmirlər. İnsan zəkası bu prinsipə 

əməl etməyə–lakin effektiv, hamının xoş  həyatına gətirəcək formada istifadə etməyə 

imkan verir.  

Məhz bu kitabda daha ağıllı(rasional) cəmiyyətə daha çox uyğun gələn “həm özün, 



həm mühitin üçün bərabər xeyir” prinsipi,  başqa sözlə    “hər kəsin həm özünün, həm   

başqalarının  - həm indiki nəslin , həm gələcək nəslin, həm təbiətin bərabər xeyrinə uyğun 



fəaliyyət

 

prinsipi müdafiə olunur.



  

Kapitalın hakimiyyətinə yox deyin və onun boğazına buxovu keçirin və ucunu 

cəmiyyətin əlinə verin. Ona azadlıq verməyin,  nə istəyir eləsin, cəmiyyəti özünə nökər 

edib  varını artırsın, özünə yaxşı  həyat, cəmiyyətə isə pis həyat versin. Onu insanlığa 

xidmət eləməyə  məcbur edin. Bu sizin haqqınızdır. Liberal bazar bəşəriyyəti fəlakətə 

sürükləyir. Məhz bazarın cəmiyyəti idarə etməsindən ibarət olan müasir kapitalizm 

bəşəriyyətə daha  çox bəlalar gətirəcəkdir. Kapital məhz sizin sayənizdə öz ölkənizdə 

hakimiyyətə sahib olmuşdur və dünya ağalığı  və hamıdan, hər işdən, bütün Yer kürəsi 

təbiətindən pul çıxartmaq məqsədini güdür. Kapital sahibinə imkan verməyin, sizin 

əməyinizlə  və  təbii sərvətlərinizlə    və sizi istismar edərək layiq olmadığı  gəlirin böyük 

hissəsini özünə götürüb sonra onu harın yaşamağına, silahlanmağa, müharibələrə yeni 

döyüş silahları yaratmağa, təbiəti korlamağa, dünyada aclıq və kasıblıq yaratmağa sərf 

etsin. Kapitalistin əldə etdiyi xalis gəlirə elə normalar qoyun ki, o ancaq optimal və zəruri 

ehtiyaclarını ödəyəndən sonra bu gəlir yenə cəmiyyətin inkişafına, problemlərinin həllinə 

xidmət etsin. Cəmiyyətin zərərinə, bu var - dövlətin – milli gəlirin boş , mənasız, 

səmərəsiz sərf edilməsinə qarşı  qanuni normalar yaradın .  Bu tədbirin  əxlaqi cəhətdən  

düzgün olması bu kitabda verilib

.   


Pul-kapital insanlığa bəla olmuşdur - insanları  əxlaqsızlığa sürükləyən, qudurdan, 

müharibələrin, konfliktlərin səbəbkarı, insanı - insana qul edən, insanın səsini alan, ağa 

qara dedirdən, bir cüzi miqdarda insanı ağa edən, var içində üzdürən, digər böyük sayda 

insanları kasıb edən kapitaldır – kapitalı  idarə edən sahibləridir. Kapitalın xüsusiyyəti 

belədir. Siz də kapitalist olsanız belə olacaqsınız. 

Mən hər bir insanı idrakın imkanlarından istifadə etməyi  çağırıram. 

Bu kitabın indiyədək olmuş bütün baxışlardan, nəzəriyyələrdən və    kitablardan   

aşağıdakı üstünlükləri vardır: 

1.  İnsanın təkcə özünə  əxlaq və davranış haqda məsləhətlər verməkdən  əlavə insanın 

yaşadığı mühitin - ictimai sistemin və təbii mühütin səmərələşdirilməsi, insanın xoş 

həyat ehtiyaclarına uyğunlaşdırılması məsələsini qoyur. 

2.  Bu məsələni qoymaqdan əlavə o yeni rasional cəmiyyət quruluşunun layihəsini verir. 

Belə bir quruluşun  zəruriliyi mövcud fəlsəfi və siyasi biliklərin müdafiəçilərinin, 



 

7

azad olmayan alimlərin, filosofların  və  din xadimlərinin  heç yadına da düşmür. 



Onlar mövcud quruluşların yaratdığı problemlərin həllinə  çalışırlar. Bu   boş işdir və 

mümkün deyildir. 

3.  Burada yeni və təkmilləşdirilmiş rasional əxlaq və davranış normaları; yeni rasional 

ictimai quruluş, yaşamaq və fəaliyyət üçün məsləhətlər verilmişdir. Mövcud dinlər, 

quruluşlar və dövlətlər bundan dəfələrlə geri qalır. Və  təşkilat, idarə, mədəniyyət

davranış, əxlaq nümunəsi – etalonu ola bilməzlər. Onlar məhz qeyri - etik həyatın , 

amorallığın və ədalətsizliklərin yaradıcıları və qoruyucularıdırlar. 

4.  Kitabda rasional inkişaf üçün, rasional həyat üçün ən effektif iqtisadi və  təşkil 

prinsipləri verilmişdir. Belə ki, mövcud prinsiplər və  həyat , iqtisadiyyat və idarə 

modelləri cəmiyyətin effektiv inkişafına və  bərabərliyinə  və  hər insanın 

xoşbəxtliyinə gətirmir. 

5.  Dünyanın quruluşunun tam aydın təsvir edir və insana dünyanı və özünü dərk etmək 

üçün aydın yol göstərir. 

6.  İnsanlara  problemlərdən xilas olmaq və rasional tədbirlər görmək yollarını, 

metodlarını öyrədir.  

7.  Azad düşünmək yolunu öyrədir, insanları  onları məhdudlaşdıran köhnə anlayış  və 

dini doqmalardan xilas edir. 

8.  Cəmiyyət üzvlərinin hər birinin taleyi və haqqı haqda yeni prinsip verir. Bu ,     « 

cəmiyyət böyük ailədir, onun  hər bir üzvünün ləyaqətli, insani həyatına cəmiyyət 

məsuldur, cəmiyyət üzvlərinin iştirakı ilə  və onların tutduğu  ərazidə ümumi təbii 

ehtiyatlardan qazanılan bütün məhsul və  gəlir  bir neçə adamın , və ya  qrupun 

xeyrinə  və onların xoşu ilə  sərf oluna bilməz, bu bütün üzvlərin - iştirakçıların 

ümumi xeyridir» prinsipidir. 

Bu kitab yeni eranın - yeni rasional düşüncə ilə  dərk ediləcək  və yaradılacaq  

rasional, yəni kamil bəşəri dünyanın başlanğıcını qoyacaq orijinal yazılmış   əsərdir. Bu 

kitab digər kitabların xülasəsi və ya konspekti deyil. Mən bu kitabda öz düşüncələrimi 

təsvir etmişəm və  bəzi    tarixi  mənbələrə istinad edərək oxucuların asan başa düşməsi 

üçün  onların fikrini  sübutlar kimi qeyd etmişəm. Kitabda hər bir mülahizənin arxasında 

hökmən hədsiz sübutlar var, bu bəzən göstərilməsə də, var və tapıla bilər. 

Mən  bu kitabla digər kitabların fərqini öyrənməyi və araşdırmağı, fəlsəfi və ictimai  

qiymətləndirməni gələcək nəslin öhdəsinə buraxıram. 

Bu kitabda mən yalnız öz fikrimi ifadə edirəm. Mənim məqsədim absolyut bilik 

sintez etmək və  təqdim etmək deyil, sizi düşündürmək, həqiqəti özünüzün tapmağınıza 

kömək etməkdir.  



Rasional cəmiyyət ideyasında : 

1) Tək adamların fikirlərinin başqalarına qəbul etdirilməsi  qəbul edilmir, bu azad 

düşüncənin  əksinə olardı, bu  diktaturanın yaranmasına yol açardı, bu çox zərərli 

istismarçı, dələduz, hiyləgər, və yaxud həyatdan uzaqlaşmış asketik, ruhlara və 

uydurulmuş qeyri - adi  fövqəltəbii qüvvələrə sitayiş    edən  qrup və bandaların 

yaranmasına səbəb olardı. 

2) Elm və sağlam düşüncə ilə  əsaslandırılmayan,  həqiqəti  əks etdirməyən, təcrübədə 

sübut edilə bilməyən  irrasional  ideya və fikirlər qəbul edilə bilməz. Bu tələb insanların 

bir - birinə baxaraq  və ya qorxu altında, təbliğat nəticəsində səhv ideya və fikirləri qəbul 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə