Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə4/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   2   3   4   5   6   7   8   9   ...   282

 

8

etməsinin qarşısını alır və bununla onların cəmiyyətə zidd, avanturist ideyalar ətrafında 



birləşməsinin və zərərli hərəkətlər etməsinin qarşısını alır. 

Rasional cəmiyyət konsepsiyasında  ümumi məsələlər məhz cəmiyyətin özünün 

bilavasitə  iştirakı ilə  həll edilir. Burada qərar qəbulunda  Çoxluğ  və  Azlıq  anlayışı 

işlədilmir. Yəni  hər hansı bir üsul ilə formalaşdırılmış çoxluğun  iradəsinin azlığa qəbul 

etdirilməsi yol verilməzdir.  Burada hakim rolu fikir və  qərarın rasionallığa,  əxlaqa, 

universal qanunlara və digər kriteriyalara uyğunluqu təşkil edir. Ona görə burada 

ideyaların, idrakın, elmin  rolu var. Kriteriyaların elə bir kompleksini əks etdirən və elə 

bir prosedura tətbiq edilir ki, alınan qərar ən rasional və hamının mənafeyinə uyğun olur. 

Rasional Cəmiyyətin əsas prinsipi  kollektiv ağılla təşkil və idarə olunmaq,  fərdi ağılla 

yaşamaqdır. Fərdi ağılı isə kamillədirməkdir. Ancaq  kollektiv və elmi rasional düşüncə 

cəmiyyət içərisində  ən rasional və  məqsədəuyğun, effektiv  ideya  və  fəaliyyət yarada 

bilər. 


Rasional Cəmiyyət məhz  cəmiyyətin qeyri - rasionallığından əziyyət çəkən  ədalət, 

qanunçuluq, hamı üçün eyni insan hüquqları,  hamının  əli çatan  səhiyyə və  təhsil, ədalət 

məhkəməsi tələb edən  insanlara  - məhz cəmiyyətin özünə lazımdır. Bu insanların 

miqdarı hər ölkə üzrə  əhalinin  əsas hissəsini - 80-90%-ni təşkil edir. 

Bu kitab sizi dərindən düşündürəcək, kitabda edilmış bir sıra kəşvləri siz aşkar 

edəcəksiniz, habelə kitab sizi yeni kəşvlər etməyə  həvəsləndirəcək, siz dünyanı  dərk 

etməyin yeni metodunu,  yeni yanaşmanı bu kitabda tapacaqsınız. Bu metodun əsas 

prinsipi reallığı olduğu kimi – dinamik sistem kimi dərk etməyə çalışmaqdır. Bütün 

stereotip düşüncəni, qərəzi, ehkamları, reallığın dərkindən biznes güdən qrupların 

mülahizələrini rədd etməkdir. Reallıqla təmiz beyinlə qarşılaşmaq lazımdır. 

Bu kitabda tapacaqsınız ki, kapitalın - güclü qrupların hakimiyyətinə əsaslanmış və 

onlar tərəfindən yazılmış qanun - qaydalar və  əxlaq məhz mövcud dövlət sistemlərinin 

əsasını  təşkil edir. Belə dövlət sistemləri  dünyada məhz  ədalətsizliyin - istismarın, 

müharibə və konfliktlərin  səbəbidir. Bu işdə  onlara məhz dinlər əsas kömək edirlər. Hələ 

elə bir aqressiya olmamışdır ki, aqressor dövlətin  dini idarələri, kilsə  və  məçidləri, 

sinaqoqları ona etiraz etsinlər. Ölkələr daxilində bir din tərəfdarlarının digər din tərəfdarı 

ilə toqquşması varsa, hökmən onların dini başçıları buna sanksiya verirlər və 

həvəsləndirirlər. Onlar bəşəriyyətin həmrəyliyinə deyil , onları ayırmağa xidmət edir. 

Istənilən konfliktə  və istismara, ədalətsizliyə dinlər tərəfindən gizli, ya açıq xeyir - dua 

verilir və  həvəsləndirilir. Baxın ABŞ -a, İrana, Rusiyaya,  Ermənistana , İraka, 

Əfqanıstana, İsrailə və başqalarına onlar hamısı öz xalqlarına və başqa xalqlara qarşı öz 

hegemonik və  ədalətsiz hərəkətləri üçün dindən xeyir - dua alırdılar və alırlar.  Bu 

problem kitabda  həll olunur - dinlərə ümumi platforma və  yeni dünyaya lazım olan yeni 

rolun icrası üçün reforma təklif olunur. 

Kitabda müasir  dövlət və ictimai təşkilat sistemlərinə  alternativ və daha ədalətli  

Rasional  cəmiyyət sistemi təklif olunur. Bu sistemdə  əsas sistem təşkili elmi rasionalist  

prinsiplər əsasında qurulub, burada sistem kapitala və onun sahiblərinə deyil, cəmiyyətə, 

onun hər bir üzvünə, yaxşı  təhlükəsiz, etibarlı, gələcəyə  əsaslanan həyat və  fəaliyyətin 

təmin edilməsinə  xidmət edir. 

Ömrümün 54 –cü ilində 30 illik bir arzumu həyata keçirməyə imkan tapdım

Böyük 


bir zəhmət bahasına və nadan mühit içərisində,  çoxlu tərəddüdlər keçirərək  

düşündüklərimi bu kitaba yazaraq mən,  nəhayət, müəyyən rahatlıq əldə etdim. Anladım 




 

9

ki, əldə etdiyim dünyanın qanunları, hadisələrə izahlar dünyada qalacaq canlı insanlara, 



gənclərə gərəkli olar. Onlar bu ideyalardan ruhlanaraq yeni kəşvlər edərlər, bəşəriyyətin 

əbədi  görsənən problemini, əbədi məsələsini - sülh  şəraitində  ədalətli mühitdə 



rasional, azad  və xöşbəxt yaşamaq məsələsinin həllini təkmilləşdirib  həyata keçirərlər. 

Mən  öz gələcək taleyimi yazdım və bu taleyi yaşamağa hazıram.  Mən də  əlbəttə 

başqaları kimi başımı  aşağı salıb ömrümü bir təhər başa vura bilərdim. Lakin  öz 

daxilində olduğum cəmiyyətin , bütün insanlıqın xeyiri  üçün  dərindən düşündüm və əldə 

etdiyim bilikləri, izahları  bəşəriyyət üçün yazıb və qoyub getmək məqsədi  hər bir 

tərəddüddən güclü oldu və məni başa düşdüklərimi, anladığımı yazmağa vadar etdi. Bu 

düşüncələr  unikaldır. Həqiqətin aşkar edilməsində    düşünürəm ki, mənim  fikirlərim, 

hadisələrə yanaşma üsulum insanlara xeyir verəcəkdir. Həqiqət aid olduqu obyektin 

olduğu zamanla, yaşadığı dövrlə  əlaqədardır, ondan kənarda o həqiqət deyil. Həqiqətin 

özünə məxsus mühit sərhədləri var, ondan kənarda  o yoxdur. Onu görmək məhz çoxlu və 

müxtəlif baxışlar tələb edir. Mənim gəldiyim nəticələr məhz bir rasional baxışdan 

görünən  nəticələrdir, başqa sözlə  həqiqətin bir təsviridir. 

Bu kitab Həqiqətə açılan pəncərədir. Lakin ehkam deyildir, daha düzgün sübutlar 

qarşısında dəyişdirilə biləndir. Kitabın hamısını oxumağı  məsləhət görürəm, çünki 

məsələlərin qoyuluşu və izahlar yalnız bir yerdə deyil, yeri gəldikcə məsələnin izahı daha 

da dərinləşdirilir. 

Əgər bütün insanlığın tarixi boyu  daha çox düşünüb ideyalar yaradan, nəzəriyyələr 

quran  adamlar – müdriklər,  filosoflar öz bildiklərini yazmasaydılar  və gələcək nəsillərə  

saxlamasaydılar nə olacaqdı?  Əlbəttə, məlumatsızlıq və biliksizlikdən sui - istifadə edən 

şər qüvvələr-  şarlatanlar, despotlar, dələduzlar, politikanlar, dini: - inkivizatoplar, 

biznesmen və diktatorlar insanlıq üzərində, onun düşüncəsi, azadlığı üzərində absolyut 

hakim olardılar. Bu günki daha inkişaf etmiş maddi nemətlər, səhiyyə, təhsil,   texniki 

vasitələr, daha səmərəli idarə sistemləri olmazdı . Bəli, bu səbəbə görə bəşəriyyətə  onun 

özünü və ətraf mühiti dərk etməsi üçün  və  onu sıxan problemlərini həll etmək üçün hər 

bir yeni  ideya, nəzəriyyə faydalıdır.   

Azərbaycanın qeyri - rasional  idarə sistemi mənə böyük problemlər yaratdı. Mən 

özümü  minlərlə digər vətəndaş kimi hakimiyyətin qurbanı hiss etdim. Bu mənə real 

həyatın, problemlərin səbəblərini başa düşməyə kömək etdi. Həm Azərbaycan xalqını, 

eləcədə dünyanın bütün digər xalqlarını  və dünyanı xilas etmək üçün böyük Rasional 

Cəmiyyət nəzəriyyəsini yaratdım. Bu nəzəriyyə yeni Rasional Sivilizasiya  erasının yol 

göstərəni, əsası və prinsipləri olacaqdır. Mən özümü xoşbəxt hiss edirəm ki, mənə çəkilən 

ağrıların əvəzində mən vaxtımı boş yerə keçirmədim, bəşəriyyətin universal xilası yolunu 

tapdım və onu bütün xalqlara öyrənmək və    həyata keçirmək - xilas olmaq üçün təklif 

edirəm. Kitab insanları  fəaliyyətə, rasional həyat tərzi yaşamağa - öz ictimai sistemini 

səmərələşdirməyə çağırmaqla həyatlarını yaxşılaşdırmağa səsləyir. 

Başqa xilas yolu yoxdur. 



Səkkiz din haqda kifayət  məlumat verməyimin səbəbi odur ki,  Rasional cəmiyyət 

sistemi  cəmiyyəti xilas etmək məqsədi daşıyır və dünyaya, insana , cəmiyyətə rasional 

baxış  və fundamental dini baxışlar  əsasən ziddir və dinlər də  bəşəriyyəti xilas etmək 

missiyasını üzərinə götürmüşlər. Bəşəriyyət bilməlidir ki, onlar bu missiyanı yerinə 

yetirmişlərmi,  bu işi doğrudanmı görürlər  və  nə  qədər xilas etmişlər?  Cəmiyyətin 

həyatında mühüm rol oynayan dinlər nə  qədər ona faydalı  iş görür? Nə  qədər onlar 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə