Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc


Yeni rasionalizm və ya neorasionalizm



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə7/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   2   3   4   5   6   7   8   9   10   ...   282

 

14 


Yeni rasionalizm və ya neorasionalizm. Bu kitab rasionalizmin yeni inkişaf fazası - 

yeni rasionalizm və ya neorasionalizm baxışlarını  təsvir edir. Klassik Rasionalizm 

anlayışı  ənənəvi fəlsəfədə empirizm və irrasionalizm, sensualizm  anlayışlarının 

əksinədir.  Elə Leybniç doğru  deyirdi ki,  əvvəl hisslərdə olmayan şey idrakda ola bilməz 

(BEKM 2002). Hisslər isə təbiəti (empriyanı)  - bütün ətraf mühiti  müşahidə nəticəsində 

yaranır, demək Yeni  Rasionalizm emprisizmin əksinə deyil, onun əsaslandığı  təbiətin, 

daha ümumi  mənada mühitin  dərki  haqda nəzəriyyədir. Bu anlayış keçmişdə hesab 

edildiyi kimi hisslərə, intuisiyaya, təcrübəyə, tarixə zidd deyil, əksinə onlardan qidalanır. 

Yeni rasionalizm fəlsəfi baxışları idraka - ağıla  əsaslanır və onun vasitəsilə  nəticələr 

çıxarır. Ağıl isə ilkin hisslər, duyğular və  təsəvvürlər,təbiətin müşahidəsi və ölçülməsi, 

intuisiya, habelə tarixi məlumatlar nəticəsində formalaşır. Və insanın gerçəkliyi duyğu 

üzvləri, intuisiya ilə dərkinin və analizinin son yüksək məhsuludur. Yeni rasionalizm heç 

bir biliyə və hissə, intuisiyaya abstrakt, doqma kimi baxmır və onları əbədi qalan düzgün 

hesab etmir. Hesab edir ki, gerçəkliyin hər bir dəyişilən anına ona uyğun biliklər, 

qiymətlər, təsvirlər vardır. 

    Bu  kitabda  qəbul edirik ki, idrak, hiss üzvləri vasitəsilə  və  şüurun işləməsi ilə  əldə 

edilən, fikrən araşdırılan məlumatlar  əsasında hər hansı bir nəticə  çıxartmaq, qiymət 

vermək, müqayisə etmək, başa düşmək  qabiliyyətidir.  İdrak  məlumatlar  əsasında  

işləyir, fikir,  anlayış, düşüncədən istifadə edir;  anlayışlar, ifadələr müəyyən edir. İdrakın  

nəticəsi:  zəruri planlar, rəylər, layihələr,  davranış  və real həyat fəaliyyəti, elm və 

texnikadır. Fransız maarifçiləri insan idrakının və  maariflənmənin  artmasını bəşəriyyətin 

hərəkətverici qüvvəsi hesab edirdilər.  İdrak hisslər yolu ilə  və ölçmə ilə    əldə edilən 

məlumata, təcrübə, eksperiment və müşahidəyə  əsaslanır. Vendel Bell (1997; 2005) 

rasionallıq  anlayışını sociologiyanın rasional seçim nəzəriyyəsinin elementi hesab edir. 

Lakin bəzi alimlər iqtisadiyyatın rasionallıq haqda elm olmasını, sosiologiyanın isə qeyri 

- rasionallıq haqda elm olmasını bildirirlər. Digər tərəfdən, bəzi alimlər sosiologiya və 

iqtisadiyyat elmlərinin  individualizm, rasionallıq və voluntarizm anlayışlarını  dəqiq 

təsvir edə bilməməsini qeyd edirlər(Juh-Horng Lin et al. 2000). Filosofların 

mübahisələrinə qoşulmayaraq bu kitabda rasional və rasionallıq anlayışlarını  aşağıdakı 

mənalarda qəbul edirik. 

Bu kitabda son olaraq rasional, rasionallıq anlayışını  üç : 1)  idraka uyğun, ağıllı; 2) 

baxılan yerdə, zamanda  məqsədəuyğun; 3) daha effektiv – daha yaxşı, yəni rasioanllığa 

malik  ümumi xarakteristikanı əks etdirdiyini qəbul edirik.   

1)  İdraka uyğunluq baxılan zaman və yerdə son dövrün  idrakı biliklərinə  və  dərk 

etmə metodlarına uyğunluq kimi müəyyən edilir. Əgər məsələ ümumbəşəri 

məsələ kimi baxılırsa, onda bütün bəşəriyyətin son dövrə  qədər  əldə etdiyi 

bilikləri istifadə olunur. İdraka, ağıla uyğunluq məntiqə  də uyğunluq, ağılla 

əsaslandırıla bilmək kimi də başa düşülməlidir, səfeh olmaması, aydın, ardıcıl, 

əlaqəli olması, aid olduğu amillərlə razılaşdırılmış olması mənasında qəbul edilir. 

2)  Məqsədəuyğunluq baxılan ərazi və zamanda aid olduğu şəxsin, qrupun, icma və 

dövlətin məqsədinə  və ya obyektin – qurğunun, baxılan canlının, cismin 

təyinatına, məqsədinə, yaşama üsuluna uyğun olması və toqquşmamasını nəzərdə 

tutur. Burada şəxsi məqsədəuyğunluq bəzən və  şübhəsiz, tezi - geci ictimai 

məqsədəuyğunluqla toqquşacaqdır. Bu məsələ rasional cəmiyyət quruluşunda - 




 

15

əxlaq, iqtisadi prinsip və idarə etmə  və digər razılaşdırma üsulları ilə    həll 



edilmişdir.  

3)  Rasionallıq  prinsipi  - daha sərfəli, daha effektiv daha asan, daha kamil və digər 

oxşar anlayışları əhatə edir. Bu, hissə 2-də  geniş təsvir olunmuşdur. 

Xüsusilə rasional və rasionallıq anlayışının bu üçüncü,  bilavasitə  rasionallıq  prinsipi 

üzərində  daha geniş izahat verilməsi lazımdır. 

 “Hər  şeyin daha yaxşısı var” ifadəsini rasionallığı müəyyən edən ümumi əsas ideya 

kimi irəli sürürəm. Bu “yaxşı” konkret zaman və məkandakı məsələlərə həmin ana qədər 

olan biliklə müqayisədə müəyyən edilir. Qeyd edilmiş “ Hər  şey”bu ifadələri nəzərdə 

tutur: - yəni,  hər üsulun, biliyin, qurğunun, insanın, canlının, maşının, baxışın, 

nəzəriyyənin , formanın, hərəkətin, inkişafın, idarənin, ictimai quruluşun,  davranışın, 

qanunun, normanın və s. - hər  şeyin daha yaxşısı - daha rasionalı, daha sərfəlisi, daha 

kamili var. Şeyləri fərqləndirən bu keyfiyyətlər də  baxılan zaman və  məkana və  ağıla 

aiddir. Bir zamanda və ya bir məkanda rasional olan şey, digər zamanda və  məkanda 

rasional hesab olunmaya bilər. Rasionallıq prinsipi - yəni daha yaxşı ola bilmək 

formasında olmaq prinsipi bütün kainatda və yer təbiətində - canlı və cansız varlıqlarda 

var. Yerin, Günəşin  ətrafına fırlanması    və olduğu formada və uzaqlıqda olması onun 

üçün ən rasionaldır, yəni ən yaxşıdır. Hər konkret mühitdə maddənin bir formada, digər 

mühitdə isə başqa formada olması onun üçün rasionaldır, yəni ən yaxşısıdır. Heyvanlar da 

rasionallıq prinsipilə yaşayır. Özləri doğulan andan yaşaya bilmək formaları seçirlər, 

qidalanma, ovlama, müdafiə üsullarını öyrənirlər. Mühitə uyğun yaşama, qorunma 

üsullarını seçirlər, yəni iki tələbə - onlara və şəraitə (özü və mühitə) uyğun daha yaxşı 

metod və formalar seçirlər. Cansız kainat rasional formasını  və olma üsulunu tez 

müəyyən edə bilsə də, canlılar bunu öyrənərək, başa düşərək, uyğunlaşaraq uzun müddətə  

edirlər. Bu kitabda məhz insanlar üçün rasionallıq - dərk etmək və rasional davranmaq 

üçün lazımı biliklər təsvir edilmişdir. Burada dünyaya rasional baxış, universal 

qanunların müəyyən edilməsi, cəmiyyətin, insanın dərki və cəmiyyətin rasional quruluşu  

və idarə edilməsi; rasional əxlaq , ünsiyyət, nəzakət və ədəb qaydaları, müxtəlif dini elmi 

baxışların analizi,  naməlum, sirli hesab edilən və insanla bağlı hadisələrin   araşdırılması 

verilmişdir. Bu biliklərin hamısı insanın həyatını, onun ictimai idarəsini  

rasionallaşdırmaq , onun rasional həyat və davranış seçməsinə kömək etmək üçündür.  

    Rasionallığın digər daha ümumi prinsipi “ hər şeyin - canlının , cisimin, insanın  hər 



davranışın, formanın aid olduğu mühitə - üst sistemə (onun prinsip və yaşama 

üsuluna, tələbinə, funksiyasına, bütövlüyünə)  uyğun olması - əks olmaması” 

prinsipidir .   

     Cəmiyyətə aid etdikdə rasionallıq, insan  və dövlətin davranışının  əxlaqa və 

mənəviyyata uyğun olması, habelə humanist prinsiplərə uyğunluq, bütün cəmiyyətin 

mənafeyinin güdülməsi,  daha ağıllı, daha faydalı, başqalarına zərər verməyən davranışın 

seçlməsi, rasional qanun və  qərarların verilməsi, idarə olunması,  habelə dünya 

bəşəriyyətinin ümumi mənafelərinə zidd olmayan davranışın seçilməsi deməkdir. 

     Rasional,  rasionallıq anlayışlarının hər bir fəaliyyət sahəsində - fəlsəfədə, 

iqtisadiyyatda, ictimai qanun və idarə etmədə, sosiologiyada, siyasi elmdə, tikintidə, 

texnikada, insan davranışında və sairdə müxtəlif spesifik, həm də  ümumi mənaları var. 

Rasionallıq haqda Maks Veberin və Fon Neymanın,Yurgen Habermasın, mümkündür ki, 

başqalarının  da nəzəriyyələri vardır. Lakin bu mövzu yenə də açıqdır. Lazımdır ki, hər 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə