Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə6/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   2   3   4   5   6   7   8   9   ...   282

 

12 


buna tam nail ola bilmədim.  Hesab edirəm ki, gələcək zamanda bu ideyalar yeni 

biliklərin, yeni yanaşmaların nəticəsində daha da təkmilləşdiriləcəkdir. Güman etmirəm 

ki, mən öz tələblərimə  və sizin tələblərinizə  tam cavab verən  kitab yaza bilmişəm. 

Müəyyən eyiblər  şübhəsiz, aradan qaldırılacaqdır. Nəyin eybi yoxdur ki? 

Bu kitab sizə bağışlanır. Nə  qədər siz ondan istifadə edib faydalansanız mənə 

xoşdur. Bu mənim məqsədimdir. Lakin siz nə  qədər buradakı ideyalardan qaçmaq 

istəsəniz, axırda yenə bu ideyalara gələcəksiniz. Bu, o ideyalar, o həllərdir ki, bu dövrdə 

ən rasionaldır, rasionallığı təmin edəcək yoldur, digər zaman və mühitlərdə  də bu kitab 

yol göstərən işıqdır. Lakin bu halda onun düzgün başa düşülməsi, yəni daha universal 

prinsiplərini saxlamaq lazımdır. 

Mən Yel universitetinin (ABŞ)professoru hörmətli Vendel Bellə öz minnətdarlığımı 

bildirirəm.  Rasional cəmiyyət konsepsiyasının  hazılayandan sonra mən bu haqda 

məlumatı İnternet səhifəsində yerləşdirdim. Professor bu məlumatı aldıqda bu işi alqışladı 

və mənəvi cəhətdən həvəsləndirdi, habelə öz “Gələcəyin əsasları” kitabını mənə hədiyyə 

etdi. Mən habelə Dünya Futuroloji Tədqiqatlar Federasiyasına minnətdaram. Onlar məni 

bu cəmiyyətə üzv edərək mənim düşüncələrimin yetişməsində    kömək etmişlər. 

Federasiyanın keçmiş prezidenti professor Slaughterə, Doktor  Jerome Glennə - 

Millenium Projectin direktoruna, Doktor Söheyl İnayatullaha - bir nömrəli müsəlman 

futuroloquna  təşəkkürümü bildirirəm.  

Rəy və təkliflərinizi   rationalsociety@ mail.ru ünvanına və ya 

www.rationalsociety.org   səhifəsinə göndərin. 

 

Kitabın qısa məzmunu 

Kitabda əvvəl dünya rasional elmi dünyabaxışdan araşdırılır. Dünyanın və şeylərin 

quruluşunun Rasional nəzəriyyəsi təsvir olunur və reallığın  əsas qanunları, prinsipləri 

müəyyən edilir. İnsan və  cəmiyyət konsepsiyası irəli sürülür  2-ci hissədə Rasional 

cəmiyyət konsepsiyası yaradılır, təklif və  təhlil edilir, onun əsas prinsipləri və rasional  

dövlətin tipik konstitusiyasının  əsasları müəyyən edilir. Burada qanun və  qərar qəbulu 

sistemi, prosedurlar təsvir olunur, rasional kriteriyalar, insanlar üçün rasional həyat tərzi, 

rasional əxlaq kodeksi, ünsiyyət qaydaları və əxlaq, davranış prinsipləri müəyyən edilir. 

Rasional insanın hazırlanması, rasional təhsil prinsipləri verilir. 3 – cü hissədə  fərdi 

rasional həyat məsləhətləri, uğurlu həyat, ailə,  fərdi inkişaf  haqda məsləhətlər verilir. 4-

cü hissədə ruhi aləm,  8 dini təlimin qısa təsviri və onlara rasional  baxışdan təhlil verilir. 

Burada, habelə Tanrı anlayışı  təhlil edilir, onun elmi rasional mənası  və xüsusiyyətləri 

aşkar edilir. Burada görünməz varlıqlar, dini anlayışlar – cin, şeytan, ruh və s. rasional 

mövqedən araşdırılır. Dünyanın müasir  enerj informasiya quruluş  nəzəriyyəsi təsvir və 

təhlil olunur. 5-ci “Gələcəyi gözləməyin, gələcəyi qurun” hissəsində rasional gələcək 

nəzəriyyəsi, yaradıcılıq metodları, gələcəyi görmə, ixtira metodları, gələcək haqda 

proqnozlar, indiki və  gələcək nəsillərə  məktub verilir. 6-cı hissədə kitabın ümumi 

nəticələri verilir. 

Tofhid Mehdi  

Bakı, Azərbaycan 

30 İyun 2007

 

 



 


 

13

                                                                                   Müəyyən zamanda  və yerdə  



                                                                                    hər şeyin daha  yaxşısı var. 

 

HISSƏ 1. RASIONAL ELMI DÜNYABAXIŞ. 

 

1. 

 Rasional, rasionallıq  və  rasionallizm anlayişlari.

 

    Gündəlik həyatımızda ketdikcə bu anlayışlar geniş istifadə olunmağa başlayır.. 

Görünür, bu, həyatda elmin və ağılın daha çox istifadə olunması ilə  bəşəriyyətin cahil və 

dini cəmiyyətdən ağıl – rasional cəmiyyətə doğru hərəkəti ilə  əlaqədardır.  Avropa 

düşüncəsi rasionalist düşüncə hesab olunur. Rasional, ağıllı, səmərəli, kamil olmaq 

insanların  əsas dəyərinə çevrilmişdir.  Krill və Mefodiyin böyük 2002 elektron 

ensiklopediyasına görə  ratio latınca  ağıl – idrak (разум) deməkdir(BEKM-2002). 

Rasional, rasionallıq isə - İdrakı, ağıllı, məqsədəuyğun , effektiv,  daha məntiqi , daha  

xeyirli  və  ən optimal variant deməkdir. Rasionallaşdırma (latınca - rationalis ağıllı 

deməkdir) - səmərələşdirmə, nəyisə daha məqsədə uyğun etmək, ucuz, keyfiyyətli, sadə, 

rahat, daha qüvvətli, etibarlı, daha çox qabiliyyətli, uzun ömürlü  etmək, daha çox təbiət 

qanunlarına uyğun, daha üstün, ağıla uyğun etmək deməkdir. İdrak –ağıl, başa düşmə və 

mənalandırma qabiliyyəti deməkdir.  İdrak - düşünə bilmək,  ağıl, intellekt, loqos 

(Heraklitın verdiyi anlayış), Nus ( Yunanca -ağıl)) anlayışları ilə eyni və ya yaxın qəbul 

olunaraq  müxtəlif  filosoflar tərəfindən verilmiş  izahatlara malikdir. İdrak - ağıl şüurla 

da qarışdırıla bilər. Belə ki,  mənbəyə əsasən şüur -  hadisə və şeyləri ilkin fərqləndirmə 

və istiqamətləndirmədir. Fikirləşə bilmək, rəy demək qabiliyyəti – ağılın aktiv fəaliyyətdə 

olması – Rassudok (Rus dilində) adlanır və bir çox dillərdə, məsələn, Fransız dilində bu 

idrak və ya şüur  kimi eyni qəbul olunur. Daha geniş  mənada idrak üçün əvvəl düşünə 

bilmək - Рассудок lazımdır. İdrak isə  düşünmədən sonra fikir- mülahizə söyləyə bilmək 

- son mənanı anlamaq qabiliyyətidir.  Ümumi mənasına görə bütün elmi analiz, futuroloji 

metodlar,  qərar qəbul etmə,  əsər yazmaq,  riyaziyyat və digər fənlər, elmi biliklər,  

texniki yaradıcılıq , məntig   idrakın  qabiliyyətləridir (özünü göstərmə formalarıdır). 

Rasionalizm bir mənasına görə 20 -ci əsrdə arxitekturada yayılmış yeni   tələblərə cavab 

verən tikinti metodu, tikinti formaları, yeni materiallardan istifadə  hərəkatıdır. 

Rasionalism digər və  əsas mənasına görə isə, Avropada orta əsrlərdə yaranan fəlsəfi 

cərəyan olmuşdur. Rasionalizm maarifçilik ideologiyasının fəlsəfi  əsası idi və onun 

əsasını Fransız filosofu və riyaziyyatçısı  Rene Dekart (1596- 1650) qoymuşdur. Klassik 

rasionalizm təlimi 16-18-ci əsrlərdə Dekartın davamçıları  Spinoza B. , Leybniç Q., 

Malbranş N. tərəfindən yaradılmışdır. Leybniç  hesab edirdi ki, elmi bilik idrak vasitəsilə 

əldə edilə bilər. Klasik rasionalizmin əsas prinsipi odur ki, hər bir bilik və dünyanı dərk 

etmə yalnız ağıl vasitəsilə ola bilər. Digər tərəfdən, bəzi filosoflar tərəfindən rasionalizm  

protestantizmdə dini  təlimi elmi   yolla əsaslandırmağa və  təlimi rasionallaşdırmaqa 

çalışan cərəyan olmuşdur. 

     Rasionalizm  fəlsəfəsi  hadısə  və  şeyləri idrak əsasında izah etməyi məqsəd seçərək 

insanların praktik həyatında konservatizmlə və tarixi baxışla; elmdə Empirisizmlə ; dində 

Tradisionalizsmlə  (ənənəçilik), fövqəltəbiiliklə  və mistika ilə toqquşmuşdur. Tarixdə 

təcrübəni, hissləri, insan hiss üzvlərinin rolunu idrakın fəaliyyətində ayıranlar və mənasız 

mübahisələr çox olmuşdur(БЭКМ, 2002). Fəlsəfədə klassik Rasionalizm nəzəriyyəsinə 

görə idrak insanların dərk etməsi və davranışının əsasıdır.  




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə