Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə8/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   4   5   6   7   8   9   10   11   ...   282

 

16 


bir sahədə dəqiq olaraq rasional və rasionallıq pinsipləri geniş təsvir edilsin, təlim edilsin 

və insanlar ondan qərar və qanun qəbulunda, davranışda, seçim etdikdə istifadə etsinlər. 

Bu, həyatın yaxşılaşdırılması – dünyanın düzəldilməsi üçün  ən zəruri  məsələdir. Başqa 

cürə bütün insanlar xoşbəxtlik, sülh və inkişaf  əldə edə bilməzlər, yalnız kiçik zirək 

qruplar üstün maddi , texnoloji, hakim səviyyədə olar, əksəriyyət isə əzab çəkməli, onlara 

işləməli olar.  

     Bu kitabın da məqsədi məhz dünyanın, şeylərin rasional nəzəriyyəsini yaratmaqla və 

rasional ictimai quruluşu  əsaslandırmaq və konstruksiya etməklə, rasionallıq elmini 

həyata keçirməklə insanları və onların cəmiyyətlərini xoşbəxtliyə çatdırmaqdır. 

 

2.  

Kainat və  yer kürəsinin yaranması 

 

Müxtəlif baxışlar     

      Dünyanın (kainatın) quruluşu haqda hər bir insanda spesifik  mülahizə yaranır. 

Müşahidə  və empirik məlumatların analizi dünyanın həqiqi quruluşunu tapmağa imkan 

verir. 


Təbiətin müşahidəsi və insan tarixinin öyrənilməsi,  astronomiyanın müşahidələri onun 

tarixə malik olduğunu hansısa başlanğıca malik olduğu ideyasına gətirir. Yerdə  hər şeyin 

yaranması, böyüməsi, sonra məhvi,  dünyanın da, Yerin də yarana biləcəyi  və nəhayət, 

ölə biləcəyi fərziyyəsinə  səbəb olur. Dünyanın yaranması haqda müxtəlif  dini idealist 

baxışlar və elmi baxışlar mövcuddur. Dünyanın    yaranışı haqda ilk fərziyyələr  ibtidai 

icma və quldarlıq dövrlərində yaranmışdır.         

     Dünyanın yaranması haqda 4000 -dən çox  rəvayət var (http://ml.volny.edu ). Bu 

fərziyyələr dini kitabların, folklorun, miflərin vasitəsilə bu günə qədər gəlib çatmışdır.  

Dünyanın yaranması  və izahı haqda ideyalar əsasən iki qrupa bölünür:  idealizm və 

materializm. Hər nəzəriyyənin konkret müəllifləri var. 



     İdealism.    İdealizmin kökləri dinlərdən başlayır. Çox Allaha inam dinlərində hesab 

edilirdi ki, Allahlar əvvəl yaranmış, sonra isə kainatı, yeri və insanları yaratmışdır. 

Idealizm hesab edir ki,  dünya ruhu, dünya idrakı və iradəsinin birləşdirdiyi ruhi mahiyyət  

və s. ruhi elementlər dünyanın əsasıdır və dünyanı yaratmışdır. Hesab edilir ki, ruh, şüur,  

düşüncə, psixi hissə əsasdır;  materiya isə ondan törəmədir.  İdealizmin çoxlu növləri var. 

(BEKM-2002).  İdealist  fəlsəfi nəzəriyyələrə görə, dünya olmamışdan əvvəl ideya, ruh, 

dünya zəkası olmuşdur və o dünyanı yaratmışdır. Bu nəzəriyyələrin  əsasında  qədim 

yunan filosofu Platonun (b.e.ə. 428—348 illər) yaratdığı  və bu günə  qədər müxtəlif 

filosoflar tərəfindən müdafiə olunan və inkişaf etdirilən  təlim durur. 

    Materilalizm isə  fəlsəfı  nəzəriyyə olaraq qəbul edir ki, dünya maddidir, şüurdan asılı 

deyil, heç kim yaratmayıb,  əbədi mövcuddur və  şüur, düşüncə materiyadan törəyən 

xassəsidir, dünya və onun qanunauyğunluğu başa düşüləndir.  İdealizmin  əksinədir. 

Materializmin: antik, intibah dövrü, mexaniki , Fransız, antropoloji, dialektik növləri 

vardır. Materializm düşüncəsinin ideyaları yazılı tarixdə Heraklitin ( 530-470 il b.e.ə.) 

fikirləri ilə başlayır və atomist materializmi yaratmış Demokritin (b.e.ə.470 ildə 

doğulmuşdur), Epikurun  və Lukresinin  təlimi ilə və sonralar Marks və digər filosoflar 

tərəfindən genişləndirilmişdir. Materializm və idealizm ideyaları  tərəfdarlarının  bir - 

birini qəbul etməməsi onların eyni dildə danışa bilməməsi səbəbilədir. Məsələn, idealizm 

və onu qəbul edən dinlər deyir ki, dünya sonludur;  materialistlər isə deyirlər ki, dünya 




 

17

sonsuz, əbədidir.    Rasional dünyagörüş nəzəriyyəsində bu ziddiyyət asan aradan qalxır, 



əgər bu fikri belə ifadə etsək: - Dünya materiyadan (daha dəqiqi hissəciklərdən) 

formalaşmış  şeylərin başlanğıc və son vəziyyətlərinin  qanunauyğun ardıcıllıqla 

dəyişməsilə baş verən prosesidir. 

    Materialistlər gördüklərinə, sübut olunan faktlara inanırlar. Idealistlər isə hisslərinə, 

fikirdə qurulan müxtəlif fantaziyalara inanırlar. Lakin heç biri digərini eşitmək və başa 

düşmək istəmir. Gerçək həyatda, inkişafda yalnız materialist baxış bütün problemlərin 

həllinə imkan verir, idealist nəzəriyyələr isə heç bir faydası olmayan fikirlər toplusudur. 

Hər iki nəzəriyyəyə baxdıqda onların hər biri gördüklərinin və ya hisslərinin bir tərəfinə 

diqqət verib, digər tərəfini fikirdən atırlar. Nəticədə ziddiyətli nəticələr alırlar. Bu isə, 

şübhəsiz, insanın  zəruri olaraq malik olduğu subyektivliyi ilə əlaqədardır. 

     7000 il əvvəl Şumer  xalqının yaratdığı və miflərə çevrilmiş təbiət haqda fərziyyələr 

və  ictimai qaydalar , sitayişlər əsasında yaranmış İudaizm, Xristianlıq və İslam dinlərinin 

ümumi mövqeyi vardır. Bu mövqeyə görə əvvəl Allah  göyü və Yeri yaratmış, sonra işığı 

yaratmışdır ; bunu  1 gün ərzində, sonra  bütün yerdəki  canlı sistemini isə qalan 5 gün 

ərzində  yaratmışdır. Bu mövqeyə görə dünyanın həm başlanğıcı, həm də sonu 

(apokalipsis) vardır. Bu haqda Bibliya yazır:  “Əvvəl Allah göyü və Yeri yaratdı.. Allah 

dedi, qoy işıq olsun ... işıq oldu”(Bibliya 1-3). Kitabda Allahın göyü və Yeri nədən 

yaratması yazılmasa da, bu dinlərə inananlar hesab edirlər ki, heç nədən yaratmışdır. 

Bibliyada dünyanın nədən yaranması deyil, onun məhz sözlə, ideya ilə fikirlə  qəfildən 

yaranması  məlumatı verilir.  

     İlk dəfə    qədim  şamanlıqda və sonra qədim  və bizim era dinlərində    irəli sürülən  

dünyanın  necə yaranması sualı elmin də maraq dairəsindədir.  

Kainat birdən - birə Allah tərəfindən yaradılmışdırmı və dünyanın sonu varmı? 

Elmi araşdımaların - astronomiyanın, fizikanın müəyyən etdiyi faktlar əsasında kainatın 

və Yerin nəzəriyyəsi və  müxtəlif fiziki modelləri yaradılmışdır və fasiləsiz 

təkmilləşdirilir. Ymumi nisbilik nəzəriyyəsi  kifayət qədər fərziyyələr irəli sürməyə 

imkan verir. Dünyanın  fiziki parametrləri, dəyişməz sabitləri məlumdur. Dünyanın açıq 

ya qapalı olması, siklik dəyişən olması,  qeyri - stasionar olması,  genişləmməsi və 

sıxılması  və bunların növbə ilə siklik əvəzlənməsi, isti kainat, soyuq kainat nəzəriyyələri 

var. Elmi mənbələrə görə planetlər, onların peykləri fırlanan qaz-toz dumanlıqlarından, 

kiçik bərk cisimlərdən  əmələ  gəlmişdir (BEKM2002)

 

. Bu bölmə   profesor İ.D. 



Novikovun yaratdığı  və topladığı elmi faktlar əsasında  yazılmışdır (Novikov 1983).  

Günəşin yaşı 4,6 mlrd ilə  qədərdir. Müasir kosmoqoniya nəzəriyyəsinin  əsasında  İ. 

Kantın və P. Laplasın Günəşin və planetlərin soyuq  eyni qaz-toz buludlarından 

yaranması  fərziyyəsi durur. Kainatda  habelə görünməyən maddə  qalo - qalaktikaların 

mərkəzini və qalaktikalar arası fəzanı doldurur. Fəzada habelə şüalanmayan cisimlər də 

vardır ki, onları qravitasiya təsirinə görə aşkar etmək olur.             

    Yer  kürəsinin aid olduğu Günəş sistemi Süd yolu qalaktikasının bir üzvüdür və bu 

qalaktika spiralvarı qalaktika tipinə  məxsusdur. Burada 200 milyard  qoca, cavan, orta 

yaşlı ulduz, ulduzlar arası qaz(proton və neytron), toz, ağ karlik ulduzları( elektron 

ulduzları), neytron ulduzları (diametri 10-20 km, kütləsi 2-3 Günəş kütləsi boyda) və qara 

deşiklər (qravitasiya radiusuna qədər  sıxılan,  diametri 10- 30 km, kütləsi 3 Günəş 

kütləsindən çox olduqda) vardır. 1054 –cü ildə cavan neytron ulduzunun partlayışı 

zamanı ( işığı  səmada böyük bir ərazini tutur) yaranmış qara deşik, hansı ki işıq  şüası 



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə