Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   ...   4   5   6   7   8   9   10   11   12

Artıq  mart  ayı  girmişdi.  Bayram  ayı  olan  mart  ayı.  Bzim  tərəflərdə  ilaxır 

çərşənbəni,  novruz  bayramını  çox  təntənə  ilə  qeyd  edirdilər.  Bu  çərşənbə  də 

tonqallar elə çatılırdı ki, alovun hündürlüyü ərşə qalxardı.  

Bu il isə… Vəziyyətə görə heç kim ürək edib bayram adını çəkmək istəmirdi. 

Mərd Laçınlıların əl-qolunu Xocalı hadisələri elə bağlamışdı ki, insanlar yas içində 

idilər.  

Həmişə  nikbin  olan  Laçınlıları  bədbin  bir  ruh  bürümüşdü  ki,  nə  bayram,  nə 

toy, heç nə yadlarına düşmürdü.  

Düşmənlərlə üzbəüz olan laçın şəhəri kim deyə bilərdi ki, Xocalının gününə 

salına bilməz?  

Arıtq qar əriyir, havadan xoş bir bahar ətri duyulurdu. Bu bahar ətri də vətən, 

yurd eşqilə alışıb-yanan oğulların ürəklərini isidə bilmirdi.  

Keçən  əsrin  əvvəllərində  də  ermənilər  torpaqlarımıza  –  vətənimizə  göz 

dikiblər.  O  vaxtlar  da  onların  –  yaltaq  ermənilərin  arxasında  çar  Rusiyası 

dayanmış,  onlara  hər  cür  yardım  etmişdilər.  O  vaxtlar  da  bizim  Azərbaycanlılara 

bir min əziyyət verib, hətta körpə uşaqlara, hamilə qadınlara belə rəhm etməyiblər. 

Ancaq  Türk  qardaşlarımızın-osmanlıların  köməyindən  sonra  bir  az  vəziyyət 

dəyişir. Onu da qeyd edim ki, böyük Azərbaycanın bir hissəsi olan  rəvan xanlığını 

da  elə  o  vaxtlar  itirdik.  Zaman  keçdikcə  müxtəlif  siyasi  hadisələrin  qurbanına 

çevrilmiş  Azərbaycan  həmişə  qonşu  dövlətlər  tərəfindən  belə  təqiblərə  məruz 

qalmışlar.  Zaman-zaman  öz  dərə-baba  yurdlarından  köçürülmüş  Azərbaycanlılar 

müxtəlif bölgələrə üz tutmuşdular.  

O vaxtlar  rəvanı itirdik.  ndi isə onlar gözəl Qarabağa göz dikiblər. Deməli, 

vaxt gəlib. Onların Qarabağa dikilər gözlərini çıxarmaq lazımdır.  

Amma,  nə  fayda  ki,  artıq  siyasi  oyunlar  başlamışdı.  SSR   dağılmış, 

kommunist ideologiyası məhv olmuş, onun yerinə yenə də Azərbaycana göz verib, 

işıq verməyən bir Rusiya gəlmişdi. 

Rusiya da öz əməllərini yerinə yetirmək üçün həmişə ikiüzlü, riakar, yaltaq və 

yalançı erməniləri əllərində vuran bir balta kimi alət etmişdilər. Bu gün də o alət 

işə  düşmüşdü.  Yenicə  azadlıq  qazanmış  Azərbaycanı,  erməni-balta  ilə  vurmaq, 

yenə də Azərbaycana yiyələnmək, torpaqlarımızın bir hissəsini isə ermənilərə pay 

vermək istəyində olan Rusiyanın bir siyasi oyunu idi bu oyun.  

Vaxtilə Əli bəy Hüseynzadənin yazdığı kimi. Əli bəy (Əli Turan) yazırdı ki, 

ermənilər Avropanın bir ucundan o biri ucuna, bəlkə də Amerikadan Avstraliyaya 

qədər o yolda fəryadlar edir, daha bizim kimi aciz qalmırlar.  

Yəni  biz  çox  aciz  millətik?  Bu  suala  kim  cavab  verə  bilər  ki?  Gərək 

Azərbaycanı da bu vəziyyətdən çıxara bilən müdrik və qəhrəman bir dövlət başçısı 

lazımdır ki, millətimiz də bu günə qalmasın.  

Digər tərəfi isə ölkə daxilində olan çəkişmələr və hakimiyyət uğrunda gedən 

mübarizənin,  bu  çəkişmənin  kimin  xeyrinə  həll  olunacağı  isə  heç  kimə  məlum 

deyildi.  Bircə  o  məlum  idi  ki,  aciz  insanların  qara  günləri  başlamışdı.  Həm  də 

vətənimizin qara günləri… 

Həddən  artıq  qürurlu  olan  Rəmzini  elə-obaya  bağlayan  vətən  sevgisi,  vətən 

məhəbbəti idi. Uca dağları, soyuq bulaqları, şəfalı yaylaqları olan Laçın dağlarını 




özünün  canı,  üzəryi  bilirdi.  Özündə  olan  qüvvəti,  özündə  olan  mərdliyi,  elinə 

məhəbbətini dağların ona verdiyi pay kimi qiymətləndirirdi.  

 

Hər kəsə baş əymədim, 



Nakəsi bəyənmədim, 

Namərdə əyilmədim, 

Dost yolunda, çətinliyi, mərdliyi, 

Dağlar mənə pay verib. 

 

Hər küləyə əsmərəm, 



Haram çörək kəsmərəm, 

Dinməyə tələsmərəm, 

Söz deyəndə ötərəm, ötkəmliyi, 

Dağlar mənə pay verib.  

 

nsanlığa hörmətim, 



Elimə mhəəbbətim, 

Düşmənlərə nifrətim, 

Qaya kiim möhkəmliyi, sərtliyi, 

Dağlar mənə pay verib.  

 

Sözlü-söhbətli  Rəmzi  çox  dəyişilmişdi.  Sanki  qaradinməz  olmuşdu.  Çox 



arıqlamışdı.  Üzünü saqqal basmışdı.  Tək Rəmzi  yox,  döyüşçülərin  çoxu belə  idi. 

Anamgil birdən onu danlayırdılar:  

- Ay bala, elnən gələn qara gün toy-bayramdır. Özünə fikir ver! Heç olmasa 

üzünü qırx Axı belə olmaz!  

-  Mən  sizə  qabaqcadan  da  dmişəm.  Nə  vaxt  yurdumun  üzü  gülər,  nə  vaxt 

Xocalının  qanını  alarıq,  onda  mən  yasdan  çıxaram.  Ay  ana,  onlar  xırda  işlərdir. 

Niyə  mənə  görə  bu  qədər  üzülürsən.  Belə  vziyyətdə  olan  bir  mən  deyiləm  ki. 

Məndən  də  yaxşı  oğlanlar  heç  evlərinin  üzünü  də  görmürlər.  Məndən  narahat  və 

nigaran qalmayın.  

Vəziyyət  gərginləşmişdi.  Laçında  hər  kəs  başını  itirmişdi.  Heç  kim  bilmirdi 

ki, sabah nə olacaq. Və bu olacaqlar içində kimlərin başına nə gələcəkdi. Bu günü 

sabah edən və sabahı o biri gün edənlər isə Xocalının başına gətirilən dəhşətlərdən 

qorxurdu. Qorxurdular ki, Xocalının başına gətirilən zülmlər, rüsvayçılıqlar bizim 

də başımıza gətirilə bilər.  Demək olardı ki, çox adamlar evdən arvad və qızlarını 

aparıb  ayrı  rayonlarda  yaşayan  qohum  və  tanış  evlərinə  qoyurdular  ki,  sabahı 

bilmək olmaz. Heç olmasa arvad, qız, gəlin əsir düşməsin.  

Bir  də  insanları  qorxudan  o  idi  ki,  əllərində  heç  bir  silah  yox  idi.  Çünki, 

yuxarıdan  gösəriş  gəlmiş,  bütün  ov  tüfəngləri  yığılmışdı.  Laçın  camatı  tamamilə 

ə

liyalın qalmışdı. Heç olmasa düşmən qapının ağzını kəsəndə özünümüdafiə üçün 



adi bir ov tüfəngi də yox idi. Bax, beləcə bütün Laçınlıları əli-qolu bağlı vəziyyətə 

qoydular. 

nsanların  ümid  yeri  döyüşən  vətən  oğulları  idi.  Bəlkə  onlar  ellərini, 

insanlarını qoruyalar, düşmənin hücumundan müdafiə edələr.  




Bir çıxış yolu qalmışdı. Bu yol da Laçın Qubadlı yolu idi. Qürurlu və qeyrətli 

olan  Laçınlılar  nəyin  gücünə  olur-olsun  evlərindən,  yurdlarından  çıxıb  getmək 

istəmirdilər. Vətən, yurd axı çox şirin olur…  

Bunu ancaq qürbətdə yaşayanlar daha yaxşı bilir. Bunu ancaq vtəən həsrətini 

çəkənlər bilir.  

Güllü,  çiçəkli  may  ayı  gəlmişdi.  Laçına  elə  bil  ki,  çiçəklər  açmaq  isəmirdi. 

Ona görə açmaq istəmirdi ki, yurdumuzun elli-obalı axırıncı mayı idi.  

Bakıdan gələn hərbçilər mayın 8-də Şuşanın işğalından sonra çxııb gedirdilər.  

Ləyaqətli və qeyrətli Laçın döyüşçüləri hər vəchlə axıra qədər döyüşməli və 

yurdlarını xilas etməlidirlər.  

Laçın  təklənir,  heç  bir  hərbi  kömək  gəlmir,  hakimiyyət  dəyişdiyi  üçün 

Bakıdan əmr almış hərbçilər paytaxta üz tuturdular. Laçınlılardan ibarət olan 300 

döyüşçü ilk əvvəl dinc əhalini çıxartmalı idi.  

Mayın 15-də ermənilər artıq laçına girirdilər. Üç gün ərzində demək olardı ki, 

dinc əhalinin çoxu çıxıb getmişdi. Qalanlar döyüşçülər və kişilər idi.  

Rəmzi köhnə poçt ərazisindəki postda idi. O, əhalinin çıxmasında fəal iştirak 

edirdi. Bir çox adamlar maşın olmadığı üçün çıxış yolu olan posta gəlirdi. Bir çox 

adamlar  da  artıq  maşınlara  heyvanlarını  və  yüklərini  aparırdılar.  Belə  işlərə 

dözməyən  Rəmzi  əşya  və  heyvanları  maşınlardan  boşaltdırıb  dinc  əhalini  həmin 

maşınlara yerləşdirirdi.  

Şə

hərin  ətrafında  qoyulan  postlardakı  döyüşçülər  imkan  vermirdilər  ki, 



ermənilər  şəhərə  daxil  ola.  Hərbçilər,  polislər  və  mülki  vətəndaşlar  çiyin-çiyinə 

düşmənə müqavimət göstərirdilər.  

Mərkəzdəki  yerlərdə  ləyaqətlə  dayanan  topçularımız  da  Ermənistan  tərəfdən 

düşmənin  irəliləməsinə  imkan  vermirdi.  Bütün  bunlara  baxmayaraq  mayın  16-da 

Laçından çxıış yolları bağlandı.  

Amma, fədakar dyöüşçülər (Onlardan biri də Rəmzi idi) döyüş əməliyyatına 

başladılar. 5 km məsafəyə qədər düşməni geri oturtdular.  

Rəmzinin  birdən  ailələri  yadına  düşdü.  Hansı  rayondansa  əhaliyə  kömək 

gələn avtobusa minib evlərinə getdi. Gördü ki, hamı evdədir. Səsləndi:  

- Tez olun, yığışın maşina. On dəqiqə keçməmiş getməlisiniz.  

- Ay bala, hara gedək? Necə gedək deyə ana dilləndi.  

- Ana, əgər sizlərdən biriniz düşmənə girov düşsəniz onda mən gərək birinci 

sizləri  öldürəm.  Qorxmayın  müvəqqəti  olaraq  əyin  paltarlarınızı  götürüb  və  bir 

neçə günlüyə buralardan uzaqlaşın. Hara getsəniz mən özüm sizi tapacağam. 

Oğlunun  inadkarlığını  və  xasiyyətini  yaxşı  bilən  anam  heç  bir  söz  edmədən 

dolu olan 8 otaqlı evi və həyət-bacanı olduğu kimi qoyaraq evdən qızı və gəlini və 

nəvələri ilə çıxdılar. Xatırladım ki, həmin vaxt qardaşım Elxan və Fuad da döyüşdə 

idilər.  

Mayın  18-də  axşama  yaxın  Qayğı  qəsəbəsindən  Yuxarı  Laçının  yandığı 

görünürdü.  

Rəmzi  yerindəcə  quruyub  qalmışdı.  nana  bilmirdi  ki,  laçından  uzaq 

düşmüşük.  nana  bilmirdi  ki,  onun  vətəni  artıq  düşmənlərin  əlindədir.  Oturub  bir 

daşın üstündə fikrə getmişdi. Laçın polku Cəbrayılda yerləşirdi. Plan da bu idi ki, 



qüvvələrimizi yenidən səfərbərliyə alıb hücuma başlasınlar. Amma, yenə nədənsə 

yuxarılardan hücum əmri gəlmirdi. 

Rəmzi bir daşın üstündə oturmuşdu. Başını əllərinin arasına alıb cox qəmgin-

qəmgin hara isə baxırdı. Bəlkə də heç baxdığı yeri görmürdü elə bil ki, yuxuda idi. 

Kaş elə yuxu olaydı bu gördüklərim deyirdi. Amma, deyəsən yuxu deyildi bu bir 

həqiqqət  idi  ki,  neçə  gündü  laçından  ayrılmışıq.  Nə  düşünürdüsə  ürəyinin 

dərinliklərindən  bu  düşüncələri  çıxara  bilmirdi.  Bu  ağır  düşüncələr  onun  ürəyinə 

ağırlıq edir, ancaq qüruru isə bu ağırlığı saxlaya bilirdi.  

 

Gözümdədi buz bulaqlar, 



Ahımdadı od, ocaqlar, 

Sənə güvəndiyim dağlar, 

Sənə də qar yağdı demə. 

 

Zirvələrin yolsuz izsiz, 



Göz yaşlarım axar sizsiz... 

O Gülüstan bildiyiniz 

Bir viranə bağdı demə 

 

Yoldaşlarından biri olan Həsən ona yaxınlaşdı..  



-Deyəsən qardaşımın halı yaxşı deyil. Dur, bir az oyana-buyana gəzək, bəlkə 

bir az özümüzə gələk. 

Rəmzi  başını  qaldırıb  Həsənə  baxdı.  Onun  da  rəngi  qapqara  qaralmışdı.  Elə 

bilirdi ki, vətəninin dar günü tək elə ona aiddir. Yox, bilirəm ki, tək mən yox elə 

döyüşçülərin hamısı-Laçınlıların hamısı indi cox pis vəziyyətə düşüblər.  

-Yox  qardaş,  gəzməyim  də,  danışmaqım  da,  özüm  də,  sözüm  də-hamısı 

laçında qaldı. 

Bir  az  kövrəldi.  Anasından  ayrı  düşmüş,  yetimə  dönmüş  bir  uşaq  kimi 

boynunu bükdü.  

-Rəmzi,  komandirimiz  dedi  ki,  yeni  bir  əməliyyat  pılanı  hazırlanır.  Bu  plan 

yaxşı baş tutsa cox ola on günə iyirmi günə yenə də laçındayıq.  

-Nə olar təki sən deyən olsun. Amma dostum mənə elə gəlir ki, mənim üçün 

bu dərd ölümdən də betərdi. Mən Bakıdan Laçına gələndən sonra bir gün də olsun 

heç hara getməmişəm. Elə bilirdim ki, bir saat hara isə getsəm yurdum viran qalar. 

Bir də mənə ən çox ağır gələni isə Bakıdakı dotlarıma söz vermişdim ki,vətənimin, 

yurdumun  üzü  güləndə  qayıdacağam.  ndi  isə  dili  gödək,  suclu  adam  kimi  heç 

kimin  üzünə  çıxmaq  istəmirəm.  Elə  bilirəm  ki,  hamı  mənə  rişxənd  ilə  baxacaq, 

bunu da qeyrətimə sıxışdıra bilmirəm. Vallah qardaş bu çox ağırdır, çox,çox,çox.... 

Rəmzi ilk dəfə idi ki, lənət oxudu dünyaya.  lk dəfə idi ki, dünyaya gəldiyinə 

peşmançılıq  hissi  çəkirdi.  Yaxşı  ki,  onun  özü  kimi  dostları  var  idi.  Onlara  baxıb 

bəlkə  də  bir  az  təsəlli  alırdı.  Nə  çörək  yeyir,  nə  də  ki,  danışırdı.  Bunu  görə 

komandanlıq döyüşçülərə söylədi ki, ruhdan düşmək olmaz, biz yenidən əməliyyat 

hazırlayıb döyüşə girməliyik. Onun üçün də bizə mütləq silah və sursat lazımdır. 

Bir neçə gün dincəldikdən sonra əməliyyata başlamaq lazımdır.  

Rəmzini çağırdılar:  



-  Sən  Ağdamla  Yevlax  arasındakı  Uzundərə  deyilən  yerədə  hərbi  bazaya 

gedib oradan silah və döyüş sursatı gətirməlisən! Amma, nə maşın bilinməlidi nə 

də gedib-gəldiyin vaxt. 

Rəmzi özünün qrantamyotunu, avtomatını və hərbi çantasını götürdü. Bilirdi 

ki, bu bir çətin yoldur. Həm də bu işi hər adama etibar etmək olmazdı.  

Bu bir əmr idi. Rəmzinin ümidi artdı. «Baş üstə» dedi. Fikirləşdi. Mütləq biz 

döyüşə-döyüşə Laçına girəcəyik. Yurdumuzu düşmənlərdən təmizləyəcəyik! Artıq 

mən buna inanıram. Bu yolda öldü var, döndü yox! 

Neçə  gün  idi  ki,  yuxusuz  və  ac  olan  Rəmzi  yolüstü  mişlidə  atasının 

dostugildə olan ata və anasına baş çəkməyi düşünürdü. Elə də etdi. Silah və hərbi 

sursat üçün gətirdiyi maşınla  mişliyə döndü. Atam və anam Rəmzini görəndə ilk 

ə

vvəl gözlərinə inanmadılar. 



-  Nə  yaxşı  sağ-salamat  gəldin  ay  bala!  O  qədər  nigaran  idik  ki,  səndən, 

bilmirdik ölmüsən ya qalmısan. Gözlərimizə inana bilmirik. 

-  Kaş  mən  öləydim  ay  ana!  Kaş  hamımız  öləydik!  Amma,  yurdumuza, 

vətənimizə heç nə olmayaydı. Kaş laçınımıza  murdar düşmən ayağı dəyməyəydi. 

Kaş… 

Qəhər  onu  boğmuşdu.  Danışa  bilmirdi.  lk  dəfə  olaraq,  hönkürə-hönkürə 



ağladı.  

Ana, ata və yanındakılar hamısı ona qarışdı. Birdən Rəmzi ayağa durdu:  

- Deməli, heç nəyiniz yoxdur? Heç olmasa evdən bir az şey götürməmisiniz?  

Həmişə vəzifələrdə işləyən, hörmət-izzət sahibi olan varlı-hallı ailəsinin indi 

kiminsə həyətindəki qarajında olmasına az qaldı ki, ürəyi partlasın. Elə bil başına 

hava gəldi. Ağlaya-ağlaya:  

- Ana, mən hərbi sursat və silah gətirməyə gedirəm. Ancaq bu bir sirdir. Bunu 

ancaq  sənə  deyirəm.  Əməliyyat  planı  hazırdır.  Biz  yenidən  hücuma  keçəcəyik. 

Bizim  əməliyyatımız  yaxşı  baş  tutacaq.Mən  bilirəm  ki,  sən  qeyrətli  və  mərdsən. 

Bir az da səbr et. Mütləq axırı yaxşı olacaq. 

-Belə də zülm olar ay balam. Bu nə işdi gəldi başımıza. Elə bil ki, neçə gündü 

atanla  mən  ölmüşük.  Bizi  yerdən  götürən  də  yoxdu.  Kaş  biz  də  ölüb  yerimizdə, 

yurdumuzda qalaydıq. Amma belə günləri görməyədik.  

Onsuz da özü fikirli, dalğın, gözləri çuxura düşmüş, bəlkə də neçə gün idi ki, 

yerin altında, ya üstündə olduğunu bilməyən Rəmzi anasını heç belə görməmişdi. 

Ürəyi yerindən çıxırdı. Nə qədər özünü qürurlu, möhkəm tutsa da göz yaşları ona 

tabe olmurdu. Həmişə atasını, anasını her şeydən uca tutan, onların yolunda ölümə 

belə getməyə hazır olan Rəmziyə indi geniş dünya dar olmuşdu. Elə bil tutulmuşu. 

Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Anam ona yaxınlaşdı. Onun kölnünü, qəlbini 

alacaq söz axtardı ancaq tapa bilmədi. Birdən dilləndi: 

-Balalarımın hərəsi bir yana didərgin düşüb, heç yerlərini də bilmirəm. amma 

allaha şükür ki, sağ və salamatsınız. Səndən cox nigaran idim sən də gəlib çıxdın. 

Özüm yemək hazırlamışam gətirərəm yeyərsən. 

Nə  yemək,  nə  çay  heç  Rəmzinin  boğazından  su  da  keçmirdi.  Elə  hey 

fikirləşir, fikirləşirdi.  

Vəziyyəti  belə  görən  atam  ağlamaqdan  qızarmış  gözlərinin  yaşını  sildi  və 

anama üzünü tutub dedi: 



-Onsuz da Rəmzinin halı yaxşı deyil, sən də bir yandan onun ürəyini üzmə. 

Bəlkə də allahın izni ilə döyüşçülərimiz torpaqlarımızı geri qaytardılar mən buna 

inanıram. Çətinlik də olsa bu çox çəkməz. “Yaman günün ömrü az olar” deyiblər. 

Anam yemək çay gətirdi.Amma o heç nə yeyə bilmirdi. Rəmzinin ata və anasına 

ilk dəfə idi ki, yazığı gəldi. “Bir də anam gil məni allah bilir qismət olsa nə vaxt 

görərlər” deyə fikirləşdi. Heç olmasa onların qəlbinə dəyməyim nə desələr onu da 

edim.Birdən başını qaldırıb atamın üzünə baxdı. Elə bil ki az müddətdə atam çox 

qocalıb.  Yemək  boğazında  qaldı.  Bilirdi  ki,  atamın  istəkli  qardaşı  biş  və  oğlu 

Nadir itkin düşüb. Bu ağır dərdə atam dözə bilmir.  

Ə

lini yeməkdən çəkdi, gəlib atamın boynunu qucaqladı və hər ikisi ağlaşdılar. 



Anam  da  onlara qoşuldu.  Nə  qədər  çətin  və  acınacaqlı  günlər  olsa  da  cəfakeş  və 

mərd anam dilləndi. 

-Bilirsən, balam sən də heç bizdən nə nigaran qal, nə də fikrimizi çək. Əgər 

sənə desəm ki, getmə bilirəm onsuz da gedəcəksən. Amma sənə and verirəm atanın 

və qardaşlarının canına özündən müğayət ol! Özünü qoru! 

Beləcə  bir-birlərinə  təskinlik  verdilər.  Nə  edək?  allah  bilən  məsləhətdir  təki 

sağlıq olsun. Yəqin ki, bu işlərin də bir axırı olar dünya belə qalmaz. 

Amma,  amma  sən  demə  dünyanın  təkəri  tərsinə  fırlanırmış.  Rəmzi  qəmgin-

qəmgin  dilləndi.Daha  mənim  sizə  deyiləsi  heç  bir  sözüm  yoxdur.  Bir  də  sözümü 

sizə yurdumuzda, Laçınımızda deyəcəyəm.  

O,  anasını,  atasını  qucaqlayıb,  doyunca  öpdü.  Ağlamaqdan  çox  göz  yaşları 

ürəyinə  tökülən  Rəmzi  avtomatını  çiyninə  saldı.  Hərbi  çantasını  götürüb  qapıdan 

çıxdı. Arxasınca baxan anama ancaq belə dedi:  

-  Hamınız  salamat  qalın,  ay  ana.  Əgər  sizinlə  bir  də  görüşməsən  haqqınızı 

mənə halal edin.  

Nitqi tutulmuş, qəhər boğmuş anam isə heç nə deyə bilmədi, ağladı, ağladı.  

Rəmzi iri addımlarla maşina mindi, maşını sürətlə sürüb uzaqlaşdı. Anam isə 

arxasınca baxdı, baxdı.  

Bu gediş, bu görüş Rəmzinin son görüşü, son gedişi oldu… 

Artıq  axşam  düşür,  gün  qaralırdı.  Maşını  necə  idarə  edirdisə  heç  özü  də 

bilmirdi. Bütün həyatı, keçirdiyi günlər yadına düşdü. 

 

O torpaqda doğulmuşdum, 



Xəmirilə yoğrulmuşdum, 

Od parçası, od olmuşdum, 

O yerlərdə izim qaldı. 

 

Ha çalışdım, ha vuruşdum, 



Nə kam aldım, nə qovuşdum, 

Külək əsdi, özüm çaşdım, 

Ürəklərdə sözüm qaldı. 

 

Vətən getdi, yurdlar getdi, 



Cavan ömrüm heçlə bitdi, 

Cığır itdi, yollar itdi, 




Vətənimdə gözüm qaldı, 

Vətənimdə gözüm qaldı. 

 

Amma bilmirdi ki, .... 



 

Bu necə nalədir belə yanıqlı, 

Bu necə yaradı qəmə sarıqlı, 

Nəmli gözlərə bax, hicran soraqlı, 

Nə oldu qəhrəman, məğrur oğlana 

Hicranın əlindən qan ağla, ana! 

 

Amma  bilmirdi  ki,  anasının  yanıqlı-yanıqlı  ağladığı  bu  bayatı  elə  Rəmzinin 



nakam talehinə deyilən bir bayatıdır... 

 

Mən aşiq olmayaydı, 



Saralıb, solmayaydı, 

Bir ayrılıq, bir ölüm 

Heç biri olmayaydı. 

 

Kaş ki, bu dünyada olmayaydı “Bir ayrılıq bir ölüm” 



 

 

Epiloq 

Hər  dəfə  əlimə  qələm  alıb  Rəmzi  haqqında  nə  isə  yazmaq  istəyəndə  qəhər 

məni boğur, əlimdə qələm titrəyir, içimdən bir fəryad qopur. Bu fəryadlar acı göz 

yaşlarına  çevrilir.  Ürəyimdən  keçənlər  acı  göz  yaşları  ilə  birlikdə  sözlər  əvəzinə 

vərəqlərin üzərinə düşür. Uzun bir vaxtdır ki, yazacağım buy azı yazılmaq bilmir 

ki, bilmir…  

Bəzən  məni  qınayanlar  çox  olur,  «Bu  nə  çətin  bir  işdir  ki,  sən  bunu  yazıb 

qurtara bilmirsən» deyənlər də.  

Ancaq  bunu  mənə  deyənlər  onu  da  unudurlar  ki,  həyatını,  keçdiyi  yolu 

yazdığım  gənc  oğlan  mənim  qardaşım  –  canım,  ürəyimdir.  Nə  edim,  özümlə  heç 

cür bacara bilmirəm.  

Hələ  elə  olmayıb  ki,  əlimə  qələm,  vərəq  götürəndə  göz  yaşlarım  dəftərin 

üzərinə tökülməsin.  

Ayrı vaxtlar ürəyimdən keçənləri, xatirələri, yazacağım sözlər qəhər içində – 

göz yaşları içində əriyib gedir, hər şey yaddan çıxır.  

Axı  mən  bacıyam  –  məgər  özümlə  bacara  bilərəm?  Qardaş  haqqında  – 

nakam,  arzuları  ürəyində  dəfn  olunmuş,  ömrü  yarımçıq  qalmış,  həyatının  çiçək 

açan dövründə qara məzara dustaq olmuş qardaş haqqında yazmağı o qədər də asan 

bilməyin.  




Sonradan  fikirləşəndə  ki,  bu  qardaş  həm  də  mənim  eloğlumdur  – 

Laçınlımdır, vətənini, elini sevən qeyrətli bir oğlandır, onda sözlər sıralanır.  

Bəlkə  də  Rəmzinin  adına  layiq  qəhrəmanlıqlarını,  ürəyindən  keçənləri 

doğru-dürüst  bilməmişəm.  Yarımçıq  qalmış  arzularıı  özü  ilə  aparan,  nakam 

həyatını ona layiq sözlərlə ifadə edib qələmə ala bilməmişəm.  

Sən çox az ömür yaşadın qardaş, 24 yaş nədir ki? Ancaq nakam taleli olsan 

da  maraqlı,  xatirəli,  yaddaşlardan  çıxmayan  bir  ömür  –  ata-ana,  qardaş-bacı, 

qohum,  yad  sevgisi  qazanan  bir  ömür  yaşadın!  Gizli  qalmış  arzularını,  deyə 

bilmədiyin  sözlərini,  ən  əsası  isə  yurdunun,  elinin  həsrətini,  məhəbbətini,  obana 

vurğunluğunu,  özünlə  qəbrə  apardığın  həyatını…  təfsilatı  ilə  qələmə  alıb  yaza 

bilmədiyim üçün məni bağışla qardaş – bizi bağışla!  

Yeganə  təsəllim  isə  məzarını  ziyarət  etməyim  və  ruhun  qarşısında  baş 

ə

yməyimdir Rəmzi!!! 



 

 



 

 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə