Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   2   3   4   5   6   7   8   9   ...   12

bir  insan  idi.  Gözəl  xasiyyətli,  sakit  təbiətli,  mam  Əli-Əsgər  timsallı  bir  şəxs 

olmuşdu. Heç kimin xətrinə dəyməzdi. Ən yüksək yerlərə başa çəkiləndə də özünü 

çox sadə aparırdı.  

El  ağsaqqalı  idi.  Hamıya  əl  tutmağı  bacarırdı.  Atamın  qapısına  gələn  heç 

vaxt  əliboş  getmirdi.  Dostluğa  sədaqəti  bitib-tükənməz  idi.  Etibarda  atama  Kim 

çatardı ki? Kiçik bir haşiyəyə çıxmaq istəyirəm.  

1974-cü  ilin  dekabr  ayı  idi.  O  qədər  qar  yağmışdı  ki,  evdən  çölə  çıxmaq 

mümkün  deyildi.  Atam  baş  mühasib  işləyən  vaxt  xəzinədar  (kassir)  atama  300 

manat əvəzinə 5000 manat pul verir. Əlbəttə səhv düşür. Atam evə gəldi. Elə bir 

qar  yağırdı  ki,  belə  getsə  idi,  bütün  yollar,  izlər  bağlanacaqdı.  Daha  maşınlar 

hərəkət  edə  bilmirdi.  Atam  paltosunu  soyunub  pulu  cibindən  çıxaranda gördü  ki, 

pul çox artıqdır. Tez qayıdıb paltosuyu geyindi:  

- Mən bu pulu tez onun özünə qaytarmalıyam – dedi.  

Artıq gecə düşürdü. Anam nə qədər təkid etdisə də mümkün olmadı. Atam 

sözə baxmadı.  

O  vaxt  xəzinədar  işləyən  Gülalı  kişi  (Milli  qəhrəman  Oktay  Güləliyevin 

atası) bir də görür ki, pulu kiməsə artıq verib. Yazıq kişi, çox pis vəziyyətdə qalır. 

Ancaq nə qədər fikirləşirsə də pulu kimə verdiyini bilmir. Deyir ki, kimə desəm də 

boynuna  almayacaq.  Ancaq  bircə  Əsgərovdan  başqa.  Bəli,  atam  uzaq  məsafəni 

piyada qarı yara-yara gedərək o pulu həmin gecə kassaya qaytardı.  

Atamın həddən artıq böyük hörməti vardı. Hər yerdə sözü keçərli idi. Qann 

üstünə getsəydi, orada barışıq olardı.  

Ş

irin  sözlü,  gözəl  nitqi  vardı.  Söhbətindən,  sözündən  doymaq  olmurdu. 



Uzun  yol  getsəydin,  o  qədər  maraqldı  söhbətlər  edərdi  ki,  uzaq  yol  yaxın  olardı, 

necə mənzil başına çatdığını bilməzdin.  

Atam etibarlı və sədaqətli dost olduğu kimi də onun da yaxşı dostları vardı. 

ş

i  ilə  əlaqədar  atam  Qorçu  kəndinə  gedir.  Oradan  da  Ərikli  kəndinə  yolu  düşür. 



Onu  da  qeyd  edim  ki,  Laçının  133  kəndini  və  yaylaqlarını  atam  qarış-qarış 

gəzmişdi. Elə bir yer yox idi ki, oraya ayağı dəyməmiş olsun. Əriklidə Mürşüd adlı 

dostunun evində qonaq qalır. Səhər kəndə çıxanda görür ki, bir kişi bir az qoyunla 

5-6 keçini bir-birinə qatıb otarır. Kişiyə salam verir. Sonra isə kişiyə deyir ki, bu 

çəpişi (keçinin balasını) sat alım. Kişi deyir ki, satmaram. Atam nə qədər pul təklif 

etsə də kişi sözünün üstündə qalır. Onda dostu atama deyir ki, sən burada ol, mən 

bir saata qayıdaram.  

Atam gözləyir. Görür ki, dostu gəlib çıxmaq bilmir. Onda sürücüyə deyir ki, 

maşını işə sal gedək. Elə bu vaxt görür ki, budur, dostu gəlib çıxdı, yanında da bir 



ə

lik  balası.  Dostuna  deyir  ki,  ay  sağ  olmuş,  mən  bunu  neyləyirəm.  Çəpiş  əti 

dərman olduğu üçün mən onu almaq istəyirdim.  

Dostu deyir:  

-  Əsgərov,  mən  mütləq bilirəm  ki, o  səni tanımadı.  O,  tutduğu  işdən sonra 

peşiman  olacaq.    Mən  bunu  ona  görə  etdim  ki,  sənin  kimi  bir  insan  ancaq 

yaxşıların  yaxşısına  layiqsən.  Atamın  dostu  sonra  2  səpiş  ayrı  yerdən  alıb  əlik 

balasının yanına qoşur.  

Üç il o əlik balası – cüyür atamgildə qaldı. 3 ildən sonra isə anamın yaxın 

qohumu olan böyük bəstəkar Soltan Hacıbəyova atam onu hədiyyə etdi.  

Atama çəpiş satmayan kişi sonra gəlib atamın dostu Mürşüd kişidən soruşur 

ki, sənin yanındakı kim idi ki, sən ona çəpişi yox, əlik verdin. Onda Mürşüd kişi 

deyir?  

-  Sən  satmadın,  guya  biz  tapmadıq.  Mən  səndən  gözləməzdim.  Bilirsən  o 

bizim hamımızın əzizi Əsgərov Əsgər idi.  

Atamın adını eşidəndən sonra kişi deyir:  

- Vallah heç bilməmişəm. Çünki mən onu ilk dəfə idi ki, görürdüm. Amma, 

onun necə yaxşı bir insan olduğunu qardaşım deyib. O, qardaşıma bir dəfə elə bir 

yaxşılıq edib ki, heç vaxt yaddan çıxmaz.  

Sonralar o kişi də atam o kəndə gedəndə gedib üzürxahlıq eyləmişdi ki, bəs 

mən səni tanımamışam.  

Anam Raisə xanım Xankəndində, bəy ailəsində dünyaya göz açmışdı. Uşaq 

vaxtalrından  xüsusi  tərbiyə  və  təlim  görmüş,  bəy  qızı  kimi  böyütmüşdülər.  Hətta 

babamın bir vaxtlar söylədiyinə görə, heç nədən qorxmasın deyə, ona qurd ürəyi də 

yedizdirmişlər.  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Azərbaycanın  başqa 

bölgələrində  olduğu  kimi  Xankəndində  də  bəyləri  didərgin  salmış,  onların  var-

dövlətləri talan edilmiş, nə qədər əmlakları var idisə, əlindən almışdılar.  

Anamın  babası,  əmiləri  və  bibiləri  də  Xankəndindən  pərən-pərən  düşmüş, 

ran, Türkiyə və başqa ölkələrə üz tutmuşdular. Azərbaycanda qalanlar isə müflis 

edilmiş halda ayrı-ayrı bölgələrə köç edib, orada yaşamışlar.  

Anamın atası – Qaytaran babam uzun müddət Xankəndindən, ana yurdundan 

ayrıla bilmir. Lakin, siyasi vəziyyət, digər tərəfdən də təqiblərə məruz qalan babam 

40-cı illərdə Laçına köçür və ömrünün sonuna qədər orada yaşayır.  

Anamgil 3 qardaş və iki bacı idilər. Böyükləri Telli xalam idi. Xatım-xatın, 

gözəl  və  yaraşıqlı  xalam  1995-ci  ildə  rəhmətə  getdi.  Telli  xalam  tibb  bacısı  idi. 

Bununla belə, çox elmli və savadlı idi. Elmin çox sahələrindən xəbərdar bir ziyalı 

qadın olmuşdu. 



Böyük dayım Saday, ikincisi Aydın, üçüncü dayım isə Seymurdur. Onu da 

qeyd edim ki, dayım Aydın 1992-ci ildə müharibədə şəhid oldu.  

Hələ  kiçik  yaşlarından  anama  fars  dilini  öyrətmək  üçün  babam  xüsusi 

müəllim  tutur.  Anam  8  yaşında  ikən  iki  erməni  uşağının  bir-biri  ilə  dalaşdığını 

eşidən anam gülür: Babam ondan soruşur ki, 

- Sən nə üçün güldün?  

Anam cavab verir:  

- Ata, uşağın biri o birisinə gülməli söz deyir.  

Babamın acığı tutur:  

- Sən necə başa düşdün ki, bu gülməli söyüşdür?  

-  Ata,  müəllimim  mənə  erməni  dilini  öyrədib,  onun  üçün  də  mən  bunu 

bilirəm.  

Artıq işin üstü açılmışdı. Babam hər yerə adam saldırır.  şini bilən müəllim o 

qaçan  qaçır.  Sən  demə  fars  dilini  bilən  bu  müəllim  əslən  erməni  imiş.  Bic, 

millətpərəst  olan  bu  erməni  müəllim  anama  fars  dilinin  əvəzinə  erməni  dilini 

öyrədirmiş. Özü də elə mükəmməl ki, heç bir sözdə, heç bir səhvə yol vermədən 

danışmağı.  Onu  da  qeyd  edim  ki,  babam  özü  fars  dilində  yaxşı  bilirdi  və  dürüst 

danışırdı. Fars dilini yaxşı bildiyi üçün həmişə radioda  randan verilən verilişlərə 

qulaq  asardı.  Azərbaycanda  məhərrəm  ayını,,  orucluq ayının qadağan  edildiyi  bir 

vaxtda Laçına bu ayların dəqiq vaxtını həmişə babam deyərdi.  

Həmin vaxtlarda heç yadımdan çıxmaz. Məhərrəmlik ayında, aşura günündə 

anam  imam  ehsanı  bişirər  və  şərbət  paylayardı.  Bu  işlərin  qadağan  olunmaına 

baxmayaraq anam bu ayinləri yerinə yetirər və heç nədən çəkinməzdi.  

Babamın qardaşlarından biri o vaxtlar  rana mühacir etmişdi. Babam həmişə 

radioda  rana qulaq asanda səksəkəli halda «bəlkə qardaşımdan bir xəbər var» deyə 

sakitcə oturardı. Ölən günə qədər öz bəylik qürurunu, şəxsiyyətini saxlayan babam 

1983-cü ildə dünyasını dəyişdi.  

Ş

irinbəyovlar nəslinin sonuncu oğlu babam idi.  



Sən  demə  bəy  ailəsindən  olan  babamgili  ermənilər  öz  «qara  siyahı»larında 

birinci yerdə saxlayırlarmış. Baxmayarq ki, babam Laçına 1940-cı illərdə köçür, o 

günə qədər onlara göz verib işıq vermirmişlər.  

Ana  nənəm  –  Məstan  Rzaqulu  qızı  əslən  Laçın  rayonunun  Pirənis 

kəndindəndir.  Abırlı-həylaı,  həddən  artıq  sakit  olan  bu  xanım  nənəm  ölən  günə 

qədər  yaşmağı  ağzından  açmadı.  Piçənis  kəndindən  böyük  bir  nəsil  Xocalıda 

yaşayırdılar.  Nənəmin  bacıları  və  bacısı  uşaqları  da  Xocalıda  olurdular. 

Ermənilərin  Xocalıya  etdikləri  vəhşilik  və  soyqırım  da  onlardan  yan  keçmədi. 

Anamın çoxlu qohumlarından əsir düşənlər də oldu, ölənlər də.  

Nənəm ağzı dualı, əlləri göydə olardı. Qarğış nə olduğunu bilməzdi. Həmişə 

sülh  tərəfdarı  idi.  Babam  çox  zəhmli  bir  kişi  olduğu  üçün,  nənəm  onun  bir 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə