Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   2   3   4   5   6   7   8   9   ...   12

gözəl bazarlıq edərdi ki, heç kim inanmazdı ki, bu bazarlığı orta məktəbdə oxuyan 

bir şagird edib.  

Rəmzi  həm  də  əliaçıq  və  səxavətli  idi.  Nə  alardısa  pulunu  artıq  verərdi. 

Deyərdi ki, satan adam yazıqdır. Hətta ağzının tikəsini belə çıxarıb kim istəsə idi 

verərdi.  

Rəmzinin  orta  məktəb  müəllimləri  ilə  həddən  artıq  səmimi  münasibətləri 

vardı. Gözəl təşkilatçı və qoçaq olduğu üçün müəllimləri ilə ünsiyyəti möhkəm idi. 

Məktəbin bütün işlərində fəal iştirak edirdi.  

8  mart  bayramı  gələndə  o  başqa  şagirdlər  kimi  hərəkət  etməzdi.  Adətən  o 

vaxtlar  qadın  müəllimlərinə  dəsmal  və  duxi  hədiyyə  edərdilər.  Rəmzi  hər  bir 

müəllimə  ürəyindən  nə  keçirdisə  onu  necə  olur-olsun  öyrənər,  həmin  hədiyyəni 

mütləq alardı.  

Bir  dəfə  gördük  ki,  gedib  haradansa  Əlibaba  Məmmədovun  valını  tapıb 

gətirib.  

Anam dedi:  

- Rəmzi indi maqnitafon ola-ola bu valı neyləyirsən?  

Cavab verdi:  

-  ndi  maqnitafonda  köhnə  mahnılar  yoxdur.  Müəllimlərdən  birinin  isə 

bilirəm ki, Əlibaba Məmmədovun qabaq oxuduğu mahnılarından xoşu gəlir. Mən 

də  istəyirəm  ki,  müəlliməmin  az  da  olsa  ürəyini  açam.  Bununla  o  müəlliməsinə 

olan hörmətini ifadə edirdi.  

Evimiz məktəbə yaxın olduğu üçün nə lazım olardısa, Rəmzi tez evə gələrdi 

və heç kimə bir söz demədən lazım olanı götürüb məktəbə aparardı. 

Biz  səkkiz  uşaq  hamımız  1  №-li  məktəbdə  oxumuşuq.  Anam  uşaqları  ilə 

həmişə  fəxr  edirdi.  Çünki  müəllimlər  həmişə  anama  uşaqlarının  tərbiyəsindən  və 

yaxşı oxumaqlarından ağız dolusu danışardılar.  

Anam məktəblə həmişə əlaqədə olduğu üçün onu valideyn komitəsinin sədri 

seçmişdilər.  Hər  həftə,  bəzən  həftədə  iki  dəfə  məktəbə  gələn  anam  bir-bir 

müəllimlərlə görüşər, uşaqları barədə maraqlanardı.  

Anamın zabitəli bir görkəmi vardı. Öz uşaqlarından əlavə qonşu uşaqları da, 

yaxud da uşaqların sinif yoldaşları da anamdan çox çəkinərdilər.  

Bir dəfə dərsdən çıxan oğlan uşaqları bir köhnə binanın yanında «aşıq-aşıq» 

oynayırlar.  Oyuna  başları  elə  qarışır  ki,  evə  getmək  yaddan  çıxır.  Saata  tez-tez 

baxan  anam  dərsin  qurtardığını  bilir  və  onda  başa  düşür  ki,  onlar  haradasa 

oynayırlar. Anam küçəyə çıxır. Uçuq binaya tərəf gedir. Birdən kimsə qışqırır:  

-  Ay  uşaqlar,  tez  qaçın.  Raisə  xala  gəlir.  Başqa  uşaqlar  qaçırlar.  Bizim 

uşaqları isə anam evə gətirib, o ki var tənbeh edir.   



Böyüdükcə Rəmzinin dostları da çoxalırdı. Tək sinif yoldaşları ilə yox, həm 

də məktəbdə oxuyan başqa uşaqlarla da yaxınlıq edirdi.  

Hələ  o  yaşlarından  onda  dostluğa  sədaqət  və  etibar  görürdük.  Dostluqda  o 

qədər  möhkəm  idi  ki,  dostlarının  sirrini  öz  qardaş  və  bacılarına  da  deməzdi. 

Dostunun yolunda ölümə getsəydi belə of deməzdi. 

Bəli  günlər  aylara,  aylar  illərə  çevrilib  bir-birini  əvəz  edirdi.  Böyüyən 

Rəmzinin arzuları da böyüyür və yerə-göyə sığmırdı. Özünə çox güvənirdi. 

Məktəbdə oxuyan qızlara hörmətlə yanaşırdı.  kinci növbə dərsdən sonra qış 

aylarında  qaranlıq  tez  düşərdi.  Onda  Rəmzi  razı  olmurdu  ki,  onlar  evlərinə  tək 

getsinlər. Özü aparıb qızları evlərinə qədər ötürərdi. Elə bu hərəkətlərinə görə də 

həm də yoldaşlarının valideynləri onu çox istəyirdilər. 

Ailədə səkkiz uşaq olduğuna baxmayaraq Rəmzinin yeri başqa idi. Bir az da 

ə

rköyünlüyü vardı.  



Dörd qardaş və dörd bacının içərisində o öz xasiyyətinə görə də fərqlənirdi.  

Heç vaxt yalan danışmağı sevməz,  yaltaqlıq nə olduğunu bilməz, sözü üzə 

deyərdi.  

Qeybət  olunduğu  yerdə  həmişə  deyərdi  ki,  kimin  nə  sözü  varsa  üzə  desin. 

Arxada  söz  danışmaq  kişilikdən  deyil.  stər  qadın  olsun,  istərsə  də  kişi.  Ölümü 

yaltaqlıqdan üstün tutardı. Deyərdi ölərəm, amma qürurumdan enmərəm. 

llər  bir-birini  arxada  qoyduqca  Rəmzi  cəsur  və  qoçaqlığı  ilə  seçilirdi. 

Laçının bəlkə də bütün kəndlərini gəzmişdi. Dağlara çıxmağı çox xoşlayırdı.  

Onun  ən  çox  ünsiyyətdə  olduğu  atam  elə  vaxtlar  olurdu  ki,  həftələrlə 

kəndlərdə  olurdu.  Onda  Rəmzinin  sevincinin  həddi-hüdudu  olmurdu.  Bu  isə  ən  

çox yaz və yay aylarına təsadüf edirdi.  

Elə ki, kənddən gəlirdilər. Atam deyərdi:  

-  Bu  oğlan  bir  yerdə  dayanmır.  Bilmirəm,  öz  işimin  dalınca  gedim,  yoxsa 

Rəmzinin. Harda uca dağ görürdüsə, mütləq oraya qalxmalıdır. Mən də qorxuram. 

Deyirəm yıxılıb dərəyə düşər.  

Bu tənələri eşidən Rəmzi cavab verirdi:  

-  Ata,  məni  o  dağlardan  məcburi  endirməsən,  mən  saatlarla,  bəlkə  də 

günlərlə  dağların  başında  qalaram.  Özüm  də  heç  yorulmaram.  Bilirsiniz,  adam 

yüksəklikdə  olanda  hey  qanad  açıb  uçmaq  istəyir.  Kaş  mən  də  qartal  olub 

zirvələrdə yaşayaydım. Kaş mən də… mən də..  

Daşların üstündə oturar, uzun müddət elə hey baxar-baxar, ancaq doymazdı. 

Çünki bura onun vətəni idi. Sevdiyi, canından əziz tutduğu vətəni – Laçını. Bəli, 

bu onun vətənə, torpağa bağlılığını göstərirdi.  



Şə

nbə  və  bazar  günlərində  Laçın  şəhərinin  aşağı  hissəsində  axan  Həkəri 

çayının  sahilinə  gəzməyə  gedərdik.  Çaya  baxmaqdan  heç  doymazdıq.  Rəmzi 

deyərdi:  

-  Çay  elə  axır  ki,  elə  bil  adamın  yuxusu  gəlir.  Bu  qıjıltı  heç  bir  səsə 

bənzəmir.  

Bəlkə  də  çayın  səsinə,  ana  laylası,  insanın  ruhunu  oxşayan  nəğmə  demək 

istəyirdi. Amma, belə izah edə bilmirdi. Çünki, ana laylası vətən-vətən ana laylası 

demək idi. O, öz yaşına uyğun elə başa düşürdü ki, hər bir insanın vətəni belə olur 

və belə də olar…  

Uzun qış gecələrində ata nənəmiz Nənəqız nənmin söylədiyi nağıllardan heç 

doymazdı Rəmzi. «Ay nənə, birini də danış» deyərdik. 

Anam bizə acıqlanardı:  

- Gecə keçir, imkan verin nənəniz yatsın. Amma, hamımız bir ağızdan:  

- Nənə, birini də söylə.  

Rəmzi də nənəmin dizinin dibindən aralanmazdı. Nağıllar dünyasında nə vaxt 

yuxuya gedərdi, heç özü də bilməzdi.  

Divə, əjdahaya qalib gələn nağıl qəhrəmanlarına sanki oxşamaq istəyirdi.  

Atam çox söhbətcil idi. Elə gözəl söhbətlər edərdi ki, bir də görərdin ki, başqa 

bir aləmdəsən. Atamın söhbətlərindən doymaq olmazdı.  

Hələ  cavan  yaşlarından  Sədinin,  Hafizin  əsərlərini  o  qədər  oxumuşdu  ki, 

çoxunu əzbər danışardı. Şərq ədəbiyyatına, dünya ədəbiyyatına yaxşı bələd idi.  

Laçının  bütün  bölgələrinə  çox  getdiyi  üçün  oraların  tarixi  ilə  maraqlanar  və 

böyüklərdən,  yaşlılardan  eşitdiyi  maraqlı  hadisələri,  rəvayətləri  gözəl  bir  nitqlə 

nağıl edərdi.  

Atam  o  qədər  bədii  kitablar  oxumuşdu  ki,  söz  ehtiyatı  bitib-tükənməzdi. 

Mənim ağlım kəsəndən atamın kitabxanasında demək olar ki, tapılmayan kitab yox 

idi. Məni ədəbiyyata yönəldən də atam olmuşdu. 

Bir  dəfə  atam  evə  qalın  üzlü  bir  kitab  gətirdi.  Kitabın  üstünü  tez  oxudum. 

Gürcü  yazıçısı  Şota  Rustavelinin  «Pələng  dərisi  geymiş  pəhləvan»  əsəri  idi.  ş 

adamı olduğu üçün, gündüzlər vaxtı olmurdu. Axşamlar isə kitab oxuyardı.  

Bəli,  kitabı  gətirdi.  O  gecə  yatmadı.  Axşamdan  oxumağa  başladı.  Biz 

yuxudan  duranda  artıq  kitabın  sonuncu  səhifəsini  oxuyurdu.  Bir  gecəyə  bir  əsər 

oxumaq… Hər insanın işi deyildi. 

Atam oxuduğu kitabın qısa məzmununu da olsa belə bizə danışardı.  

Deyəsən,  mövzudan  bir  az  aralandım.  Onu  demək  istəyirdim  ki,  atam 

Kürdhacıda,  Çalbayırda  olanda  (orada  atamın  çoxlu  dostalrı  vardı)  Soltan  bəy 

haqqında  çox  hadisələr  öyrənmişdi.  Bəzən  gecələr  oturub  Soltan  bəyin 

qəhrəmanlıqları  haqqında  o  qədər  hadisələr  danışardı  ki,  bir-birindən  maraqlı. 

Soltan bəyin ermənilərə necə toy tutması, tat dərəsindəki vuruşmalarından tutmuş 

tək  Zəngəzur  qəzasını  yox,  həm  də  bütün  Qarabağa  və  Azərbaycanın  ayrı-ayrı 

bölgələrinə yayılan qəhrəmanlıqları haqqında danışardı.  

Bütün bu söhbətlərə maraqla qulaq asardıq. Ən çox da  maraq dünyası geniş 

olan Rəmzi. Bir dəfə Rəmzi atama dedi:  




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə