Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   2   3   4   5   6   7   8   9   ...   12

-  Ata,  məni  də  özünlə  Soltan  bəyin  kəndinə  apar.  Mən  də  oraları  görmək 

istəyirəm. Atam dinmədi. Rəmzinin iri qara gözləri atama zilləndi. 

Yazda atam onu Soltan bəyin yaşadığı kəndə aparmışdı. Adı yadımdan çıxıb. 

Atamın  dostlarından  biri  Soltan  bəyin  də  yxaın  qohumlarından  bir  kişi  Rəmziyə 

Soltan bəyin gümüş saplı xəncərini yadigar olaraq bağışlamışdı. Uzun illər həmin 

yadigar xəncər evdə ən əziz bir xatirə olaraq qalırdı. Erməniəlrin işğalında Xəncər 

evdə divarda asılı idi.  

Biz şəhərin mərkəzində yaşayırdıq. Hər il məktəb tətili başlayan kimi atam da 

isti  çəkməyək  deyə  bizi  yaylaqlara,  üç  ay  yayı  dincəlməyə,  istirahət  etməyə 

aparardı. Hamımız orta məktəbi qurtarıb, ali məktəbə gedənə qədər yay aylarında 

Qara  göl  yaylağında,  Minkənd  istisuyunda,  Qovuşuq  kəndində  istirahət  edib 

dincələrdik.  

Ana  təbiət  elə  bil  bu  yeri  əzizləmiş,  nə  qədər  gözəlliklər  varsa,  hamısından 

Qara gölə pay vermişdi. Əsrarəngiz gözəllik məkanı – Qara göl. Gölün hər tərəfi 

dağlarla əhatə olunmuşdu. Dağların ətəkləri çəmənlik, çəmənlikdə isə hər növ gül-

çiçək.  Adam  baxdıqca  doymazdı  bu  gözəllikdən.  Dəniz  səviyyəsindən  1500  m 

yüksəklikdə  olan  bu  yaylağa  ən  çox  yaxın  kəndlərin,  kolxoz  və  sovxozların 

heyvanlarının  yay  otlaq  sahəsi  idi.  Ən  çox  ata  məkanım  olan  Qarqışlaq,  sonra 

Sadınlar,  Quşçu  və.s.  kəndlərin  heyvanlarının  otlaq  yeri  idi.  Bununla  bərabər 

maşın-maşın adamlar istirahətə gəlir, burada olduğu müddətdə təbiətdən zövq alır, 

çınqıllı bulaqdan heç olmasa ürəyi sərinlədən bir stəkan su içirdilər.  

Çınqıllı bulaqın suyu o qədər soyuq olurdu ki, heç kim bir stəkan suyu axıra 

qədər  içə  bilmirdi.  Deyirdilər  ki,  suyun  belə  soyuq  olmasının  səbəbi  elə 

çınqıllardır.  Səhərlər  qoyun-quzu  səsinə  yuxudan  oyanardıq.  Şehli  çəməndə 

ayaqyalın  qaçardıq.  Deyirdilər  ki,  ayaqyalın  şehin  üstü  ilə  yeriyəndə  bu  ayaqlara 

çox xeyirdi. Bütün yay uzunu o yer qalmırdı ki, oranı gəzməmiş olaq. Ancaq «Ayı 

dərəsi»ndən  başqa.  Orada  qar  olurdu.  Qarın  səbəbinə  oraya  gedərdik.  Ancaq 

deyirdilər ki, həqiqətən də orada ayı görənlər olub. Qardan əlimizə bir az götürən 

kimi ayının qorxusundan tez qaçardıq.  

Gölün hər tərəfi dağ ilə əhatə olunmasına baxmyaraq birdən göldə elə bir ləpə 

qopurdu ki, heç yaxına da getmək olmurdu.  

Yaşlı adamlar söyləyirdilər ki, bu göl çox müqəddəsdir. Əgər ora çirkli bir şey 

atılardısa, onda bu göl belə fəğan edir və ləpələr o çirkləri vurub çıxarır.  

Gölün suyu qıraqdan baxanda gömgöy görünürdü. Ancaq axşamlar isə sanki 

qara rəngə boyanırdı. Bəlkə elə buna görə də bu gölə Qara göl adı vermişdilər.  

Qara göl haqqında çoxlu rəvayət və əfsanələr söyləyirdilər. Deyirdilər ki, qış 

aylarında  gölün  üstündə  çoxlu  qalın  buz  təbəqəsi  olur.  Yaxın  kəndlərə  gedən 

adamlar  yollarını  kəsə  etmək  üçün  buzun  üstü  ilə  gedirmişlər.  Oradan  keçən 

Azərbaycanlılar  çox  asanlıqla  keçirlər.  Buz  tərpənmir.  Qara  göl  Azərbaycanın 

sərhəddində  yerləşir.  Oradan  Ermənistanın  Gorus  rayonuna  və  yaxın  kəndlərinə 

getmək asan idi. Bir neçə erməni də istəyir ki, göldən keçib yollarını yaxın etsinlər. 

Buz  qırılır,  ləpə  qopur  və  ermənilər  də  gölün  düz  ortasında,  ən  dərin  yerində 

batırlar. Belə söyləyirdilər ki, həmin il yaz açılır və gölün ləpələnməsi dayanmır. 

Axır ki, ermənilərin meyidlərini ləpə vurub gölün qırağına çıxarır. 




Qara gölün suyunda duzluluq yox idi. Bu su həmi şirin həm də ağır idi. Gölün 

qıraqları dayaz olmağına baxmayaraq suya nə isə düşəndə və adamlar çiməndə su 

çəkib gölün ortasına aparırdı. Yəqin ki, gölün axacaq yeri var idi. 

Belə  söyləyirdilər  ki,  keçmişdə  bir  nişanlı  qız  gölün  qıraqında  paltar 

yuyurmuş. Birdən qızın nişan üzüyü barmaqından sürüşüb gölə düşür. Qız nə qədər 

gəzirsə üzüyü tapa bilmir. O, vaxtki adətlərə görə nişan üzüyünü itirmək böyük bir 

günah  və  etibarsızlıq  sayılırdı.  Ancaq  qız  bu  sirri  heç  kəsə  demir.  Aradan  xeyli 

keçir.  Qızın  nişanlısı  naxırı  otaran  zaman  Əli  bulaqından  əyilib  su  içmək  istəyir. 

Bir  də  görür  ki,  onun  nişanlısına  verdiyi  və  üzərində  müəyyən  işarəsi  olan  nişan 

üzüyü  bulaqın  gözündədir.  Oğlan  üzüyü  götürür.  Qıza  xəbər  göndərir  ki,  sabah 

onunla  görüşsün.  Görüşdə  oğlan  qızdan  soruşur  ki  bəs  sənin  nişan  üzüyün  hanı? 

Qız  əvvəlcə  qorxusundan  heç  nə  demir.  Birdən  oğlan  cibindən  nişan  üzüyünü 

çıxarıb  qıza  göstərəndə  qız  tez  deyir  ki,  sən  allah  məni  bağışla.  Göldə  paltar 

yuyanda  barmağımdan  sürüşüb  gölə  düşdü.  Ancaq  nə  qədər  gəzdinsə  tapa 

bilmədim. Bəs necə oldu ki, sən bunu tapa bildin?  

Oğlan məəttəl qalır. Deyir: 

-Sən nə danışırsan? Mən üzüyü Əli bulaqından tapmışam. 

Deməli gölün dibindən sızan su Əli bulaqına gedirmiş. 

Gölün  qıraqlarında  böyük  qayalar  vardı.  O  qayaların  birində  gecələr  işıq 

yandığını görənlər olub. Ona «çıraq daşı» deyirdilər. Bəlkə də o işıq gecələr qara 

rəngdə olan gölə işıq verirmiş. Kim bilir, bəlkə də.  

ş

ıqlı dağ, Keçəl dağ – hamısını gəzərdik. Gecələr isə dünyagörmüş Nurxanım 



nənənin  söylədiklərini,  dediklərini  yaxşı-yaxşı  dinləyərdik.  Nurxanım  nənə 

Qarıqışlaq kəndindən idi. Yaşlı, ancaq nurlu sifətindən həmişə nur yağan bu qadına 

yəqin ki, bu adı əbəs yerə qoymamışdılar. Nurxanım nənə Qaçaq Nəbini öz gözləri 

ilə görmüşdü. Söyləyərdi ki, Nəbi bizim kəndə gecələr gələrdi. Özü də atamla dost 

olduğu  üçün  bizim  evədə  qalardı.  Onlar  səhərə  qədər  söhbət  edər,  səhər  isə  o 

başdan  xoruz  səsi  eşidilməmiş,  heç  kim  onu  görməsin  deyə  gedərdi.  Onun  zalım 

xanlardan, bəylərdən çox, qisas alacağı ermənilər idi.  

Bəli,  Qara  göldə,  Keçən  dağın  başında  Qaçaq  Nəbinin  qurduğu  səngərləri, 

oturub  dincəlmələri  üçün  düzəltdikləri  yerləri    öz  gözlərimlə  görmüşəm.  Dağ 

başındakı  səngər  ağır-ağır  daşlardan  qurulmuşdu.  Daşların  aralarından  isə  top 

atmağa yer qoymuşdular.  

Yaşlı  adamlar  söyləyirdilər  ki,  Qaçaq  Nəbi  buradan,  yüksəklikdən  onun 

üstünə qoşun toplayıb gələn erməni çinovniklərini və onun qoşunlarını top atəşinə 

tutar, onları darmadağın edərdi. Onun qorxusundan heç kəs cürət edib bu tərəflərə 

gələ bilməzdi.  

Maraqlı  idi.  Sanki  Nəbi  bu  yerlərdə  təzəcə  olmuşdu.  Səngərdən  bu  yanda 

yastı-yastı  daşlardan  stul  kimi  düzəltdikləri  daşların  yanında  bizi  təəccübləndirən 

bir şey də vardı ki, onu demək istəyirəm. Bütün bunlardan əlavə daşdan bir yüyrük 

də düzəltmişdilər. Məətəl qalmalı iş idi. Deyirdilər ki, bu yüyrüyü Nəbi özü daşdan 

hazırlayıb.  Bəs  necə  olub  ki,  övladı  olmayan  Nəbi  bu  uşaq  beşiyini  hazırlayıb. 

Mənə  elə  gəlirdi  ki,  Qara  gölü  müqəddəs  yer  kimi  tanıyan  Nəbi,  bəlkə  də  övlad 

ümidini  itirməyib.  Bir  arzu,  bir  niyyət  kimi  uşaq  beşiyini  hazırlayıb  ki,  gələn  ilə 

qədər  onun  övladı  olsun.  Çünki  çox  adamlar  bayaq  söylədiyim  kimi  «Çıraq 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə