Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   ...   4   5   6   7   8   9   10   11   12

niyyətlərdən,  heç  bir  kəsin  paxıllığını  çəkməməyindən  və  heç  kəsə  pislik 

etməməsindən. 

Sovet  qanunlarından  biri  də  əsgər  yaşı  çatmış  bütün  oğlanlar  hərbi  xidməti 

yerinə  yetirməli  idi.  Gənc  Rəmzi  də  institutu  yarımçıq  qoyub  hərbi  xidmətə 

yollandı. Moskva ətrafındakı hərbi hissələrdən birində qulluq etməyə başladı. 

Vətənindən uzaqlarda, qürbət eldə qulluq etmək onun üçün çətin idi. Özünü 

sanki  qınayırdı.  «Bu  necə  işdir,  özüm  Azərbaycanlı,  yurdum  da  Azərbaycan,  elə 

bizim özümüz də vətənimizdə qulluq etməliyik» deyirdi.  

Amma,  hər  bir  əsgər  üçün qanun qanundur.  Vətəni  üçün,  ata-ana, qardaş  və 

bacıları  üçün  çox  darıxırdı.  Yaxşı  qulluq  etdiyi  üçün  onu  bir  aylıq  məzuniyyətə 

göndərdilər.  Özü  məzuniyyətə  gəlməmiş  Hərbi  Hissənin  komandirindən 

valideynlərinə təşəkkür məktubu da gəldi. 

Laçına  çatanda  qollarını  açıb  doyunca  yurdunun  havasını  ciyərlərinə  çəkdi. 

Elə bil ki, yurdunu qucaqlayıb, onunla salamlaşırdı. Elə bil ki, yurdunun havasını 

özünə həyat bilirdi.  

Beləcə  iki  il  də  keçdi.  Hərbi  xidmətdən  sonra  yenidən  Azərbaycana  döndü. 

Yenidən tələbəlik illəri davam etdi.  

Onunla  institutda  oxuyan  tələbə  dostlarından  bir  neçəsi  hərbi  xidmətə 

getmişdi.  Bir  neçəsi  isə  qiyabi  şöbəyə  keçmiş,  ildə  iki  dəfə  instituta  gəlməklə 

təhsilini  davam  etdirirdilər.  O  yenə  də  mehribanlığı  ilə  özünə  yeni  yoldaşlar  da 

tapdı.  

Hərbi  xidmət  –  kişilik  məktəbi  Rəmzini  çox  dəyişdirmişdi.  Boyu  bir  az  da 

uzanmış, bir az dəyişilmiş və bədəni dolmuşdu.  

Xasiyyətində  əsl  kişilərə  məxsus  bir  təmkinlik  və  ciddilik  hiss  olunurdu. 

Bütün bunlara baxmayaraq əvvəlki dəlidolu və inadkar Rəmzi idi.  

1988-ci  ilin  fevralından  başlayan  çaxnaşma  bütün  Qarabağ    bölgələri  kimi 

Laçında  da  özünü  göstərirdi.  Deyəsən  70-ci  illərdə  babamın  söylədikləir  (artıq  o 

rəhmətə getmişdi) erməni siyasəti və ermənilərin iç üzü özünü göstərirdi.  

Xankəndi  və  ətraf  kəndəlri  ermənilər  tamamilə  ələ  keçirmişdilər.  Yollar 

bağlanmış, vəziyyət gərginləşmişdi.  

Belə bir vəziyyət gənc və inadkar Rəmzini Laçına dönməyə vadar etdi. Artıq 

o  institutun  5-ci  kursunda  oxuyurdu.  nstitutu  yarımçıq  qoyub  gəlməsi  atama  və 

anama  ağır  gəldi.  ndiyə  kimi  oxuyub,  indi  niyə  də  institutu  yarımçıq  qalsın 

dedilər. Rəmziyə çox israr etdilər:  

-  Oğlum,  qayıt  ali  məktəbini  bitir,  sonra  yenə  də  hərbiyə  gedib  vətənimizi 

qoruyarsan.  ndiyə kimi çəkdiyin zəhmət, oxuduğun illər hədər getməsin.  

- Ay mənim ürəyim, canım atam, anam. Sizi dünyada hər şeydən, canımdan 

da  çox  istəyirəm.  Ancaq  yurdumu,  vətənimi  ölən  günə  qədər  qoruyacağıma  and 

içmişəm. Mənim üçün ən müqəddər yer üstündə dayandığım vətən torpağıdır. Ona 

görə də məni bu yoldan heç bir amal döndərə bilməz! O ki, qaldı ali məktəbə, siz 

arxayın olun, rektorla özüm danışıb onun icazəsi ilə gəlmişəm. Münaqişə qurtaran 

kimi  yenə  də  gedib  ali  təhsilimi  başa  vuracağam  və  sizin  arzularınızı 

doğruldacağam.  Mən  onsuz  da  kiçik  yaşlarımdan  hərbçi  olmaq  arzusunda 

olmuşam.  Mən  sizi  –  ata  və  anamı  çox  sevdiyimdən  onların  arzuladığı  sənətin 

dalınca getdim. Mən həm də vətənimin oğluyam.  



Belə inadkarlığın qarşısında deməyə söz tapa bilməyən ata, ana dinmədilər.  

Rəmzi həmişəki kimi onalır qucaqlayıb öpdü. Sonra da onların könlünü aldı. 

Üzlərində təbəssüm hiss etdikdən sonra birdən dedi:  

- Ay ana, bayaqdan yadımdan çıxmışdı. Birdən yadıma düşdü. Mən axırıncı – 

V kursda oxuyuram. Bir ilə nə var ki. Qoy hələ onların cavabını layiqincə verək. 

Özüm gördüm ki, vəziyyət sakitləşib, daha düşmənlərimizin səsi çıxmır, onda ali 

təhsilimin bir ilini də oxuyub, başa vuracağam. Məndən özünüz bilirsiniz ki, yalan 

söz eşitməmisiniz. Bir də ay ana, kaş bizim batalyona gəlib orada necə oğlanların 

vətən müdafiəsinə qalxdığını görəydiniz. Mən onların yanında heç bir kiməm. Elə 

qeyrətli oğlanlar var ki, Laçının öz adına layiq – Laçın oğlanlar.  

Yenə də anasını öpdü. Ay ana, başına dönüm, mən səninlə qürur duyuram ki, 

mənim  belə  anam  var.  Sən  həm  ürəklisən,  həm  də  kişi  qeyrətlisən.  Oradakı 

oğlanlar  hamısı  sənin  balalarındır.  Bizi  unutma.  Hərdən-birdən  ərzaq  yığ,  özüm 

gəlib aparacağam.  

Anam dilləndi:  

-  Rəmzi,  mən  oğlanlarıma  ad  qoyanda  birinci  onların  vətənpərvər,  qeyrətli 

eloğlu  olmalarını  arzu  etmişəm.  Əlbəttə,  yurdumuzu  siz  qorumalısınız.  Ancaq, 

oğul, mən anayam. Birdən başına bir iş gələr, onda atanla mən nə edərik?  

- Mənə heç nə olmaz ana! Olsa da eyib etməz. Məndən sonra o qədər oğullar 

var ki, sayı-hesabı yox. Hamısı da qoçaq və igid. Sən bizim  hamımıza dua et ki, 

vətənimizi, torpağımızı qoruya bilək! – dedi və evdən çıxdı.  

1989-cu ildə artıq özünümüdafiə batalyonu yaranmışdı. Rəmzi bu batalyonun 

döyüşçüsü kimi fəallıq göstərirdi. Əyninə geyindiyi hərbi forma ona yaraşırdı. Elə 

bil  ki,  çoxdan  arzuladığı  «hərbçi  olmaq  istəyi»  onu  vətənin  müdafiəsi  üçün 

reallaşdırmışdı.  O,  hərbçi  geyimində  Laçın  ilə  Ermənistan  sərhəddində  olan 

postlardan  hərdənbir  evə  gələr,  gedəndə  isə  özü  ilə  gücü  çatacağı  qədər  ərzaq 

aparardı.  

Özünə  də,  dyöüşçü  yoldaşlarına  da  çox  güvənirdi.  Elə  hiss  edirdi  ki, 

ayaqlarını  qoyduğu  vətən  torpağına,  belə  cəsur  oğulları  olan  vətən  torpağına  heç 

kim cürət edib girə bilməz. Bəs, onda biz nə edərik? Özü-özünə çoxlu suallar verir, 

verdiyi suallara da nikbin cavablar axdarırdı. 

«Bizi kimi oğulları olan yurduma heç kimin gücü çatmaz» deyirdi. 

- Bəs vətənin suyunu içəsən, çörəyini yeyəsən, sonra isə başını götürüb hara 

sakitlikdir  ora  qaçasan?  Heç  bu  kişilikdən  deyil.  Mən  özümdən  də  çox  qeyrətli 

oğlanlara qüvənirəm. Bu yolda, vətəni qorumaq yolunda ölü var, döndü yox. Bir də 

bir  şey  var  ki,  bizi  qoyalar,  onlar  buralara  bir  addım  atmamış,  biz  onları  düz 

rəvana  qədər  qovaq.  Onda  onların  ağılları  başlarına  gələr.  Başqasının  torpağına 

göz dikmək necə olar, bilərlər.   

Postda oğlanların çoxu uzanıb, qalanları isə ayaq üstə söhbət edirdilər. Birdən 

bir oğlan dedi:  

-  Doğrudan  da  çətindir.  Kaş  adam  avtomatı  bir  əllə  ataydı.  Ancaq  atmaq 

olmaz.  


Hər yerdən suallar verdilər:  

- Niyə də atmaq olmaz?  




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə