Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   2   3   4   5   6   7   8   9   ...   12

daşı»na nəzir qoyardılar, arzularına, niyyətlərinə çatardılar. Ora qoyulan nəzirə isə 

heç kim əlini də vurmazdı. Bu nəzirləri ya bir imkansıza, ya da şikəstə verərdilər. 

Ona görə də nəzir qəbul olunardı.  

Biz  üç  ay  yayı  orada,  Qara  göldə  qalardıq.  Bayaq  dediyim  kimi  Qara  göl 

Azərbaycanın  sərhəddində  yerləşirdi.  Ermənilər  Gorus  rayonuna,  Gorusun 

kəndəlrinə  və  əkin  yerəlrinə  göldən  motor  ilə  su  çəkmişdilər.  Gölün  suyu  şirin 

olduğu üçün, istifadəyə yararlı idi. Ermənilər gölün qırağında kiçik bir tikili tikib, 

içinə də motor qoymuşdular. Motor demək olardı ki, sutqanın 20 saatını işləyirdi. 

Mən hələ onda orta məktəbdə oxuyurdum. Amma, bu mənə çox pis təsir edirdi. Elə 

hey  fikirləşirdim:  «necə  olur,  yaylaq  bizim,  göl  bizim,  yer  bizim,  ancaq  gölün 

suyunu onlar öz xeyirləri üçün istifadə edirlər. Məgər, bunu biz eyləyə bilmərik? 

Niyə  də  gözümüz  özümüzə  bağlıdır?»  Elə  hey  fikirləşərdim…  Səhər  açılanda 

uşaqlarla  sözü  bir  yerə  qoyardıq  ki,  gedək  motoru  qıraq.  Ancaq  oraya  ermənilər 

növbə ilə keşik çəkirdilər. 

Bir  gün  eşitdik  ki,  gölə  bir  qayıq  gətiriblər.  Biz  hamımız  ora  qaçdıq.  Nə 

görsək  yaxşıdır?  Sevan-Göyçə  gölünün  balıq kürüsündən  ermənilər oraya  –  Qara 

gölə tökürlər. Demək o vaxtdan sən demə oraya yiyələnirmişlər. Elə də oldu. Artıq 

gələn il balıqlar böyümüşdü. 

Bütün  bu  işlərə  nəzarət  edən  Sedrak  adlı  bir  erməni  qulduru  idi.  O,  tez-tez 

gölə gəlir, oralara nəzarət edir, bütün işləri səhmana saldıqdan sonra çıxıb gedərdi.  

Bir  dəfə  bir  QAZ-51  markalı  maşın  dolu  ermənilər  dincəlmək,  yeyib-içmək 

üçün  gölün  qırağına  gəldilər.  Mənim  qardaşım  Rövşən  dedi  ki,  onları  qəlbim 

götürmür ki, gəlib bizim yaylaqda at oynatsınlar. Onalra daş atmaq istəyəndə daş 

maşının işıq şüşəsinə dəydi və şüşə qırılıb yerə töküldü.  

Ermənilər  tez  tökülüşdülər.  Daşı  atanı  axtarmağa  başladılar.  Birdən  quldur 

Sedrak gəldi, nə gəldi. Dedi ki, daşı kim  atıb maşının şüşəsini qırıb, desin! Əgər 

deməsəniz  bütün  uşaqları  yığıb  Gorusa- milis  idarəsinə  aparacağam.  Uşaqlar  çox 

qorxdular.  Mən  tez  alaçığa  qaçıb  anama  xəbər  verdim.  Anam  həmişə  evimizdə 

olan tüfəngi götürdü və uşaqlar olan yerə gəldi. Bir də baxdıq ki, Sedrak uşaqları 

elə  düzüb  ki,  elə  bil  almanlar  əsir  uşaqları  düzdüyü  kimi.  Anamın  əlində  tüfəngi 

görən Sedrak özünü itirdi.  

-  Ay  bacı,  belə  də  iş  olar?  Mən  bilirəm  sizin  uşaq  deyil.  Amma  kimin 

uşağıdırsa adını da demirlər.  

Anam dedi:  

- De görüm nə olub axı?  

- Nə olacaq, ay bacı. Daş atıb maşının işıq şüşəsini qırıblar.  

-  Ay  Sedrak,  bunlar  uşaqdırlar.  Bilməyiblər,  daş  atanda  maşının  şüşəsinə 

dəyib  qırılıb.  Böyük  bir  şey  olmayıb  ki,  uşaqlarla  işin  olmasın,  nə  xərci  varsa 

hamısını mən verərəm. Gedib təzə şüşə alıb maşina taxarsınız.  

Onda Sedrak qızışdı:  

-  belə  olmaz,  gərək  bu  uşaqları  mən  milisə  aparam  ki,  bir  də  belə  qələt 

etməsinlər. Erməninin maşınını, sizin uşaqlar daş ilə vuralar.  

Anam içi patronla olan tüfəngi Sedraka tərəf çevirdi:  

-  Götür  küçüklərini,  tez  buradan  rədd  ol,  yoxsa  beynini  dağıdaram.  Hacılar 

kolxozunun 40 baş quzusunu sən oğurladın, sənə heç nə demədilər.  ndi nə var, nə 



var,  uşaq  bir  şüşə  qırıb.  Bir  də  köpək  oğlu  sənin  buradan  keçəndə  bir  də  səsini 

eşitsəm  özüm  səni  öldürəcəyəm.  Dinməz-söylənməz  tez  buradan  uzaqlaş.  Tülkü 

kimi hiyləgər və qorxaq olan Sedrak bilmədi nə etsin. Rəngi ağappaq ağardı:  

- Bacı, sənə qurban olum. Mən yazıq nə deyirəm ki, hamısı sizə qurban. 

Elə o saat da dincəlib, yeyib-içməyə gələn ermənilər maşina doluşaraq çıxıb 

getdilər.  

Ondan  sonra  bir  də  onun  səsini  eşitmədik.  Qorxaq  və  hiyləgər  olan  Sedrak 

həmişə dilağız edirdi:  

- Bacı, mən sakitcə buradan keçirəm – deyirdi.  

Anamın qoçaq, qeyrətli bir qadın olmasını bütün Laçınlılar yaxşı bilirdi. Yeri 

düşmüşkən bir olmuş bir əhvalatı danışmaq yaxşı olardı.  

Anam hələ cavan gəlin vaxtında, yəni, iki körpəsi ilə birlikdə atam Minkənd 

stisuyunda  alaçıq  qurub  onları  orada  yerləşdirir  ki,  burada  üçə  ay  dincəlsinlər. 

Anamgilin alaçığı ilə babamgilin alaçığı bir-birinə yaxın olur.  

Bir  neçə  gündən  sonra  bir  qadın  özünə  görə  kiçik  bir  alaçıqla  ora  gəlir. 

Anamın  söylədiyinə  görə  qadın  deyir  ki,  bəs  tək  adamam.  Özyüm  də  Ağcabədi 

rayonundan gəlmişəm. Anama deyir:  

- Qızım, icazə verin mən də sizin alaçığa yaxın tikilim. Ayaqlarım ağrıyır. On 

beş gün burada qalıb istisu qəbul edəcəyəm. Özü də mən ziyankar adam deyiləm. 

Qərib olduğum üçün sizi özümə yaxın bildim.  

Anam deyir:  

- Xala, haradan gəlmisən, xoş gəlmisən. Nə olar? Atamgil bir böyrümdə, sən 

də  o  biri  böyrümdə  tikilərsən.  Nə  köməklik  lazım  olsa  biz  edərik.  Elə  də  olur. 

Qadın anamgilə yaxın alaçıq qurur.  

Anam deyirdi ki, bu kök qadının böyük bir qara çamadanı var idi. Gündüzlər 

isti suya gedəndə çamadanı bizə qoyur, axşamlar isə başının altına qoyub yatardı. 

Çox  vaxt  oturub  anamla  söhbət  edir.  Deyir  ki,  ailə  qurdum,  amma  övladım 

olmadı. Neçə illər yoldaşımla birgə yaşadıq. Axır ki, mən özüm ondan ayrıldım ki, 

qoy  gedib  evlənsin  və  uşağı  olsun.  ndi  tək  yaşayıram.  Özüm  də  alver  edirəm. 

Allaha  şükür  heç kəsə  ehtiyacım  da  yoxdur.  Bir bacım  var,  o  da  məndən uzaqda 

yaşayır.  

Həmin  qadın  bir  gün  kök  bir  qoyun  alır.  Ondan  soruşurlar  ki,  tək  adamsan. 

Neyləyirsən bu qoyunu. O da cavab verir ki, dağ heyvanını əti çox xoşuma gəlir. 

Qayıdanda aparıb kəsib qovurma edəcəyəm. Bir qışı mənə bəs edər.  

Bir  müddət  keçir.  stisu  dərəsi  çox  qaranlıq  olurdu.  Bir  gün  gecənin  bir 

yarısında qadın qışqırır ki, mənə kömək edin. Bəs qoyunumu apardılar. Sən demə 

arvad qoyunun ipinin bir ucunu ayağına bağlayırmış.  

Anam  həmişə  içi  patronla  dolu  olan  qoşa  lülə  tüfəngi  götürüb  çölə  qaçır. 

Qadın  qışqıra-qışqıra  deyir  ki,  bəs  yola  tərəf  qaçdılar.  Anam  əlində  tufəng  heç 

nədən  qorxmadan  həmin  səmtə  üz  tutur.  Aralıda  nə  isə  qaraltı  hiss  edir.  Tüfəngi 

tuşlayıb,  iki  güllə  atır.  Güllənin  biri  nəyə  isə  dəyir.  Səs-küyə  camaat  tökülürlər, 

fənərlə hər yeri gəzirlər. Bir də görürlər ki, qadının qoyunu ilə çamadanı buradadır. 

Sən  demə  oğrular  birinci  qoyunu  aparırlar  ki,  onun  başı  qoyuna  qatışanda 

çamadanı da götürsünlər.  




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə