Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
1   2   3   4   5   6   7   8   9   ...   12

baxışından  nə  istədiyini  bilərdi.  Ona  görə  də  heç  vaxt  qoymazdı  ki,  babamın  bir 

sözü iki olsun. 

1960-cı  illərdə  bir  dəfə  babam  bir  nəfər  tanışla  Xankəndinə  nə  isə  almağa 

gedirlər. Orada gecələməli olurlar. Həmin adam bir nəfər erməni tanışının burada 

yaşadığını deyir. Onda razılaşırlar ki, gedib o tanışı gildə qalsınlar. 

Babam  görür  ki,  o  erməni  babama  çox  baxır.  O,  babamdan  adını  soruşanda 

babam adını səhv deyir.  

Gecədən  xeyli  keçir.  Birdən  babam  bir  səs  eşidir.  Eşidir  ki,  evlərində 

qaldıqları erməni kimə isə deyir: 

-  Mən  soruşdum,  ancaq  o  adını  düzgün  demədi,  mütləq  o  Qaytarandır.  Heç 

vaxt səhv etmərəm, özüdür ki, var.  

-  Onda  qoy  gecə  yarıdan  sonra  ikisini  də  öldürüb  səhərə  yaxın  Şuşa  yoluna 

atarıq.  Qoy  elə  bilsinlər  ki,  öz  Azərbaycanlısı  öldürüb.  Heç  kim  bizdən 

ş

übhələnməz.  



Bunları eşidən babam tez o biri kişini yuxudan oyadır. Məsələni olduğu kimi 

ona  danışır.  Elə  o  saatda  da  yorğanı,  yerlərinə  bükülü  qoyub,  başa  düşməsinlər 

deyə oradan uzaqlaşırlar.  

Babam erməni xəyanətini o qədər çox görmüşdü ki, saysız-hesabsız əhvalatlar 

danışardı.  Hamısı  da  erməni  xəyanətindən.  O,  söyləyərdi  ki,  ermənilər  xaricdən 

Azərbaycana gətiriləndə və onlar yerləşdirəndə onların hər pis üzlərinə mən yaxşı 

bələdəm.  Yeri  düşəndə  yaltaqlıq,  yeri  düşəndə  yazıq  olmaq,  yeri  düşəndə  biclik 

yeritmək,  siyasətə  əl  atmaq,  insanı  qətlə  yetirmək,  sui-qəsd  hazırlamaq,  iğtişaş 

salmaq və.s.  

Babamın son dövrlərə qədər Qubadlıda yaşayan qohumlarından çoxunun belə 

faciələrə  düçar  olması  bunu  sübut  edirdi.  Babamın  söhbətlərinə  görə  xalası 

uşaqlarının ikisinin belinə qaynar samovar bağlayıb işgəncə ilə öldürüblər. Xalası 

nəvələri  isə  erməni  qızları  vasitəsilə  aldadılıb  tarla  kənarına  gətirilib  və  oradaca 

güllələniblər.  Bu  qədər  ermənilərdən  yanıqlı  olan  babam  ölən  günə  qədər 

ermənilərlə barışmadı. 

Laçının  bir  böyük  rayon  və  133  kəndi  ilə  birlikdə  orada  cəmisi    rayon 

mərkəzində üç erməni ailəsi yaşayırdı. Bu ailələrdən ikisi babamgilə qonşu idi. Bu 

bir  təsadüf  idimi,  ya  düşünülmüş  idi,  onu  deyə  bilmərəm.  Onu  deyə  bilərəm  ki, 

babam  həyətdə  olanda  onlar  çölə  çıxa  bilmirdilər.  Bir  gün  onlardan  biri  olan, 

bazarda bir mağazada satıcı işləyən Tamara adlı erməni anama  deyir:  

- Ay bacı, sənin atanın əlindən biz çölə də çıxa bilmirik. Məhlədə su kranı 

ola-ola  gözləyirik  ki,  axşam  olsun,  gedib  evimizə  su  gətirək.  Bizə  elə  bil  ki,  bu 

geniş dünyanı başımıza dar eyləyib. Mən bilmirəm ki, dərdimizi kimə deyək.  

- Ay Tamara, axı danış görək nə olub? Atam sizə neyləyib?  

-  Axı  neyləyəcək?  Bizi  görən  kimi  əlinin  hərəkəti  ilə  deyir  ki,  başınızı 

kəsəcəyəm. Biz də vallah qorxudan bilmirik ki, nə eyləyək. Onsuz da biz bilirik ki, 

sənin  atan  ermənilərdən  yanıqlıdır.  Biz  buna  neyləyək?  Bizim  də  ermənilərdən 



zəhləmiz  gedir.  Ona  görə  də  ömürlük  sizə  bağlanmışıq.  Biz  yazıq  adamlarıq,  axı 

kimə neyləyəcəyik?  

Anam Tamaranı sakitləşdirdi:  

-  Ağlama,  ay  Tamara.  Mən  özüm  atamla  danışaram.  Görüm,  bu  qoca 

yaşlarında axı o niyə belə edir?  

Ertəsi gün anam babamgilə getdi.  

-  Ay  ata,  sən  bu  yazıq  ermənilərdən  nə  istəyirsən?  Onlarla  nə  işin  var. 

Qoymursan rahat nəfəs alsınlar.  

Babam bir az duruxdu. Sonra dedi:  

-  Mən  onların  iç  üzünə  yaxşı  bələdəm.  Səni  görən  kimi  başlayırlar  yazıq-

yazıq ağlamağa. Amma,  yadında saxla. Onlar burada elə-belə yaşamırlar. Mütləq 

onların  bir  pis  niyyətləri  var  ki,  onlar  da  bu  pis  niyyətlə  burada  yaşayırlar.  Mən 

onları  bir  gecənin  içərisində  hamısını  öldürərəm,  of  demərəm.  Ancaq  bir  şeydən 

qorxuram  ki,  həbsə  düşəm,  balalarımın  başına  töhmət  olam.  stəmərəm  ki, 

övladlarım başıaşağı gəzsinlər.  

Anam dedi:  

-  Deyəsən  qocalmısan,  birdən  pis  fikirlərə  düşərsən!  Onda  biabır  olarıq. 

Onlarla işin olmasın.  

Babam dedi:  

- Ay balam. Mən qocalmışam. Ölüb gedəcəyəm. Bir böyük rayonda yaşayan 

bu üç erməni ailəsi nə niyyətlə burada yaşayırlar onu sonra biləcəksiniz. Bir vaxtlar 

olacaq.  Onlar  bu  yerləri  də  sizin  əlinizdən  alıb  sizi  çöllərə  salacaqlar.  Əgər  sağ 

qalanınız olsa, onları məndən yaxşı tanıyan yoxdur.  

llər ötüb keçdi. Babamın dedikləri hamısı öz yerini tutdu.  

Alınmaz  qala  olan  Şuşa,  Laçın  Sovet  siyasətinin,  erməni  hiyləsinin,  başsız 

Azərbaycan hökumətinin qurbanı oldu. Eləcə də o biri rayonlarımız.  

«Daşnaksütun»  partiyasına  sədaqətlə  xidmət  göstərən  bu  5-6  yazıq  erməni 

millətçiləri  sən  demə  gizlin-gizlin  Laçının  xəritəsini  hazırlayırmışlar.  Həm  də 

bütün məlumatları gizlincə o partiyaya ötürürlərmiş.  

Atam  və  anam  hələ  kiçik  yaşlarından  Rəsmzidə  bir  dağlar  oğluna  məxsus 

qürurluq, bir qorxmazlıq görürdülər. O, böyüdükcə həm ailənin, həm də qohum və 

qonşuların sevimlisi olurdu. Qarabuğdayı çöhrəsində sanki bir şirinlik vardı. Bəzən 

özünə,  yaşına  yaraşmayan  sözlərlə  danışardı.  Öz  tay-tuşlarından  çox  özündən 

böyük  oğlanlarla,  kişilərə  meyl  göstərirdi.  Birdən  də  özünü  yekə  kişilər  kimi 

aparırdı.  

Atam  işi  ilə  əlaqədar  kəndlərə  və  bölgələrə  tez-tez  gedərdi.  O  zaman  atam 

ilə bərabər Rəmzi də gedərdi. Bəzən soyuq olardı, bəzən yağış yağardı. Atam səs 



eşitməsin deyə sakitcə durub getmək istəyərdi. Deyərdi ki, qoy hələ yatsın. Bir də 

baxardı  ki,  Rəmzi  oyanıb  və  paltarlarını  da  geyinb  hazır  dayanıb.  O,  bəlkə  də 

gecəyarıdan oyanıb və səhəri gözləmişdi… 

Rəmzinin  maraq  dünyası  o  qədər  böyük  idi  ki,  sual  verməkdən  doymazdı. 

Hətta suallarına cavab almasa belə əl çəkməzdi. Özündən böyük işləri görməyə can 

atardı. Gücü çatmasa belə ürəyindəki təpər buna imkan verirdi.  

Artıq məktəb yaşı çatmışdı. Məktəbə getdi. 1-ci sinfi bitirəndə çox sevinirdi. 

Bir gün ondan soruşdum:  

- Rəmzi, nə üçün bu qədər sevinirsən?  

Cavab verdi:  

- Bacı, artıq məktəbi bitirmişəm.  ndi də atamla işləyəcəyəm.  

Mən güldüm:  

-  ndən belə 9 il oxuyacaqsan.  

- Eybi yox bacı, həm oxuyaram, həm də yay tətilində işləyərəm.  

Ş

irin xaktirəli məktəb illəri onun üçün daha da gözəl idi. Sinif yoldaşlarına, 



məktəb  uşaqlarına  o  qədər  qaynayıb-qarışmışdı  ki,  hansı  şagirdi  soruşsan  o  tez 

cavab verərdi ki, mən onu tanıyıram. 8-ci sinifdə oxuyanda müəllim müstəqil inşa 

üçün mövzu yazdırmışdı. Mövzu belə idi: «Sən böyüyəndə kim olmaq istəyirsən?»  

O gecə Rəmzi çox fikirləşdi. Axırda üzünü mənə tutub dedi:  

- Bacı, mənə kömək et, bu inşanı yazım.  

Dedim:  


- Mən inana bilmərəm ki, sən bu inşanı yaza bilməyəsən.  

Cavab verdi:  

-  Bilirsən  məni  çətinliyə  salan  mənim  kim  olmağımdır.  Yalandan  yaza 

bilmirəm.  

- Yalandan niyə. Düzünü yaz.  

Dedi:  


-  Əgər  mən  desəm  ki,  mən  hərbçi  olmaq  istəyirəm,  onda  mənə  heç  kim 

inanmaz.  Amma  yalan  demirəm,  doğurdan  da  arzum  hərbçi  olub  vətənimi 

qorumaqdır.  

Mən  ona  kömək  etdim.  Çox  gözəl  bir  inşa  yazdı.  Sabahısı  gün  sevincək 

gəldi.  

Doğrudan da  hərbçi olmaq  yaxşıdır.  Onun  üçün  də  mən  inşadan  5 qiyməti 

almışam – dedi.  

Rəmzi çox qoçaq idi. Hansı işin dalınca gedirdisə, hökmən o iş həll olunmalı 

idi. Hərdən elə olardı ki, anam onu evə bazarlıq etmək üçün göndərərdi. O qədər 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə