Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
139
10.  İnspektorlar 6 
1100 
6600 
11.  İnspektorlar 19 
1000 
19000 
12.  Nəzarətçilər 38 
600 
22800 
13.  Makinaçı 1 
600 
600 
14.  Sürücü 1 
330 
330 
15.  Kuryer 1 
250 
250 
16.  Gözətçi 1 
250 
250 
 
 
Astara gömrük postu üzrə, o 
cümlədən 
2 -  2600 
1. 
Gömrük postunun rəisi 
1 1500  1500 
2. 
İnspektor 1 
1100 
1100 
 Kirovabad 
(Gəncə) gömrük postu 
üzrə: 
 
 
 
1. 
Gömrük postunun rəisi, baş inspektor 
1 1300  1300 
 Yekun 
80 
- 
67230 
 
Mənbə: ARDA Bakı filialı, f.126, siy. 2, iş 6, v. 44. 
 
1944-cü il 1 iyul vəziyyətinə görə Bakı gömrükxanası və  tabeçiliyində 
olan Astara və Kirovabad (Gəncə) gömrük postlarının  şəxsi heyətinin 
strukturunda gömrük inspektorları  və  nəzarətçilərinin payı 80 faiz təşkil 
edirdi. Gömrükxana 1936-cı il dekabrın 25-dən 1946-cı il martın 3-nə qədər 
SSRİ XXTK Baş gömrük idarəsinin tərkibində olmuşdu. 1946-cı il 1 yanvar 
vəziyyətinə görə, gömrükxananın strukturunda bəzi dəyişikliklər həyata 
keçirilmiş,  əlavə iki şöbə  təşkil edilmişdi: Yük və Poçt-sərnişin  şöbələri. 
1945-ci ildə Bakı gömrükxanasının tərkibində  əlavə olaraq iki gömrük 
postu: Mahaç-Qala, Hacıqabul və Bakı (Abşeron) postları təşkil olunmuşdu. 
Lakin SSRİ XKS yanında Dövlət  ştat komissiyasının 2 iyul 1945-ci ildə 
təsdiq etdiyi yeni ştat cədvəlinə görə Bakı gömrükxanasının şəxsi heyətinin 
sayı iki dəfə ixtisar edilmişdi. Baş Gömrük idarəsinin rəisi D.Aleksandrovun 
imzaladığı  sənəddə 1 iyul 1945-ci ildən Bakı gömrükxanası üzrə inspek-
torların sayı 18 nəfər, nəzarətçilərin sayı 23 nəfər ixtisar edildiyi göstərilirdi. 
Aparılan ixtisarlardan sonra əməkdaşların milli mənsubiyyətində tarazlıq 
yenə də “qorunub saxlanmışdı”. Belə ki, vəzifədə saxlanılan 41 nəfər əmək-
daşın 5 nəfəri azərbaycanlı, 5 nəfəri isə erməni millətinə  mənsub idi [106, 
16-17].   
Beləliklə, arxiv sənədləri bir daha təsdiq edir ki,  II dünya müharibəsi 
illərində Azərbaycan ərazisində yerləşən sovet gömrükxanalarının müstəsna 
rolu olmuşdur. 
 
 
 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
140
2.4. Müharibədən sonrakı illərdə gömrük əməliyyatlarının 
zəifləməsi 
 
Müharibədən sonrakı dövr sovet gömrükxanaları üçün başlıca vəzifə 
xalq təsərrüfatının bərpası  işinə xidmət etmək idi. Azərbaycan SSR XKŞ-
nin 22 yanvar 1946-cı il 28 saylı qərarı ilə Bakı limanında işçi qüvvəsinin 
gücləndirilməsi üçün respublikanın  şəhər və  kənd rayonlarından, o cümlə-
dən Zəngilan, Astara, Yardımlı, Sabirabad, Quba, Zaqatala, Göyçay, 
Şamaxı, Ağdam və Lerikdən 500 nəfər yükboşaldan işçinin cəlb edilməsi 
nəzərdə tutulurdu. Qərarda Bakı limanı  rəhbərliyinə tapşırılırdı ki, işçilərə 
zəruri maddi-məişət şəraiti yaradılması və  mədəni xidmətin təşkil edilməsi 
üçün tədbirlər görsün [51, 1].   
Düzdür, Yüklərin sifarişçi təşkilatlara vaxtında çatdırılması üçün 
gömrük baxışının sürətləndirilməsi tələb olunurdu. Ordu sıralarından tərxis 
olunmuş zabitlər və sıravi heyət gömrük xidmətində işə cəlb olunurdu. Ali 
məktəbləri bitirən müxtəlif xarici dil mütəxəssisləri gömrükxanalarda işlə-
məyə göndərilirdi. Bununla bərabər, müharibədən sonra ittifaq üzrə olduğu 
kimi Bakı gömrükxanasının şəxsi heyətinin sayı qeyri-peşəkar əməkdaşların 
hesabına tədricən ixtisar edilirdi.  
Aşağıdakı cədvəldən görünür ki, Bakı gömrükxanası və onun tabeçili-
yində olan Həştərxan, Astara, Gəncə  və Mahaç-Qala gömrük postlarının 
şəxsi heyəti əvvəlki illərə nisbətən ixtisar edilmişdi və bu proses ilbəil təkrar 
ixtisarlarla müşahidə olunurdu. 1949-cu ildə  şəxsi heyəti 17 nəfərə  qədər 
ixtisar edilmiş 1-ci dərəcəli Bakı gömrükxanasının tabeliyində Astara və 
Həştərxan gömrük postları (hər birində 1 nəfər əməkdaş olmaqla) fəaliyyət 
saxlanılmış, Gəncə postu isə ləğv edilmişdi. 
Lakin 1950-ci ildə SSRİ Nazirlər Soveti nəzdində Dövlət Ştat komis-
siyasının qərarı ilə  Həştərxan gömrük postunun rəisi vəzifəsi ləğv edildi. 
Ştat cədvəlində əməkdaşlarının sayı azaldılaraq 9 nəfərə çatdırıldı. 
1951-ci ilin avqustundan SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı 
ilə ilk dəfə gömrük işçilərinə fərdi rütbələrin verilməsinə başlanıldı.  
1955-ci ildə Bakı gömrükxanasında struktur dəyişikliyi aparıldı  və 
“Gəmiçilik  şöbəsi” ilə “Yük şöbəsi” birləşdirilərək “Gəmi-yük  şöbəsi”, 
“Müsadirə şöbəsi” isə “Qaçaqmalçılığa qarşı mübarizə qrupu” adlandırıldı. 
Gömrükxana 1955-ci ilin sonuna qədər SSRİ Nazirlər Soveti Xarici Ticarət 
Nazirliyi Baş gömrük idarəsinin, 1956-cı ildən 27 yanvar 1989-cu ilə qədər 
SSRİ Nazirlər Soveti yanında Gömrük Nəzarəti Komitəsi Baş gömrük 
idarəsinin strukturuna daxil idi. Həmin müddətdə Gömrükxananın istər 
strukturunda, istərsə də vəzifə və funksiyalarının məzmununda bir neçə dəfə 
dəyişikliklər aparıldı [107, 99-101; 1-8, 1].  
 
 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
141
Cədvəl 2.24 
 
Bakı gömrükxanası və tabeçiliyində olan gömrük postlarının ştat 
cədvəli və xərclər smetası (1946-cı il, manatla) 
 
S/s  Vəzifələrin adı 
Ştat 
vahidi 
Aylıq  əmək 
haqqı 
Cəmi aylıq  əmək 
haqqı (əlavələrlə) 
 Bakı gömrükxanası üzrə, 
o cümlədən 
 
 
 
1. 
Gömrükxana rəisi 
27 - 
30570 
2. 
Rəis müavini 
1 2000 
2500 
3. 
Yük şöbəsinin rəisi 1 
1800 1980 
4. 
Gəmi şöbəsinin rəisi 1 
1600  1600 
5. 
Sərnişin və poçt şöbəsinin 
rəisi 
1 1500 
1920 
6. 
Baş inspektor 

1600 
1600 
7. 
Baş mühasib 

1600 
1600 
8. 
İnspektorlar 1 
1600 
1400 
9. 
Nəzarətçilər 4 
1400 
5100 
10.  Sürücü 12 
1200 
11070 
11.  Kuryer 2 
900 
840 
12.  Gözətçi 1 
420 
250 
 
Həştərxan gömrük postu 
üzrə: 
1  
250 
13.  Gömrük postunun rəisi 1 250 
1650 
  Astara gömrük postu 
üzrə, o cümlədən 
 
 
 
14.  Gömrük postunun rəisi 1 250 
1650 
15.  İnspektor 1 
1500 
1265 
 
Gəncə gömrük postu 
üzrə: 
 
 
 
16.  Gömrük postunun rəisi 

1500 
1650 
 Bakı gömrük postu üzrə: 
 
 
 
17.  Gömrük postunun rəisi 1 1100 
1650 
 Mahaç-Qala  gömrük 
postu: 
 
 
 
18  Gömrük postunun rəisi 
1 1500 
1650 
 Yekun 
33 
 
39935 
Mənbə: ARDA Bakı filialı, f. 126, siy. 2, iş 8, v.31. 
SSRİ Nazirlər Sovetinin 1961-ci il 11 avqust tarixli 722 saylı qərarı ilə 
1961-ci il oktyabrın 1-dən yeni Gömrük tarifi qüvvəyə mindi. Yeni tarifdə 
göstərilirdi ki, minimal gömrük rüsumları yalnız sovet mallarına güzəştli 
rejim tətbiq edilən ölkələrdən idxal edilən mallara, maksimal gömrük 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə