Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
136
mittifaq birliyinin sədri yol. Klensov komissarlığın müvəkkili kimi Bakıya 
ezam edilir, XXTK-nin İran və sovet limanlarındakı bütün nəqliyyat müəssi-
sələrinin idarə heyəti onun tabeçiliyinə keçir. SSRİ XXTK Nəqliyyat ida-
rəsinin rəisi: Borisov. 27.06.1943” [77, 24-27; 184, 1944, № 6, с. 28-29]. 
 
Cədvəl 2.21 
 
Xəzər dənizində duru yanacaq nəqlinin dinamikası  
(1913-1943-cü illər) 
 
s/s illər yükün 
çəkisi (min 
ton) 
1913-cü ilə 
nisbətən faizlə 
1. 1913 
5061 
100 
2. 1920 
2652 
52,4 
3. 1927 
4631 
91,5 
4. 1-ci 
beşillikdə (1928-1932) 
33489 

5. 1932 
8204 
162,1 
6. 2-ci 
beşillikdə (1933-1937) 
57870 

7. 1937 
13006 
257 
8. 1938 
13555 
268 
9. 1939 
13290 
262,5 
10. 1940 
13979 
276,2 
11. 1941 
13333 
263,4 
12. 1942 
8282 
163,6 
13. 3-cü 
beşillikdə (1938-1942 
62439 

14. 1943 
12728 
251,5 
 
Mənbə: ARDA, f. 2511, siy 1, iş 57, v. 85. 
 
Yuxarıdakı  cədvəldən göründüyü kimi, 1913-1943-cü illərdə  Xəzər 
dənizində neftinin daşımaları 2,5 dəfədən çox artmışdı. 1927-1943-cü illərdə 
gəmilərlə üst-üstə 171 mln. 157 min ton duru yanacaq daşınmışdı. 
SSRİ XKS yanında Dövlət  Ştat Komissiyası 25 dekabr 1943-cü il 
tarixli qərarı ilə Bakı gömrükxanasının  ştat cədvəlinə 15700 manat əmək 
haqqı fondu ilə 25 ştat vahidi əlavə edildi, o cümlədən gömrük postunun 
rəisi, inspektor (5 nəfər), nəzarətçi (17 nəfər) mühasib və katibə-makinaçı. 
SSRİ XTK 12 avqust 1944-cü ildə Bakı gömrükxanasının  şəxsi heyətinin 
sayını 10 ştat vahidi artırdı.  
Bundan başqa, fəaliyyət dairəsinin və  işin həcminin artması  nəzərə 
alınaraq Baş Gömrük idarəsinin əmri ilə Arxangelsk və Murmansk gömrük-
xanalarının 6 nəfər əməkdaşı da Bakı gömrükxanasına köçürülmüşdü [106, 
11-12, 20]. 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
137
Dəniz yolu ilə yük və  sərnişin daşımaları, xüsusilə  də duru yanacaq 
daşımalarının artması gömrük nəzarətinin həcminə  təsir göstərməyə bil-
məzdi.  
Bakı gömrükxanasının tabeçiliyində olan postlarda təkcə 1943-cü ilin 
son rübündə gömrük nəzarətindən 245 halda qanunsuz aparılmasına cəhd 
edilən 82733 manat dəyərində qaçaqmal aşkar edilmişdi.  
Cədvəl 2. 22-dən göründüyü kimi, 1943-cü ildə neft daşıyan gəmilərin 
sayı 1913-cü ilə nisbətən 41 ədəd azalsa da, yük tutumu 1,6 dəfə artmışdı. 
1944-cü ilin birinci rübündə 243 fakt üzrə aşkar edilən 149446 manat 
dəyərində qaçaqmal 6 halda (52 min manat) Bakı gömrük postunun, 88 
halda Astara gömrük postunun (26727 manat) və 151 halda (70719 manat) 
isə Bakı gömrükxanasının yük-gəmi və poçt-sərnişin  şöbələrinin payına 
düşürdü. 1944-cü ildə qaçaqmalçılıq faktlarına  əsasən 576 cinayət işinə 
baxılmışdı [90, 39, 43]. 
 
Cədvəl 2.22 
Xəzər dəniz gəmiçiliyinin duru yanacaq daşıyan gəmilərinin 
istismar göstəricilərinin dinamikası (1913-1943-cü illər) 
 
İllər 
1913 1920 1927 1932 1937 1938 1939 1940 1941 1942  1943 
1. Gəmi-
lərin sa 
 
113 
 
68 
 
52 
 
67 
 
65 
 
67 
 
69 
 
69 
 
74 
 
77 
 
72 
 
2.Yük 
tutumu 
(min ton) 
 
 
135
 
 
117 
 
 
86 
 
 
129
 
 
184 
 
 
190 
 
 
188
 
 
206 
 
 
219
 
 
221 
 
 
218 
 
Mənbə: ARDA, f. 2511, siy. 1, iş 57, v. 86. 
 
Baş Gömrük İdarəsindən ünvanlanan 1944-cü il 26 mart tarixli 478 
saylı teleqramla xaricdən göndərilən humanitar yüklərin qeydiyyatı üçün 
Bakı gömrükxanasının tabeçiliyində Rostov-Don gömrük postunun açılması 
haqqında göstəriş verildi. Bakı gömrükxanası  rəisinin 10 aprel 1944-cü il 
tarixli 39 saylı  əmri ilə  vəzifəyə  təyin edilən gömrük postunun rəisi və 
nəzarətçi Rostova ezam edildi.  
Bakı limanında keçirilən gömrük baxışında “Budyonnı”, “Volodar-
ski”, “Sovet Gürcüstanı”, ”Sekstant”, “Həştərxan”, “Karl Marks” və 
“Türkmənistan” gəmilərinin komanda və texniki heyəti tərəfindən gömrük 
hüquqpozmaları aşkar edilmişdi.  
Gömrükxana rəisinin 1944-cü il 13 aprel tarixli əmri ilə  aşkar edilən 
malların dəyərindən asılı olaraq, qaçaqmalçılığa qarşı mübarizədə fərqlənən 
17 nəfər gömrük əməkdaşına 150-750 manat həcmində mükafat verilmişdi. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
138
Təkcə Astara gömrükxanasında 1941-ci ildə 27, 1942-ci ildə 107, 1943-cü 
ildə 155, 1944-cü ildə 35 qaçaqmalçılıq faktı üzrə işə baxılmışdı. 
Astara və Culfa gömrükxanalarında avtomobillərə gömrük baxışı 
həyata keçirilirdi. Cənub sərhədindən ölkəmizə qeyri-leqal surətdə  əsasən 
düyü, quru meyvə, təsərrüfat sabunu, xına,  ət konservləri, quru süd 
keçirilməsi halları geniş yayılmışdı.  
SSRİ Gömrük Məcəlləsinin 164 “a” və 167-ci maddələrinə  əsasən 
gömrük nəzarətindən gizlədilən mallar müsadirə edilirdi. Xəzər Dəniz 
Gəmiçiliyi  İdarəsinin matrosları  İrandan aldıqları Fransa istehsalı qol 
saatlarını Bakının “qara bazar”ında satırdılar. Bakı gömrükxanasında açılan 
cinayət tərkibli təhqiqat materiallarında erməni millətinə məxsus qaçaqmalçı 
şəxslərin adlarına daha çox rast gəlinir [39, 1-16]. 
1944-cü il 1 yanvar məlumatına əsasən, SSRİ-də cəmi 31 gömrükxana 
və 56 gömrük postu fəaliyyət göstərirdi. Ölkə üzrə 1944-cü ilin xarici ticarət 
dövriyyəsi (silah və sursatdan başqa) 5792493 tona çatmışdı. 1945-ci il isə 
gömrük xidmətinin fəaliyyətində  ən fəal illərdən biri kimi qeyd edilir. 
Müharibənin başa çatdığı ildə isə 20 milyondan çox sovet və xarici ölkə 
vətəndaşı gömrük-buraxılış məntəqələrindən keçmişdi. Gömrük nəzarətində 
işin həcminin artması Bakı  və Culfa gömrükxanasına təsirsiz qalmamışdı. 
İran  ərazisindən geri qaytarılan sovet hərbi kontingenti, maşın-texnika və 
digər təyinatlı yüklər sərhəd-buraxılış məntəqələrində “gərginlik” yaradırdı. 
 
Cədvəl 2.23 
 
Bakı gömrükxanası və tabeçiliyində olan gömrük postlarının 1 
iyul 1944-cü ilə aid ştat cədvəli və xərclər smetası (manatla) 
 
S/s Vəzifələrin adı 
Ştat 
vahidi
Aylıq 
əmək 
haqqı
Cəmi aylıq 
əmək 
haqqı 
 Bakı gömrükxanası üzrə, o cümlədən 
77 
- 
63330 
1. 
Gömrükxana rəisi 1 
2000 
2000 
2. 
Rəis müavini 

1700 
1700 
3. 
Yük şöbəsinin rəisi, baş inspektor 

1400 
1400 
4. Gəmi şöbəsinin rəisi, baş inspektor 

1400 
1400 
5. 
Poçt-sərnişin 
şöbəsinin rəisi, baş 
inspektor 
1 1400  1400 
6. 
Baş inspektorlar 

1200 
2400 
7. 
 
Qaçaqmalçılıqla mübarizə üzrə 
müvəkkil, baş inspektor 

 
1300 
 
1300 
 
8. 
Baş mühasib 

1100 
1100 
9. 
Mühasib 1 
800 
800 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə