Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
125
1. Azərbaycan SSR-dən ixrac edilən məhsulların keyfiyyətinin yüksəl-
dilməsi məsələlərinə fabrik və zavod kollektivlərinin ictimai rəyini yönəlt-
mək; 
2.  İxrac planlarının yerinə yetirilməsində Xarici Ticarət Nazirliyi 
orqanlarına ictimaiyyətin praktiki köməyini təşkil etmək, istehsalat yer-
lərində müvafiq müşavirələr və söhbətlər keçirmək, SSRİ-nin xarici ticarəti, 
ixracın  əhəmiyyəti, xarici şirkətlərlə  rəqabət, ixrac mallarına verilən 
keyfiyyət tələbləri və s. mövzularda məruzələr təqdim etmək; 
3.  Xarici ticarət məsələlərini  əhatə edən (xarici ticarət təşkilatlar, 
staxanovçular, istehsalat qabaqcılları  və  zərbəçilərin işləri haqqında 
məqalələr, qeydlər və materiallar) aylıq bülleten nəşr etmək;  
4.  Ticarət limanının, anbar təsərrüfatının, idxal-ixrac mallarının 
mühafizəsi, dəmir yolu və dəniz daşımaları, İranla yük dövriyyəsini, tranzit 
məsələlərini, tarif səviyyələrini, malların Bakıya və Culfaya daşınma xərc-
lərini daimi müşahidə etmək və öyrənmək. İqtisadi təhlil haqqında qeydləri 
respublikanın və ittifaqın müvafiq orqanlarına təqdim etmək
5.  Azərbaycan SSR və SSR İttifaqı  təşkilatlarının liman təsərrüfatı, 
nəqliyyat, yük dövriyyəsi və tranzit məsələləri üzrə gördükləri tədbirlər 
haqqında geniş müşavirə və konfranslar keçirmək; 
6.  İran (başlıca olaraq), Türkiyə  və  Əfqanıstan iqtisadiyyatı, daxili 
bazar qiymətləri, əsaslı tikinti və s. haqqında məlumat bülleteni nəşr etmək;  
7.  İran iqtisadiyyatı haqqında, xüsusilə onun SSRİ-ni maraq dairə-
sində olan ixrac ehtiyatlarının təhlil olunduğu məqalə və monoqrafiyaların 
yazılması; 
8. SSRİ-nin  İrandakı ticarət nümayəndəsi və nümayəndəliyin məsul 
əməkdaşları Bakıda olarkən onların iştirakı ilə  təsərrüfat işçilərinin 
respublikanın müşavirəsində informasiya xarakterli çıxışlarını təşkil etmək; 
9. Azərbaycan və rus dillərində idxal-ixrac və tranzit yüklərin yığılıb-
boşaldılması və mühafizəsi qaydaları haqqında bədii şəkildə plakat, kitabça, 
bildiriş və bukletlərin buraxılması; 
10. Sovet və xarici ölkə limanlarının yük boşaldılması əməliyyatları və 
anbar təsərrüfatında mexanikləşdirmə  işlərinin təşkilində  ən qabaqcıl 
təcrübənin Bakı ticarət limanı  və  Xəzər Dəniz Gəmiçiliyində  tətbiqinə 
yardımçı olmaq; 
11.  SSRİ-nin müvafiq təşkilatları ilə  şərq ölkələri tacirləri arasında 
möhkəm iş birliyi və əlaqələrin yaradılmasına kömək etmək (sovet istehsalı 
olan malların, kənd təsərrüfatı maşınların və mühərriklərin nümayiş etdi-
rilməsi, qarşılıqlı görüş və işgüzar söhbətlərin keçirilməsi); 
12. Müxtəlif sahələrə aid (yüngül və yerli sənaye məhsulları, kənd 
təsərrüfatı maşınları, mühərriklər) xüsusi sərgilərin keçirilməsinə yardımçı 
olmaq; 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
126
13.  Xarici  ticarətlə  məşğul olan təşkilatlara müxtəlif xarici dillərdə 
bədii plakat, kitabça və digər reklam materiallarının buraxılmasına kömək 
etmək; 
14.  Azərbaycan SSR-in direktiv və tənzimləyici orqanlarının tapşırığı 
ilə Azərbaycan Ticarət Palatasının fəaliyyət dairəsinə daxil olan xarici 
ticarət məsələlərinə aid bəzi iqtisadi məsələlərin işlənilib hazırlanması. 
II.  Daxili ticarət məsələləri 
Daxili ticarəti idarə edən ticarət təşkilatlarına və  tənzimləyici 
orqanlara aşağıdakı istiqamətlər üzrə tövsiyələr vermək: 
a)  keyfiyyətin artırılması; 
b)  malların çeşidinin öyrənilməsi, yaxşılaşdırılması  və artırılmasına 
ictimai kömək; 
c)  istehlak tələbatı məsələlərinin işlənilib hazırlaması; 
d)  ticarət təşkilatlarına informasiya və reklam-tərtibat işlərinin 
təşkilində Palatanın reklam bürosu vasitəsi ilə yardım edilməsi [73, 1-3]. 
1936-cı ildə Azərbaycanın ixrac ayrı-ayrı mal növləri üzrə SSRİ 
XXTK-nın Azərbaycan SSR üzrə Müvəkkili İdarəsindən Azərbaycan KP (b) 
MK-nın katibi M.C.Bağırov və XKS sədri H.Rəhmanova ünvanlanan məxfi 
məlumata görə, bütövlükdə xarici ölkələrə 853929 ton neft və neft 
məhsulları ixrac edilmişdi ki, bunun 821279 tonu Avropa ölkələrinin, 32650 
tonu isə  İranın payına düşürdü. Qərb ölkələrinə kürü, xalça, biyan kökü, 
balıq yapışqanı kimi valyuta tutumlu malların ixrac tapşırıqları artıqlaması 
ilə yerinə yetirilmişdi. Bakıdan ixrac olunan 3241 ton sementin əsas hissəsi 
Qərb ölkələrinə göndərilmişdi [61, 1; 75, 6-7].
 
İttifaq orqanları, o cümlədən “Soyuznefteksport” (All-union 
Corporation for the Export of crude Petroleum and petroleum products) 
şirkəti Bakdan ixrac neftinin tərtib edilən qrafik əsasında müxtəlif istiqa-
mətlər üzrə vaxtında daşınmasını ciddi nəzarət altında saxlayırdı.  Şirkətin 
sədri Pevznerin SSRİ XXTK-nın Azərbaycan üzrə müvəkkili Avakyana (?!) 
və Gürcüstan müvəkkili Mirzəbekyana (?!) ünvanlandığı 1937-ci il 14 fevral 
tarixli məktubda neft ixracında yaranan problemin neft məhsullarının 
daşınmasında istifadə edilən iritutumlu çənlərin çatışmaması ilə izah edirdi. 
SSRİ XKS-nin sədr müavini V.Mejlaukun ağır metallurgiya komissarı 
S.Orconokidzeyə müraciətindən sonra bu məsələ  həll olunmuş  və Bakı 
neftinin ixracında artım təmin edilmişdi. Bunu 1938-ci ilin göstəriciləri 
əsasında tərtib edilmiş aşağıdakı cədvəldən müşahidə etmək olur: 
 
 
 
 
 
 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə