Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
122
Cədvəl 2.17 
 
1932-1933-cü illərdə Azərbaycan SSR-in ixracatı 
 
illər 
İxrac təşkilatları  və müəssi-
sələri 
 
1932 1933  1932-ci 
ilə 
nisbətən 
faizlə 
ölçü 
vahidləri 
I. Meşə ixracatı (Экспортлес) 
316,8 464,9
146,7 
min 
manat 
II. İttifaq sənaye ixracı 
(“Союзпромэкспорт”) 
284,5 996,2
350,2 
min 
manat 
o cümlədən - barama toxumu 
24,6 33,1 
134,6 
ton 
III. Xalça sənaye eksport 
(“Коверкустэкспорт”) 
 
1104,2
 
5157,5
 
467,1 
 
min manat 
IV. Balıq konserv eksport 
(“Рыбконсервэкспорт”), 
o cümlədən  
1832,8
 
 
1775,8
 
 
96,9 
 
 
min manat 
 
 
- qızıl balıq (losos) 
151,7 130,3
85,9 
ton 
V. İttifaq meyvə ixracı 
(“Союзплодоэкспорт”) 
o cümlədən 
574,1 
 
 
578,6 
 
 
100,8 
 
 
min manat 
 
 
- fındıq içi 
1909,0 1811,0
94,9 ton 
- alma 
153,0 301,0
196,7 
ton 
VI. Dərman-texniki bitki ixracı 
(Лектехэкспорт) o cümlədən, 
339,6 569,7
167,7 
ton 
- biyan kökü 
7114 5989 
84,2 
ton 
VII. İttifaq xəz-dəri 
(“Soyuzpuşnina”), 
o cümlədən 
830,5 
 
1315,8
 
158,4 
 
min manat 
- hazır xəzlər 
452,5 609,0
134,6 
min 
manat 
VIII.  “Разноэкспорт” 
325,9 240,4
73,8 min 
manat 
IX. Mineral silikat eksport,  
- 34,1 

min 
manat 
o cümlədən 
- kükürdlü kolçedan 
- 5690 

ton 
Yekun 
5608,4 11188
198,5 min 
manat 
 
Mənbə: Azərbaycan Sovet Sosialist Cümhuriyyəti sosialist quruluşu 
statistika külliyyatı. Bakı: Soyuzorquçot, 1935. -502 s., 384-385. 
 
Gömrük sənədləri təsdiq edir ki, 1930-1931-ci illərdə  İrandan 
Azərbaycan sərhədlərindən keçməklə üçüncü ölkələrə göndərilən tranzit 
yüklərin həcmi artmaqda idi. Bu yüklərin 74 faizi Culfa, 36 faizi isə Bakı 
gömrükxanasında qeydiyyata alınaraq Batum limanına göndərilirdi. Məsə-


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
123
lən, Bakı limanın  İrandan daxil olan 1930-cu ildə tranzit yüklərin həcmi 
cəmi 547,5 ton olmuşdusa, 1931-ci ildə bu rəqəm 8,5 dəfə artaraq  4570,5 
tondan çox olmuşdu.  İrana göndərilən tranzit yüklərin həcmi isə 5525 
tondan 2140 tona qədər azalmışdı [58, 80]. 
Əsas strateji xammal növlərindən olan pambıq mahlıcının Cənubi 
Qafqazdan ixracı ilk dəfə 1931-ci ildə həyata keçirilmiş, gömrük sənədlərinə 
əsasən həmin ildə 1041 ton mahlıcın 666 tonu Azərbaycandan  İngiltərə, 
Estoniya və Latviyaya ixrac edilmişdi. 1932-ci ildə ümumittifaq “Teksti-
limport”  şirkəti Azərbaycan SSR-dən 3000 ton mahlıcın ixrac edilməsini 
təklif etmişdi. Azərbaycan SSR-in ittifaq üzrə ixrac potensialının  əvvəlki 
illərdə 17 faiz olması  nəzərə alınaraq Xarici Ticarət Komissarlığının ixrac 
üzrə komissiyası  tərəfindən hazırlanan proqnoza görə 1933-1937-ci illərdə 
respublika üzrə ixracın həcmi 1933-cü ildə 4200 ton, 1934-cü ildə 6300 ton, 
1935-ci ildə 9400 ton, 1936-cı ildə 14100 ton, 1937-ci ildə isə 21000 tona 
çatdırılmalı idi.  
Komissiya tərəfindən satış qiyməti haqqında 1931-ci il gömrük məlu-
matları və 15 faiz azalma meyli nəzərə alınmaqla 1933-1937-ci illərdə ixrac 
edilən pambığın 27 mln. 500 min rubl dəyərində olacağı hesablanmışdı. 
Cənubi Qafqaz ərazisindən SSRİ-nin  İranla tranzit daşımaları istiqamətdə 
aparılırdı: Culfa-Batum gömrük-sərhəd sahəsi(təqribən – 74 faiz) və Bakı 
gömrük-sərhəd sahəsi (36 faiz). Bakı gömrükxanasından keçərək üçüncü 
ölkələrə göndərilən İran mənşəli tranzit yüklərin həcmi bütövlükdə 1930-cu 
ilə nisbətən 1931-ci ildə 8,3 dəfə artmış, əksinə Avropadan İrana göndərilən 
tranzit yüklərin həcmi 2,6 dəfə azalmışdı. Yerli mütəxəssislər yaxın 
perspektivdə tranzit daşımaların təxmini həcmini müəyyən etmək üçün 
aşağıdakı iqtisadi məlumatların: a) İrandakı sovet təşkilatlarının tədarük və 
ixrac planlarının; b) İranın qonşu vilayətlərinin ixrac mallarının növləri və 
həcmi haqqında; c) ixraca ayrılan valyuta ehtiyatları  və  nəhayət Transiran 
dəmir yolu xəttinin vəziyyəti haqqında məlumatların təhlil edilməsini təklif 
edirdilər [57, 78-80]. 
Azərbaycandan  İrana daşınan neft və neft məhsullarının həcmi ilbəil 
artmaqda idi. SSRİ-nin  İrandakı Ticarət nümayəndəliyinin tərtib etdiyi 
cədvəldən aşkar olur ki, 1934-cü ilin yanvar-mart ayları  ərzində qonşu 
ölkəyə 11523 ton, o cümlədən Gilan vilayətinə 6153 ton, Təbrizə 1395 ton, 
Məşhədə 1010 ton neft məhsulları göndərilmişdi. Bundan əlavə, Bakı, 
Astara və Culfa gömrükxanalarından keçməklə İrana 25148,3 ton həcmində 
müxtəlif təyinatlı mallar, o cümlədən 1230 ton pambıq parça, 56,7 ton 
pambıq sap, 16 ton lak və boyaq, 9,2 ton rezin ayaqqabı, 258,2 ton mətbəə 
kağızı, 11,6 ton tikiş maşınları 3330 ton sement, 500 ton kibrit, 30 ton tibbi 
ləvazimat və  dərman, 18000 ton qənd və  şəkər tozu və s. mallar göndəril-
mişdi [72, 5]. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
124
Azərbaycan SSR Ticarət Palatası gömrükxanalarla sıx təmasda işləyən 
təşkilatlardan biri idi. Palatanın  əsas vəzifəsi xarici ticarət  əlaqələrinin 
səmərəli qurulmasında xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi və 
fiziki  şəxslərə  təşkilati-metodiki yardım etmək idi. Palatanın 1932-ci ildə 
təsdiq olunan və 14 maddədən ibarət olan Əsasnaməsində qeyd olunurdu ki, 
Palata ictimai təşkilat olub Azərbaycan SSR-in xarici ticarət maraqları 
çərçivəsində  fəaliyyət göstərirdi. Xaricə mal çıxarmaq iqtidarında olan 
müəssisələrə kömək məqsədi ilə bir sıra təbliğat vasitələrindən geniş istifadə 
olunurdu. Məsələn, təbliğat xarakteri daşıyan aşağıdakı  məzmunda  şüarlar 
yazılırdı:  “Xarici ölkələrə mal ixracatı sosializm məmləkətinə lazımi 
maşınlar və təchizat verir!”; “Eksporta yardım özəyinin düzgün çalışması, 
eksport planının yerinə yetirilməsini təmin edir!”; “İctimaiyyəti eksport 
ətrafında səfərbər edəlim – beşillik planın dörd ildə yerinə yetirilməsini 
təmin edəlim!”; “Eksport malın keyfiyyətini yüksəltməklə valyuta gəlməsini 
artıralım – Sosialist Şuralar Cümhuriyyəti  İttifaqının sənayeləşməsini 
tezləndirəlim!”; “Eksporta yardım özəyi olmayan heç bir kolxoz, sovxoz, 
kənd  şurası qalmamalı!”  və s. Şüarlardan aşağıda  “Zaqafqaziya Xarici 
Ticarət Odası. 1932-ci il” sözləri yer alırdı. Zaqafqaziya Xarici Ticarət 
Palatası Azərbaycan Ticarət Palatasına göndərdiyi 1932-ci il 14  iyul tarixli 
2218 saylı məktubda Tiflis mətbəələrində  türk əlifbasının iri ölçüdə şriftləri 
olmadığından xarici ticarət və ixrac mallarının istehsalının artırılmasına 
çağırış kimi səslənən şüarların nəşr edilməsinə köməklik göstərilməsi xahiş 
olunurdu [56, 64-67]. 
Azərbaycan KP(b) MK və Azərbaycan SSR XKS-nin “İrandan daxil 
olan ixrac düyüsünün Bakıda yerləşdirilməsi haqqında” 1936-cı il 4 noyabr 
tarixli qərarı xarici ticarət fəaliyyətini genişləndirməyə imkan yaradırdı. Bu 
məqsədlə, Bakı ticarət limanı  və gömrükxana ərazisində yenidənqurma 
işlərinin aparılması yeni anbarların tikilməsi həyata keçirildi. Mülkiyyət 
növünə görə dövlətə və fiziki şəxslərə məxsus çəltik emal edən Dəyirmanlar 
işə salındı. Gömrük ərazisində emal rejimi altında gömrük əməliyyatlarının 
rəsmiləşdirilməsinə başlanıldı [73, 161]. 
1936-cı ildə Respublikanın 7 şəhərindəki (Bakı, Gəncə, Şəki, Zaqatala
Ucar, Xankəndi, Yelenendorf) 34 təşkilat və müəssisə Azərbaycan Ticarət 
Palatasının üzvü idi. Palatanın sədri A.Qulubəyovun imzaladığı siyahıdan 
görünür ki, “İttifaqnefteksport”, “Azneftzavodları”, “Leninneft”, “Orco-
nokidzeneft”, “Stalinneft”, “Əzizbəyovneft” “İttifaqneftticarət” kimi 
trestlərlə yanaşı, “Azərbalıq” tresti, “Texnoeksport”, “İransovtrans”,  Şəki 
ipək kombinatı, Ucar biyan kökü zavodu kimi yerli müəssisələr xarici ticarət 
fəaliyyətinə qoşulmuşdu [53, 11]. 
Azərbaycan Ticarət Palatası 1937-ci ildə  aşağıdakı  tədbirlər həyata 
keçirməli idi: 
I. Xarici ticarət məsələləri 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə