Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
113
Astara 
gömrükxanası 
 
1639,0 
 
429,9 
 
2439,6 
 
709,2 
 
463,2 
 
220,0 
Biləsuvar 
gömrükxanası 
 
20,0 
 
7,9 
 
200,6 
 
42,1 
 
121,3 
 
49,1 
Culfa 
gömrükxanası 
 
9711,6 
 
2291,0 
 
14678,7 
 
4943,0 
 
5958,8 
 
4138,7 
Şahtaxtı 
gömrükxanası 
 
107,7 
 
65,6 
 
1286,0 
 
341,9 
 
976,2 
 
371,9 
Cəmi (1-6) 
90266,5 31264,9 132786,0  56401,6 70496,8 36493,1 
 
Hesablanıb:  Статистический  справочник  по  Азербайджану  (под 
ред.  В.В.Смирнова).  Баку:  ЦСУ  Азербайджанской  ССР, 1927, 198 с., 
с.138-140. 
 
Azərbaycan ipəyinin xarici bazara çıxarılması  və satışının düzgün 
təşkil edilməsi ölkə büdcəsinə külli miqdarda valyuta gətirə bilərdi. Ali 
İqtisad Şurasının Q.Musabəyovun sədrliyi ilə keçirilən 1925-ci il 12 yanvar 
tarixli iclas protokolundan məlum olur ki, Azərbaycan  İpək Birliyinə 
(Azəripək) xaricə ipək ixrac etməsi və əldə edilən valyuta hesabına müxtəlif 
mallar alınmasına icazə verilməsi haqqında məsələyə baxılmışdı.  
SSRİ-də satış bazarında həmin məhsula tələbatın zəif olması ipək 
sənayesinin ağır böhran keçirirdi. İpəyin Qərbi Avropa bazarlarında 
satılması haqqında Azəripək birliyi ilə Zaqafqaziya XXTK arasında 
aşağıdakı  şərtlər daxilində razılıq  əldə edilmişdi: 1) Azəripək pul əvəzinə 
özündə olan ipəyin xaricdə satılması üçün təhvil versin; 2) XXTK 
Azəripəyin sifarişi ilə satışdan  əldə edilən pula xaricdən idxalına icazə 
verilən və idxal planına daxil edilən mallar alsın və ZSFSR-ə  gətirsin; 3) 
malların satışından  əldə edilən xalis gəlir XXTK ilə Azəripək arasında 
bərabər surətdə bölünsün. Bu qərarın həyata keçirilməsi məqsədilə ZSFSR 
Ali İqtisad Şurası qarşısında təşəbbüs qaldırılsın. 
 
Ali İqtisad Şurasının iclas protokolundan çıxarış 
№ 78                                                                       12 yanvar 1925-ci il 
Eşidildi: Azərbaycan İpək Birliyinə (Azəripək) xaricə ipək ixracına və 
əldə edilən məbləğə müxtəlif mallar idxal edilməsinə  səlahiyyət verilməsi 
haqqında. 
Qərara alındı: SSRİ-də satış bazarının olmaması  səbəbindən ipək 
sənayesinin ağır böhran keçirdiyini nəzərə alaraq ipəyin Qərbi Avropa 
bazarlarında satılması haqqında  Azəripək birliyi ilə Zaqafqaziya XXTK 
arasında aşağıdakı şərtlər daxilində razılığa gəlinsin: 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
114
1)  Azəripək pul əvəzinə özündə olan ipəyi xaricə daşınaraq orada 
satılması üçün təhvil verir; 
2)  XXTK Azəripəyin sifarişi ilə satışdan  əldə edilən pula xaricdən 
idxalına icazə verilən və idxal planına daxil edilən mallar alır və ZSFSR-ə 
gətirir; 
3)  Bu malların satışından  əldə edilən xalis gəlir XXTK ilə Azəripək 
arasında  bərabər surətdə bölünür. 
Bu qərarın həyata keçirilməsi məqsədilə ZSFSR Ali İqtisad  Şurası 
qarşısında təşəbbüs qaldırılır. 
Sədr:                  Q. Musabəyov 
Katib:                R. Xoyski. 
[49, 40]. 
Gömrük sənədlərində 1924-1926-cı illərdə Azərbaycan SSR-nin ixrac 
potensialı haqqında  ətraflı  məlumatlar vardır. Respublika ərazisindəki 6 
gömrükxanadan (Bakı, Lənkəran, Astara, Biləsuvar, Culfa, Şahtaxtı) 1924-
cü ildə 13346,9 rubl dəyərində 35399,6 ton, 1925-ci ildə 25241,1 rubl 
dəyərində 83365,8 ton, 1926-cı ildə isə 39800,0 rubl dəyərində 92344,4 ton  
müxtəlif mallar ixrac edilmişdi. Daha doğrusu 3 il ərzində gömrük baxı-
şından keçirilən ixrac mallarının çəkisi 2,6 dəfə, dəyəri isə 3 dəfəyə  qədər 
artmışdı. 1926-cı ildə ixracın  əmtəə strukturunda neft məhsulları 30500,0 
ton olmaqla qənd və  şəkər tozu ixracından sonra (33706,5 ton) ikinci, 
dəyərinə görə isə 4-cü yerdə  idi. 
1926-cı ildən başlayaraq, qabaqcıl kapitalist dövlətləri tərəfindən 
SSRİ-nin iqtisadi cəhətdən təcrid edilməsi siyasəti gömrükxanaların 
fəaliyyətinin nəticələrinə  təsirsiz qalmadı. Aşağıdakı  cədvəldən göründüyü 
kimi,  əgər 1924-cü ildə Azərbaycan SSR gömrükxanalarında qeydə alınan 
idxal malları 90266,5 min manat təşkil etmişdisə, bu göstərici 1925-ci ildə 
132786,0 min manata yüksəlmiş, 1926-cı ildə 36493,1 min manata qədər 
azalmışdı. Xarici ticarət  əməliyyatlarının daha yüksək olduğu 1925-ci ildə 
Azərbaycan  ərazisindəki gömrükxanalara daxil olan 132,8 min ton idxal 
mallarının 86 faizi Bakı, 11 faizi Culfa gömrükxanasında qeydə alınmışdı. 
SSRİ Maliyyə Komissarlığının nəzdində  fəaliyyət göstərən Xüsusi 
Valyuta Müşavirəsi hüquqi və fiziki şəxslər tərəfindən gömrükxanalardan 
sərbəst surətdə valyuta keçirmələrinə sertifikat verirdi. Azərbaycan SSR-də 
bu işi Maliyyə Komissarlığına tabe olan Valyuta idarəsi həyata keçirirdi. 
Məsələn,  İdarəyə  ərizə ilə müraciət edən görkəmli Azərbaycan  şairi və 
dramaturqu Hüseyn Cavidə Almaniyaya müalicəyə getməsi ilə  əlaqədar 
olaraq gömrükdən 1500 ABŞ dolları keçirməyə icazə verilmişdi. 1926-
1929-cu illərdə Valyuta idarəsinin rəisi Yunis Mirzəbəyov olmuşdur. 
Valyuta İdarəsinin sertifikatı ilə İran tacirləri Bakı gömrükxanasından təkcə 
1928-ci ilin aprel ayında 447316 xarici valyuta manat keçirmişdi. Bu 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə