Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
102
edilməsi haqqında yalan xəbərlər yayaraq bununla yarmarkanın işinə mane 
olmağa cəhd edirdilər.  
RSFSR XXTK-nin Bakı  şöbəsi  İran qəzetlərinə teleqramlar göndə-
rərək, bu boykot kampaniyasının qarşısını almağa çalışırdı.  
1922-ci il oktyabrın 26-da ZSFSR XKS-nin sədri N.Nərimanovun 
adından radio ilə Tehran və  Ənzəliyə  aşağıdakı  məzmunda məlumat 
verilmişdi:  “Özümüzə borc bilərək qəti surətdə  təsdiq edirik ki, Federativ 
respublikalar  Şərq xalqları, xüsusi ilə  də  İranla hər iki tərəfin sıx tarixi 
bağlılığından irəli gələn ən yaxın iqtisadi əməkdaşlıq platforması üzərində 
möhkəm durur. Əminliklə  təsdiq edə bilərik ki, Azərbaycan SSR-də  İran 
tacirlərinin mallarının əllərindən alınması və ya müsadirə edilməsi halları 
baş verməmiş və baş verə bilməz, Bakı yarmarkası ilə əlaqədar verilən bü-
tün imtiyaz və güzəştlər qüvvəsini saxlamaqdadır”. Radio ilə verilən bəyan-
namə Bakı yarmarkasının boykot edilməsinin qarşısını almış oldu [65, 39]. 
1922-ci il martın 12-də Azərbaycan XTK ləğv edildi və xarici ticarət 
əməliyyatlarının vahid bir mərkəzdən idarə edilməsi səlahiyyətləri yeni 
təşkil olunmuş ZSFSR Xarici Ticarət Komissarlığına (XXTK) verildi. Bu 
komissarlığın ayrı-ayrı respublikalarda, o cümlədən Azərbaycanda şöbələri 
yaradıldı. Həmin ilin avqust ayından isə komissarlığın yerlərdəki  şöbələri  
dövlət idxal-ixrac kontorları ilə əvəz olundu [205, 3]. 
Qeyd etmək lazımdır ki, bu tədbir regionda fəaliyyət göstərən bir sıra 
xarici  şirkətlərin ciddi müqavimətinə rast gəldi. Buna baxmayaraq, xarici 
ticarətin tamamilə dövlət inhisarına alınması  tədbirləri davam etdirildi. Bir 
sıra xarici şirkətlərə lisenziya verilməsi dayandırıldı. 1925-ci ildən Baş 
konsessiya idarəsi tərəfindən verilmiş icazələr ləğv olundu [178, 1922, 3 
ноября]. 
1923-cü ildə SSRİ Xalq Komissarları  Şurası  tərəfindən müttəfiq 
respublikalardakı bir neçə  təşkilat və birliklərə  sərbəst xarici bazarlara 
çıxmaq “hüquqları” verildi. Bir neçə birliklərlə yanaşı, o zaman dünya neft 
istehsalatında aparıcı rollardan birinin sahibi olan “Azneft” birliyinə istehsal 
etdiyi bir neçə neft məhsullarının alqı-satqısına “icazə” verildi. SSRİ neft 
sənayesinin  əsas hegemonu olan Azneft və Qrozneft birliklərinin istehsal 
etdikləri neft məhsulları yalnız mərkəzdə yaradılmış “Neftesindikat” adlı 
təşkilat tərəfindən dünya bazarına çıxarılırdı ki, bu da sovet quruluşunun ilk 
günlərində yerli təşkilatların xarici ticarət sahəsində çox az səlahiyyətlərə 
malik olmasını sübut edirdi. Xarici ticarət  əməliyyatları aparan idarə, 
təşkilat və birliklərə verilmiş  məhdud icazələrin həyata keçirilməsi təc-
rübəsində çox böyük süni problemlər yaradılırdı. Belə ki, mövcud qanuna 
əsasən xarici ölkələrlə ticarət etmək üçün icazə almış  təşkilat ilk növbədə 
xarici valyutanı Sovet İttifaqının xarici ölkələrdə olan ticarət nümayən-
dəliyinin hesabına köçürməli idi [153, 1998, 25 may, № 9 (61)].
 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
103
Həmin siyasətin məğzi ondan ibarət idi ki, SSRİ-də xarici ticarət 
yalnız dövlət inhisarında olmaqla ayrı-ayrı mal sövdələşmələri yalnız Xarici 
ticarət komissarlığı tərəfindən verilmiş xüsusi lisenziyaların əsasında aparıla 
bilərdi. Xarici ticarət  əməliyyatlarının gömrük qanunlarına müvafiq aparıl-
masına nəzarət işi dövlət sərhədlərində mövcud olan gömrük xidmətinə 
tapşırılırdı.  
1923-cü il yarmarkasında  ən fəal iştirak edən müəssisə, təşkilat və 
şirkətlər bunlar idi (çaşqınlıq yaratmasın deyə xüsusi adların bir çoxu 
sənəddə olduğu kimi verilir): Ümumrusiya toxuculuq sindiqatı, Baş pambıq 
komitəsi, Saxarotrest, Ümumrusiya dəri sindiqatı, Komvol tresti, Tikiş 
sənayesi sindiqatı, Dövlət əlvan metallurgiya birliyi, Moskva maşınqayırma 
tresti,  İpək tresti, “Uralmet”, “Ukrtekstiltrest”, “Qosspirt”, “Rezintrest”, 
“Kibrit sindiqat”, “Prodasilikat”, “Qosposrednik”, “Nəqliyyat cəmiyyəti”, 
“Dobroflot”, Cənubi Qafqaz dövlət ticarət idarəsi, Gürcüstan və Belorusun 
XTŞ-ləri, “Çentrsoyuz”, “Azərittifaq”, “Bakittifaq”, “Kraytorq”, “Nijeqorod 
Promtorq”, “Tsaritsın Paytorq”, “Novtresttorq”, “Acartorq”, “Armyantorq”, 
“Rusiya-İran”, “İran Assosiyasiyası”, “Rupetorq”, “Azşərab”, Cənubi 
Qafqaz dəmir yolları idarəsi,  Şüşə-saxsı tresti, “Jirkost”, “Mosmukomol”, 
“Lenopravlenie”, “Polestorq”, “Donsnabtorq”, “Yuqspirt”, “Yuqostal”, 
Şimali Qafqaz şərab tresti, “Novrosçementtrest”, “Donbassilikat” və 
“Donselmaş” [59, 15-19]. 
ZSFSR XXTK-nin kollegiyasının 1923-cü il aprelin 24-də keçirilən 
yığıncağında xarici şirkətlərin Bakı yarmarkasında iştirakı  məsələsi müza-
kirə edildi. Yarmarkada xarici şirkətlərin, əsasən Qərbi Avropa şirkətlərinin 
iştirakı  məqbul sayılmadı. Bunu qəbul edilən qərarın məzmunundan aydın 
müşahidə etmək olur: “1) Sovet respublikaları ilə İranın bazarları arasında 
əlaqə yaratmaq Bakı yarmarkasının  əsas vəzifəsidir; 2) Cənubi Qafqaz 
respublikalarının xarici ticarət siyasəti Avropa idxalının tamamilə 
məhdudlaşdırır; 3) Bakı yarmarkasına Qərbi Avropa mallarının daşınma-
sına icazə verilməsi sovet sənayesinin maraqlarına zərbə vurmaqla bərabər, 
eyni zamanda Avropanın müstəmləkəçilik siyasətinin diqqətini  Şərq 
bazarına yönəltmiş olur. Bütün bunları  nəzərə alaraq, ZSFSR XXTK 
yarmarkada Qərbi Avropa şirkətlərinin Bakı yarmarkasında iştirakına yol 
verməməklə heç də Avropa mənşəli mallarla sövdələşmə aparılmasını 
qadağan etmir, çünki bu cür mallar onsuz da sovet respublikalarının 
ərazisinə ümumi qaydalar əsasında daxil olacaqdır”. 
Kollegiyanın qərarı ilə Bakı yarmarkasının keçirildiyi günlərdə qonşu 
dövlətin şirkətlərinin iştirakı ilə sovet-İran ticarət məsələlərinə həsr edilmiş 
müşavirənin təşkil edilməsi nəzərdə tutulurdu [42, 49-49
arx
].  
Fikrimizcə, tədqiqatçı S.Seyidovanın Bakı yarmarkasının Azərbayca-
nın dövlət büdcəsinə  və azad ticarətə ziyan vurması tezisi ilə heç də 
razılaşmaq olmaz. Əgər belə olsaydı, “Zaqvneştorq”un müəyyən iqtisadi 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə