Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə39/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   35   36   37   38   39   40   41   42   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
96
cənub sərhədlərində yerləşən 1-ci dərəcəli Bakı  və ikinci dərəcəli Culfa 
gömrükxanalarının əhəmiyyətini daha da artırmış oldu [200, 330-331]. 
1933-cü ildə gömrükxana əməkdaşlarının illik əmək haqqı 65280 ma-
nat,  əmək haqqına 10,75 faizlik əlavələr hesabına 2515 manat, təsərrüfat 
xərcləri 11309 manat olmaqla cəmi 79104 manat vəsait ayrılmışdı [26, 13]. 
 
Cədvəl 2.11 
 
Bakı gömrükxanasının 1933-cü ilə aid ştat cədvəli və xərclər 
smetası (manatla) 
 
S/s Vəzifələrin adı 
Ştat 
vahidi 
Aylıq  əmək
haqqı 
Cəmi aylıq 
əmək haqqı 
1. 
Gömrükxana rəisi 
1 
375 
375 
2. 
İnspektor 1 
325 
325 
3. 
İnspektor 1 
300 
300 
4. 
İnspektor 1 
300 
300 
5. 
İnspektor 1 
275 
275 
6. Müvəkkil, AKP (b) Bakı 
Komitəsindən 
1 300 300 
7. Gömrük 
icraçısı 1 
325 
325 
8. Nəzarətçi 8 
200 
1600 
9. Nəzarətçi 4 
175 
700 
10. Baş mühasib 

275 
275 
11. Dəftərxana müdiri 

175 
175 
12. Hesabdar-statistik 

135 
135 
13. Makinaçı, həm də  məxfi  şöbə 
üzrə 
1 125 125 
14. Sürücü 

200 
200 
15. Kuryer 

65 
65 
16. Texniki 
işçi 1 
65 
65 
 
Cəmi 
26 
3515 
5440 
Mənbə: ARDA, f. 363, siy. 1, iş 771, v. 22 
 
1935-ci ildə xarici ticarətin aparılması qaydalarında qismən islahatlar 
aparıldı, belə ki, bundan sonra xarici ticarət  əməliyyatları  və alqı-satqı 
müqavilələrinin bağlanması bilavasitə SSRİ  ərazisində keçirilməli idi. Bu 
isə öz növbəsində yük sənədlərinin dövriyyəsində, yüklərin təhvil verilməsi 
və  qəbulu qaydalarında  bir sıra dəyişikliklərə  səbəb oldu. Respublikanın 
xarici ticarət fəaliyyətinin genişlənməsi onsuz da əməkdaşlarının sayı ixtisar 
edilmiş Bakı gömrükxanasının işində  gərginlik yaradırdı. Gömrükxanalar 
yeni  şəraitdə öz funksiyalarını daha az vaxtda və  dəqiq həyata keçirmək 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
97
üçün  işlərini yenidən qurmalı idilər. Lakin gömrük xidmətində kadr 
axıcılığı  səviyyəsi xeyli yüksək idi. Məsələn, 1935-ci ildə ittifaq üzrə bu 
göstərici 38 faiz təşkil etmişdi. 
Bəzən təsadüfi adamlar gömrük xidmətinə  işə  qəbul edilirdi. Xarici 
dili yaxşı bilən gömrük məmurları azlıq təşkil edirdi. İxtisaslı gömrükçü 
kadrları hazırlayan xüsusi ali məktəblər yox idi. Gömrükxana nəzdindəki 
dərnəklər və Baş Gömrük İdarəsinin təşkil etdiyi xüsusi kurslar gömrük 
əməkdaşlarının peşə hazırlığı ilə az-çox məşğul olurdu. 1938-ci ildə Bakı 
Liman gömrükxanası üzrə  rəhbər vəzifələrə irəli sürülən 8 nəfərdən 
azərbaycanlı gömrük əməkdaşları  aşağıdakı  şəxslər olmuşdu: Rəhimov 
Nəcəfqulu (inspektorluqdan baş inspektor vəzifəsinə), Sultanov Mahmud 
(nəqliyyat-yük qrupunun inspektoru vəzifəsinə), Məmmədov Hüseyn 
(Astara gömrük məntəqəsinin rəisi vəzifəsinə). Bununla yanaşı, Bakı Liman 
Gömrükxanası  əməkdaşlarının 1939-cu ilə aid siyahısında 18 nəfər 
əməkdaşın 6 nəfərinin erməni olması göstərilmişdir. Ermənilər gömrük 
inspektoru və  nəzarətçi, gömrükxana rəisinin müavini və gömrük məntə-
qəsinin rəisi (Biləsuvar) vəzifələrinə təyin edilmişdilər [96, 114; 91, 139]. 
 
Cədvəl 2.18 
1935-ci ildə Bakı gömrükxanasının ştat və smeta cədvəli (manatla) 
 
Dövlət büdcəsi 
hesabına 
Xüsusi vəsait 
hesabına 
S/s Vəzifələr 
Ştat 
vahidi 
1  ştata 
görə 
Cəmi  Ştat 
vahidi 

ştata 
görə 
Cəmi 
1. 
Gömrükxana rəisi 
1 
375 
375 
- 
- 
- 
2. Baş inspektor 

325 
325 



3. Müvəkkil, AKP(b) 
Bakı kom. 
1 - - 1 
300 
300 
4. Nəzarətçilər 4 
175 
700 



5. Nəzarətçilər  




200  1400 
6. Baş mühasib 

275 
275 


 
7. Dəftərxana müdiri 

175 
175 



8. Kargüzar-makinaçı 1  125 125  -  -  - 
9. Sürücü 

-  -  1  200 - 
10. Kuryer 

75  75 

-  200 
11. 
Həştərxan gömrük 
postu rəisi 
1 250 
250 -  - - 
 
1-11  C ə m i  
12 
- 
12600
9 
- 
1900 
Mənbə: ARDA, f. 363, siy. 1, iş 775, v. 69. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
98
Təsərrüfat həyatının digər sahələrində olduğu kimi, sovet gömrük-
xanaları arasında da sosializm yarışı, staxanovçuluq hərəkatları yayılmışdı 
və Baş Gömrük İdarəsinin keçici qırmızı bayrağı  uğrunda yarış  və 
müsabiqələr də keçirilirdi. 1936-cı il fevralın 9-12-də gömrük işçilərinin 
Moskvada keçirilən müşavirəsində 22 gömrükxananın iştirak etdiyi “SSRİ-
nin  ən yaxşı gömrükxanası”  devizi altında yarış keçirilmişdi. Müsabiqə 
komissiyasının yekun qərarına görə, ümumittifaq birinciliyində  ən yaşı 
gömrükxanalar müəyyən edilmişdi. Leninqrad gömrükxanası 1-ci, Bakı 
gömrükxanası 2-ci, 3-5-ci yerlərə isə Odessa, Şepetovskaya və Murmansk 
gömrükxanaları layiq görülmüşdü. Müsabiqədə gömrük baxışının aparıl-
masında  əməkdaşların peşəkarlıq səviyyəsi, gömrük rəsmiləşdirilməsi 
sənədlərinin tez və düzgün hazırlanması, qaçaqmalçılığa qarşı mübarizənin 
səmərəliliyi kimi meyarlar əsas götürülmüşdü [195, 1941, № 8, 13-14]. 
1930-cu illərdə SSRİ-də hökm sürmüş inzibati-amirlik sistemi xalq 
təsərrüfatının bütün sahələrində olduğu kimi gömrük işinin inkişafında da 
dərin izlər buraxdı. Sovet dövlətinin siyasətində xarici ticarətin həcminin 
azaldılması  və  gələcəkdə ondan müəyyən mənada imtina etmək meylləri 
güclənməyə başladı. Bu meyllər 1930-cu ildə  qəbul olunmuş Gömrük 
Tarifində özünü bariz şəkildə əks etdirirdi. Köhnə tariflərdən fərqli olaraq, 
bu tarifdə mal nomenklaturasının böyük bir hissəsi ixtisar edilərək tarif 
maddələrinin sayı iki dəfədən çox azaldılmışdı.  


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə