Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   32   33   34   35   36   37   38   39   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
88
Zaqafqaziya Gömrük idarəsi 1926-cı ilin mayında Azərbaycan 
hökumətinə müraciət edərək  İranla sərhəddə, Astara çayı üzərindəki 
sərhədyanı ticarətdə mühüm əhəmiyyət daşıyan, lakin yararsız vəziyyətdə 
olan körpünün bərpa edilməsini xahiş edirdi. Azərbaycan SSR XKS və Ali 
İqtisad Şurasının 1934-cü il 21 mart tarixli sərəncamı ilə Şahtaxtı gömrük-
xanası rəisinin (Naxçıvan MSSR) məlumatı nəzərə alınaraq Araz çayı üzə-
rindəki qəzalı  vəziyyətə düşən körpünün bərpa edilməsi haqqında göstəriş 
verilmişdi [48,10; 71, 46-47]. 
1928-ci il mayın 26-da Salyan qəza  İcraiyyə komitəsinin sədri 
vəzifəsini  əvəz edən Ağayev Azərbaycan SSR XKŞ-yə göndərdiyi mək-
tubda Biləsuvar gömrük məntəqəsi və  sərhəd mühafizəsində qaçaqmal-
çılardan müsadirə edilən malların qəza ərazisindəki bazarlarda satılaraq əldə 
edilən vəsaitin Biləsuvar mahal büdcəsinə köçürülməsi və  qəzanın ehti-
yacları üçün xərclənməsinə icazə verilməsini xahiş edirdi. Məktubdan 
məlum olur ki,  müsadirə edilən mallar həmin vaxta qədər Bakının daxili 
bazarlarında satılır, yığılan vəsait Bakı  İcraiyyə  Şurasının sərəncamına 
keçirdi [44, 1]. 
SSRİ-nin  İranla ticarət  əməliyyatlarında yük dövriyyəsinin 80 faizin-
dən çoxu Bakı gömrükxanasının  əməliyyat fəaliyyətini  əhatə edirdi. 
Məsələn, 1927-1928-ci təsərrüfat ilində İrandan 47,8 mln. manat dəyərində 
84600 ton mal idxal edilmiş, İrana 49,4 mln. manat məbləğində 104091 ton 
mal ixrac edilmişdi. Həmin müddətdə Bakı gömrükxanasından  İran  ərazi-
sindən keçməklə Avropa ölkələrinə 2592 ton, Avropadan İrana 2488 ton 
tranzit yüklərə göndərilmişdi. Sovet sənayesinin ehtiyacları üçün Avropadan 
5,3 mln. manatlıq 27217 ton müxtəlif adda yüklər qəbul edilmişdi [44, 2-3].  
 
Cədvəl 2.14 
1925-1926-cı illərdə Bakı limanında əsas yüklərin dəmiryolu ilə 
tranziti (tonla) 
 
Malların adı 
Dərbənd-
Bakı 
Poylu-
Bakı 
Bakı-
Dərbənd
Bakı-
Poylu 
tranzitlə 
daşınan 
yüklərin 
cəmi 
Buğda 
12951 
- 
- 
- 
12951 
Buğda unu 
1393 -  - - 
1393 
Arpa 
16 - - 

16 
Digər taxıl məhsulları 
6 - - 


Balıq məhsulları 
- - - 
1222 
1222 
Üzüm şərabı və spirt 
148 3451  -  - 3599 
Pambıq 
- - 
232 

232 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
89
Yun 
- - 
155 

155 
İpək 
- - - 
76 
76 
Barama 
- - - 
324 
324 
Manufaktura 
252 9  - 
487 
748 
Qənd və şəkər tozu 
- 656 - - 
656 
Sement 
935 -  - - 
935 
Dəmir, polad və çuqun  
- 333 - 
782 
1115 
Digər yüklər 
2 150 
372 
192 
716 
Cəmi 15703 
4599 
759 
3083 
24144 
 
Mənbə:  Статистический  справочник  по  Азербайджану  (под  ред. 
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.155. 
 
XSFSR XXTK-nın müavini Hacınskinin Azneftə ünvanlandığı 1928-
ci il 11 mart  tarixli məxfi qrifli məktubundan məlum olur ki, Cənubi 
Qafqaz dəmir yolunun buraxılış imkanlarından kənar neft yükləri dolayı 
yolla Novorossiysk və Tuapse limanlarına istiqamətləndirilirdi. Komissarlıq 
neft məhsullarının ixracı haqqında məlumatların qeydiyyatını gömrük 
statistikası  əsasında aparırdı. Lakin Bakıdan ixrac edilən neft məhsulları 
Bakı gömrükxanasından keçmədiyinə görə qeydiyyata düşmürdü. Məktubda 
Azneftdən tələb olunurdu ki, ayda bir dəfə Bakıdan çıxarılan neft məhsul-
larının dəqiq qeydiyyatını aparmaq üçün həm hər bir neft məhsulun növü, 
miqdarı  və Bakı gömrükxanasından keçməsi haqqında, həm də neft 
yüklərinin ixracının dolayı yolla həyata keçirilməsinin başlandığı vaxtdan 
etibarən məlumat versin [67, 32]. 
Cədvəl 2.15 
 
Bakı rayon gömrükxanasına dəmiryolu ilə daxil olan yük, poçt 
bağlamaları və sərnişinlər haqqında məlumat  
(01.10.1926 – 01.04.1927-ci illər
 
Gömrük baxışı keçirilən obyektlər Vaqonların və 
bağlamaların 
sayı 
Yüklərin 
çəkisi 
(tonla) 
1. İdxal yükləri 
2828 45169 
2. İxrac yükləri 2910 
4415 
3. Tranzit buraxılan yüklər 276 
4415 
4. Tranzit buraxılan bağlamalar 8790  - 
5. Gömrük nəzarətindən keçən bağlamalar 377 

6. Gömrükdən keçən sərnişinlər (nəfər):  
 
a) xarici ölkələrə gedənlər 2217 



Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
90
b) ölkəyə gələnlər 1043 

7. Malların müsadirəsinə aid işlərinin sayı 421 

8. Daxil olan gömrük rüsumları (manat) 
4158701 

Mənbə: ARDA, f. 363, siy.1, iş 765, v.4. 
 
Bütövlükdə, 1927-1928-ci təsərrüfat ilində Bakı gömrükxanası 
102519270 manat həcmində 220997 ton yükün gömrük qeydiyyatı 
aparılmış, dövlət büdcəsinə 10934051 manat gömrük rüsumu və digər 
ödənişlər köçürülmüşdü.  İran limanlarından 282 gəmi daxil olmuş, 259 
gəmi yola salınmışdı. Gömrük nəzarətindən İrandan gələn 3425 nəfər, İrana 
gedən 6576 nəfər sərnişin keçmişdi.  
 
Cədvəl 2.16 
Bakı rayon gömrükxanasında kabotaj və xarici gəmilərə gömrük 
nəzarəti keçirilməsi haqqında məlumat  
(01.010.1926 – 01.04.1927-ci illər) 
 
Qəbul edilən və yola salınan gəmilər ton 

ədəd 
1. Kabotaj qəbul edilən mallar 
68980 
2. Kabotaj yola salınan mallar 
909776 
3. Xaricdən gələn gəmilərin sayı 110 
               onlardan 
               yelkənli gəmilər 
 
10 
4. Kabotaj üzrə qəbul edilən gəmilərin sayı 
               onlardan, 
1502 
 
               buxarla işləyən gəmilər 1008 
               yelkənli gəmilər 125 
               20 tondan az subasımı olanlar 
369 
5. Xaricə üzən gəmilərin sayı 124 
               onlardan,   
yelkənli gəmilər 
 

6. Kabotaj üzrə yola salınan gəmilərin sayı   
1071 
onlardan, 
yelkənli gəmilər 
 
130 
    Mənbə: ARDA, f. 363, siy. 1, iş 765, v. 10. 
 
Gömrük əməkdaşları 601 halda qaçaqmalçılıq hallarının üstünü açmış, 
110791 manat mal müsadirə edilərək 235894 manat  cərimə təyin edilmişdi 
[94, 21-22]. 
1927-ci il noyabrın 23-də Tehranda SSRİ ilə  İran arasında Bakı-
Tehran hava xəttinin açılması haqqında razılıq protokolu imzalandı. Bu 
hadisə ilə  əlaqədar SSRİ Baş Gömrük İdarəsinin 1928-ci il 8 may tarixli 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə