Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
91
təlimatına əsasən verilən Bakı gömrükxanası rəisinin 20 may tarixli əmrində 
göstərilirdi ki, SSRİ-dən  İrana və  əksinə baqaj və poçt bağlamaları, 
həmçinin yüklərin Bakı-Tehran hava xətti ilə buraxılışı Gömrük-Tarif 
Komitəsinin təsdiq etdiyi Qaydaların (13 mart, 1925-ci il) 1-ci maddəsinə və 
Gömrük Məcəlləsinin 98-ci maddəsinə  əsasən Bakı gömrükxanasına tap-
şırılır [95, 28-29].  
Bakı gömrükxanası  əhaliyə xarici ölkələrdən göndərilən kiçik həcmli 
poçt bağlamalarına gömrük baxışını  və qeydiyyatını  həyata keçirirdi. 
Gömrük nəzarətçilərindən xaricdən bağlama alan vətəndaşların dəqiq 
qeydiyyatının aparılması  tələb olunurdu. Bağlamalarda eyni adda malların 
təkrar göndərilməsi aşkar edildikdə  nəzarətçi baxış  sənədində müvafiq 
qeydlər aparmalı idi. 1928-ci ilin fevralında İrəvan və Tiflis gömrükxanaları 
ləğv edildiyindən həmin ünvanlara beynəlxalq yük və poçt əməliyyatları 
Bakı gömrükxanası rəisinin 14 fevral tarixli əmri ilə dayandırıldı. 
1928-ci il mayın 3-də Culfada SSRİ Baş Gömrük İdarəsi və  Cənubi 
Qafqaz Baş Gömrük İdarəsinin iştirakı ilə keçirilən xüsusi müşavirədə idxal 
mallarının sərhəddən buraxılışı qaydalarının təkmilləşdirilməsi məsələsi 
müzakirə edilmişdi. Müşavirədə  qəbul edilən qərara əsasən Bakı, Culfa və 
Astara gömrükxanalarında İrandan gətirilən malların daxili bazara buraxılışı 
aşağıdakı qaydalar əsasında həyata keçirilməli idi: 1) Əgər Xarici Ticarət 
Komissarlığının  İranla ticarət üzrə Müvəkkilinin daxili bazara buraxıl-
masına icazə verdiyi yüklərə  tətbiq edilən gömrük rüsumları qanunla 
müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, bu mallar gömrük Məcəl-
ləsinin müvafiq maddələrinə uyğun olaraq hərracda satılmalıdır; 2) 
Gömrükxana normadan çox gətirilən və ya icazə verilməyən yüklər daxil 
olarkən, belə yüklərin buraxılıb-buraxılmaması haqqında İranla ticarət üzrə 
Müvəkkilə sorğu verir. Mənfi cavab alındıqda, yük sahibinə bir ay ərzində 
SSRİ  ərazisindən yükün çıxarılmasına möhlət verildiyi bildirilir. Yüklər 
həmin müddətdə daşınmasa, Gömrük Məcəlləsinin 257 və 258-ci maddələri 
tətbiq edilməklə hərracda satılır; 3) Gömrükxananın sorğusuna Müvəkkildən 
iki həftə ərzində cavab alınmadığı halda, yükün daxili bazara buraxılmasına 
icazə verilmir [95, 29]. 
Digər dövlət strukturlarında olduğu kimi respublikanın gömrük 
orqanlarında vaxtaşırı “kadr təmizliyi” aparılırdı. Bu işlə gömrükxanaların 
yerləşdiyi rayonların qəza komitələrində xüsusi olaraq yaradılan komis-
siyalar məşğul olurdu. AKP (b) Lənkəran təşkilatının 24 dekabr 1924-cü il 
tarixli iclasında təsdiq olunan siyahıya gömrük xidmətində uzun müddət 
işləyən Astara gömrükxanasının mühasibi Talışxanov Mirismayıl Mirəsgər 
oğlunun, həmin gömrüyün gəmi nəzarətçisi Salatenko Andrian İvanoviçin, 
onun köməkçisi Kərimov Bahadır Kərim oğlunun, Port-İliç gömrük məntə-
qəsinin rəisi Talışinski Rzaqulu Əbülfət oğlunun, Kilvəz gömrük məntə-


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
92
qəsinin rəisi Nurullabəyov Şirəlibəy Xankişi oğlunun, Əsədov İsrafil Dadaş 
oğlunun adları daxil edilmişdi [88, 164]. 
SSRİ gömrük idarəsi Cənubi Qafqaz şöbəsinin 16 dekabr 1926-cı il 
tarixli 241 nömrəli  əmri ilə Bakı gömrük rayonuna tabe olan gömrük 
müəssisələrinin şəxsi heyətində dəyişikliklər aparıldı. Növbəti ilin yanvarın 
1-dən Bakı gömrükxanası üzrə heyətin 59 nəfərə çatdırılması  nəzərdə 
tutulurdu. Onlardan 7 nəfərinin  əmək haqqını Azneft, 14 nəfərinin  əmək 
haqqını  Xəzər gəmiçiliyi (Kaspar), 7 nəfərinin  əmək haqqını “Komvo” 
ticarət  şirkəti ödəməli idi. Astara gömrükxanasında (rəis – M.B.Mirzəyev) 
qulluqçuların sayı 7, Lənkəran gömrükxanasında (rəis – P.D.Salayev) 6 
nəfər, Biləsuvar gömrükxanasında (rəis – M.F.Xoylu, az sonra 
Ə.Nərimanov), Cəbrayıl məntəqəsində (rəis – A.Y.Bıkov) 3, Bəramtəpə 
məntəqəsində (rəis – Şərbətərov) 2 nəfər saxlanılırdı [89, 166]. 
Culfa gömrükxanasında  İrandan qəbul edilən və  həmin ölkəyə yola 
salınan tranzit yüklərə gömrük baxışının sürətləndirilməsi sahəsində görülən 
tədbirlər mərkəzi aparatın diqqətini cəlb etmişdi. Zaqafqaziya Gömrük İda-
rəsinin rəisi Xutuşvili və Gömrük İnspeksiyasının rəisi Lebedevin imzaları 
ilə yerli gömrük orqanlarına göndərilən 29 sentyabr 1927-ci il tarixli mək-
tubda  əldə edilən müsbət təcrübədən istifadə edilməsi tövsiyə olunurdu. 
Gömrükxanada tranzit yüklərə  nəzarətin sadələşdirilməsi məqsədilə  aşağı-
dakı tədbirlər həyata keçirilirdi: 1) anbara vurulmayan tranzit yüklərin rəs-
miləşdirilməsində paralelizmi aradan qaldırmaq üçün malların qeydiyyatı 
pakhauz kitablarında deyil, yalnız mühasibatlıq tərəfindən aparılsın; 2) vaxt 
itkisinin qarşısını almaq üçün bəzi gömrükxanalarda tranzit yüklərə  də-
miryolu xəttindəki gömrük məntəqələrində baxış keçirilməsi hallarına son 
qoyulsun, gömrük baxışı malların dəmiryolunda yüklənməsi və çəkilməsi ilə 
eyni vaxtda keçirilsin: 3) tranzit əməliyyatlarının gecikdirilməsinin qarşısını 
almaq və gömrükxananın xəzinədarına əlavə çətinlik yaratmamaq üçün yük 
sahiblərindən gerb rüsumu marka ilə ödənilsin, yaxşı olar ki, gömrükxanalar 
bu nişanlara müntəzəm təchiz edilsin; 4) sənədlərin tərtib edilməsinə  sərf 
edilən vaxt itkisinin qarşısını almaq üçün tranzit yüklərin və ixrac əməliy-
yatların rəsmiləşdirilməsi bundan sonra iki yox, bir nüsxədə hazırlansın [24, 
3].  
Müxtəlif bəhanələr  əsas gətirilərək, ZSFSR XKS-nin 1928-ci il 30 
avqust tarixli 19 nömrəli qərarı ilə Naxçıvan və Ordubad gömrükxanalarının 
da fəaliyyəti dayandırılmışdı [168, 21]. 
Arxiv sənədlərində Naxçıvan MSSR XKS yığıncaqlarında gömrük 
nəzarəti ilə bağlı  məsələlərin müzakirə edildiyi və müvafiq qərarlar qəbul 
edilməsi haqqında məlumatlar vardır. 1929-cu il fevralın 29-da Məmməd-
xanovun sədrliyi ilə keçirilən yığıncaqda Naxçıvan MSSR ərazisindəki 
gömrükxanalarda müsadirə edilən qaçaqmalların bundan sonra Tiflisə 
göndərilməməsi müzakirə edilmişdi. Yığıncağın qərarı ilə Culfa gömrük-


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə