Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə40/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   36   37   38   39   40   41   42   43   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
99
 
 
 
 
 
II FƏSİL.  SSRİ-nin XARİCİ TİCARƏT VƏ GÖMRÜK 
MÜNASİBƏTLƏRİNDƏ AZƏRBAYCANIN ROLU 
 (1922-1960-cı illər) 
 
 
2.1.  Bakıda keçirilən xarici ticarət yarmarkaları gömrük  
sənədlərində 
 
1922-ci ildən başlayaraq, Azərbaycan SSR-in xarici ölkələrlə ticarət 
əlaqələri və gömrük işinin inkişafında ənənəvi Bakı yarmarkalarının mühüm 
əhəmiyyəti oldu. Beynəlxalq yarmarkanın məhz Bakıda təşkil edilməsi onun 
təkcə onun qərb və  şərq ölkələrini birləşdirən ticarət yollarının üzərində 
yerləşməsi, xüsusilə  mənfəətli dəniz yoluna malik olması deyil, həm də 
sovet Rusiyasının mənafeyi ilə bağlı idi. Yarmarkanın harada keçirilməsi 
mübahisə  və müzakirə obyekti idi. Bəziləri mərkəzi idarələrin yerləşdiyi 
Tiflis  şəhərinə üstünlük verirdilər. Yarmarkanın keçirilməsi üçün Tiflisə 
nisbətən Bakı şəhərinin yarmarka üçün daha əlverişli olduğunu israrla təkid 
edən Nəriman Nərimanov məqsədinə çatdı. Bakı yarmarkası həmin dövrdə 
SSRİ-nin  İran, Türkiyə,  Əfqanıstan, Monqolustan və  Qərbi Çinlə xarici 
iqtisadi  əlaqələrinin yaradılmasında ilkin mərhələ rolunu oynayırdı.  İranın 
Bakı yarmarkasına çıxarılan kənd təsərrüfatı xammalı  Cənubi Qafqaz 
respublikalarına, RSFSR və Ukraynaya ixrac edilirdi. Bir sıra sovet 
respublikalarının sənayesi xüsusi olaraq yarmarkada satılması  nəzərdə 
tutulan məhsulların istehsalına başlamışdı. Bakının coğrafi mövqeyi, 
əlverişli ticarət limanının və tarixi ənənələrə malik gömrükxananın 
mövcudluğu xarici ölkələrlə ticarət əlaqələrini asanlaşdırırdı [163, 93].   
Bu yarmarkaların təşkilində məqsəd SSRİ-nin bərbad vəziyyətdə olan 
iqtisadiyyatını  bərpa prosesində ittifaqın daxili rayonlarını  zəruri mallarla 
təmin edilməsi, Yaxın Şərq ölkələri və birinci növbədə İranla Qərbi Avropa 
ölkələri arasında pozulmuş ticarət-iqtisadi  əlaqələri bərpa etməklə iqtisadi 
dividentlər əldə etmək  olmuşdur [152, 55-59]. 
Azərbaycan SSR Xalq Komissarları Soveti Bakı yarmarkasının təşkili 
barədə qərarı 1922-ci ilin mayın 14-də qəbul edildi. Yarmarka Komitəsinin 
tərkibinə iki nəfər azərbaycanlı - A.Qulubəyov və A.Mahmudbəyov daxil 
idi. Bakı Soveti 1922-ci ilin avqustun 21-də təşkilati işlər üçün Komitəyə 25 
mlrd. rubl vəsait ayırdı [177, 1990, 18 dekabr].  


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
100
Ticarət  əlaqələrinin qarşılıqlı  şəkildə inkişaf etdirmək üçün bir sıra 
Şərq ölkələrindən, o cümlədən Türkiyədən bəzi ticarət  şirkətlərini yarmar-
kada iştirak etməyə  dəvət edildi. Bu dəvət Türkiyə hökuməti tərəfindən 
müsbət qarşılandı, türk tacirlərinin Bakı yarmarkasında iştirakına icazə 
verildi.  
Birinci Bakı yarmarkası 1922-ci ilin sentyabrın 15-dən noyabrın 15-
dək davam etdi. “Bakinski raboçi” qəzetinin verdiyi məlumata görə yar-
markada Rusiya və Ukraynanın bir çox iri sənaye potensialına malik 
regionları, Türküstan respublikası,  İran və Türkiyədən olan sahibkarlar, o 
cümlədən 6 xüsusi müəssisə və 2 kooperativ təşkilatla yanaşı, 6 xarici şirkət 
iştirak edirdi [178, 1922, 17 sentyabr; 1922, 2 оktyabr].  
“Экономический  Вестник” (İqtisadi xəbərlər) məcmuəsinin 1922-ci 
il 19-cu sayında dərc edilən məlumata görə, oktyabrın 8-nə  qədər 
yarmarkaya 148694 pud, o cümlədən xarici şirkətlər tərəfindən 13600 pud 
müxtəlif mallar gətirilmişdi. Bunlardan 95200 pudu ərzaq malları, 14800 
pudu texniki material və avadanlıqlar, 14480 pudu tikinti materialları, 8976 
ədəd kənd təsərrüfatı alət və mexanizmləri, 3342 pudu isə pambıq mahlıcı, 
yun,  dəri və digər xammal növləri olmuşdu. 
 
 
Son hesablamaya görə birinci Bakı yarmarkasına təqribən yarım 
milyon pud müxtəlif mallar reallaşdırılmışdı. İranı 30 şirkət və tacir (bütün 
iştirakçıların 20 faizi) təmsil edirdi. Yarmarkada satılan 1641120 qızıl manat 
həcmində malların 40 faizi İran tacirlərinə məxsus idi. 1923-cü ildə RSFSR 
Xarici ticarət komissarlığı Rusiya ilə  İran arasında aparılan ticarətə daxil 
Bakı Yarmarka Komitəsi üçün xüsusi olaraq tikilən bina, 1924-cü il
 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
101
edilən bütün mallarına lisenziyasız idxal-ixrac rejimi tətbiq olunurdu. 
Bundan əlavə, Şərq ölkələri ilə ticarətdə RSFSR-in 1922-ci il Asiya gömrük 
tarifindən fərqli olaraq bəzi mallara mütərəqqi hesab edilən 1903-cü il tarifi 
qüvvəsini saxlayırdı. Bununla yanaşı, bəzi siyasi-iqtisadi və hüquqi sədlərin 
yaradılması yarmarkanın işini çətinləşdirirdi. Məsələn, lord Kerzonun 
məlum notası, qara birjanın bağlanması, fabrik mallarının, xüsusilə pambıq 
parçaların qiymətinin süni surətdə artırılması və s. 1923-ü il yarmarkasında 
satışa çıxarılan əsas ticarət mallarının 22,8 faizini şəkər, 23,7 faizini pambıq 
parçalar, 10,3 faizini pambıq mahlıcı, 8,3 faizini düyü, 3,8 faizini quru 
meyvələr, 3,2 faizini şüşə  və çini-saxsı qablar, 5,3 faizini kibrit təşkil 
etmişdi. Bütün satılan malların 30 faizi, o cümlədən 81 min pud şəkər, 68 
min pud un, 19 min pud kibrit, cəmi 1465000 manatlıq mallar İrana 
daşınmışdı. Rusiya fabriklərinin istehsalı olan parçalara yüksək qiymət təyin 
edildiyindən çox hissəsi satılmamışdı. 1923-cü il yarmarkasının təcrübə-
sində  bəzi zərərli fors-major faktorlar nəzərə alınaraq yeni güzəştləri 
nəzərdə tutan tədbirlər görüldü. Tarif komitəsinin qərarına görə, Bakıya 
dəmir yolu ilə gətirilən bütün mallara yarmarkanın keçirildiyi müddətdə yol 
tarifi 15 faiz aşağı salındı. Parça və toxunma mallarına, kibrit, sement, mis, 
latun, bürünc, və  dəmir təbəqəyə, kənd təsərrüfatı maşın və alətlərinə 
(ağacdan hazırlanan alətlər istisna olmaqla) və elektrik avadanlıqlarına 20 
faiz,  şüşə, büllur və çini-saxsı qablara, dəmir və çuqundan hazırlanmış 
məmulatlara 30 faiz, xarici ölkə  mənşəli mallara 10 faiz güzəşt tətbiq 
olundu. Xəzər Dəniz Gəmiçiliyi analoji qərar qəbul edərək  İran 
limanlarından gətirilən düyü və quru meyvə yüklərinin daşınmasına 20 faiz, 
digər yüklərə 30 faiz güzəşt tətbiq etmişdi. Bundan əlavə satılmayan 
malların geri daşınmasına dəmir yolu tarifləri 10 faiz, gəmi daşımaları 15 
faiz güzəştlə həyata keçirilirdi.  
Şərq ölkələrindən yarmarkaya göndərilən malların gömrük baxışından 
keçirilməsi və rüsumların ödənilməsi sahibkarın istəyinə görə  sərhəd 
gömrükxanalarından birbaşa Bakı gömrükxanasına göndərilməsinə icazə 
verilirdi. Bundan əlavə, yarmarkada satılmayan mallar mənşə ölkələrinə 
nəzərdə tutulan müddət  ərzində aparıldıqda  gömrük rüsumu geri qaytarı-
lırdı. Xarici ölkə tacirlərinə yarmarkada satdıqları mallardan  əldə etdikləri  
valyutanın 25 faizini aparmalarına icazə verilirdi. 
Yarmarkada Azərbaycanı “Azərittifaq”, “Azəripək”, “Azərtütün”, 
“Azərdəri” trestləri, mərkəzi təşkilatlardan “Neftesindikat”, “Saxartrest”, 
“Spiçsindikat”, “Rezinotrest” və “Kojsindikat” təmsil edirdi. Nijni Novqo-
rod yarmarkasından fərqli olaraq Bakı yarmarkası orta və kiçik kapitala 
malik tacir təbəqəsi üçün daha əlverişli bazar sayılırdı. Yarmarkaya RSFSR-
in sənaye mərkəzlərindən su yolu ilə malların daşınmasını  həyata keçirən 
Volqa Dövlət çay gəmiçiliyi nəqliyyat tariflərini aşağı salmışdı. Lakin bəzi 
qüvvələr guya Bakı yarmarkasında  İran tacirlərinin mallarının müsadirə 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə