Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
107
etmişdir ki, bu vəziyyət  əslində digər region və respublikalardan gətirilən 
malların həcminin artması ilə izah olunur.  
Cədvəl 2.4 
 
Bakı yarmarkasından aparılan malların idxal rayonları üzrə 
bölgüsü (min manatla) 
 
Ölkələr və iqtisadi ra-
yonlar 
1925-ci il ümumu 
dövriyyəyə 
nisbətən 
faizlə 
1926-cı 
il 
ümumu 
döv-
riyyəyə 
nisbətən 
faizlə 
1925-ci 
ilə 
nisbə-
tən 
faizlə 
İran 
3936 24,0 5006 30,8 127,0 
Azərbaycan SSR 
5028 
31,2 
5950 
36,5 
118,0 
Ukrayna SSR 
612 
3,08 
1268 
7,8 
207,0 
Şimali Qafqaz 
123 
0,8 
659 
4,0 
535,0 
RSFSR 3872 
24,0 
2240 
13,7 
58,0 
Cənubi Qafqaz 
1828 
11,3 
344 
2,1 
19,0 
Türküstan 291 
1,8 
26 
0,2 
9,0 
Müəyyən edilməmiş 
rayonlar 
 
418 
 
3,1 
 
790 
 
4,9 
 
188,0 
Cəmi 16108 
100 
16283 
100 
101 
 
Mənbə:  Статистический  справочник  по  Азербайджану  (под  ред. 
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.170. 
 
Yarmarkada satılan 3942 min manatlıq  şəkərin hamısı Ukraynadan 
gətirilmişdi. RSFSR-in satış  həcmi 3147 min manat olmuşdu ki, bunun da 
35,4 faizini toxuculuq malları  təşkil etmişdi. Azərbaycan SSR yarmarkada 
satdığı sənaye malları satış dövriyyəsinin 21,4 faizi səviyyəsində olmuşdu. 
Respublikamız öz tələbatını ödəmək üçün yarmarkadan 4854  min manatlıq 
sənaye, 1096 min manatlıq ərzaq və kənd təsərrüfatı malları, RSFSR 1810 
min manatlıq sənaye, 430 min manatlıq kənd təsərrüfatı malları almışdı. 
Ukrayna yarmarkadan 1925-ci ildə olduğundan iki dəfə çox mal almışdı. 
1926-cı ildə yarmarkasında 1925-ci ilə nisbətən mal dövriyyəsi İranda bəzi 
qadağaların tətbiqinə baxmayaraq azalmamış, demək olar ki, sabit qalmışdı. 
 
 
 
 
 
 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
108
Cədvəl 2.5 
 
1926-cı ildə keçirilən 5-ci Bakı yarmarkasında malların dəyərinə 
və  mənşə ölkəsinə görə bölgüsü 
 
s/s 
Respublika və iqtisadi 
rayonlar 
Malların dəyəri 
(min manat) 
Xüsusi çəkisi 
(faizlə) 
1. 
İran 
4203 
25,6 
2. Azərbaycan SSR 
3303 
20,1 
3. Ukrayna 
SSR 
4269 
26,0 
4. 
Şimali Qafqaz 
1127 
6,7 
5. RSFSR 
3335 
20,3 
6. Dağıstan 21 
0,1 
7. Gürcüstan 
63 
0,4 
8. Ermənistan 26 
0,2 
9. Türküstan 
39 
0,3 
10. Estoniya 
26 
0,2 
1-10  Cəmi 
16412 
100 
 
Mənbə: ARDA, f. 710, siy. 1, iş 68. 
 
Bakı yarmarkasında mülkiyyət mənsubiyyətinə görə dövlət ticarəti, 
kooperativlər və xüsusi ticarət geniş miqyasda təmsil olunurdu. Aşağıdakı 
cədvəldən görünür ki, 1-ci yarmarkada 28 dövlət təşkilatı, 2 kooperativ və 
65 tacir və ya xüsusi mülkiyyəti təmsil edən şirkət iştirak etmişdisə, 1925-ci 
ildə  iştirakçıların sayı artaraq 95-dən 198-ə, o cümlədən dövlət təşkilat-
larının sayı 70-ə, kooperativlərin sayı 7-yə, tacirlərin və xüsusi şirkətlərin 
sayı 121-ə çatmışdı. Daha doğrusu, həmin dövrdə yarmarka iştirakçıları 
arasında dövlət təşkilatlarının sayı 2,5 dəfə, kooperativlərin sayı 3,5 dəfə, 
xüsusi kapitalı təmsil edən tacir və şirkətlərin sayı 1,9 dəfə artmışdı. 
SSRİ Dövlət Plan komissiyasının 1926-cı il martın 15-də keçirilən 
yığıncağında 1925-ci ildə keçirilən Bakı  və Nijni Novqorod yarmarkaları 
haqqında xarici ticarət komissarlığının hesabatı dinlənilmişdi. Komissiya 
yarmarkaların işini gücləndirmək üçün aşağıdakı  tədbirlərin görülməsi 
qərara almışdı: 1) yarmarkaların ixrac mallarının həcminin artırılması; b) 
yarmarkaların ticarət dövriyyəsində passiv balansın azaldılması; c) satış 
sərgilərinin təşkili və ticarət mallarının nümunələri üzrə sövdələşmələrin 
genişləndirilməsi; ç) bazara kifayət qədər çıxarılmayan malların alqı-satqı 
müqavilələrinin bağlanılması təcrübəsinin yayılması və s [55, 13]. 
 
 
 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
109
Cədvəl 2.6 
 
Bakı yarmarkasında xarici iqtisadi fəaliyyət iştirakçılarının 
tərkibi (1922-1926-cı illər) 
 
İllər Dövlət 
orqanları 
Kooperativlər Xüsusi 
kapital 
Cəmi 
1922 
28 2 65 
95 
1923 
32 4 37 
73 
1924 
53 5 388 
97 
1925 
70 7 121 
198 
1926 
36 4 76 
116 
 
Mənbə: ARDA, f. 710, siy. 1, iş. 68. 
 
Bəzi Qərbi Avropa ölkələrinin ticarət-kommersiya şirkətləri şirkətləri 
yarmarkaya ciddi maraq göstərməyə başlamışdılar. Parisdə  fəaliyyət 
göstərən Beynəlxalq ticarət palatası 1927-ci ilin oktyabrında Zaqafqaziya 
xarici ticarət idarəsindən Bakı yarmarkası haqqında  ətraflı  məlumat gön-
dərilməsini xahiş etmişdi [181, 37]. 
Həmin dövrün iqtisadi fikrinə  əsaslanaraq Bakı yarmarkalarının 
ümumi iqtisadi nəticələrini qısaca olaraq belə  şərh etmək olar: SSRİ-nin 
daxili bazarında bəzi  şərq malların, o cümlədən düyünün şişirdilmiş qiy-
mətləri aşağı salındı. Satışın netto-balans metodu ilk dəfə  tətbiq edilsə  də
nəticəsi qənaətbəxş oldu. Sovet ixracının əsasını təşkil edən mallar, o cüm-
lədən şəkər, manufaktura və silikat qiymətlərinin münasib olmasına, çeşid-
lərinə və satış şərtlərinə görə  İran bazarında müvəffəqiyyət qazana bildi.  
Lakin bəzi sovet mallarının satışı (kibrit, mətbəə kağızı  və  qənnadı 
məmulatları) xarici ölkə mallarına müqayisədə  aşağı keyfiyyətdə olmasına 
görə gözlənilən həcmdə baş tutmadı [186, 3]. 
Bir çox hallarda sovet ticarət təşkilatları ilə  İran tacirlərinin kom-
mersiya maraqları üst-üstə düşməsə  də, qonşu ölkə tacirlərinin  əksəriyyəti 
ticarət  əməliyyatlarının təşkilindən razı qalmışdı. Yarmarkanın iştirakçıları 
arasında bir tərəfdən SSRİ-nin mərkəzi rayonlarının mövqeyi  davamlı 
olaraq yüksəlmiş, digər tərəfdən isə, Cənubi Qafqaz rayonunun, daha 
doğrusu Gürcüstan və Ermənistanın iştirak səviyyəsi zəifləmişdi. 1929-cu il 
dünya iqtisadi böhranı beynəlxalq ticarət dövriyyəsinin kəskin azalması 
SSRİ-nin ixrac potensialına da mənfi təsir etdi.  
Aşağıdakı cədvəl Bakı yarmarkasında mal dövriyyəsinin artımını daha 
dolğun əks etdirir: 
 
 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə