Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
110
Cədvəl 2.7 
Bakı yarmarkasında mal dövriyyəsinin dinamikası 
(1922-1929-cu illər) 
 
Çəki hesabı ilə 
Dəyər hesabı ilə 
 
 
 
İllər 
tonla 1922-ci 
ilə 
nisbətən 
faizlə 
əvvəlki 
yarmarka
ya 
nisbətən 
faizlə 
manatla 1922-ci 
ilə 
nisbətən 
faizlə 
əvvəlki 
yarmarka
ya 
nisbətən 
faizlə 
1922 
6921 100  100  4670066 100  100 
1923 
16580 239,6 239,6  16335457 319,6  349,8 
1924 
22209 320,9 134,0  9881765  211,4  60,0 
1925 
59142 854,7 266,3  20586587 440,8  208,3 
1926 
21673 313,0  36,6  10947813 234,0  53,2 
1927 
... ... ... 
31220000 
668,5 
285,2 
1929 
... ... ... 
36600000 
783,7 
117,2 
 
Mənbə: ARDA, f. 710, siy.1, iş 68. 
 
1929-cu ildə keçirilən VII Bakı yarmarkası sonuncu oldu. SSRİ Əmək 
və Müdafiə Şurasının 1930-cu il 16 mart tarixli qərarı ilə son illər ərzində 
Şərq ölkələri ilə birbaşa qarşılıqlı ticarət  əlaqələrinin yaranması  nəzərə 
alınaraq Nijni Novqorod və Bakı yarmarkaları  ləğv edildi. Ticarət 
əlaqələrinin dövlət inhisarına alınması ilə yarmarkaların təşkilinə ehtiyac 
azaldı. Beləliklə, SSRİ-nin  İranla aparılan xarici iqtisadi əlaqələrinin 
inkişafında  Bakı yarmarkasının mühüm əhəmiyyəti oldu. 
 
2.2. Azərbaycan sovet-İran və digər ölkələrlə ticarət-gömrük 
münasibətlərində. Xarici ticarət əlaqələri 1930-cu illərdə 
 
Bərpa illərində ittifaq üzrə xarici ölkələrlə ticarət  əməliyyatlarında, 
xüsusilə ixracda Azərbaycanın payı 1913-cü ildəki 2,7 faizdən 1922-1923-
cü illərdə 9,7 faizə çatsa da, 1924-1925-ci illərdə bu göstərici 7,5 faizə 
düşmüşdü [62, 26]. 
 Azərbaycanın xarici ölkələrlə ticarətində qonşu İran dövləti xüsusi yer 
tuturdu. 1924-1925-ci illərdə SSRİ-nin  İranla apardığı ticarət  əlaqələrində 
Azərbaycanın xüsusi çəkisi ixrac üzrə 88,0 faiz, idxal əməliyyatları üzrə isə 
81,8 faizə  bərabər olmuşdu. 1922-1923-cü illərə nisbətən Azərbaycandan 
İrana ixracın həcmi 7,0 dəfə, idxal isə 2,7 dəfə artmışdı.  İrandan başlıca 
olaraq kənd təsərrüfatı malları (hazır məhsul və xammal şəklində) gətirilmiş 
əsasən sənaye malları göndərilmişdi. Bir cəhəti qeyd etmək lazımdır ki, 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
111
İrandan gətirilən mallar yalnız Azərbaycanın deyil, digər Qafqaz respub-
likaları və ittifaqın ehtiyacının ödənilməsinə sərf edilirdi [65, 8]. 
Azərbaycan SSR-dən ixrac olunan mallar içərisində neft və neft məh-
sulları, xam ipək və ipək məhsulları, biyan kökü və bəzi heyvandarlıq məh-
sulları əsas yer tuturdu. İxrac edilən neft məhsullarının daha sürətlə artması 
sayəsində respublikanın xarici ticarət dövriyyəsi öz həcminə görə 1913-cü 
ilin səviyyəsini keçmişdi. Lakin xalça, texniki bitkilər və bəzi heyvandarlıq 
məhsullarının ixracı üzrə göstəricilər hələ  də  aşağı  səviyyədə idi [66, 17, 
19]. 
 
Cədvəl 2.8 
 
Azərbaycan SSR-in xarici ticarət əlaqələrinin dinamikası  
(1913-cü ilə nisbətən faizlə) 
 
 
İllər 
Ticarət 
dövriyyəsi
Neft 
məh-
sulları 
Digər 
məhsul-
lar 
Neft 
məhsulları
nın xüsusi 
çəkisi 
Digər 
məhsulla-
rın xüsusi 
çəkisi 
1913 
100 100  100  82,4  17,6 
1922-1923 
31,1 29,7  37,0  78,6  21,4 
1924-1925 
104,8 118,0  42,1  92,0 
7,1 
 
Cədvəldən göründüyü kimi, 1924-1925-ci illərdə respublikanın ümumi 
xarici ticarət balansı 1913-cü il səviyyəsini ötüb keçmişdi. Lakin neft və 
neft məhsulları, balıq və xəz məmulatları istisna olmaqla digər ixrac malları 
müharibədən əvvəlki səviyyədən çox aşağı idi yaratdı [66, 19]. 
SSRİ-nin təşkilindən sonra İranla ticarət əlaqələrinin genişləndirilməsi 
əsasən Bakı üzərindən həyata keçirilirdi. Sovet dövləti 1924-cü il mayın 1-
dən fəaliyyət göstərən Rusiya-İran ticarət cəmiyyətinə (Rupeto) lisenziyasız 
və gömrük rüsumu ödənmədən idxal-ixrac əməliyyatları aparmağa icazə 
vermişdi. Maraqlıdır ki, “Rupeto” Bakı neftinin Şimali  İranda satışının 
təşkili haqqında “Neftesindiqat”la müqavilə bağlamışdı. 1924-cü il fevralın 
11-də yaradılan “Şərq” sovet-İran idxal-ixrac cəmiyyəti  İran dövlət 
torpaqları  və ictimai işlər  İdarəsinin sifarişi ilə sovet istehsalı olan kənd 
təsərrüfatı texnikasını pambıq, düyü, və meyvə ilə mübadilə edirdi. 1923-
1924-cü illərdə yaradılan “Persazneft”, “Rusperssaxar”, “Persxlopok”, 
“Persşelk”, “Bazari-İrano-Rus”, “Mənsucat İrano-Rus” kommersiya cəmiy-
yətləri Azərbaycan  ərazisindən istifadə etməklə geniş ticarət  əməliyyatları 
həyata keçirirdilər. “Zaqqostorq” İrandakı nümayəndəlikləri vasitəsilə sovet 
sənaye mallarının həmin ölkəyə ixracını  təşkil etməklə yanaşı  və  İran 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
112
mallarının Cənubi Qafqaza idxalını  həyata keçirirdi. 1925-cı ildən başla-
yaraq Qərbi Avropadan Batum limanından dəmir yolu ilə Bakı limanına və 
Culfadan keçməklə tranzit mallar vahid lisenziya əsasında və çox aşağı 
tariflərlə İrana daşınırdı.  
1928-ci ilin may ayında imzalanan sovet-İran gömrük konvensiyası 
1927-ci il oktyabr konvensiyasından fərqli olaraq İranın gömrük işi sahə-
sində müstəqilliyini təmin edirdi. Tərəflər 1936-cı il mayın 10-na qədər 
gömrük rüsumlarında heç bir dəyişiklik etməməyi öhdələrinə götürmüşdü 
[205, 54-55, 81]. 
Azərbaycan Ticarət Palatasının nəzdində “Sovet-İran ticarətinin inki-
şafına yardım Bürosu” fəaliyyət göstərirdi. Bakı yarmarkasının keçirildiyi 
illərdə Büronun yığıncaqlarında  İran tacirləri ilə  əməkdaşlığın müxtəlif 
məsələləri müzakirə olunurdu. 1925-ci il Bakı yarmarkasında  İran tacirləri 
1480 min pud  neft məhsulları alınmasına öncədən sifariş vermişdi. Lakin  
Yarmarka Komitəsinin qərarı ilə  İrana satılacaq neft məhsullarının norma-
ları 5,5 dəfə az müəyyən edilmişdi (250 min pud kerosin, 3 min pud benzin, 
10 min pud mazut və 3 min pud sürtgü yağı). Ticarət Palatası neft 
məhsullarının yalnız sovet respublikaları ilə davamlı ticarət  əməliyyatları 
aparan və iki ölkənin iqtisadi əlaqələrində yeri olan tacirlərə satılmasına 
qərar vermişdi.  İran tacirlərinə neft məhsullarının satışına aşağıdakı 
qiymətlər təyin edilmişdi: bir pud kerosin – 60 qəpik, sürtgü yağı – 1 manat 
60 qəpik, benzin – 2 manat və mazut – 46 qəpik [54, 19]. 
“Persazneft”in idarə heyəti Bakıda yerləşirdi. 1927-ci ildə Bakıdan 
İrana 4,5 min ton benzin və 25,5 min ton ağ neft aparılmışdı. “Avtoiran” 
adlı  nəqliyyat kontorunun Almaniyadan alınmış “Bens” markalı yük 
avtomobilləri Astara və Culfa gömrükxanasından keçərək maye yanacaq 
daşıyırdı. Azərbaycan neftinin ixracından külli miqdarda valyuta əldə 
edilirdi. Əgər 1913-cü ildə neft ixracının payı Rusiya imperiyasının ümumi 
ixracında cəmi 3,8 faiz təşkil edirdisə, neft və neft məhsulları 1924-1925-ci 
təsərrüfat ilində taxıl ixracından sonra 2-ci yeri, 1932-ci ildə isə 1-ci yeri 
tutmuşdu [211, 128]. 
Cədvəl 2.9 
1924-1926-cı illərdə Azərbaycan SSR gömrükxanalarında qeydə 
alınan idxal malları 
(Bakı bazarının topdansatış qiymətləri ilə, min manatla) 
 
1924 1925 1926 
Gömrükxa-
nalar 
ton manat  ton  manat ton manat 
Bakı 
gömrükxanası 
78744, 3 
 
28468,0 114155, 5
 
50358,9 62970,6 31712, 

 
Lənkəran 
gömrükxanası 
 
13,9 
 
2,5 
 
25,6 
 
6,5 
 
6,7 
 
1,4 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə