Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
104
təfəkkürə malik gürcü rəhbərləri ümumittifaq yarmarkasının öz ərazilərinə, 
daha doğrusu Tiflisə köçürülməsi haqqında təkid etməzdilər, Burada 
yarmarkanın  əmtəə dövriyyəsinin genişlənməsinə  təsir edən iqtisadi  və 
siyasi amillərdən söhbət gedə bilər [171, 90]. 
Ali İqtisadi Şuranın Azərbaycan SSR XKS-yə təqdim etdiyi hesabatda 
1924-cü ildə respublikaya mal ixracının 32 mln., idxal səviyyəsinin isə 25 
mln. manata çatması göstərilirdi.  İxrac mallarının  əsas hissəsini pambıq, 
ipəkçilik, şərabçılıq və balıqçılıq məhsulları, idxal mallarını isə taxıl, qənd, 
çay, mətbəə kağız və kitablar, kənd təsərrüfatı alətləri təşkil edirdi. Bakı 
yarmarkasında ticarət dövriyyəsinin artım tempini aşağıdakı  cədvəldən 
aydın müşahidə etmək olur: 
 
Cədvəl 2.1 
 
Bakı yarmarkasında satış həcminin dinamikası 
 
İllər Daxil 
olan 
mallar 
(pudla) 
Yarmarkada satılan 
mallar  (pudla) 
Satılan malların 
dəyəri (manat) 
1922 
422155 240863  1864912 
1923 
1011356 515802 
4776477 
1924 
1354776 1137210  8469844 
 
Cədvəldən göründüyü kimi, əgər 1922-ci ildə yarmarkaya daxil edilən 
malların cəmi 57 faizi, 1924-cü ildə 81 faizi satılmışdı. Üçüncü yarmarkada 
satılan malların dəyəri 4,5 dəfə çox olmuşdu. Təkcə  İran tacirlərinin bu 
yarmarkada mal dövriyyəsi 4,8 mln. manatdan çox olmuşdu [49, 22-23]. 
Azərbaycan SSR XKŞ-nin IV Sovetlər qurultayında xalq təsərrüfatının 
bütün sahələri ilə yanaşı daxili və xarici ticarətin vəziyyəti müzakirə edildi. 
Qurultaya Q.Musabəyovun hesabat məruzəsindən aydın olur ki, 1924-cü 
ildə respublika üzrə 138 dövlət, 317 kooperativ, 12036 xüsusi olmaqla cəmi 
12491 ticarət müəssisəsi fəaliyyət göstərmişdir. 1924-cü ildəki 80,2 mln. 
manat həcmində olan (1922-ci ilə nisbətən 3 dəfə çox) ticarət dövriyyəsinin 
45 faizi dövlət, 6 faizi kooperativ, 49 faizi isə xüsusi ticarətin payına 
düşürdü.  İkinci yarmarkadan başlayaraq xarici tacirlərə gömrük vergisi və 
nəqliyyat tariflərində güzəştlər tətbiq olunurdu. Yarmarkada satışa çıxarılan 
malın dəyərinin 1 faizi həcmində yarmarka rüsumu, 8 faizi keçməmək şərti 
ilə gömrük tarifi müəyyən edilmişdi. Azərbaycan SSR XKŞ-nin 1925-ci il 
15 iyul və 14 oktyabr tarixli qərarları ilə Bakı yarmarkası üçün yeni bina 
tikilmişdi. Artıq 1926-cı ildə keçirilən növbəti yarmarka yeni binada baş 
tutmuşdu [50, 29]. Bakı yarmarkası  Şərq ölkələri ilə ticarət  əlaqələrinin 
inkişafında mühüm əhəmiyyət daşıyırdı. Bunu yarmarkanın yüklərin 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
105
miqdarı, həmçinin satışa çıxarılan malların çeşidi və dəyərinin artması sübut 
edirdi:  
 
Cədvəl 2.2 
 
Bakı yarmarkasında yük dövriyyəsinin dinamikası 
 
Malların çəkisi 
Malların dəyəri 
İllər 
Tonla 1-ci 
yarmarkaya 
nisbətən faizlə 
manatla 1-ci 
yarmarkaya 
nisbətən faizlə 
1922  6920,6 100 
4670066  100 
1923  16579,6 239,6 
16335457  349,8 
1924  22209,4 320,9 
9881765  211,4 
1925  59142,1 854,7 
20586587  440,8 
1926  21673,4 313,0 
10947818  234,0 
 
Mənbə:  Статистический  справочник  по  Азербайджану  (под  ред. 
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.168. 
 
Cədvəldən göründüyü kimi, 2-ci, 3-cü, 4-cü və 5-ci Bakı yarmarkasına 
gətirilən malların həm çəkisində, həm də  dəyərində ilbəil artım olmuşdur. 
Belə ki, 1925-ci ildə yarmarkaya gətirilən malların çəkisi 1922-ci ilə 
nisbətən 8,5 dəfə, dəyərinin isə 4,4 dəfə çoxaldığını görürük. Bakı 
yarmarkasında 1922-ci ildə 1865 min, 1923-cü ildə 4776 min, 1924-cü ildə 
8470 min, 1925-ci ildə 16109 min, 1926-cı ildə isə 16283 min manatlıq mal 
alınıb-satılmışdı.  
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin məlumatına görə, 1925-
ci ildə  İrandan Bakı yarmarkasına 4320 min manat dəyərində müxtəlif 
mallar, o cümlədən 535 min manat dəyərində pambıq (12,4 faiz), 665 min 
manatlıq düyü (38,5 faiz) və 756 min manat dəyərində quru meyvə (40,6 
faiz) gətirilmişdi.  İran tacirləri Bakı yarmarkasından 3936 min manat 
dəyərində mal almışdı ki, bunun yarıya qədərini (1958 manat) qənd və şəkər 
tozu təşkil etmişdi. 1926-cı ildə keçirilən yarmarkada İrandan idxal olunan 
malların ümumi dəyərində 2,7 faiz azalma müşahidə edilsə də, İran tacirləri 
əvvəlki ilə nisbətən 27 faiz çox mal almışdı.  İran tacirlərinin aldıqları 
malların siyahısında manufaktura malları 98 faiz, qənd və  şəkər tozunun  
həcmi 71 faiz artmış, metal məmulatları isə 51,3 faiz azalmışdı [218, 170]. 
Yarmarkaya gətirilən mallar mənşəyi və coğrafiyasına görə qonşu İran 
və Türkiyədən başqa Rusiya, Ukrayna, Cənubi Qafqaz və Orta Asiyanın bir 
çox bölgələrini əhatə edirdi.  
Bunu aşağıdakı cədvəldən müşahidə etmək mümkündür: 
 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
106
Cədvəl 2.3 
 
Bakı yarmarkasına gətirilən malların ixrac rayonları üzrə bölgüsü 
 
Çəkisi (tonla) 
Dəyəri (min manatla) 
s/s   
İqtisadi rayonlar və 
ölkələr 
1925-ci il  1926-cı il
1925-ci il 
1926-cı il 
1. 
Azərbaycan SSR 
14379 
5464 
3295 
2787 
2. 
Şimal-qərb 1149 
870 
826 
486 
3. 
Şimal-şərq 47 

16 

4. 
Qərb 312 
262 
116 
121 
5. 
Mərkəzi sənaye 1608 
1328 
2370 
2381 
6. 
Orta Volqa 
131 
1025 
62 
164 
7. 
Aşağı Volqa 
4015 
1923 
630 
145 
8. 
Ural  
2107 
127 
563 
24 
9. 
Mərkəzi Qaratorpaq 

28 

18 
10. 
Cənub-qərb 9731 
3101 
4683 
1545 
11. 
Cənub Daş-sənaye 3217 891  893  544 
12. 
Şimali Qafqaz 
400 
162 
22 
11 
13. 
Cənubu Qafqaz 
1183 
61 
547 
81 
14. 
Türküstan 82 
34 
51 
28 
15. 
İran 20779 
6355 
6512 
2625 
16. 
Vyatka  




1-16  Cəmi 
59142 
21673 
20587 
10949 
 
Mənbə:  Статистический  справочник  по  Азербайджану  (под  ред. 
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.169. 
 
5-ci Bakı yarmarkasında iştirakına  əsasən 10 ölkə  iştirak etsə  də, 4 
ölkənin payı (Ukrayna, İran, RSFSR və Azərbaycan) satışa çıxarılan bütün 
malların 92 faizini təşkil etmişdi. Qonşu respublikalardan Gürcüstan (0,4 
faiz), Ermənistan (0,2 faiz) və Dağıstan (0,1 faiz) son dərəcə zəif iştirakı ilə 
seçilirdi. 
Yarmarkada mal dövriyyəsinin həcminə görə Azərbaycan İran, Rusiya 
və Ukraynadan sonra 4-cü yeri tuturdu. Ermənistanın tutduğu sonuncu 
mövqe onun xarici iqtisadi əlaqələr qurması üçün zəruri iqtisadi imkanlara 
malik olmadığını göstərirdi.  
İran 1926-cı il yarmarkasında 625 min manatlıq kənd təsərrüfatı 
malları, o cümlədən 519 min manatlıq pambıq mahlıcı, 1870 min manatlıq 
düyü, 583 min manatlıq quru meyvə satmışdı.  İran tərəfinin payına 
yarmarkada satılan dərinin 73,3 faizi düşmüşdü (1024 min manat). 
Aşağıdakı  cədvəldən göründüyü kimi, yarmarkadan daşınan malların 
xüsusi çəkisində Azərbaycan mənşəli malların payı azalmağa doğru meyl 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə