Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   48   49   50   51   52   53   54   55   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
130
alınması  və  təmirinə, xüsusi geyim forması alınmasına - 2700, digər 
xərclərə  və qaçaqmalçılıq hallarını  aşkar edənlərə mükafat verilməsinə - 
5700 manat vəsait yönəldilmişdi [75, 10,16]. 
Bakı gömrükxanasında gömrük gəlirləri və qaçaqmalçılıqla mübarizə 
haqqında statistik məlumatlarda göstərilir ki, 1940-cı ildə  dövlət büdcəsinə 
müsadirə edilən qaçaq malların hərracda satışından 36574 manat, cərimə-
lərin hesabına 11334 manat keçirilmişdi. Sərnişinlərin baqaj və əl yükündən 
cəmi 358 manat, normadan artıq daşınan yüklərə görə 1087 manat rüsum 
alınmışdı. Gömrük nəzarətindən gizli yolla keçirilən malların siyahısına yun 
və ipək parçalar, xəz, çay, xına, Fransa və İsveçrə istehsalı olan qol saatları, 
xarici və sovet valyutası, qiymətli metallardan hazırlanmış bəzək əşyaları və 
qızıl sikkələr daxil idi. 1940-cı ildə gömrük sərhədindən gizli keçirilməsinə 
cəhd edilən 600 baş iribuynuzlu mal-qara müsadirə edilmişdi [38, 43-44]. 
 
SSRİ XXTK-nin 1941-ci il 19 mart tarixli 48 saylı  əmri ilə  “SSRİ 
ərazisindən xarici malların tranzit buraxılmasına görə yığımlar haqqında” 
yeni qaydalar təsdiq edildi. Bundan sonra vergi və rüsumların həcmi yükün 
dəyərindən asılı olaraq aşağıdakı qaydada hesablanırdı: dəyəri 3 min manata 
qədər olan mallardan 20 manat; dəyəri 3 min manatdan 10 min manata 
qədər olan mallardan 30 manat; dəyəri 10 min manatdan 20 min manata 
qədər olan mallardan 40 manat; 20 min manatdan yuxarı dəyəri olan mallara 
görə dəyərinin 0,2 faizi qədər rüsum alınırdı. SSRİ XXTK-nın 1941-ci il 31 
mart tarixli “SSR İttifaqına malların ixracına icazələrin verilməsi qaydaları 
haqqında” 61 saylı əmrinə görə xarici ticarət birlikləri ixrac mallarını SSRİ 
ərazisinə yalnız XXTK-nın  İxrac  İdarəsi və  Şərq  İdarəsinin müvafiq 
Bakı gömrükxanası (1940-cı il) 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
131
formada tərtib edilmiş icazə sənədi əsasında daşıya bilərdi. Xüsusi formada 
tərtib edilən yol vəsiqəsi olmayan mallar gömrük məntəqəsindən 
buraxılmırdı [184, 1941, № 4,  42-43]. 
Azərbaycan  ərazisindəki gömrükxanalar müharibənin ilk günlərindən 
hərbi vəziyyət  şəraitinə keçirildi. Bakı, Astara və Culfa gömrükxanaları 
müharibə dövrünün yeni tələblərinə və xarici ticarət dövriyyəsinin artmasına 
uyğun olaraq nəzarət işinin həcmi xeyli artdı. 
 Müharibə şəraitində gömrükçülərdən böyük çeviklik və dəqiqlik tələb 
olunurdu. Müharibə dövründə xarici ticarət  əməliyyatlarında yol verilən 
itkilərin qarşısının alınması, yüklərə görə gömrük rüsumlarının düzgün 
yığılması və gömrük statistikasının düzgün aparılması üçün gömrük nəzarəti 
aşağıdakı metodlarla həyata keçirilirdi: sənədlərin və məlumatların yoxlanıl-
ması;  şifahi sorğunun aparılması; gömrük müşahidəsi; gömrük yoxlanışı; 
gömrük baxışı; malların uyğunluğunun yoxlanılması; gömrük nəzarəti 
altında olan malların dəqiq qeydiyyatının və hesabat sənədlərinin aparıl-
ması. 
Faşist Almaniyası ilə aparılan müharibənin ilk günlərində  qərb 
sərhədlərində bir sıra gömrükxanalar zəbt olunub dağıdıldı  və yüzlərlə 
gömrük işçisi həlak oldu. Müharibənin lap əvvəlində gömrük işçilərinin 90 
faizi döyüşən orduya çağırılmışdı. Müharibə dövründə ittifaq üzrə gömrük 
işinin çox böyük bir hissəsi Azərbaycanda yerləşən gömrükxana və gömrük 
postlarını üzərinə düşürdü. Azərbaycanın gömrük işçiləri sıralarının azal-
masına baxmayaraq qarşılarına qoyulmuş  tələblərin öhdəsindən gəlməyə 
çalışırdılar. 
Azərbaycanın neft sənayesi, ağır və yüngül sənayesi ilə yanaşı, 
mövcud nəqliyyat qovşağı, dəmiryolu və  Xəzər dəniz nəqliyyatı ilə yanaşı 
gömrük xidmətinin də mühüm rolu oldu. Müharibə illərində  təsərrüfatın 
hərbi şəraitə uyğun yenidən qurulmasında gömrükxanalar fəal iştirak edirdi. 
Qonşu ölkələrdən quru və  dəniz yolu ilə daşınan müxtəlif təyinatlı yüklər 
Azərbaycan ərazisindəki gömrükxanalarda yoxlanılırdı.  
Öz sıralarının yarısından çoxunu itirmiş olan Bakı, Culfa gömrük-
xanaları  və Astara gömrük postu əməkdaşları  Qırmızı Xaç və Aypara 
Cəmiyyətini xətti ilə ölkəyə  gətirilən böyük həcmdə yükləri gömrük baxı-
şından vaxtında keçirməklə bərabər, sərhəddə ayıq-sayıq dayanmışdı.  
Faşist Almaniyası SSRİ-nin cənub sərhədi ilə qonşu ölkələrə tranzitlə 
hərbi təyinatlı mallar göndərməyə cəhd edirdi. Məsələn, 1941-ci il yanvarın 
6-da Bakı gömrükxanası  əməkdaşları  tərəfindən  İrana tranzitlə gedən 
yüklərdə 20 minə yaxın tüfəng və pulemyot lülələri, habelə atıcı silahların 
lülələrində kanalların emalı üçün istifadə olunan iki ədəd xüsusi dəzgah 
aşkar olunaraq müsadirə edilmişdi. Fevralın 7-də isə yenə İrana daşınan və 
gömrük bəyannaməsində  sənaye respiratoru kimi göstərilən yükün 
içərisində hərbi təyinatlı əleyhqazlar tapılmışdı. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
132
1942-ci ildən lend-liz üzrə  İranın limanlarına müttəfiq dövlətlər 
tərəfindən Fars körfəzi vasitəsilə böyük miqdarda hərbi mallar, o cümlədən 
silah-sursat, tanklar, partlayıcı və kimyəvi maddələr, qara və əlvan metallar, 
ərzaq malları daxil olmağa başladı. SSRİ-yə  gətirilən strateji malların bir 
hissəsi  İran körfəzindən keçməklə,  İranın Xürrəmşəhr və  Bəndər-Şahpur 
limanlarından avtomobillərlə Culfa gömrükxanasına, digər hissəsi isə İranın 
Xəzər dənizindəki limanlarına daşınırdı. Bu yüklər Xəzər dənizində 
Azərbaycana məxsus “Kaspflot” və “Kasptanker” gəmiçilik  şirkətləri tərə-
findən daşınır və Bakı gömrükxanasında qeydə alınırdı. 1941-1944-cü 
illərdə həmin şirkətlərin gəmiləri ilə 2682 min ton yük daşınmışdı. Əgər bu 
göstərici 1942-ci ildə  cəmi 236 min ton olmuşdusa, müharibənin sonuna 
yaxın, 1944-cü ildə yük daşımaları 6,2 dəfə artmışdı. Azərbaycanın ticarət 
gəmilərindən “Dağıstan”, “Bakı Soveti”, “Osetiya”, “Spartak”, “Kuybışev” 
kimi bütövlükdə 30 gəmi gömrük nəzarətindən keçdikdən sonra İran 
limanlarına sərnişin və yük daşıyırdı. 1941-1945-ci illərdə  Xəzərdəki neft 
daşıyan tankerlərlə 830 min nəfər və 105 min ton hərbi təyinatlı yük 
daşınmışdı [175, 53-56, 336; 224, 217]. 
 
 1942-1943-cü  illərdə sovet gömrükxanalarında 3665 ədəd dəniz 
nəqliyyat vasitəsi, 1386 təyyarə, 121601 ədəd yük maşını, 3133 ədəd 
parovoz, 71391 ədəd vaqon, 19631 baş yük heyvanı, 5686 ədəd yük arabası 
və s. yoxlanmışdı. Bu qədər nəqliyyat vasitələri və yüklər cəmi 6 gömrük-
xanadan - Arxangelsk, Murmansk, Vladivostok, Bakı, Culfa və Qaudandan 
keçirdi. Göründüyü kimi, fəaliyyətdə olan 6 gömrükxananın 2-si 
Azərbaycan ərazisində yerləşirdi.  
Bakı limanı, 1942-ci il 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə