Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
120
olan malların gömrükxanadan alınması  və “Raznoeksport”a məxsus mal-
ların göndərilməsi; 4) Müəyyən edilən hallarda, gömrükxanalara, Maliyyə 
Komissarlığı  və Dövlət Bankına verilən girovun təmin edilməsi və azad 
edildikdən sonra geri alınması; 5) “Raznoeksport”un adından gömrük qay-
daları  əsasında müxtəlif adda yığım və rüsumlar haqqında öhdəlik götür-
mək; 6) yüklərin yanğın və oğurlanması hallarının qarşısını almaq, yüklərin 
mühafizəsi üçün anbarlar icarəyə götürmək və bu xidmətlərin haqqını 
ödəmək; 7) digər dövlət, ictimai təşkilatlar və  məhkəmə orqanlarında 
“Raznoeksport”u təmsil etmək və hüquqlarını müdafiə etmək kimi 
məsələlərə rəhbərlik etmək səlahiyyəti verilmişdi. 1936-cı il yanvarın 1-dən 
“Mineralsilikateksport” ümumittifaq birliyinin Bakı  şöbəsi, bir müddət 
sonra isə texniki dərman bitkilərinin ixracı üzrə ixtisaslaşmış ümumittifaq 
birliyinin (“Lektexsırye”) Bakı bazası və Cənubi Qafqaz dövlət idxal-ixrac 
və  tədarük birliyinin (“Zakqostorq”) xalça və biyan kökü bölmələri də 
“Raznoeksport”un Azərbaycan  şöbəsinə birləşdirildi. Təkcə 1936-cı ildə 
birliyin müəssisələrində 1401966 ədəd xırdabuynuzlu heyvan dərisi emal 
edilmiş, bunun 970280 ədədi ixrac edilmişdi [64, 23]. 
1934-cü illərdə gömrük anbarlarının ləğv edilməsi xarici ticarət və 
gömrük işinə  ağır zərbə vurmuşdu. Xarici ticarət  əməliyyatlarının xeyli 
azalması gömrük işini bir növ “arxa plana” salmışdı. Lakin 1935-ci il 
avqustun 13-də imzalanmış SSRİ-İran ticarət müqaviləsi iqtisadi-ticarət 
əlaqələrinin artmasına səbəb oldu. Əgər 1934-cü ildə  hər iki ölkə arasında 
ticarət dövriyyəsinin həcmi 221298 min manat olmuşdusa, 1935-ci ildə bu 
göstərici 1,5 dəfə artaraq 336300 min manatı ötmüşdü [204, 1935, № 8, 22].  
1935-ci il ərzində  İrandan 20688 ton mal gətirilmiş, 15661 ton mal 
ixrac edilmişdi. Quru yolla daşınan digər mallar kimi sovet maşınları da İran 
bazarına Culfa gömrükxanasından keçməklə daxil olurdu. 1934-cü ilin may 
ayında ilk dəfə  İ.Stalin adına Moskva avtomobil zavodunda istehsal 
olunmuş üç tonluq “ZİS”-lər sovet-İran sərhədindən Culfa-Təbriz-Tehran-
Bəndərşah-Pəhləvi-Tehran marşrutu ilə  hərəkət edərək yerli istismar şərai-
tinə tam uyğun oldu göstərdilər. 1934-cü il oktyabrından sovet yük avto-
mobilləri və avtobuslarının  İran bazarında satışına başlanıldı. 1935-ci ilin 
iyuluna qədər Culfadan keçməklə  İran bazarına 482 min rial (1 rial = 7,5 
qəpik) 110 ədəd “ZİS” markalı yük avtomobilləri çıxarılmışdı.  İrana yük 
avtomobilləri ilə yanaşı, 12 ədəd həmin markadan olan avtobuslar da gön-
dərilmişdi. Yerli mətbuat Tehranda şəhər sərnişin nəqliyyatının təşkilində və 
avtobus parkının genişlənməsində sovet avtomobillərinin xarici şirkətlərin 
avtobusları, o cümlədən “Şevrole” və “Doc”la rəqabətdə geri qalmadığı 
haqqında yazırdı [201, 1935, № 7, 21-22].  
Azərbaycan SSR XKS-nin sədri M.C.Bağırovun imzaladığı 1933-cü il 
14 may tarixli qərarda bütün dövlət, təsərrüfat, kooperativ və ictimai 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
121
təşkilatlara ixrac əhəmiyyətli xalçaların müəyyən edilməsi üçün xarici 
ticarət birliyinə təhvil vermələri haqqında göstəriş verilmişdi [69, 3]. 
Statistik rəqəmlərdən aydın olur ki, Azərbaycan SSR-in 1936-cı ilin 
yanvar-mart ayları üçün Moskvada tərtib edilən ixrac planı 696200 manat 
olmaqla 101, 6 faiz yerinə yetirilsə  də, xalça məmulatları  (56,6 faiz) və 
qiymətli balıq növləri üzrə (70,9 faiz) kəsirdə qalmışdı. Azərbaycan SSR 
ixrac planının kontrol rəqəmlərinin göstərildiyi və XKS-nin sədri Hüseyn 
Rəhmanovun imzaladığı 1936-cı il 19 aprel tarixli 339 s nömrəli qərarda 
təsərrüfat ilinin ikinci yarısında bir sıra mallar üzrə ixrac həcminin artırıl-
ması (neft məhsulları  nəzərə alınmadan - 1686800 manat), o cümlədən 
1432000 manat dəyərində 142 ton qara kürünün ixracı nəzərdə tutulmuşdu 
[50, 23]. Cənubi Qafqaz dövlət ticarət idarəsinin (Zakqostorq) ləğv edilməsi 
ilə  əlaqədar Azərbaycan SSR XKS-nin qərarı ilə 1936-cı ilin dekabrın 20-
dək xalça və xalça məmulatlarının, biyan kökünün tədarükü və topdan-
satışını  həyat keçirmək səlahiyyəti Yerli sənaye Komissarlığına verildi. 
Respublika  ərazisi hüdudlarında digər təşkilatlara həmin mallar üzrə 
kommersiya əməliyyatları aparmaq qadağan edilirdi [74, 170]. 
SSRİ  MİK və XKS-nin 1930-cu il 22 dekabr tarixli qərarı ilə SSRİ 
XXTK iki müstəqil komissarlığa bölündü: SSRİ  Təchizat Komissarlığı  və 
SSRİ XXTK. Hər iki qurumun qarşısında duran əsas vəzifə dünya iqtisadi 
böhranı nəticəsində ticarət dövriyyəsinin kəskin surətdə azalması və başlıca 
kapitalist dövlətlərinin sovet ixracını məhdudlaşdıran tədbirlər həyata keçir-
diyi bir şəraitdə xarici ticarət fəaliyyətinin çevikliyini və manevr qabiliy-
yətini təmin etmək idi. Buna müvafiq olaraq, komissarlıqların idarəetmə 
strukturunda dəyişikliklər aparıldı.  
1931-ci ilin ortalarında SSRİ XXTK-nın tərkibində aşağıdakı idarələr 
yaradıldı:  İşlər idarəsi;  İxrac idarəsi;  İdxal idarəsi; Baş  xəz idarəsi; Baş 
gömrük idarəsi və Müfəttişlik. Bundan əlavə, xarici ticarətin qarşısında 
qoyulan vəzifələrə müvafiq müstəqil bölmələr yaradıldı:  Şərq bölməsi, 
tədarük və  təchizat bölməsi, nəqliyyat bölməsi, valyuta-maliyyə bölməsi, 
təşkilat bölməsi, ticarət siyasəti bölməsi, kadrlar bölməsi, kadr hazırlığı və 
qeydiyyat bölməsi.  Şərq bölməsinə Monqolustan, Tuva, Qərbi Çin, 
Əfqanıstan, İran və Türkiyə ilə idxal-ixrac əməliyyatlarına rəhbərlik həvalə 
edildi. Bu bölmənin fəaliyyətində  əsas istiqamətlərdən birini Azərbaycan 
üzərindən İranla ticarət əlaqələrinin və tranzit daşımaların genişləndirilməsi 
tuturdu [211, 118-119].  
Aşağıdakı  cədvəldən görünür ki, 1933-cü ildə qeyri-neft məhsulları 
sahələrində Azərbaycanın ixrac potensialında bir çox sahələr üzrə üstün 
artım sürəti müşahidə olunmuşdu. Belə ki, bir il ərzində bu göstərici, xüsu-
silə xalça, barama toxumu və xəzin ixrac həcmi təqribən 2 dəfə artmışdı:  
 
 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə