Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə51/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
127
Cədvəl 2.19 
 
1938-ci ildə Bakıdan ixrac edilən neft məhsulları haqqında 
 
 
İxrac etdiyi ünvan 
plan 
icra 
plana görə faizlə 

Batum 200915 
211003 
105,02 

Leninqrad  
530 
783 
147,8 

Monqolustan 400 
15 
3,7 

Leninakan-Türkiyə 4837 4471  92,6 

İran 43431 
30022 
69,13 
Cəmi: 
 250103 
246294 
98,5 
 
Mənbə: ARDA, f. 1698, siy. 1, iş 20, v.2. 
 
1938-ci ildə Azərbaycan SSR üzrə ixracın həcmi (neft məhsulları daxil 
edilmədən) 2206,1 min manat təşkil etmişdi. İxrac siyahısına daxil edilən 14 
adda malların 11 növü üzrə plan göstəriciləri, o cümlədən qara kürünün 
ixracı  nəzərdə tutulan göstəricidən 43,3 faiz çox mal, o cümlədən yeni 
toxunmuş xalça məmulatları 96,4 faiz, köhnə xalçalar 35,8 faiz çox 
göndərilmişdi. Cədvəl 2.19-dan aydın olur ki, Azərbaycanın ixrac neftinin 
85 faizindən çoxu Batumda gömrük rəsmiləşdirilməsindən keçirdi. 
Sovet-İran ticarət münasibətləri 1940-cı ilin martında imzalanan ticarət 
müqaviləsindən sonra daha da genişləndi. 1940-1941-ci illərdə İranın xarici 
ticarət dövriyyəsində SSRİ-nin payı  kəskin surətdə artdı.  İran iqtisadiyyatı 
ölkədə istehsal edilməyən məhsulların idxalına kəskin ehtiyacı var idi.  
Qonşu ölkə böyük miqdarda pambıq və yun parçalar, qənd, çay, kimya 
məhsulları, maşın və mexanizmlər, nəqliyyat vasitələri və avtomobillər 
idxal edilirdi. 
 Təkcə 1939-1940-cı illərdə  İran idxalının demək olar ki, yarısını 
təşkil etmişdi. 1940-cı ildə Tehran-Zəncan xəttinin tikintisinin başa çatdırıl-
ması ilə Tehranla Təbriz  şəhərləri arasında dəmir yolu əlaqəsi yaradıldı. 
Beləliklə, Xəzər dənizində (Bakı-Ənzəli və Bakı-Rəşt) və quru yolla 
(Təbriz-Culfa) beynəlxalq yük daşımalarının artması  və müvafiq olaraq 
Bakı  və Culfa gömrükxanalarının xarici ticarət  əməliyyatlarının həyata 
keçirilməsində əhəmiyyətini artırdı [189, 1941,  № 6,  20-23]. 
Lakin Azərbaycan SSR-in öz təbii sərvətləri üzərində tam sahiblik 
hüququna malik olmaması, gömrük nəzarəti sahəsində yerli orqanların 
mərkəzi idarələrə tabeçiliyinin gücləndirilməsi bu əlaqələrin daha səmərəli 
təşkilinə mane olurdu. 
 
 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
128
2.3. Gömrükxanalar II Dünya müharibəsi illərində 
 
1940-cı ildə Bakı-Culfa dəmiryolu xəttinin tikintisi başa çatdırıldı. 
1941-ci ildə ümumi uzunluğu 125 km və 182 km olan Culfa-Mincivan və 
Osmanlı-Astara dəmir yolu xətlərinin istismara verilməsi ilə yük və sərnişin 
daşımaları artdı  və gömrükxanaların fəaliyyəti daha da genişləndi. Hərbi 
rejimə keçidlə əlaqədar olaraq gömrük tənzimlənməsi qaydalarında da ciddi  
dəyişikliklər aparıldı. 
Bakı limanının yük dövriyyəsi 1939-cu ildə 13480 min ton, 1940-cı 
ildə isə 9,1 faiz artaraq 14780 min ton olmuşdu. 1939-cu ildə 1375 yük və 
944 sərnişin, 1940-cı ildə isə 1471 yük, 1134 sərnişin gəmisinə xidmət 
edilmişdi. Müvafiq olaraq 1939-cu ildə liman ərazisinə daxil olan  8336 
ədəd, 1940-cı ildə 18011 ədəd dəmiryolu vaqonu gömrük nəzarətindən 
keçirilmişdi. Bakı limanda sərnişin daşınması 328 min nəfər olmuşdu. 1940-
cı ildə İrana 158,8 min ton tranzit yük buraxılmışdı.  
Lakin liman infrastrukturu işin həcminə uyğun deyildi. Yeni anbar-
ların tikintisi aparılmırdı.  İşçi qüvvəsinin, xüsusilə yükboşaldan fəhlələrin 
sayı artırılmalı idi. Limanın idarə aparatında çalışan 47 əməkdaşın cəmi 4 
nəfərinin ali, 9 nəfərinin orta ixtisas təhsili var idi. 
SSRİ XXTK-nın 18 mart 1941-ci il tarixli 47 saylı  əmri ilə ölkə 
ərazisindən malların tranziti haqqında yeni qaydalar müəyyən edildi. 
Malların tranziti yalnız SSRİ ilə ticarət müqaviləsi olan və malların 
göndərildiyi ölkələrlə tranziti haqqında sazişi olan dövlətlərin yüklərinə 
şamil edilirdi.  
İxracatçı  şirkətin  ərizəsində  aşağıdakı  məlumatlar göstərilməli idi: 1) 
malların yerləşdiyi ölkə  və  mənşəyi; 2) malların göndərilməsi nəzərdə 
tutulan ölkə; 3) ixracatçının adı  və ünvanı; 4) alıcının adı  və ünvanı; 5) 
malların keçirilməsi nəzərdə tutulan sovet sərhəd məntəqələrinin adı; 5) 
malların  ətraflı  təsviri (adı, nömrəsi, növü, yüklərin sayı, brutto çəkisi); 6) 
malların qiyməti (hesab qəbzləri  əlavə edilir). Əmrdə göstərilən dəyişik-
liklər dövlət sərhədini tranzit keçən sərnişinlərin baqajlarına və beynəlxalq 
poçt bağlamalarına aid edilmirdi. Həmin  əmrə olan əlavədə SSRİ-nin 
gömrük sərhədindən tranzitinə icazə verilməyən malların siyahısı verilmişdi.  
Sovet Gömrük Tarifi ilə ixracı qadağan edilən malların, döyüş sursatı  və 
hərbi ləvazimatın, uçuş aparatları və onların hissələrinin, silah, döyüş sursatı 
və uçuş aparatlarının istehsalında istifadə edilən maşın və  dəzgahların 
tranzitinə icazə verilmirdi. 
İkinci Dünya müharibəsi  ərəfəsində Bakı Liman Gömrükxanasının 
strukturuna “Gəmi-sərnişin”, “Tranzit yüklər”, “Qaçaqmalçılıqla mübarizə” 
və “Maliyyə-təsərrüfat” qrupları daxil idi. Gömrükxananın 1940-cı il martın 
19-da təsdiq edilmiş  Əsasnaməsində  sənədlərin imzalanması, yazışmaların 
aparılması və daxil olan sənədlərin mühafizəsi  ilə bağlı qaydalar, həmçinin 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
129
gömrük inspektorları  və  nəzarətçilərinin, baş mühasibin, mühasib və 
iqtisadçıların vəzifə funksiyaları göstərilmişdi [92, 31-41]. 
 
Cədvəl 2.20 
 
Bakı gömrükxanası və tabeçiliyində olan gömrük postlarının 1 avqust 
1940-cı ilə aid ştat cədvəli və xərclər smetası (manatla) 
 
S/s  Vəzifələrin adı 
Ştat 
vahidi 
Aylıq 
əmək 
haqqı 
Cəmi aylıq 
əmək haqqı 
1. 
Bakı gömrükxanası üzrə, o cümlədən 
22 - 
15753 
2. 
Gömrükxana rəisi 1 
1300 
1300 
3. 
Rəis müavini 

1100 
1100 
4. 
Baş inspektor 

900 
900 
5. 
Baş inspektor 

900 
900 
6. 
AKP Bakı Komitəsinin müvəkkili 1 
1000 
1000 
7. 
Baş mühasib 

800 
800 
8. 
İnspektorlar 5 
700 
3500 
9. 
Nəzarətçilər 7 
600 
4200 
10.  Sürücü 1 
453 
453 
11.  Kuryer 1 
250 
250 
 
Gözətçi 1 
250 
250 
1. 
 
Həştərxan gömrük postu üzrə, o 
cümlədən 
 
 
 
 
 
 
2. 
Gömrük postunun rəisi 1 
700 
700 
1. 
Astara gömrük postu üzrə, o cümlədən 
1 700  700 
2. 
Gömrük postunun rəisi 
2 950  950 
1. Biləsuvar gömrük postu üzrə: 
1 700  700 
2. 
Gömrük postunun rəisi 1 
250 
250 
 
Gözətçi  
 
 
 Yekun 
26 
- 
18453 
 
Mənbə: ARDA Bakı filialı, f. 126, siy 2, iş 2, vər. 15. 
 
SSRİ XXTK 1940-cı il 3 mart tarixli 124 saylı  və Bakı Liman 
Gömrükxanasının 1940-cı il 10 avqust tarixli 93 saylı müvafiq əmrləri ilə 
avqustun 15-dən Biləsuvar gömrük postu ləğv edilmişdi [92, 110]. 
İkinci dünya müharibəsi ərəfəsində Bakı gömrükxanasının şəxsi heyəti 
cəmi 26 nəfər idi. 1941-ci ilin dövlət büdcəsində Bakı gömrükxanasının 
xərclər smetasında əmək haqqına 225830 manat, XXTK sistemində xidmət 
illərinə görə əlavələrə - 26520, sosial sığortaya görə - 11737, dəftərxana və 
təsərrüfat xərclərinə – 17600, ezamiyyət xərclərinə – 7200, avadanlıq 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə