Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
133
Müharibənin ilk illərində  sərhəddən buraxılan yük və  nəqliyyat 
vasitələri haqqında məlumatlar bizə Bakı və Culfa gömrükxanalarının sovet 
gömrük sistemində mühüm əhəmiyyət daşıdığını sübut edir. Culfaya lend-
liz xətti ilə ilk karvanı 50 ədəd Dodge markalı yük maşını ilə 1942-ci ilin 23 
fevralında Buşerdən Zaqros aşırımını  aşmaqla  İsfahan-Miyanə-Təbriz  şose 
yolu ilə (təqribən 2 min km.) hərəkət etmişdi. Buradan isə qadın 
sürücülərdən təşkil edilən batalyon hərbi sursat, silah və tibbi vasitələr 
yüklənmiş maşınları  Şimalı Qafqaza - Orconokidzeyə daşıyırdı. Cəbhənin 
tələbatını ödəmək üçün dəniz yolu ilə Azərbaycan neftinin şimala daşınması 
işi xeyli sürətləndirildi. Əgər 1913-cü ildə bu yolla 5061 min ton, 1920-ci 
ildə 2652 min ton, 1932-ci ildə 8204 min ton neft və neft məhsulları daşın-
mışdısa, 1941-ci ildə bu rəqəm 13333 min tona çatmışdı. Bütövlükdə, 1941-
1943-cü illər  ərzində neft daşıyan tankerlərlə 34343 min ton neft və neft 
məhsulları daşınıb [188, 153; 78, 85].  
SSRİ Plan Komitəsi Mərkəzi Statistika idarəsi sənaye  şöbəsinin rəisi 
Yejovun imza etdiyi məktubda Azərbaycandan 1941-1942-ci illərdə 68,8 
min ton polad və prokat, 39280,2 min ton neft və neft məhsulları və 4041,8 
ton maye qaz göndərilməsi haqqında məlumat verilir [78, 43]. 
Bakıdan neft daşımalarının həcminin artırılmasına mane olan digər 
səbəblər də mövcud idi. Dənizin səviyyəsinin aşağı düşməsi, akvatoriyanın 
lillə dolması Bakı-Həştərxan reydində iri və orta tonnajlı gəmilərin istismar 
edilməsində  çətinlik yaradırdı. Volqada naviqasiyanın dayanması, Mahaç-
Qala və Krasnovodsk limanlarının texniki imkanlarının uyğunsuzluğu, neft 
çənlərinin az tutumlu olması, xüsusilə  qış mövsümündə  Xəzər Dəniz 
Gəmiçiliyinin neft tankerlərinin işinə mane olurdu. Vəziyyətdən çıxmaq 
üçün neft məhsullarının bir hissəsini qəbul edən Abşeron limanında 
yenidənqurma işləri aparıldı, sahildə nasoslar qoyuldu və körpülərə neft 
kəmərləri çəkildi. 
 
SSRİ rəhbərliyi bununla kifayətlənməyib, neft daşımalarının həcminin 
daha da artırılması üçün tədbirlər görülməsini tələb edirdi. Azərbaycan 
KP(b) MK və Azərbaycan SSR XKŞ-nin “Xəzərdəki neft daşıyan gəmilərin 
1944-cü ilin naviqasiyasına hazırlığı haqqında” 1944-cü il 1 fevral tarixli 
qərarında “Kasptanker”ə 23 neft daşıyan tankerin və 8 quru yük gəmisinin 
vaxtından əvvəl təmir edilərək istismara verilməsi tapşırığı verilmişdi.  
Azərbaycan SSR XKŞ  sədrinin müavini İslamzadə  və MK katibi 
P.Çeplakovun imzaladığı  qərarda gəmi təmiri zavodunun bütün işçi qüv-
vəsinin kazarma şəraitinə keçirilməsi, gündə 3 dəfə isti yemək və xüsusi 
geyim dəsti ilə təmin edilməsi, əmək haqqının ödənilməsində akkord siste-
minin tətbiqi nəzərdə tutulurdu. “Kasptanker”in kazarma şəraitinə keçirilən 
fəhlə  və mühəndislərinə  əlavə olaraq 24 ton müxtəlif konservlər, 48 ton 
düyü, 6 ton yağ  və 6 ton quru meyvə ayrılması üçün SSRİ XKS-nin sədr 
müavini A.Mikoyana müraciət edilmişdi [79, 1-2]. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
134
 
 
1942-ci ildən başlayaraq Bakı limanına, o cümlədən gömrük anbar-
larına  İrandan, həmçinin Donbas və  Şimali Qafqazdan külli miqdarda 
müxtəlif təyinatlı yüklər daxil olurdu. Gömrük baxışından keçirilən yüklər 
göndərildiyi ünvana görə aşağıdakı qrupa bölünürdü: 1) İrandan daxil olan 
xarici humanitar yüklər; 2) daxili təchizatla bağlı yüklər (taxıl, meyvə-
tərəvəz,  ət və  s.);  3)  dəmir yolu ilə  şimaldan daxil olan xarici humanitar 
yüklər və strateji mallar); 4) Donbas, Cənub-Şərq, Moskva və  Şimali 
Qafqazdan daxil olan yüklər və mülki əhali. 1942-ci ilin iyul-avqust 
aylarında dəmir yolu ilə daxil olan 1952 vaqon gömrük baxışından 
keçirilmişdi ki, bunlardan 273-ü döyüş sursatı, 142-si hərbi  əmlak, 299-u 
aviasiya  əmlakı, 89-u təyyarə, 174-ü təyyarə  təmiri emalatxanası, 254-ü 
Aviasiya məktəbinin avadanlıqları və s. mallar yüklənmiş vaqonlar olmuşdu 
[52, 11-12, 25-27
arx.
]. 
Xəzər Dəniz Gəmiçiliyi 1943-cü ilin mayında Bakı-İran-Bakı 
istiqamətində 26,4 min ton yük daşımışdı. Lakin Bakı limanında idxal 
yüklərinin “ilişib” qalması, boş vaqonların perrona çatdırılmasında gecik-
mələr gömrükxananın işini çətinləşdirirdi. SSRİ XKS yanında Dövlət Plan 
Komissiyasının Bakıdakı xüsusi nümayəndəsi xəbərdarlıq edirdi ki, yük-
lənmiş qatarlar vaxtında yola salınmır. Belə ki, 1 iyun vəziyyətinə görə Bakı 
limanında 30 min ton idxal malları “ilişib” qalmışdı. Limandakı 1417 
vaqondan (22,7 min ton) 869-una metal borular, 152-sinə dəmiryolu relsləri, 
176-sına isə düyü yüklənmişdi.  İran limanlarında isə  gəmilərə yük 
İran ərazisindən Culfa gömrükxanasına irəliləyən  
avtomobil karvanı (1943-cü il)


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
135
vurulması əməliyyatlarının təşkilində vaxt itkisinə yol verilirdi. Təkcə may 
ayında 1152 saat boş dayanmalara görə 10 min ton az yük vurulmuşdu. 
SSRİ Xarici Ticarət Komissarlığı  “İransovtrans” nəqliyyat birliyinin İran 
limanlarında qəbul etdiyi yüklər gömrük sənədlərində son ünvanı göstəril-
mədən birbaşa Bakıya yola salınırdı. Digər tərəfdən, texniki sertifikatları 
olmayan metal yüklər Bakı gömrükxanasında yenidən texniki ekspertizadan 
keçirilirdi. Bakı limanına SSRİ Xarici Ticarət Komissarlığının İran və sovet 
limanları arasında bütün daşımalara nəzarət edən xüsusi müvəkkil təyin 
edilmişdi [78, 15-16].  
SSRİ Xarici Ticarət Komissarlığı A.Mikoyanın 1943-cü il 27 iyun 
tarixli məktubunda SSRİ Plan Komitəsinin Bakıdakı müvəkkili P.Paşininə 
aşağıdakı məxfi məlumatları çatdırılmışdı: 
1. “Mahaç-Qalaya idxal yüklərinin daşınmasının artırılması haqqın-
da: iyun ayında Mahaç-Qalaya 9 min tondan əlavə olaraq 15 min ton yük 
daşınması üçün sifariş verilmiş, iyul ayında isə İrandan Mahaç-Qalaya 28 
min ton yük daşınması planlaşdırılmışdır; 2. İdxal mallarının daşınması 
üçün Bakıya boş vaqonların verilməsinin sürətləndirilməsi haqqında: Xarici 
Ticarət Komissarlığı  Cənubi Qafqaz dəmir yolunda boş qatarların 
formalaşması üçün vaxtında tədbirlər görmüş, iyun ayının cəmi 20 günü 
ərzində Bakıdan 25603 ton idxal yüklənmişdir. Yol. A.İ.Mikoyan Cənubi 
Qafqaz dəmir yolunun rəisi yol. Kiknadzeyə teleqramla bildirmişdir ki, o, 
Təbrizdən ixrac-idxal malları yaxşı daşındığı kimi Bakıdan da daşınmasına 
xüsusi diqqət yetirsin; 3. “İransovtrans”la “Narkomflot” arasında 1942-ci 
il sazişi haqqında: 1 may 1943-cü ildən İran Xəzər dənizindəki limanlarında 
gəmilərin yüklənməsi “Narkomflot”un 157 saylı  əmrinə  əsasən həyata 
keçirilsin; 4. Bakıya gətirilən ünvansız idxal yükləri haqqında: Xalq 
komissarının sərəncamı ilə “Sənaye xammalı idxalı” ümumittifaq birliyinin 
sədr müavini yol. Stolyarov idxal edilən metalların növlərə ayrılaraq 
müəyyən edilən ünvanlara göndərilməsinin təşkili üçün Bakıya ezam edilir; 
5. İran limanlarında nəqliyyat əməliyyatlarının “İransovtrans”dan alınaraq 
“Narkomflot”a verilməsi haqqında: bu məsələ bir neçə  dəfə müzakirə 
edilmişdir. “Narkomflot” hesab edir ki, onun işçi heyəti indiki vaxtda bu 
işin öhdəsindən gələ bilməz, buna görə  də  hələlik  İran limanlarında 
əməliyyatları (yükboşaltma) “İransovtrans” həyata keçirsin; 6. Yüklərin 
texniki sənədlərlə müşayiət olunması: Ticarət nümayəndəliyi və  “İransov-
trans” bu məsələni həll edə bilmir, çünki İrandan yüklərin daşınması 
xüsusiyyətlərindən asılı olaraq yüklər bir neçə istiqamətdə göndərilir. 
Amerikadan gələn yüklərin hara göndəriləcəyini öncədən müəyyən etmək 
olmur. Buna baxmayaraq, Xarici Ticarət Komissarlığı yüklərin təftiş edil-
məsi və növlərə ayrılması  işlərini sadələşdirmək üçün sovet limanlarına 
mütəxəssisləri ezam etmişdir; 7. Xarici Ticarət Komissarlığının Xəzər üzrə 
Müvəkkili haqqında: xalq komissarının sərəncamı ilə “İransovtrans” ümu-


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə