Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
118
olunan vəzifəli  şəxslərin tərkibi bunu sübut edir: SSRİ Xarici ticarət 
Komisarlığının  İrandakı xüsusi səlahiyyətli nümayəndəsi Avanesov, Bakı 
Birjasından A.Oleniçev, RSFSR ticarət komissarlığından S.Petrenko, Bakı 
gömrükxanasından Topuridze, İodkov, Şaginyan və Asanov [94, 48-49]. 
1923-cü ilin sonundan Türkiyə ilə ticarət münasibətlərində lisenziyasız 
ticarət rejimi tətbiq edilmiş  və bu proses 1927-ci il birinci sovet-Türkiyə 
ticarət müqaviləsinin tətbiqinə  qədər davam etmişdi. Lisenziyasız ticarət 
rejiminə  əsasən türk tacirləri sovet bazarına siyahı  əsasında müəyyən 
edilmiş malları gətirmək və lazım olan malları alıb aparmaqda sərbəst idilər. 
Belə bir güzəşt Yaxın və Orta Şərq ölkələri içərisində ilk dəfə Türkiyə  və 
İrana tətbiq edilmişdi. 1926-cı ildə SSRİ Xarici Ticarət Komissarlığının 
qərarı ilə Türkiyə və İran ilə əlaqələr netto-balans ticarəti qaydası əsasında 
qurulmuşdu [149, 4-5].  
1923-1929-cu illərdə SSRİ ilə Türkiyə arasında ticarət “Lozanna 
rejimi” və “Lozanna gömrük-tarif sistemi” əsasında qarışıq sovet-ingilis 
səhmdar cəmiyyəti “Arkos”un İstanbul  şöbəsi tərəfindən aparılırdı. 1924-
1927-ci illərdə bu vəzifə eyni zamanda sovet-Türkiyə birgə cəmiyyəti olan 
“Russoturk” şirkəti icra edirdi.  
Məlumdur ki, Sovet-Türkiyə münasibətləri tarixində ilk ticarət 
müqaviləsi 1927-ci ilin martın 1-də bağlandı və iyunun 1-də qüvvəyə mindi. 
Müqavilənin 1-ci hissəsində (1-9-cu maddələr) ticarət və ticarət işləri 
əlaqədar şəxslərin hüquq və səlahiyyətləri, ticarətin forma və qaydaları, 2-ci 
hissədə isə dənizçilik, gömrük və icarə rüsumlarından bəhs edilirdi. Qafqaz 
respublikalarını Türkiyə ilə ticarət  əlaqələrində  təmsil edən “Zaqqostorq” 
“Şərq Dövlət Ticarət Birliyi”nin tərkibinə daxil idi.  
1931-ci ilin martın 16-da Moskvada SSRİ ilə Türkiyə arasında ticarət 
və dənizçilik haqqında 2-ci müqavilə imzalandı. Beş il müddətinə bağlanmış 
müqavilənin 17-ci maddəsində tranzit xərcləri və gömrük rüsumları qeyd 
olunmuşdu. Müqavilədə göstərilirdi ki, malların tranzit daşınması, yerləş-
dirilməsi hər bir ölkənin mövcud dövlət qanunları  əsasında yerinə 
yetirilməli, hər iki tərəf bir-birini gömrük vergisindən azad etməlidir. Sovet 
İttifaqından Türkiyəyə ixrac olunan malların böyük bir qismi Qafqaz 
respublikalarından, xüsusilə neft və neft məhsulları  əsasən Azərbaycandan 
aparılırdı. Zaqafqaziya Xarici Ticarət Palatasının verdiyi məlumata görə, 
1934-cü ildə Qafqazdan Türkiyəyə ixrac olunan məhsulların dəyəri 676,6 
min qızıl manata bərabər olmuşdu ki, bu da əvvəlki ildə olduğundan 48 faiz 
çox idi. 1937-ci ilin oktyabrın 8-də Ankarada “SSRİ ilə Türkiyə Cümhuriy-
yəti arasında ticarət və gəmiçilik haqqında” müqavilə imzalandı. Müqavilə 
29 maddə  və 11 əlavə  bənddən ibarət olub 3 il müddətinə bağlanmışdı. 
Müqavilənin 1-8-ci maddələri hər iki ölkənin vətəndaşları  və hüquqi 
şəxslərinin səlahiyyətlərini, 9-16-cı maddələri ticarət  əlaqələrini, 17-28-ci 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
119
maddələri isə  gəmiçilik, gömrük və rüsum məsələlərini  əhatə edirdi. [219, 
244-253]. 
Türkiyə  və  İranla ticarəti inkişaf etdirmək üçün 1937-ci ilin əvvəl-
lərində SSRİ Xalq Xarici Ticarət Nazirliyi nəzdində xüsusi ticarət orqanı 
olan “Soviranturktorq” yaradılmışdı. 
İranla ticarət əməliyyatları “Eksportxleb” ümumittifaq birliyinin Bakı 
şöbəsi mühüm rola malik idi. Şöbənin eyni zamanda Culfada agentliyi 
fəaliyyət göstərirdi. 1932-ci ildə birliyin xətti ilə  İrandan 40000 ton plana 
qarşı 60106 ton düyü gətirilmişdi ki, bunun əsas hissəsi ittifaq təşkilatlarına, 
20400 tonu Bakı və Culfadakı anbarlara təhvil verilmişdi. İrana Bakı göm-
rükxanasından keçməklə 9700 ton qənd və 3091 ton şəkər, Culfa gömrük-
xanasından 3996 ton qənd və 1622 ton şəkər tozu göndərilmişdi [71, 6-8]. 
1932-ci il noyabrın 28 Culfada keçirilən qapalı müşavirədə  İranın 
daxili bazarında alıcılıq səviyyəsinin aşağı düşməsi və üçüncü ölkələrdən 
idxal edilən mallar hesabına külli miqdarda sovet mallarının sərhədyanı 
bazalarda yığışıb qalması  məsələsi müzakirə edildi. 1932-ci il 1 oktyabr 
vəziyyətinə görə, gömrük anbarlarında malların dəyəri (neft məhsulları 
nəzərə alınmadan) 2 mln. qızıl manata çatmışdı. Təkcə Culfa gömrük-
xanasında pambıq parça ilə yüklənmiş 109 vaqon “ilişib qalmışdı”. Nəticədə 
bütün dərəcələr üzrə gömrük müəssisələrinin və burada çalışan 
əməkdaşların sayı 2-3 dəfə ixtisar edilmişdi [70, 88]. 
1933-cü ildən SSRİ Xarici Ticarət Komissarlığının ümumittifaq 
“Raznoeksport” ixrac-idxal birliyinin Azərbaycan  şöbəsi və Bakı kontoru 
fəaliyyət göstərirdi. Azərbaycan  şöbəsinin və Bakı kontorunun rəisi 
Ə.Yüzbaşov təyin edilmişdi. Kontor Bakı limanının 26-cı körpüsünün 
ərazisində, 1-ci Qara şəhər küçəsi ilə  Fəhlə prospektinin kəsişdiyi küncdə 
yerləşirdi. Kontor əsasən  İrandan idxal edilən xam dərinin emal etdikdən 
sonra ixracını həyata keçirirdi [63, 14]. 
“Raznoeksport”un Bakı  və Culfada qəbul məntəqələri yaradılmışdı. 
SSRİ Xarici Ticarət Komissarlığının Azərbaycan SSR üzrə Müvəkkilinin 
sərəncamı ilə kontorun məsul əməkdaşları 1934-cü ilin sentyabrından təşkil 
edilən xarici dil öyrədilən dərnəklərə cəlb olunurdu. “Raznoeksport”ın mər-
kəzi aparatının 1935-ci il 30 dekabr tarixli əmri ilə Azərbaycan  şöbəsinin 
rəisi Ə.Yüzbaşova bütün Cənubi Qafqaz respublikaları ərazisində kontorun 
fəaliyyətini əlaqələndirmək, o cümlədən: 1) birliyin Bakı, Culfa və Batum-
dakı ixrac-idxal bazalarına və “Raznoeksport”un nomenklaturasına daxil 
edilən mallar üzrə (dəri, bağırsaq, at qılları, kibrit, şüşə, məişət qabları, 
xalçalar, kustar məmulatları, müxtəlif tullantılar və s.) aparılan əməliyyatlar; 
2) Bakı, Batum və Culfa gömrükxanalarında “Raznoeksport”un gömrük 
nəzarətindən keçirilən bütün yüklərin və tranzitin tələb olunan qaydalar 
əsasında gömrük rəsmiləşdirilməsinə cavabdehlik; 3) idxal və ixraca verilən 
lisenziyalar  əsasında digər təşkilatlardan “Raznoeksport”un ünvanına daxil 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə