Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
115
vəsaitin, 7538 manatı isə xarici pasportlara görə alınan rüsumlardan, 436734 
manatı ixrac-idxal əməliyyatlarının rəsmiləşdirilməsindən daxil olmuşdu. 
İranlı  fəhlələr ailələrinə  cəmi 1388 manat göndərmişdi. 1929-cu ilin iyun 
ayında isə ticarət dövriyyəsi artdığına görə  İran tacirlərinə 522854 manat 
xarici valyuta manatını gömrükdən keçirilməsinə icazə verilmişdi. İri ticarət 
əməliyyatları aparması ilə  fərqlənən iranlı tacir Hüseyn Zeynalabdin 
Kaşaninin  şirkətinə  təkcə 1928-1929-cu illərdə 161 dəfə sertifikat veril-
mişdi. Bakı  Əmtəə Birjasında və gömrükxana sənədlərində 1928-ci ilin 
iyun-avqust aylarında bu şirkətin on tonlarla düyü, sitrus meyvələri, quru 
meyvə, o cümlədən 491,4 ton pambıq satması qeydə alınmışdı.  İdxal 
mallarına gömrükxanalar tərəfindən verilən sertifikatın aylıq limit müəyyən 
edilmişdi. Valyuta İdarəsinin qərarı ilə 1929-cu ilin fevralından etibarən 
İranlı tacirlər malın satış dəyərinin cəmi 10 faizinin xarici banklara köçürə 
bilərdi [26, 6-9, 151]. 
1922-1927-ci illərdə Bakı limanından İran limanlarına 129807 ton neft 
məhsulları daşınmışdı ki, bu orta hesabla bir il ərzində 26000 min ton 
demək idi. 1926/27-ci təsərrüfat ilində Bakı gömrükxanasından keçməklə 
İrana 1866 ton sement, 1538 ton manufaktura, 32632 ton şəkər, 8518 ton 
metal məmulatları, 2441 ton taxıl, 1002 ton meşə materialları, 1500 ton duz 
göndərilmişdi. 1926/27-ci təsərrüfat ilində Xəzər dənizinin SSRİ-yə məxsus 
dörd limanından  İrana daşınan 62691 ton yükün 96 faizi Bakı limanının 
payına düşürdü.  İrandan Bakıya həmin təsərrüfat ilində 60055 ton düyü, 
5339 ton pambıq, 713 ton yun, 349 ton günəbaxan çəyirdəyi, 3028 ton quru 
meyvə, 911 ton təzə meyvə  və giləmeyvə, 423 ton xam dəri, 545 ton 
barama, 1453 ton kənaf və digər mallar gətirilmişdi [19, 29-35]. 
 
Cədvəl 2.10 
 
1925-1926-cı illərdə Bakı gömrükxanasına dəmir yolu ilə daxil 
olan əsas tranzit yüklər (tonla) 
 
O cümlədən 
Tranzit malların 
qrupları 
Cəmi 
daxil 
olan 
yüklər 
Dərbənd-
Bakı 
Poylu-
Dərbənd 
Bakı-
Dərbənd 
Bakı-
Poylu 
Buğda 
24144 15703  4599  759  3083 
Buğda unu 
12951 
12951 



Arpa 16 
16 



Digər taxıl məhsulları 6  6 

-  - 
Balıq məhsulları 1222 
- - - 
1222 
Üzüm şərabı və spirt 
3599 
148 
3451 




Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
116
Pambıq 232 


232 

Yun 155 


155 

İpək 76 



76 
Barama 324 



324 
Manufaktura 748 
252 


487 
Qənd və şəkər tozu 
656 

656 


Sement 935 
935 



Dəmir, polad və çuqun 
1115 

333 

782 
Digər qruplar üzrə 716 
2 150 
372 
192 
 
Hesablanıb:  Статистический  справочник  по  Азербайджану  (под 
ред. В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927,  с.155. 
 
1927-1928-ci təsərrüfat ilində Bakı gömrükxanasından  İrana 84600 
ton və ya 47777386 manat idxal malları, 104000 ton və ya 49410670 manat 
həcmində ixrac malları buraxılmışdı. İrandan Avropaya 2592 ton, Avropa-
dan  İrana 2488 ton tranzit yüklər keçirilmişdi. Bütövlükdə  İran limanla-
rından daxil olan və İrana yola salınan 541 xarici ticarət gəmisinə və 10001 
sərnişin gömrük baxışından keçirilmişdi. Gömrükxana üzrə 102519270 
manat həcmində 220997 ton yük gömrük qeydiyyatına alınmış, dövlət büd-
cəsinə gömrük rüsum və ödənişləri hesabına 10934051 manat vəsait 
köçürülmüşdü. Gömrük əməkdaşları  tərəfindən 601 fakt üzrə 110791 
manatlıq qaçaq mallar saxlanılaraq 235897 manat cərimə təyin edilmişdi.  
Bununla bərabər, 1928-ci ilin noyabr ayında Baş Gömrük idarəsinin 
Cənubi Qafqaz şöbəsi tərəfindən aparılan təftiş gömrükxananın fəaliy-
yətində nöqsanlar aşkar etmişdi. Xarici ticarət iştirakçılarına valyuta 
sertifikatlarının verilməsi gömrük nəzarətçilərindən daha məsuliyyətli 
olmağı tələb edirdi. Siyasi İdarə orqanları tərəfindən cəmi 4 ay ərzində İran 
tacirlərinə qeyri-qanuni “xidmət” göstərən 14 gömrük əməkdaşı cinayət 
məsuliyyətinə  cəlb edilmişdi. Aparılan təftişin və digər materialların  əsa-
sında Azərbaycan KP (b) MK-nın Xüsusi Komissiyasının qərarı ilə bir neçə 
gömrük  əməkdaşı  vəzifədən azad edilmişdi. Gömrük baxışından keçən 
sərnişinlərin  şikayəti bir çox hallarda Xarici İşlər Komissarlığı ilə  İranın 
diplomatik nümayəndəliyi arasında yazışmaların mövzusu olurdu. Təftiş 
Komissiyasının rəyində gömrükçülərin peşə və xidməti hazırlıq səviyyəsinin 
və xidməti intizamının yüksəldilməsi, gömrükxana rəhbərliyinə nüfuzlu yer-
li  əməkdaşın gətirilməsi tövsiyə olunmuşdu. Komissiyanın rəyinə  əsasən, 
Baş Gömrük İdarəsi  əməliyyat  şəraitini nəzərə alaraq Bakı gömrükxanası 
rəisinin əməliyyat üzrə müavini vəzifəsi təsis edilmişdi [80, 12-13; 94, 22-
23].  


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
117
1928-ci il dekabrın 19-da ÜMİK və SSRİ XKS SSRİ-nin Gömrük 
Məcəlləsini təsdiq etdi. Sənəddə göstərilirdi ki, “gömrük müəssisələri xarici 
ticarətin inhisarı sahəsində dövlət qərarlarının yerinə yetirilməsi üzərində 
faktiki nəzarət edir, gömrük rüsumları toplayır, bütün digər gömrük 
əməliyyatlarını həyata keçirirlər”. 
Beləliklə, Sovet İttifaqında xarici ticarət üzərində dövlət inhisarı 
sahəsində  qərarların yerinə yetirilməsinə  nəzarət gömrük orqanlarının  əsas 
funksiyası kimi təsbit olundu. Məcəllədə Baş Gömrük idarəsinin vəzifə  və 
funksiyaları, hüquqları, gömrük siyasətinin işlənilib-hazırlanması qaydaları, 
həmçinin gömrük nəzarətinin forma və metodları  dəqiq göstərilirdi. Yeni 
Gömrük Məcəlləsi “Gömrük idarəçiliyinin təşkili”, “Gömrük əməliyyat-
ları”, “Qaçaqmalçılıq, qaçaqmalçılıq hərəkətlərinə görə  cərimələr və  təh-
qiqat işlərinin aparılması” və “Gömrük rüsumu və ödənişlərinin tutulması 
qaydaları  və gömrük qaydalarının pozulmasına görə  cərimələr” adlı dörd 
bölmədən ibarət idi. Məcəllədə gömrük vergi və rüsumlarının yığılması və 
yüklərin gömrük ərazisində mühafizə qaydaları, gömrükdən buraxılması, 
sərhəddən geri qaytarılması  və satışı qaydaları göstərilirdi. Yüklərin 
sərhəddən yalnız gömrük orqanlarının nəzarəti altında buraxılmasına yol 
verilirdi. Ölkəyə  gətirilən və ölkədən daşınan yüklərə görə rüsumların 
dərəcəsi  SSRİ XKS-nin təsdiq etdiyi tariflərlə müəyyən olunurdu. Gömrük 
idarəçiliyi Xarici Ticarət üzrə Xalq Komissarlığının səlahiyyətində qalırdı. 
Əvvəlki sənədlərdə olduğu kimi, bu qanunun əsas məqsədi xarici ticarət 
üzərində dövlət inhisarını daha da sərtləşdirmək idi. Gömrük orqanlarının 
üzərinə gömrük rüsumlarının yığılması kimi ənənəvi vəzifə qoyulurdu. 
Gömrük Məcəlləsində gömrük idarəçiliyində islahatlar aparılması meylləri 
öz  əksini tapdı. Belə ki, əvvəllər mövcud olan yeni Məcəllədə Gömrük 
müfəttişliyi nəzərdə tutulmamışdı. 
SSRİ-nin  İranla bağlanan ticarət müqaviləsi  əsasında hər il min 
tonlarla idxal olunan çəltik “A.Abasquliyev”, “Ağasiyev qardaşları”, “İran”, 
“Slon”, “Azəri” adlı xüsusi mülkiyyətə məxsus, həmçinin Bakı şəhərindəki 
2 və 4 saylı dövlət dəyirmanlarında bilavasitə gömrük nəzarəti altında emal 
olunurdu. Dəyirmanlarda gömrük baxışının həyata keçirilməsi üçün ayrıca 
nəzarətçilər təyin edilmişdi. Gömrük sənədlərində təkcə 1927-ci ilin oktya-
brından 1-dən 1928-ci ilin iyunun 1-nə  qədər dəyirmanlardan 48232 ton 
təmizlənmiş düyü buraxılması qeydə alınmışdı.  İranla ticarət  əməliy-
yatlarında iştirak edən təşkilatların 1928-ci il avqustun 18-də keçirilən bağlı 
müşavirəsində dəyirmanlarda çəltik emalının 3 faizlik natura ilə deyil, nağd 
pulla ödənilməsi təklif olunmuşdu. Məqsəd düyü məhsulunun daxili bazarda 
xüsusi ticarətin əlinə keçməsinin qarşısını almaq idi. Çəltiyin emalı görə on 
illər boyu ənənə  şəklini alan natura şəklində ödənişin ləğv edilməsi dövlət 
nəzarətini gücləndirilməsi kimi qələmə verilsə  də,  əslində azərbaycanlı 
sahibkarlara iqtisadi təsir metodu kimi başa düşülməlidir. Müşavirəyə dəvət 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə