40
hesab olunur. Bərk sürməyə qarşı istifadə edilən kimyəvi preparatlar
toz sürmə xəstəliyinə qarşı da işlədilə bilər.
Pas xəstəlikləri
Pas xəstəlikləri bazidili göbələklərin Uredinales sırasına daxil-
dir. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə
cırtdan pas xəstəlikləri yayılır. Öyrənilən sortların bioloji xüsusiy-
yətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın
əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhə-
ləsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa
başlayır. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha geniş
yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir. Gövdə pası,
1972/73-cü illərə qədər güclü yayılmasına baxmayaraq, sonralar
depressiyaya uğradı. İndiyədək çox nadir hallarda lokal şəkildə
təsadüf olunsa da, kütləvi halda yayılması qeydə alınmamışdır.
Sarı pas xəstəliyinin törədicisi Puccinia striiformis West.
göbələyidir. Təsnifata görə Basidiomycota şöbəsinin , Uredinio-
mycetes sinifinin , Urediinales sırasının, Pucciniastraceae fəsilə-
sinin, Puccinia cinsinin nümayindəsidir.
Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst his-
səsində yarpaq uzunu sarı rəngdə 1-2 sm uzunluğunda, 0,5-1,0 mm
enində nazik xətvari sarı rəngli ləkələrin-pustulların əmələ gəlmə-
sidir (Şəkil 3). Həmin ləkələr xəstəlik inkişaf etdikcə böyüyür və
yarpağın epidermisi altında olan pustullar dağılaraq, açıq-sarı rəngli
spor kütləsi-konidlər xaricə tökülür. Uredosporlar deyilən bu konid-
lər toz şəklində yayılaraq, yenidən ətrafda olan sağlam bitkilərə
sirayət olunur. Yarpaqlarla bərabər bitkinin digər orqanları-gövdəsi,
sünbülü və qılçıqları da xəstəliyə tutulur. Bitkilərin yetişmə mər-
hələsinə yaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsində
və digər oraqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qış
sporları-teleytosporlar əmələ gəlir.
Morfoloji cəhətdən uredosporlar sarı rəngdə dəyirmi və ya el-
leps şəklində 28-34 mkm uzunluqda və 1,0-1,5 mkm enində olur,
41
üzərində xırda dişicikləri yerləşmiş rəngsiz pərdə ilə örtülür.
Teleytosporlar isə tutqun qəhvəyi rəngdə sancaqvari şəkildə,
30-43x16-23 mkm böyüklükdə olub, qısa ayaqcıqlara malikdir. Sarı
pasın morfoloji cəhətdən oxşar quruluşa malik olan, lakin fizioloji
cəhətdən fərqlənən bir çox ras və biotipləri vardır. Bərk və yumşaq
buğda sortları tritikale sarı pas xəstəliyinə daha çox tutulur.
Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri
– çayır, eqilops, ceyran arpası və s. pasın yayılmasında əsas mənbə-
lərdən biri hesab olunur. Sarı pasın aralıq sahibi məlum deyildir.
Göbələyin törədiciləri qışı əsasən çoxillik taxıl və payızlıq buğda
cücərtiləri üzərində uredospor və uredomitseli halında keçirir. Son
məlumatlara görə, teleytosporların göbələyin inkişaf səklində rolu
müəyyən deyildir.
Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və
boruyaçıxma mərhələsində üzə çıxır. Qışın mülayim keçməsi bəzən
göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə şərait yaradır.
1998-1999-cu vegetasiya ilində sarı pas Abşeron və Cənubi Muğan
bölgələrində bütün qış uzunu inkişafda olmuşdur. Xəstəliyin toxum
ilə yayılması faktı məlum deyil. Sarı pas törədiciləri – uredosporlar
külək axını və həşəratlar vasitəsilə geniş ərazilərə yayıla bilir. Sarı
pasın törədicisinin böyümə və inkişafı üçün 10-13°C temperatur op-
timal hesab olunur. Uredosporlar 0°C temperaturda belə cücərə
bilir. 20°C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may aylarında,
temperaturun gündüzlər 20-25°C olmasına baxmayaraq, gecələr
15°C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını
zəiflədə bilmir. Respublikamızın təbii iqlim şəraiti sarı pasın erkən
yazdan, hətta payızdan inkişaf etməsi üşün əlverişli hesab olunur.
Son illərə qədər sarı pas xəstəliyi 3-4 ildən bir respublikamızın
ayrı-ayrı bölgələrində, xüsusilə dağətəyi və dağlıq əkin sahələrində
lokal şəkildə təsadüf edilən və taxıl bitkilərinin məhsuldarlığına o
qədər də ciddi təsir göstərə bilməyən bir xəstəlik kimi qeydə alın-
mışdır. Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda bu xəstəli-
yə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar yumşaq buğda
42
sortları (“Tərəqqi”, “Azəri”, “Mirbəşir-128”, “Əkinçi-84” və s.) ya-
radılmışdır.
Lakin bir çox iş adamlarının xarici ölkələrdən (İran, Türkiyə,
Avropa ölkələri və Rusiyadan) gətirdikləri, mənşəi məlum olmayan
və sınaqdan keçirilməmiş yumşaq buğda sortlarının respublikamızın
bütün bölgələrində becərilməsi sarı pasın 1996-cı ildən başlayaraq
kütləvi şəkildə yayılmasına və yaradılmış yerli yumşaq buğda sort-
larına sirayət etməsinə səbəb oldu. Ehtimal ki, bu proses, gətirilmə
sortların vasitəsilə sarı pasın yeni aqressiv pas və biotiplərinin ya-
yılması nəticəsində baş verdi. Artıq bu xəstəlik son 8-9 ildə hər il
bütün taxılçılıq bölgələrində, hətta aşağı düzənlik rayonlarında
kütləvi şəkildə yayılır və ciddi məhsul itkisi törədir. Sarı pas xəstə-
liyi buğdanın vegetasiysının əvvəlində, yəni erkən yazda, nadir hal-
larda isə payızda əmələ gəldiyi üçün onun məhsuldarlığa vurduğu
ziyan daha çoxdur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya
səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar
vaxtından tez quruyub tökülməyə başlayır. Nəticədə dənin dolması
prosesi tam getmir, əmələ gəlmiş dənlər cılızlaşdığı üçün çəkisi də
aşağı düşür. Sarı pas xəstəliyinə müxtəlif səviyyədə (zəif, orta,
güclü) tutulmuş sortlar üzərində aparılmış təcrübələr göstərir ki,
onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı
olaraq, 17-35% arasında dəyişir.
Mübarizə tədbirləri. Təsərrüfatlar vaxtaşırı olaraq xəstəliyə
davamlı sortlardan istifadə etməlidirlər. Sarı pasa davamlı olan
“Əzəmətli-95”, Əkinçi-84”, ”Nurlu-99”, ”Ruzi”, ”Qobustan” kimi
yumşaq buğda sortları hazırda respublikanın taxılçılıqla məşğul
olan bütün regionlarında becərilir.
Xəstəliyin infeksiya mənbəyini məhv etmək üçün biçin qur-
tardıqdan dərhal sonra sahələr kövşəndən təmizlənməli, dərin şum
aparılmalı, payızda taxıl cücərtilərinin əmələ gəlməsinə yol verilmə-
məlidir. Növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi, bitkilərin
xəstəliyə qarşı müqavimətinin artmasında müstəsna əhəmiyyətə ma-
likdir. Payızda taxıl əkiləcək sahələrin şum altına fosfor-kalium,
erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməlidir. Azotun
Dostları ilə paylaş: |