Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

 
78
Kitabxananın KAA şöbəsi bu il 30 abonentə xidmət göstərmiş, 64 adda sənəd 
göndərmiş, 25 nüsxə sənəd almışdır. (8, 2002.- s. 8) 
2002-ci ildə kitabxananın 7126 nəfər oxucusu olmuşdur. Onlardan: a) 
professor-müəllim heyəti-176 nəfər; b) aspirantlar və elmi işçilər-502 nəfər; c) 
kənd təsırrüfatı mütəxəssisləri-210 nəfər təşkil edir. 
Hesabat ilində kitabxanalar bu oxuculara 321.892 nüsxə ədəbiyyat vermişdir 
ki, bunların da 2.132 nüsxəsi ictimai-siyasi, 204.896 nüsxəsi tədris, 4600 
nüsxəsi isə xarici dildə elmi ədəbiyyat olmuşdur (8). 
Təqdiredici haldır ki, kitabxanada elmi ədəbiyyat verilişinin istər 
Azərbaycan, istərsə də xarici dillərdə xüsusi çəkisi xeyli artmışdır. 
Bu ildə  məlumat-biblioqrafiya  şöbəsi məlumat günü keçirmişdir ki, burada 
da nümayiş etdirilən 231 ədəbiyyatın 170-i oxuculara verilmişdir. Bundan 
başqa şöbə 3 kafedra günü də keçirmişdir. 2002-ci ildə şöbə 24 adda məlumat 
vərəqi hazırlamış  və kafedralara göndərilmişdir. Bundan əlavə  şöbə  Gəncə 
şəhər Elmi İnformasiya  İnstitutunun göndərdiyi məlumat vərəqlərini də 
kafedraların profilinə müvafiq olaraq paylaşdırır. 
Əvvəldə qeyd etdiyimiz kimi akademiyanın professor-müəllim və elmi 
işçilərin  ən aktual ictimai-siyasi və elmi məlumatla operativ şəkildə  təmin 
edilməsində kitabxananın oxu zalı  əvəzedilməz rol oynayır.  Əsaslı kitabxana 
oxu zallarının işi barədə  ən qabaqcıl iş  təcrübəsinə  əsaslanaraq dissertasiya 
avtoreferatlarını, referativ jurnalları, qəzetləri və digər məlumat nəşrlərini 
professor-müəllim heyəti üçün oxu zalında açıq nümayiş etdirir. Bundan başqa 
kitabxanaya daxil olan ən yeni elmi və tədris ədəbiyyatı kitabxana qaydası ilə 
işləməzdən  əvvəl məhz bu oxu zalında nümayiş etdirilir. Oxu zalında 
“Əlamətdar günlər” adlı daimi mövzu sərgisi də  fəaliyyət göstərir. Bütün 
bunların nəticəsidir ki, oxu zalına gəliş  və buradan ədəbiyyat verilişinin 
miqdarı və keyfiyyəti ildən-ilə artır. 
Ümumiyyətlə, ədəbiyyat verilişinin miqdarına görə kitabxananın oxu demək 
olar ki, həmişə birinci yerdə gedir. 
Bəhs olunan dövrdə akademiyanın professor-müəllim heyətinə  və elmi 
işçilərə kitabxana xidmətinin təşkili sahəsində xarici ədəbiyyat və KAA 
şöbəsinin də fəaliyyəti genişlənmişdir. Bu ildə şöbə oxuculara 3400 nüsxə elmi 
ədəbiyyat verilmişdir. 2002-ci ildə KAA-nın 35 daimi oxucusu və abonenti 
olmuş,  şöbə 76 nüsxə  ədəbiyyat sifariş etmiş  və 35 adda kənd təsərrüfatı 
ədəbiyyatı göndərmişdir (8, 2002.- s. 7). 
2003-cü ildə AKTA-nın kitabxanasında vahid oxucu biletinə görə oxucuların 
miqdarı 7382 nəfər olmuşdur. Onlardan: a) professor-müəllim heyəti-194 
nəfər;  b)  Elmi  işçilər- 539 nəfər; c) kənd təsərrüfatı mütəxəssisləri-211 nəfər 
olmuşdur . 
Bu ildə kitabxana öz oxucularına 322.558 nüsxə  ədəbiyyat verilmişdir ki, 
bunlardan da 200705 nüsxə kənd təsərrüfatına aid ədəbiyyat və bilavasitə tədris 


 
79
ədəbiyyatı 66328 nüsxə ictimai-siyasi, 3816 nüsxə  bəddi, 2326 nüsxə xarici 
elmi ədəbiyyat, qalanları isə başqa elm sahələrinə aid ədəbiyyat olmuşdur (8, 
2003.- s 4). Bu ildə KAA-nın daimi oxucularının miqdarı 37 nəfər olmuş, 4 
kənar şəhər təşkilatlarına xidmət göstərilmişdir. 54 adda sənəd alınmış, 28 adda 
sənəd isə kitabxananın fondundan göndərilmişdir (8, 2002.- s 4). 
Hər il olduğu kimi 2003-cü ildə  də kitabxananın ixtisaslaşmış oxu zalının 
fəaliyyəti diqqətəlayiq olmuşdur. 
2004-cü ildə əsaslı kitabxananın oxucularının sayı 7523 nəfər olmuş, onlara 
325.578 nüsxə  ədəbiyyat verilmişdir (8, 2004.- s 3). Kitabxananın müxtəlif 
şöbələrində professor-müəllim heyətinə kitabxana və  məlumat-biblioqrafiya 
xidməti işinin səviyyəsi xeyli yaxşılaşmışdır. 
2005-ci ildə AKTA kitabxanasında oxucuların cəmi vahid oxucu biletinə 
görə 7552 nəfər olmuşdur (8, 2003.- s 3). Kitabxananın müxtəlif  şöbələrində 
professor-müəllim heyətinə kitabxana xidməti nəzərə çarpacaq dərəcədə 
yaxşılaşmışdır. Amma çox təəssüf ki, kitabxananın bu ildəki iş göstəriciləri 
ümumiləşdirilib elmi dövriyyəyə daxil edilməmişdir. Buna baxmayaraq ayrı-
ayrı şöbələrin hesabatları əsasında demək olar ki, 2005-ci il üçün kitabxananın 
işi ilə tam tanış olmaq olar. Belə ki, həmin il oxuculardan; a) professor-
müəllim heyəti-201 nəfər;  b)  Elmi  işçilər- 539 nəfər; c) kənd təsərrüfatı 
mütəxəssisləri-215 nəfər olmuşdur. Onlara 331.462 nüsxə  ədəbiyyat 
verilmişdir (8, 2005.- s 4). 
Ali məktəblərdə demokratik prinsiplər  əsasında müəyyən dəyişikliklər 
edilməsi, təhsildə  də yeni sistemə keçirilməsi qarşısında duran ən başlıca 
vəzifələrdən biridir. Məlumdur ki, ali məktəblərin tədris-tərbiyə  və elmi-
tətqiqat işlərinin təşkilində, bu tətqiqatların nəticələrinin istehsalata tətbiq 
edilməsində ali məktəb kitabxanalarının da rolu vardır. Məhz buna görə də ali 
məktəblərin işinin dəyişdirilməsi ali məkətb kitabxanalarının da fəaliyyətinin 
dəyişdirilməsini tələb edir. Əks təqdirdə kitabxanalar ali məktəblərin artıq, 
lüzumsuz struktur bölməsinə çevrilər və beləliklə  də qaşıda duran mühüm 
vəzifələrin öhdəsindən layiqincə gələ bilməz. 
Qeyd edək ki, kitabxananın oxucularının miqdarı 2001-ci illə müqayisədə 
2005-ci ildə nisbətən az artsa da kitabxanada oxuculara xidmət işinin 
səmərəliliyi artmışdır. 2005-ci ildə kitabxananın bütün oxucu kateqoriyalarının 
əhatə edilmə faizi 96,4% olmuşdur ki, bunu da qənaətbəxş hesab etmək olar. 
AKTA-nın  əsaslı kitabxanasında müxtəlif oxucu qruplarına xidmət işinin 
daha səmərəli təşkili üçün kitabxana və  məlumat-biblioqrafiya xidmətinin 
bütün üsullarından geniş şəkildə istifadə edilir. Professor-müəllim heyəti üçün 
ayrıca fəaliyyət göstərən oxu zalı onlara fərqli xidməti həyata keçirməyə imkan 
verir. Ümumiyyətlə,  əsaslı kitabxanada ümumi kitab verilişinin  əsas hissəsi 
oxu zallarının payına düşür. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə