Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə84/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   80   81   82   83   84   85   86   87   ...   128

240 
 
 
 
Şəkil  101. Qazlı  seysmoaktiv  rayonunun  yeni  strukturda  və  Mərkəzi  Qızıl-
qum  lineamentlər  sistemində  mövqeyi.  V.İ.Makarov  və  V.Q.Trifonova  görə: 
1–3–nisbi qabarma dərəcəsinə görə differensasiya olunmuş antiklinal qalxımlar; 4– Amudərya  
və Sırdərya çayarası sahədə izogipslərin mövqeyi, 100 m; 5–daha çox aktiv əyilmə və neogen-
dördüncü dövr çöküntülərinin toplanması zonaları; 6–daha dərin  əlahiddə çökəkliklər; 7– 
Zərəfşan sinklinal zonasının ümumiləşmiş konturları; 8–fleksura-qırılma pozulmaları zonaları  
(ştrixlər düşmüş qanad tərəfə çevrilmişdir, vektorla mümkün horizontal yerdəyişmənin  
istiqaməti  göstərilmişdir );  9 – Türkistan _Alay  lineamenti  (qırılma-fleksura  zonası);  10 – 
KŞ-də  ayrılmış  qırılma  pozulmaları,  11 – Qazlı  zəlzələsinin  (1976)  pleystoseyst  zonası. 
 
Son vaxtlar neotektonik halqavarı strukturlarla zəlzələlərin cihazla təyin 
edilmiş episentrləri arasındakı sahəvi əlaqə haqqında məlumatlar əldə edilmiş-
dir (şəkil 102).
 
Keçmiş SSRİ  və  ətraf  ərazilərin seysmik
 
rayonlarının aero- və kosmik 
üsullarla çoxillik tədqiqatı müxtəlif seysmotektonik məsələlərin həllində müx-
təlif miqyaslı distansion üsulların geniş  tətbiqi və inkişafının məqsədəuy-
ğunluğunu göstərmişdir. 
İrimiqyaslı distansion materiallar (aerofotoşəkillər) müasir qırılma dislo-
kasiyalarının və seysmodislokasiyaların çöl xəritələnməsi zamanı  tətbiq edilə 


241 
 
bilər. Ortamiqyaslı distansion materiallar (kosmik şəkillər)  geoloji və geofiziki 
informasiyalarda əks olunmayan, gizli tektonik pozulma zonalarının axtarışı və 
ayrılması zamanı, yəni yeni yaranan qırılmaların axtarışı, ayrılması və izlənil-
məsi zamanı tətbiq edilə bilər. 
 
Şəkil 102.
  
BAM  zonasının  Muysk-Kuandinsk  rayonunun  zəlzələ  episentrinin  
və  halqavarı strukturların  fəzavi  korrelyasiyasına  misal (A.F.Petrova görə). 
1–erozion vadilər və neotektonik qalxımların yamacları; 2–neotektonik qrabenlərin dibi; 3-   
neotektonik  horst-dağlar; 4–holosen qırılmalarına və makroçatlara cavab verən ensiz landşaft  
lineamentləri; 5–qədim intensiv denudasion  pozulmalara cavab verən enli xətti və qövsvarı  
landşaft elementləri; 6–ensiz erozion kəsilmələrlə ifadə olunan holosen halqavarı strukturları;  
7–torpaq-bitki örtüyünün ensiz anomaliyaları ilə ifadə olunan holosen halqavarı strukturları; 8 
– zəlzələnin episentrləri M≥6,9-dan  və M=5,8-6,4. Rift çökəklikləri: M–Muysk-Kuandinsk, Ч– 
Çarsk. Halqavarı strukturlar: 1–Üst Lurbunsk, 2–Çukçudinsk, 3–Kiçik Kudinsk, 4–Mudariysk,  
5–Şaman, 6–üst Bambukan.
 
 
Kiçikmiqyaslı distansion materiallar (kosmik şəkillər) yer qabığının blok-
larını  sərhədləndirən müxtəlif seysmik parametrlərin qiymətlərinin kəskin 
fərqlənməsilə seçilən, seysmonəzarətli lineamentlərin axtarışı  və ayrılmasını 
təmin etməklə, seysmik rayonlaşdırmada tətbiq edilir
.
 Belə lineamentlərə misal 
olaraq, Balkanlarda: Vena-Varşava, Skutari Peç Vrança lineamantlərini; Qaf-
qazda: Pont-Kizlyar, Palmir-Abşeron lineament zonalarnı, Türkmənistanda 
Balxanarası-Uzboy lineament zonasını  və Tacikstanda Darvaz lineamentini 
göstərmək olar. 
Müxtəlif miqyaslı distansion materialların birgə tətbiqi kompleks seysmo-
tektonik tədqiqatlar üçün əsas  şərt olmalıdır. Kosmik şəkillərin tətbiqi işçilər 
üçün zaman və güvvə qənaətinə imkan yaradır. Bu iş onları, öyrənilən sahənin 


242 
 
potensial seysmikliyini qiymətləndirərkən, on minlərlə aerofotoşəkillərə bax-
maq üçün güvvə və zaman sərfindən azad edir. Bütövlükdə, seysmogeoloji və 
seysmotektonik tədqiqatlarda kosmik şəkillərin deşifrələnməsi ilkin mərhələ 
olmalıdır. 
 
12.2. Seysmiklik  və  seysmoaktiv  zonaların  proqnozu 
 
Son on və  hətta daha əvvəlki illərin, o cümlədən 25 noyabr 2001-ci il  
Abşeron yarımadasında baş verən zəlzələ üzrə məlumatların analizi zamanı bu  
problemin aşağıdakı xüsusiyyətlərinə diqqət yetirilmişdir: yeni tektonika 
maqmatik fəallıq və seysmiklik bir-biri ilə sıx əlaqəlidir. Belə əlaqə zəlzələlərin  
təzahürü  və  tektonik  blokların  hərəkəti,  yarılma  strukturlarının təzahürü,  
kontinental riftlərin inkişafı, su səviyyəsinin  qalxması, yeraltı suların kimyəvi  
tərkibinin dəyişməsi və s. ilə  aşkar olunur. Azərbaycanın müasir tektonik  
planında məşhur  şimal-qərb və ona qonşu çimal-şərq sistem lineamentlərdən  
əlavə, transformasiya  hesabına  submeridional və  suben  strukturları izlənilir.  
Bu halda şimal-qərbi anomaliyalar daha çox maqnit sahələri üçün, subme-
ridional  və  suben  isə – qravitasiya  sahəsi  və  relyef  səthi  üçün   xarakterdir. 
Aydındır  ki,  sonuncu  anomaliyalarda  daha  çox  qədim  və  cavan  strukturlar  
təzahür etdiyi halda, maqnit sahəsi  əsasən mezozoy maqmatizmi ilə əsaslanır. 
Birinci iki istiqamətli (şimal-qərb və şimal-şərq) yarılmalar bir sıra eyniölçülü  
tektonik bloklara bölür. Digər sözlə, bloklararası hesab olunur və uzun fasiləli 
inkişafla xarakterizə olunur, onların birləşmə qovşaqları – bəzən yeni tektonik  
gərginliyin  fasiləliyi və böyük maqnitud  (M>7), intensivlik (10 bala qədər) və  
dərinliklə (20-60 km) başlayan submeridional və yaxın horizontal sıxılma ilə  
həyata keçən yüksək seysmoaktivliklə xarakterizə olunur.    
Qafqazda dağıdıcı dərinlik (mantiya) zəlzələlərin bu dağlıq ölkəni şimal-
qərbdə Stavropoldan Türkiyənin cənubunda Van gölünə qədər kəsən Transqaf-
qaz eninə qalxımının fəallaşması ilə  əlaqədar olduğu fərz edilir. Bu qalxım  
boyunca və onun qanadları üzrə şərqdə və qərbdə diferensial şaquli hərəkətdə  
iştirak  edərək  dağıdıcı  zəlzələlər  yaradan  şimal-şərq  uzunluqlu  dərinlik  rif 
(üst  proterozoy) yarılmaları  keçir. Ə.Ş.Şıxəlibəylinin fikrinə görə, bu eninə  
şimal-şərq  yarılmaları Şərqi  və  Qərbi  Qafqazı  aşağı  salmış,  Şərqi  Qafqaz  
və    Qərbi  Qafqaz  eninə    əyilmələrini yaratmışdır. Hələ Spitak zəlzələsində  
(1989) Ə.Ş.Şıxəlibəyli  qeyd  edirdi  ki,  bu  zəlzələ  şimal-qərbi  Ermənistanın  
geniş    ərazisini,  şərqi Türkiyəni, Van gölünə  qədər  Ərzurumu  əhatə edir;  
şimalda o, Stavropola qədər yayılır, şərqdə isə Azərbaycanın  ərazisini  (Qazax,  
Kəlbəcər,  İsmayıllı,  Şamaxı və  s. rayonları)  əhatə  edir. Spitak  zəlzələsindən  
iki  il  sonra  (29-30 aprel 1991-ci il) baş xerən Cənubi Osetin zəlzələsi bu  
iddianı  təsdiq  etdi.  Bu  zələzələ  Gürcüstan  və Ermənistanın kifayət qədər  
ərazisini,  Azərbaycanda  isə  Şəmkir,  Yevlax və Ağdam rayonlarının ərazisini 
əhatə  etmişdi. Cənubi  Osetin  zəlzələsi  Spitak  zəlzələsindən  daha  güclü  idi  


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə