196
mələrin dəyişilməsi ilə şərtlənən dəqiq əks olumuş konsentirik zonallığa
malikdir. Süxurlar
kənarlardan mərkəzə doğru, ardıcıl olaрaq bat və bayoş
əmələgəlmələrilə əvəz olunur. Strukturun mərkəzində və cənub-şərq qurtaraca-
ğında bütün üst bayoz və bat süxur komplekslərini yаran, bаyos və bat yaşlı orta
əsasi və turş tərkibli izometrik formalı subvulakanik kütlələrin yeddi kiçik çıxışı
ayrılmışdır.
Ayrılmış halqavarı sturuktur geofiziki sahədə lokal maqnit və mənfi
qrafitasiya anomаliyası ilə əks olunmuşdur. Maqnit sahəsində hər iki halqavarı
strukturun vəziyyəti eynidir. Onların daxilində səthə uyğun gələn lоkаl müsbət
anomaliya qeyd olunur. Qravitasiya sahəsində hər iki halqavarı struktur ağırlıq
qüvvəsinin aşağı qiymətinə uyğun gəlir, eyni zamanda
hər iki struktur lokal
sahələrə uyğun gəlir. Qradient zonasında bu strukturların ağırlıq qüvvəsi, orta
əsasi tərkibli açılmamış intruzivlərə uyğun gələn lokal minimumlarla üst-üstə
düşür.
Qızılbulaq filiz rayonun halqavarı strukturları haqqında baxılan məlu-
matlar onların mənşəyi və yaşı haqqında bir sıra mülahizələr yürütməyə imkan
verir.
Drombon yarımhalqavarı stukturunun mənşəyi ilk növbədə yüksək aеro-
foto və kosmik şəkillərdə aşkar olunmuş, dərinlik qövsvarı qırılmaların fəallığı
ilə şərtlənən, onun vulkan-plutonik gensizli olmasını təsdiq edən diorit-porfirit
və kvarslı diorit-porfirit tərkibli hipabissal intruziv kütlələrin halqavarı kontu-
runa uyğunlaşması ilə səciyyələnən maqmatizmlə əlaqədar olması ilə izah
olunur. Belə forma adətən vulkanizm və mərkəzi tip plufonik diaprizm ilə
əlaqədar olan vulkan-plufonik mənşəli halqavarı strukturlar üçün xarakterik-
dir. Qızılbulaq halqavarı strukturu vulkanik proseslər
nəticəsində əmələ gəlmiş-
dir (şəkil 83).
Şəkil 83. Qızılbulaq yatağı sahəsində xətti və halqavarı strukturların deşirə
xüsusiyyətləri. Halqavarı strukturlar: Qazanbulaq (I), Derombon (II) İmarət-
Qərvənd (III).
197
Filiz sahəsinin halqavarı strukturunun yaşı geniş diapazonda dəyişir.
Bunu onun orta yuradan neokoma qədər müxtəlif yaşlı maqmatik əmələgəl-
mələrlə uyğunlaşması təsdiq edir. Digər tərəfdən, müxtəlif yaşlı maqmatitlərin
bu və ya digər strukturda mövcudluğu ilkin yatmış halqavarı qırılmaların dövrü
fəallığını göstərir.
Mehmana filiz rayonunda mərkəzi hissədə konsentrik halqavarı struktur
daxilində, polimetal, mis və kükürd, kolçedan filizləşməsini yerləşdirən və
nəzаrət edən submeridional və şimal-qərb istiqamətli filizli qırılmalrın kəsiş-
məsi və ya haçalanması müşahidə olunur (şəkil 84).
Şəkil 84. Mehmana filiz rayonunda xətti və halqavarı
strukturların deşirə xüsusiyyətləri.
Vulkanik strukturlar özünü uzun müddət inkişaf
edən tektonik vahidlər
kimi büruzə verir. Bu strukturların yaranmasında böyük rol vulkanizm və
tektogenezə məxsusdur. Vulkanik halqavarı strukturlar vulkanlar, kalderalar,
günbəzlər, qalxan vulkanları, stratovulkanlarla təqdim olunurlar. Onların dia-
metri adətən ilkin 100 km-i aşmır. Onlar müxtəlif yaşa və relyefdə müxtəlif
saxlanma dərəcəsinə malikdir. Vulkanik və vulkan-tektonik strukturlar Talış
intraqövs riftində, Löh-Qarabağ ada qövsündə (Zəyəm-çay hövzəsi), Qoças və
Ordubad əyilmələrində aşkar edilir.
Kosmik şəkillərin deşifrələnməsi prosesində Dağlıq Talışda
mərkəzində
Savalan stratovulkanı yerləşən Savalan mezohalqavarı strukturu ayrılır, ehtimal
ki, Talış qırışıqlıq sistemi onun xarici şimal-şərq hissəsi hesab olunur. Savalan
halqavarı strukturu hüdudlarında 10-dan artıq yüksək dərəcəli (səviyyəli) halqa
ayrılır ki, onlar da öz morfologiyasına görə çökmə kalderasına (Quludaş,
Kurokşu) və ya paleovulkanların mərkəzi ilə olan günbəzlərə (Qoverin, Lerik
və s.) uyğun gəlir. Ehtimal olunur ki, Savalan mezohalqavarı strukturu iki
transform lineamenti Palmir-Abşeron və Baqrovdağ arasında inkişaf etmişdir.
Savalan mezohalqavarı strukturu, öz növbəsində şimal-qərb, şimal-şərq,
submeridional lineamentlərlə kəsilmişdir və nisbətən xırda vulkan-tektonik
198
quruluşa uyğun gələn mikrohalqavarı strukturlarla mürəkkəbləşmişdir. Burada,
paleogen dövründə Talış-Qaradağ subqələvi və qələvi
vulkan-plutonik assosia-
siyası geniş inkişaf tapdığı halda, neogen dördüncü dövrdə Savalan, Laçın
lineamentinin (kosmik şəkillərin deşifrələnməsi prosesində aşkar edilmişdir),
o cümlədən digər suben, meridional qırılmaların fəallaşması sayəsində əhəng-
daşı qələvi və subqələvi seriyaları yaranmışdır.
Vulkanik və vulkan-tektonik halqavarı strukturların inkişafına misal
Axıncaçay və Zəyəmçay arası massiv ola bilər. Burada Löh-Qarabağ ada
qövsünün digər sahələrində olduğu kimi, vulkanogen əmələgəlmələrin xarakter
xüsusiyyətlərindən biri vulkanik qurğuların qorunub saxlanılmış hissələrinin
mövcudluğu
hesab olunur ki, onların da arasında filizli vulkan-tektonik halqa-
varı strukturlar böyük əhəmiyyət kəsb edir.
Kosmik şəkillərdə bu vulkan tektonik əmələgəlmələr müxtəlif genezisli
halqavarı, yarımhalqavarı strukturlar şəklində ayrılır. Adətən onlar şəkillərdə
asan deşifrələnir, onlara tünd fotoçalar uyğun gəlir, bundan əlavə,
onun aşkar-
lanması üçün əlamət hidroşəbəkənin konturu hesab oluna bilər. Burada halqa-
varı strukturlar çay və ya çay şəbəkəsinin əyrisinə (radial mərkəzəqaçan kontur-
la) uyğun gəlir.
Daha böyük maraq doğuran Qəribli, İsakənd, Abdal, Çanaqçı, Qızıldağ
halqavarı strukturlarıdır. Bu halqavarı strukturlar müxtəlif genetik tiplərə aid
edilir; onların arasında kaldera, ekstruziv, günbəz, vulkan-günbəz, untruziv-
günbəz, tektonik-maqmatik və s. ayrılır.
Kalderalar bilavasitə Zəyəmçay hövzəsində xəritələnir və Şamlıq,
Qəribli
kalderaları ilə təmsil olunur. Bu strukturlar mis-porfir, mis-kolçedan və s.
yataqların formalaşmasında indikator hesab olunur və daha mühüm filiznə-
zarətedici vulkan tektonik struktura aid edilir. Çanaqçı kalderası daha görkəmli
hesab olunur, o, kosmik şəkillərdə daha aydın aşkarlanır və Çanaqçı çay hövzə-
sində Zəyəmçayın sağ sahilində yerləşir. Çanaqçı vulkan tektonik strukturu üzə
çıxmış intruziyalar paleovulkanik qurğunun qorunub saxlanılmış reliktləri ilə
çökmə kalderası kimi özünü büruzə verir (şəkil 85).
Relyefdə kalderanın yuranın vulkanogen-çökmə süxurlarını kəsən hissəsi
yaxşı deşifrə olunur. Kalderanın daxili hissəsi qarışıq tərkibli vulkanitlərlə
andezit-dasit, dasit
və riolit tərkibli iqrimbrit, riolitlərin lavabrekçiyaları və
onların tufları ilə tamamlanmışdır və böyük miqdarda orta və turş tərkibli
subvulkanik kütlələrlə yarılmışdır. Çanaqçı
kalderasının hüdudlarında bayos
vulkanogen əmələgəlmələri bazalt (alt bayos) və riolit (üst bayos) komplekslərə
parçalanmışdır.
Kalderanın şimal və cənub-şərq hissəsində mərkəz tipli alt bayos vulkanik
aparatlarının reliktləri qorunub saxlanılmışdır. Kalderanın mərkəzində daxili
hissəsi kvars dioritləri və plagio-qranitlərlə mürəkkəbləşmiş Çanaqçı intruziyası
üzə çıxır. Qabbroidlər halqavarı kütlə şəklində kvars dioritlərini haşiyələyir.