Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə79/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   83
Leyli ve Mecnun

Qum rənglilər 
sozündə ərəblər nəzərdə tutulur.
80
 
Zəmzəm 
- Məkkədə bir su quyusuna verilən addır. Əfsanələrə görə,
İbrahimxəlil peyğəmbər zamanmda, yəni eramızdan təqribən 2800 
il
qabaqqazılmışdır.
81 
Əqrəb çalmışlara verilsə gərfəs...
Gərfəz, gərəvüz 
- səbziyat qismindəndir. E1 arasmda kərəvüzün əqrəb çalmış 
adama verilməsi zərərli sayılır.
82 
Hindli fil başma döyər hər yerdə 
Ki, fil Hindistanı anmasm bir də.
Adət üzrə fılbanlar fili sürərkən toppuzla onun başma vurarlar. Nizami bunu belə 
izah edir ki, filbanlar filin başma onun yeriməsi üçün deyil, onu gicəllətmək üçün 
döyurlər ki, meşələrə qaçmasm.
83 
Kölgə özbaşma düşməz quyuya,
Göydə dayanmamış Ay duya-duya.
Yəni həyal və kainatın xüsusi bir qanunu vardır, heç şey öz başma hərəkət etmir.
84 
Su səpdi gülunün yaqut rənginə.
Yəni о ağlayaraq, alışıb-yanan yaqut rongli yanaqlarmm oduna göz yaşları ilə su 
çilədi.
85 
Sədəfə dürr kimi girdi о nigar.
Yəni inci sədəfdə gizlənən kimi Leyli də çadırda gizləndi.
86
 
Qarurə 
- şüşə, sənək.
87
 
Xəyzəran - 
bambuq ağacı.
88 
Bax, Çinin aynası parladı Çindən,
Həbəşin qaşları çatıldı birdən.
Yəni 
Çinin aynası (Günəş) 
Çindən (Şərqdən) baş qadırarkən 
Həbəşin
(qaranlığm) qaşları çatıldı. Günəş parladı, qaranlıq çəkildi.
281


Gecənin yolçusu yetişdi haman 
Bir Yusif camalı aldı quyudan.
Yəni gecənin yolçusu olan ulduzlar quyunun başma çataraq, oradan bir Yusif 
camallı gözəli (Ayı) çıxanb öz sıralanna qatdı. Əfsanəyə görə, Yusifi qardaşlan 
quyuya saldıqdan sonra bir karvan oraya yetişib quyudan su çıxarmaq istədikdə Yusifi 
tapmış və özlərilə bərabər Misrə apanb orada qul adma satmışlar. Beytdə ulduzlar 
yolçuya, Ay Yusifə, qaranlıq üfüq isə quyuya təşbih olunur.
90 
Ulduzlar içində о parladı tək,
Göy Misri Nil kimi coşmuşdu, gerçək.
Yəni Ay ulduzlann içində parlayarkən göy Misrinin bazan Nil çayı kimi coşdu. 
Yəni misirlilər Yusifm camalmdan vəcdə gəlib onu almağa cəhd etdiyi kimi, ulduzlar 
da Ayı araya almaq uçün Nil çayı kimi coşub həyəcana gəldi.
91 
Saleh bir quş idi о yazıq qarğa,
Salehilər kimi geymişdi qara.
Saleh 
- peyğəmbərlərdən birinin adı və ərəbcə xeyirxah mənasındadır. Əfsanələrə 
görə, Salehin bir dəvəsi var imiş ki, peyğəmbərin bütun gücü də ondaymış. 
Düşmənləri bu dəvəni öldürdükdon sonra Salehin tərəfdarları qara geyinib matəm 
saxlamışdı. Şair qarğam xeyirxahlıqda Salehə, sakitlikdə onun dəvəsinə və qaralıqda 
matem libası geymiş salehçilərə oxşadır.
92 
Мэп İsmayıl kimi saxlaram ədəb,
İncisəm, qoy olum İsmayılməzhəb.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə