Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


Lahövlə vəla (qüvvətə illa billah) -



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə81/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   83
Leyli ve Mecnun

 Lahövlə vəla (qüvvətə illa billah) - 
Allahdan başqa heç kəsdə qüdrət yoxdur.
104 
Fərqəd 
- Şimal qütbünə yaxın olan iki kiçik və parlaq ulduzdan biridir.
105
Pərvin (yaxud Sürəyya) 
- səmada boyunbağıya oxşar ulduz toplusu. Sonrakı 
beytlərdə də bürclərin və ulduzların vəziyyəti göstərilir.
106 
"Yetim süfrəsinə" xeyirxaMartək 
Qüfr tullamışdı altı pay çörək.
Yəni 
Qüfr 
(Ay mənzillərindəndir) səxavəti adamlar kimi "yetimlər süfrəsi"nə altı 
çörək salmışdı. 
"Yetimlər süfrəsi" 
ulduzlar qrupudur ki, onda altı ulduz vardır. Şair 
bu ulduzları кокэуэ (qoğala) oxşadır.
107 
Səhər çağmm da Qurd nəfəsi var.
Yəni səhərin soyuq nəfəsi, nəsimi vardır. Qurd nəfəsi eyni zamanda səhər görünən 
ulduz adıdır.
108 
Boyu "əlif kimi: ağzı "mim" kimi,
Qıvrılmışdı saçı onun "cim" kimi.
Deyirdi: - Adımdır mənim də bu "cam",
Dünyanı göstərir özündə bu cam.
"Əlif (I) hərfı ərəb əlifbasmda düz, şaquli, "raim" ağzı düyməli, "cim" isə qıvrım 
yazılır. Şair gözəlin saçım "cim"ə, qəddini "əliP'ə, ağzım "mim"ə oxşadır və onlann 
birləşməsindən "cam" (? ) əraələ gəldiyini söyləyir.
109 
Dörd atdan piyada qalsan sən əgər,
Bu düyün о zaman açıla bilər.
Dörd at sözünə iki məna vermək olar, birinci dörd ünsür, (su, torpaq, od, hava), 
ikinci isə dörd həyati zovq (yemək, içmək, ehtirası təmin, yuxu).
283


Beytin məzmunu ikinci mənaya daha yaxmdır. Yəni əgər sən dünyamn əsas 
ləzzətlərindən əl çəksən, bütün düyünləri aça bilərsən.
110 
Möhrəsiz və gözsüz oyun çıxardar,
Ayaqsız, miniksiz çapmağımız var.
Yəni aşıqsız vo taxtasız nərd və şahmat oynayır, ayağı və atı olmadan minib 
çapmq.
111 
Əmr-As (Əmr İbn As) - Böyük xəlifələr zamanı dördüncü xəlifə Əlinin 
əleyhinə olub, Müaviyəni xəlifəliyə layiq bilən hiyləgər diplomat.
112 
Tüküm dilə dondü, dilim də tükə.
Yəni tüklərim dilə gəldi, dilləndi, dilim isə tük kimi incaldi.
113 
"Lam əlifla" ki, bax, ayrı deyildir.
"Lam əlifla" ərəbco iki hərfin "1" ve "a" hərflərinin birləşməsindən əmələ gəlir və 
lüğəvi mənası "yox" deməkdir. Misramn mənası odur ki, mən "la" kimi "yox" olsam 
da, bu yoxluq "lam" ilə "əllfin, yeni səninlə mənini birləşməyimin nəticəsidir.
114Təm uz-iyulayı.
115 
Qəm də xilas oldu xəzinədardan.
Yəni qəm onu öz ürəyində həbs edən, onun xəzinədarı olandan xilas oldu. Yəni 
Leyli vəfat etdi və qəm də onun sinəsindən uçub getdi.
116 
Özünə şəbə de, Şəbdiz söyləmə.
Yeni qara olsan da Şəbdiz (qara at, Şirinin məşhur atmm adı) deyilsən, kiçik bir 
şəbəsən (qara muncuqsan.)
117 
Qismətin Ay kimi qəribliksə, bil.
Qədim astrologiyada Ayın hər ayda bir bürcdən və hər gün burcün bir dişciyindən 
çıxması rəvayət olunurdu. Beləliklə də, iki gün bir yerdə dayanmayan Ay qəriblik 
timsalı kimi tərənnüm edilmişdir.
118 
Gedir sənin Rəxşin mendən irəli.
Yəni sənin atm məndsn qabaqda gedir, sən tez öldun, vüsal mənzilinə məndən tez 
çatdm. Rəxş - məşhur Rüstəm Zalm atmm adıdır.
119 
Səcdə edənlərin Səlcuqisən sən.
Səlcuq - səlcuqilər sülaləsinin banisidir. Burada səcdə edənlərin pənahı, 
pərəstişgahı mənasmda işlənmişdir.
120 
О nalmı salan daşı al ələ,
Qaldır öp, "Nə gözəl ləlsən" söylə.
Yəni ayağma toxunan daşı öp, gözünün üstünə qoy və gözəl ləl adlandır. Pisliyə 
qarşı yaxşılıq et.
121

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə