Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə109/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   105   106   107   108   109   110   111   112   ...   123

 
329
     Bəs tənqidçilər kimlərdir: əlbəttə ki, köhnəsi 
və yenisi. Bu, tənqidin əzəl mövcudluq şərti, prinsipi, 
sxemidir. Köhnə ilə yeninin mübarizəsi tənqid 
müstəvisində gerçəkləşir.                                    
     Fransız Madan Sarup poststrukturalizmin 4 tənqid 
yönümünü sayır:  tarixiliyin tənqidi, anlamın tənqidi, 
fəlsəfənin tənqidi, subyekt konsepsiyasının tənqidi. 
Mən bura əlavə edərdim tənqidin tənqidini. Belə ki, 
tənqidin tənqidi digər 4 yönümü də özündə qapsıyır və 
mövcudiyyətin tənqidi kimi zühura gəlir. Artıq bu 
məqamda tənqid labüdlükdür, universal mütləqlikdir. 
     Çünki  tənqid özünüyaşatma funksiyasının, insanın 
özünüqoruma reaksiyasının təzahürüdür.  Əfsuslar ki, 
mədəniyyət tənqidin imici arxasında bunu görməyə 
“ərinib” və ya bunu özünə  sərfəli bilmədiyindən 
nəzərində saxlamayıb. 
     Zamanın “tarixi bilincsizlik” kəsimində  tənqidin 
instinkt olduğu aydın məsələ. Tənqid instinkti olmasa
tənqidi reaksiya da olmaz. 
     Elə ki “mən” yaranır, tənqid instinkti 
strukturlaşır, tənqidi reaksiya və  tənqidi mühakimə 
ortaya çıxır. Tarix “mən”in gerçəkliyə refleksiyasıdır. 
Məhz bu  “mən” tarix müstəvisində  həm tənqidin 
obyektidir, həm də subyekti. Tənqid instinktinin 
mədəniyyətdə  qəbul edilmiş primitiv forması  sual 
(potensial inkar) və cavabdır (potensial təsdiq). Sual 
reflektiv olaraq meydana gələn inkardır və yalnız sonra 
tənqiddir. Özünün bütün təzahürlərində sual latent 
hücumdur, inkardır və təcavüzdür. Sual uşaqların məxfi 
aqressiyasının reallıq  şəklidir. Uşaq sual vasitəsilə 
özünü təsdiqləyir və çox zaman sonsuz sorğularla (onun 
bir gün ərzində suallarının sayı 427-yə çatır) 
böyükləri bezdirir. “Mən”  əgər sual verirsə, deməli, 
faktiki olaraq tənqid (təhlil) edir və  nəticə etibarı 
ilə özünü başqalarından ayırır: yəni müəyyən bir 
qarşıdurum, oppozisiya yaradır. Sual (bilincsizlik 
qatında həm inkar, həm tənqid), ilk öncə, “özüm” 


 
330
uğrunda mübarizədir və “mən”i bildirən, tanıdan, 
işarələyən əlamətdir. 
     Sual  tənqid instinktinin uyqarlıq gerçəkliyidir. 
İnsan sual vasitəsilə uyqarlığa addımlayır. Lakin kimsə 
suala təkcə bilmək amacı kimi baxırsa, yanılır. Bu, 
qətiyyən belə deyil. Sizə bir müşahidəmi danışım. 
Görürsən ki, hər hansı bir məclisdə (konfransda, 
simpoziumda) müəyyən problemlə bağlı çıxış edən natiqə 
yerli-yersiz çoxlu sual verənlər tapılır. Hətta elələri 
də olur ki, min bir sual onların daxilini gəmirsə  də, 
bu adamlar şəraiti, vəziyyəti, etik qaydaları  nəzərə 
alıb (və ya bəhanə  gətirib) öz suallarından imtina 
edirlər. Yəni bu o deməkdir ki, praktiki surətdə natiqi 
dinləyənlərin hamısının ona sualı (və ya sualları) var. 
Olsun ki, bu prosesdə kimsə aktiv iştirakçı, kimsə 
aktiv müşahidəçi mövqeyini öz psixofizioloji portretinə 
daha uyğun bilsin.  Lakin burada bir psixoloji məqam 
maraqlıdır. Sualı olub öz sualını verənlərin də, sualı 
olub öz sualını verməyənlərin də hamısı bilir ki, 
faktiki surətdə bu sualların heç bir konkret əhəmiyyəti 
yoxdur. Amma bir qayda olaraq bu dialoqda iştirak etmiş 
hər bir şəxs özündən razı qalır və  əksərən o, cavab 
barəsində heç fikirləşmir də.  Əslində, cavab ona heç 
lazım da deyil. Çünki bu cavab real zaman hüdudlarında 
nəyisə  dəyişməyə qabil olmayacaq. Bəs onda sualların 
hər hansı bir natiq qarşısında belə püskürməsinin 
səbəbi nədir? Hamı danışanı tam şəkildə başa düşübmü? 
Əminəm ki, yox. Qəribəsi budur ki, natiqə sualla 
müraciət edən  şəxs heç də  nəsə öyrənməyə can atmır. 
Sual (görüşlər, xatirə gecələri və s. bu kimi 
yığıncaqlarda verilən teatral-dekorativ xarakterli 
suallar nəzərə alınmır)  əsas etibarı ilə söz sahibini 
çaşdırmaqdan, onu yoxlamaqdan, sınağa çəkməkdən, özünü 
camaat arasında fərqləndirməkdən, xüsusiləşdirməkdən 
ötrüdür (yəni baxın, mən də danışdım ha). 
     Sual  öz  təbiətinə görə tapmacadır, başqası üçün 
hazırlanmış  tələdir, operativ instinktiv reaksiyadır, 


 
331
yəni, görək, danışandan başçı (rəəhbər, öcül) olar, 
yoxsa yox. 
     Sual özgəsinə doğru yönəlmiş təcavüzün maskalanmış 
formasıdır.                                                  
     Elə isə suala hər şeydən öncə özünütəsdiq vasitəsi 
kimi yanaşılmalıdır. Məhz ona görə  də sual həmişə 
bilincsizlik səltənətində azğın bir istək kimi tüğyan 
edir və qəfildən peyda olur. Burada artıq anlamaq cəhdi 
ikinci plandadır: 
əsas məsələ özünütəsdiqdir. 
İndividualizm öz kimliyini ayırd etməkdən ötrü verilən 
sualdan başlanır. Sual (tapmaca) həmişə özgəsinin 
təkzibidir, özüm haqqında informasiyadır, elə bir 
informasiya ki burada “mən”in özü barədə haray salmaq 
təbiəti hər  şeyi üstələyir. Sual inkarın yumşaq 
(kompromis) variantıdır.  İnkarsa hökmdür, başqası 
haqqında hökmdür. Ancaq bu hökm, eyni zamanda, “özüm” 
barəsində hökmdür: “mən”in mütləqləşməsi (hifz 
edilməsi) amacıdır.  Əslində, inkarı meydana gətirən 
faktor “özüm” üçün qorxudur. O nəsnəni ki, biz başa 
düşmürük, qavraya bilmirik, onu inkar edirik. Məntiqi 
nəticə isə budur:  o nəsnə ki bizə məlum deyil, bizdən 
ötrü qorxu obyektidir. Bu psixologiyanın faktıdır və 
mən təzə heç nə kəşf eləmirəm. 
     İnkarsa stress məqamının tənqididir, özgəsinə 
qarşı aşkar, barbaşa təcavüzdür. 
     Güman  edirəm ki, sual və inkarın psixoloji 
motivlərilə bağlı  bəzi məsələlər aydınlaşdı.  İndi 
təzədən dönürəm tənqidin üstünə. 
     Mədəniyyət müstəvisində tənqid sual və inkarın ali 
təzahürüdür. Tənqid özünü yozum, metod kimi təsdiq 
etməmişdən öncə qarşıdurumdur. Belə ki, hər bir yozum, 
əgər o, həqiqətən yozumdursa, oppozisiyadır. Çünki hər 
hansı bir faktın təbiətini yenidən strukturlaşdırmağa 
və onu da öz növbəsində yeni fakt kimi təqdim etməyə 
meyllidir.  
       Tənqidin arxaik strukturu tarixi bilincsizlik 
çağında 
“ATA-OĞUL” münasibətlərinin 
(konfrantasiyasının) nümunəsində  mədəniyyət olayı kimi 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə