Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə106/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   102   103   104   105   106   107   108   109   ...   123

 
320
qoyublar. Çünki dünya sularında güzgülənmə effekti 
var. Nağıllarda, miflərdə belə-belə inancların 
rudimentləri o qədərdir ki... 
     Hərçənd müsəlmanın kölgə  və ya güzgü qarşısında 
xristian və ya məcusi qədər qorxusu yoxdur. Müsəlman 
üçün kölgə oyunu ilk növbədə  əyləncədir, sonsuz 
həzzdir,  şadyanalıqdır.  Yaxın və Orta Şərqin islam 
əqidəsilə yaşayan məmləkətlərində saray əhli də bu 
oyuna böyük həvəslə baxıb, meydan əhli də. Hələ  mən 
dünyanın seyrinə  çıxmış  əcnəbi elgəzləri (səyyahları) 
demirəm. Həqiqətən, mömin müsəlman bəndə kölgəyə çox 
sakit və real münasibət bəsləyir. Niyə? İslam aləmində 
bütün sualların cavabını Qurandan, sünnədən və 
hədislərdən tapmaq mümkün. Quranın “ən-Nur”, “Fatir”, 
“əd-Dəhr” surələrində kölgə sözü cənnət lövhələrinin 
təsvirilə bağlı  işlədilir və heç vaxt mistik məna 
bildiricisi kimi vurğulanmır. Burada kölgə  cənnətin, 
cənnət ağaclarının ruha zövq, dad, ləzzət, verən 
əlamətidir (əgər Muhamməd peyğəmbər kölgəyə, bəzi 
islam üləmalarının dediyi kimi, cinlərin,  şeytanların 
yığışdığı, toplaşdığı yer kimi baxsaydı, Quran 
cənnətdə möminlərə kölgəni rəva bilərdimi?). Bu 
surələrdə kölgə  işığın yox, istinin, alovun, qızmarın 
qarşıdurumu kimi anlaşılır.  İşığın oppozisiyası kimi 
kölgə neqativdədir, istinin qarşıdurumu kimi isə 
pozitivdə. Axirət dünyasında müsəlmanlara pis əməllərə 
görə isti (odlu cəhənnəm), yaxşı  əməllərə görə kölgə 
(sərin cənnət) vəd edilir. Onda belə  çıxır ki, Qurana 
görə kölgə (sərin) mömin bəndələrə behişt 
hədiyyəsidir, cənnət mükafatıdır. Adları  çəkilmiş 
surələrin kontekstində kölgə  sərinlik, dincəlmək üçün 
guşə, rahatlıq, asudəlik, 
əbədi həzz və kef 
anlamlarının semantik ardıcıllıq cərgəsini özündə 
qapsayır. Bu baxımdan demək olar ki, Quranda kölgənin 
sırf məişət planında bildirdiyi real, konkret mənalar 
saxlanılır, daha doğrusu, həytatdakı kölgəlik effekti 
bütövlükdə cənnət situasiyasının üzərinə köçürülür. Bu 
məqamda hər cür yozum, şərh absurdlaşır. Həqiqətən, 


 
321
Quran gerçək həyat  şəraiti  əsasında ideal cənnət 
situasiyasını modelləşdirir. Məgər YII yüzildə  bədəvi 
ərəb üçün səhranın qızmar günəşi altında kölgədən və 
sudan daha xoş, daha əziz, daha ləzzətli ayrı bir 
nəsnə ola bilərdimi? Ona görə Quran ayələrində kölgə 
və su (axar çaylar) cənnətin  əbədi kefinə bir işarə, 
bir eyham kimi qavranılır. Quranda kölgəyə pozitiv 
münasibət belə: yəni orada mistika ilə bağlı heç nə 
yox. 
     Lakin  bununla  birlikdə Quranın “əl-Vaqiə”, “əl-
Mursəlat” kimi surələrində kölgə neqativ mənalar 
şəbəkəsində  təqdim edilir. Burada kölgə  cəhənnəmi 
səciyyələndirir artıq: o, nə rahatlıq bəxş edir, nə də 
sərinlik; bir kimsəyə də həzz vermir. Çünki cəhənnəmdə 
təsvirlənən kölgə duman, tüstü kölgəsidir, cəza 
komponentidir. Onu zülmət ekvivalenti kimi də qavramaq 
mümkündür, isti səhranın bürküsü kimi də: yəni Quran 
kontekstində kölgə cəhənnəm situasiyasında belə bədəvi 
ərəbin gerçək dünyası ilə öz ilişkilərini itirmir. 
Susuz səhrada bürkü ərəb üçün zülmdür, cəhənnəm 
əzabıdır:  ərəb  ən çətin günlərini bürküdə yaşayır. 
Dediyim odur ki, Quran kölgəni bəzi surələrdə cəhənnəm 
atributu kimi görükdürsə  də, ona heç bir mistik 
mənalar qoşmur. Hətta mən belə deyərdim ki, Quran 
ayələrində xatırladılan kölgənin müəllifi “cənab” 
SƏHRADIR. Cənnət və  cəhənnəm üçün kölgə obrazı 
səhranın fakturasından götürülüb, ərəbin səhra 
həyatından imitasiya edilib. 
     Elə bu məqamdaca bir həqiqəti üzləmək gərəkdir. 
Məsələ bu ki, Quranda təqdim olunan kölgə qavrayışı 
ilə müsəlman mentallığında mövcud kölgə qavrayışı üst-
üstə düşmür. Qurani-Kərimdə kölgə ilə əlaqədar heç bir 
fəlsəfi, dini-kulturoloji açıqlama verilmədiyi halda 
islamın fikir işçiləri kölgə ilə ilişikli intellektual 
oyunlarda bulunmağı sevirlər, kölgəyə mistik don 
geydirirlər, onu Quranda olmayan əlavə  əlamət və 
xassələrlə “mükafatlandırırlar”. Müsəlman mentallığı 
kölgəni olum, yaşam nişanəsi bilir. Nədən mən bu 


 
322
nəticəyə  gəlirəm?  İslam mədəniyyəti çərçivəsində  
müsəvvirlərə, yəni rəssamlara canlı varlıqların 
şəklini çəkmək yasaq edilir və onlara ağac, yarpaq, 
gül təsvirləri (nəbati naxışlar) üzərində  işləmək 
məsləhət görülür. Səbəb də budur ki, müsəvvir  şəklini 
çəkdiyi canlını qiyamət günü dirildə bilməyəcək və 
Allahın qəzəbinə düçar olacaq. Hərçənd bununla da 
məsələ bitmir. Müsəlman müsəvvirliyi icazəli etmək 
üçün yeni yollar (priyomlar və üsullar) axtarıb tapır. 
İslam dünyasında rəssamın peşəsini  əlindən almamaq
onu potensial günahdan qorumaq üçün müsəvvirə  şəklini 
çəkmək istədiyi hər hansı bir canlını (insan, quş, 
heyvan, balıq) ya birgözlü, yəni profildən, ya başsız, 
ya da kölgəsiz rəsm etmək tövsiyə olunur.
8
 Deməli, 
kölgəsi itmiş  hər hansı bir canlı artıq ölüdür, 
potensial meyitdir. Kölgəsiz olan bütün nəsnələr 
maddilikdən məhrumdur.  Şərq miniatürlərində bir dənə 
də olsun kölgə yoxdur. Bu, miniatürdən görünən 
dünyanın qeyri-maddiliyinə, virtuallığına, 
kitabvariliyinə bir işarədir. 
Axı söz də 
kölgəsizdir!!!  Bu da belə bir anlama gəlir ki, 
müsəlman kölgəsizliyi cansızlıq əlaməti sayır. Quranda 
isə buna oxşar heç bir şey yoxdur: yalnız sufi 
yozumlarında kölgə mistik mənalar çənbərində zühur 
edir. 
     Əgər xristian öz kölgəsinə ehtiramla “cənab 
kölgə” deyib müraciət edə bilirsə, müsəlman bundan 
çox-çox uzaq gəzir. Elə ona görə  də müsəlman kölgə 
teatrının pərdəsi üzərinə proyeksiya edilən təsvir-
kölgələrin hoqqabazlığına uğunub gülüb, onlarda özünü, 
qonşusunu, bazar meydanında gündəlik alverlə  məşğul 
baqqalı, zərgəri, mirzəni, 
əttarı tanıyıb, bu 
tanışlıqdan xoşhallanıb, sevinib, şənlənib. Yəni 
mistik heç nə. Çünki müsəlman bir qayda olaraq kölgə 
teatrına adi seyrçi marağı ilə yanaşıb, onu heç vaxt 
ciddi qəbul eləməyib kölgədən qorxmayıb, onu 
mistikləşdirməyib. 
Əgər müsəlmanın kölgəyə 
münasibətində, hətta bir anlığa belə, ciddilik 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə