Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə103/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   99   100   101   102   103   104   105   106   ...   123

 
311
                                Nəsimi 
 
     Gerçəklik güzgülərdə qurtarır. Güzgünün 
qənşərində  mən artıq mən deyiləm, bir başqasıyam;  ən 
azı, o, mənim  əksimdir, kölgəmə oxşayır, cansızdır, 
nəfəssizdir. Amma mən öz nəfəsimlə onun üzünü örtə 
bilərəm.  Güzgülər dünyanın sonuncu divarıdır.  Hər bir 
şüşə, hər bir ekran potensial, məxfi güzgüdür və 
hətta... divar, interyer fraqmentidir. Güzgülərdən 
(şüşə ekranlardan, plazma monitorlardan) o yana, yəni 
güzgüdə özümüzü görüb güzgünü görə bilmədiyimiz, dərk 
edə bilmədiyimiz yerdə sehr, mistika, möcüzə başlayır. 
Ora virtual dünyadır: orada ruhlar, kölgələr və Allah 
yaşayır. 
    Bu,  balaca  bir  fəlsəfi preambula. Qayıdaq insan 
qavrayışına, bu qavrayışda güzgü və kölgənin bulunduğu 
məqama. Biz təkcə 
cəmiyyətə 
çıxmaqmı üçün 
güzgülənirik, saçımıza daraq çəkirik, üst-başımızı 
düzəldirik, yoxsa insan psixikasının özü aynada 
ehtiyac duyur? Təbii ki, rahat güzgülənməkdən ötrü 
insan özünə AYNA yaradıb. Ancaq güzgü olmamışdan öncə 
də insan özünü görmüşdü: suda, şeh damlasında və 
təsəvvür eləmişdi ki, bu, onun ruhunun (kölgəsinin) 
şəklidir, görüntüsüdür, ikinci özüdür. Mümkün ki, məhz 
bu düşüncəyə  əsasən qədim vikinqlər ölülərini sulara 
tapşırırdılar. Yaponlar isə O-bon bayramlarında 
ruhların ölüm səltənətindən öz evlərinə, qohumlarının 
yanına çaylar vasitəsilə dönəcəklərinə inanırdılar və 
bu münasibətlə  hər bir şəxs öz əzizinin ruhu üçün 
kağızdan bir fanar-gəmicik düzəldib suya buraxırdı ki, 
ruh evin yolunu səhv salmasın, yolu azmasın. Bu 
insanın sularda güzgülənməsilə nə dərəcədə əlaqəli ola 
bilər? Fikrimcə, birbaşa  şəkildə. Güzgü (kölgə) bir 
məni iki eləyir, ruhuma və kölgəmə görkəm verir. Mənim 
güzgüdə gördüyüm əksim mənim səssiz klonumdur: yəni 
“mən” özünü güzgü vasitəsilə  “klonlaşdırır”, 
çoxaldır. Güzgüdəki sənin oğlun, sənin törəmən, sənin 
əcdadın deyil: bu, sən özünsən və  əcdad - törəmə 


 
312
birgəliyini görükdürürsən.  İnsanların güzgülərə 
aludə (heyran, vurğun) olmalarının və ona münasibətdə 
aşırı sayğılarının nədəni buradan gəlmirmi? Güzgü 
mənim lal dənizimdir.  İnsan güzgüyə  dənizə (suya) 
girən kimi girir (axı o özünü ilk dəfə su stixiyasında 
görüb tanıyıb) və müəyyən müddətə sanki balıq-adam 
olur. Çünki mənim güzgüdə  şəkillənən klonum danışsa 
da, onun səsi balıq kimi çıxmır. Mən onu eşitmirəm və 
başa düşmürəm. Mənim  əksim mənim üçün həmişə  qəfil 
sürpriz ola bilər.  İnsanlar güzgüləri həm sevirlər, 
həm də onlardan qorxurlar. Avropanın “ənənəvi kəndli 
evində güzgüdən çəkinirdilər, ona nəsə ovsun predmeti 
kimi baxırdılar. Burjua evində isə güzgülərin sayı 
artır. Mebellərdə, divarlarda, server masalarında 
onların dürlü formaları  səpələnir. Varlı evlərində 
güzgülər bolluq ideolojisini yayımlayırlar. Özünə 
sayğı göstərən burjua güzgülər sayəsində öz görkünü 
artırmaq imkanı qazanır və eləcə  də öz mal-mülkü ilə 
“oynayır”... XIV Lüdovik çağı Versalın güzgülər 
qalereyasında öz bilintisini tapır”.
1
 Beləliklə, zaman 
və 
məkan içində insan güzgünün xassələrindən 
yararlanıb öz ruhu ilə müxtəlif intellektual və 
duyğusal oyunlar qurur. Bu, düz, amma tələsməyinə 
hacət yox.  
     Məsələ bu ki, mənim düşüncəm hüdudlarında güzgü 
və kölgə ruhların özlərini gerçək aləmdə görükdürmək 
aracıdır. Güzgü insan üçün deyil, ruh üçündür. Mən 
sirrin qapısındayam. Ora daxil olmaq isə bizlərdən 
ötrü yasaqdır.  Bu sirrdən bircə işığın doğru-dürüsrt 
xəbəri var. Ruh, kölgə  və güzgü real və virtual 
dünyanın, olum və ölüm səltənətlərinin sərhəd 
zolağında zühur edən həyatın plastik görkəmidir. 
Onları zühura gətirən  İŞIQ və ZÜLMƏTİN oyunudur. 
Güzgülər yalnız işıqda yaşayır. Zülmət güzgünün 
ölümüdür. Qaranlıqda güzgülər kor olur: heç nəyi 
görmür və göstərmir.  Güzgü sanki təəccüb və qorxudan 
bərəlib böyümüş, hər hansı bir cadudan daşa dönmüş, 
heykəlləşmiş  bəbəksiz, kipriksiz və qaşsız insan 


 
313
gözüdür.  Bəlkə  də üzlərində, qafalarında bir qırıq 
da olsun tük saxlamayan XIII əsr Qələndəriyyə 
təriqətinin fəqr və zöhd içində bulunan sufiləri belə 
ideal güzgü-göz həsrətini çəkirmişlər. Bu o anlama 
gəlir ki, qələndərilər özlərini hər cür nişanədən 
məhrum Allah güzgüsü hesab eləyirdilər. Yuxu görməyən 
tanrı gözləri də elə güzgü kimi bir şeydir. Tanrı 
gözlərini qırpmır. O, mürgüləsə, dünya nizamı pozular. 
Qırpılmayan göz isə potensial güzgüdür. Onda belə 
çıxır ki, tanrı güzgüdür. Ola bilirmi, yahu? Güzgü 
dünyanı  işıqla görür. İşıq tanrıdır. Güzgü, ilk 
növbədə, işığın güzgüsüdür.  
     Lakin... yaşamaq hüququnu işıq şöləsindən qazanan 
güzgünün heç vədə öz üzü olmur. O həmişə  əksdir, 
qənşərində dayananın  əkizidir, surətidir.  Güzgüdə heç 
vaxt xalis güzgü yoxdur. Onda həmişə başqası var. 
Güzgü, bir qayda olaraq, özgəsinin güzgüsüdür. 
Güzgünün gözü görən kimi onun içinə həməncə bir özgəsi 
hopur. Güzgü işığın zülmətə, zülmətin işığa qarışdığı 
nöqtədə mövcuddur. Əgər güzgünün arxasına qara (zülmət 
bildiricisi) boya vurulmasa, o, gördüyünü göstərməz. 
Güzgü işıq və zülmət, isti və soyuq, bərk və yumşaq, 
zərif və cod, müsbət və  mənfi enerjilərin tarazlığa 
gəlib 
əbədi bir sükunətdə “donduğu” gerçəklik 
məqamının predmetidir. Güzgünün səthi işıqlıdır, 
istidir, müsbət enerjilidir, qutsaldır, arxası - 
qaranlıq, soyuq, urvatsız, mənfi enerjili. “Çaşanlar 
qaranlıqdadırlar. Qaranlıq yalnız işığın yoxluğudur. 
Qorxu, xof, heybət, həyəcanlar qaranlığın zəruri 
xassələridir”
2
 və neqativ enerjini bildirənlərdir. İşıq 
və qaranlıq güzgüdə görüşür. Güzgüdə elə bil ki gecə 
və gündüz Siam əkizi kimi əbədi olaraq bir-birinə  
pərçimlənir, bir-birinə bitişib yaşayır. 
     Güzgüdəki  əksim mənə  əks dayanandır və  mənə 
qarşıdır. Qarşı  tərəfsə  hər zaman dost və düşmən 
birgəliyini özündə qapsayır. Belə ki, absolyut dost 
olmadığı kimi absolyut düşmən də yoxdur. Bunun ona, 
onun buna çevrilməsi hər an baş verə bilər və bu 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə