Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə100/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   96   97   98   99   100   101   102   103   ...   123

 
301
etiraz doğurmur. Yəni “Dekameron” gülüşün köməyi 
ilə cəhənnəmdən qurtulmaq vasitəsidir.  
    Xristianlıqda mənəvi təmizlik bədənə verilən 
əzabdan başlayır. Bədən bürünəndə erotikanın obyektinə 
çevrilir. Həya bizim geyindiyimiz virtual paltardır.     
    İsa Məsih antik yunanların gözəl bədənlərinə 
qarşıdır.  İsa Məsihin cəfaları onun həyasıdır.  
İşgəncə, ağrı 
həzz kimi qavranılanda erotika 
müstəvisinə keçir. Burada cəfa erotikliyin motivi kimi 
götürülə bilər. İsa Məsih həyanı, başqa sözlə, virtual 
pal- tarı dini toplumlar üçün qanuniləşdirdi. 
    Cəfa İsa Məsihin həyasıdır
    Dünyanı instinktlər idarə edir... Toplumu - 
qanunlar, instinktlərin fəaliyyət çevrəmini 
müəyyənləşdirən qanunlar... Ədəbiyyat və incəsənəti 
isə - erotika: qarşıtların, qütblərin,  əksliklərin 
münasibət sehri,    münasibət müəmması... 
    Qərbin xristian mədəniyyətinin kontekstində  İsa 
Məsihlə Markiz de Sad bir-birilə üzbəüz dayanmış 
ikilik kimi “oxuna” bilər. Markiz de Sad romantizmin 
işgəncələr “bəstəkarı” idi. İsa Məsihin  introvertliyi 
Markiz de Sadın ekstrovertliyilə tarazlaşır: bunu Qərb 
mədəniyyətinin özü tarazlaşdırır. 
    Yalnız cəmiyyət soyunmağa həyasızlığın, 
abırsızlığın ekvivalenti kimi baxır. Paltarlı olmaq 
həyalı olmağın  əlaməti. Bəlkə  də  əksinə... Paltar 
olmasa, kim nəyi soyunacaq ki? Əslində, paltarı yox, 
məhz həyanı “soyunmaq” erotikdir. 
    Rəqs həmişə erotikdir: çünki intim seksual 
yaşantıları    məkanda obrazlaşdırır, işarələyir. Biz 
rəqsə baxanda isə 
həmin eyhamları bir növ 
“soyundururuq” və görürük ki, rəqsin  əsas ideyası 
özünün seksual hazırlığını, seksual imkanlarını toplum 
(ailə, tayfa, qəbilə) içrə bəyan etməkdir. 
    Xristianlıq dünya mədəniyyətinin avanqardı kimi 
səhnəyə atılır. Sənətdə avanqard özündə həmişə erotika 
cizgiləri görükdürür. O, bir qayda olaraq bəşəri 
harmoniyanın pozulmasından “ilhamlanır”, kütlənin 


 
302
düşüncə  tərzinə, yaşam üslubuna və ictimai psixoza 
qarşı 
təcavüzdə bulunur, alternativ mövqedə 
qərarlaşır. Hər bir təcavüzdə isə müəyyən qədər 
erotika gizlənib. Avanqard kütləviləşəndə, yəni 
hamıdan ötrü dəbə minəndə ölür. Avanqard potensial 
müəmmadır. Müəmma isə erotikdir. 
    Avanqard küncə qısılmışların istiqlal dinidir. 
    Din  həmişə erotikdir: çünki yasaqların arxasında 
nələrin gizləndiyindən xəbərdardır. Din ideoloji, 
mənəvi-əxlaqi çarşabdır. Din həyadır.  
    Memarlığın özü erotikdir; memarlıqda mövcud bütün 
üslublar (və formalar, formaların dinamizmə  gətirilmə 
şəkilləri) erotikdir. Çünki intim-seksual əlaqələri, 
“in” və “yan” başlanğıclarını  məkan içrə daşların 
köməyilə obrazlaşdırır. 
    Qərblə müqayisədə  Şərq həmişə pal-paltar, zər-
ziba, zinət içində  əriyib-itməyi sevib. Bütün Şərq 
mədəniyyəti erotika ilə  həyanın ecazkar sintezi 
üzərində qurulur. Yaxın və Orta Şərq məmləkətlərinin 
Ortaçağ  mədəniyyətində bu sintezin qəribə, paradoksal 
təzahürləri mövcud. 
    İslam mədəniyyəti həya mədəniyyətidir. Ona görə də 
bu mədəniyyətdə pərdə (hicab, çarşab, rübəndi, cilbab, 
pərəncə, yaşmaq, niqab PƏRDƏ invariantları kimi) 
permanent  şəkildə aktualdır.  Pərdənin mövcudluğunu 
həya labüdləşdirir. Mədəniyyət instinktlər və basqılar 
üzərinə  çəkilmiş  pərdədir. Müsəlman kişisi üçün 
çarşabın içindən görünən topuq, və ya çarşabı çənənin 
altında bürmələmiş ağ əl son dərəcə erotik ola bilər. 
Pərdə  hər zaman marağı gücləndirən faktordur. Deməli, 
örtük (həya) burada erotikanı, ehtirası, kişi 
aqressivliyini (“axı, görəsən, pərdənin arxasında nə 
var?” sorusu ən ilginc sorudur) aşkar provokasiya 
edir. Elə bu mənada mədəniyyətlə  həya arasında bir 
bərabərlik işarəsi qoymaq mümkündür. Pərdə müəmmanı, 
sirri eyhamlaşdırır. Erotika isə elə sirrin 
poeziyasıdır: 
  


 
303
           “Dəhənin dərdimə dərman dedilər cananın, 
            Bildilər dərdimi, yoxdur, dedilər dərmanın”.  
 
     Ezoterik mənalar dışında Füzulinin bu beyti çılxa 
erotika kimi qavranılır. Erotik yaşantılar ədəbiyyatda 
obraz, işarə, eyham kimi öz bədii gerçəkliyini tapır. 
P.Uspenski belə bir tezislə 
çıxış eləyirdi: 
“Mədəniyyət tarixi elə  eşq tarixidir”. Eşq qurtaranda 
ədəbiyyat da, sənət də qurtarır. Verbal və ya vizual 
mədəniyyətdə eşqin təsviri həmişə erotik xislətə malik 
olur. Çünki bu məqamda “üçüncü” faktoru həlledici 
mövqeyə varır. Təbii ki, burada söhbət məxfi 
vuoyarizmdən, yəni qadını 
xəlvəti güdməkdən, 
izləməkdən duyulan həzzdən gedir. Yazar, sənətçi sənə 
heç vaxt heç kimin görmədiyini göstərir, səni 
gizlinlərin  şahidinə çevirir. Füzuli də haradansa, 
hansı bir dəlikdənsə hamama baxır, yarını görür və 
gördüyü mənzərəni həməncə bizə danışır, bizə 
görükdürür:  
 
 
         “Qıldı ol sərv səhər nazilə həmmamə xüram, 
          Şəm’i rüxsarı ilə oldu münəvvər həmmam. 
 
          Görünürdü bədəni çaki-giribanından, 
          Camədən çıxdı, yeni ayını göstərdi tamam. 
 
          Nilgun futaya sardı bədəni-üryanın, 
          San bənövşə içinə düşdü müqəşşər badam”.
 
 
    Gözəlin hamamda paltarlarını soyunub üryan olması 
və yenidən al fitəyə bürünməsi üzərində Füzulinin 
qurduğu erotik oyun son dərəcə suggestivdir. Bu 
erotikanı şərtləndirən bir də şairin həyasıdır ki, onu 
pornoqrafiya (qədim Yunanıstanda  ən ucuz fahişələrə 
“pornay” deyirdilər. “Pornoqrafiya” kəlməsi də məhz bu 
sözdən düzəldilmədir) səviyyəsinə enməyə qoymur. 
Füzuli seksual həvəsi bacardıqca daha çox 
məxfiləşdirmək, eyhamlaşdırmaq, öz həyası, xəfif bir 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə