Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə96/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   92   93   94   95   96   97   98   99   ...   123

 
289
bu hal müsəlmanı birbaşa  “arzu və qadağa” 
konfliktinə 
gətirib çıxarır, onun ruhi-psixi 
tarazlığını, rahatlığını pozur. 
       XX  yüzil  Azərbaycan mühitində bu psixi 
diskomfort aradan götürülür. Bu işdə Avropa 
mədəniyyətinin və rus-sovet məişət etiketinin rolu heç 
də az deyil. Belə ki, XX əsrdə (xüsusilə  də sovet 
dönəmində) meyxanə kandarından içəri girən müsəlman 
artıq tərəddüd hissi keçirmir. “Məscid və meyxanə” 
qarşıdurumunda kütlə ikinciyə daha çox üstünlük verir: 
qələbə meyxanənindir. Di gəl ki, Şərq mədəniyyətinin 
mistik-fəlsəfi süsləmələri kontekstindən tədricən 
çıxarılan meyxanalar (meyxanələr) XX yüzil 
Azərbaycanında adi, rusbabı  qəlyanaltılara çevrilir. 
Sonucda meyxanə zamanın gərdişinə, tələbinə güzəştə 
gedib dönür sadə, ucuz qida məntəqəsinə.  yeməkxana, 
cızbızxana və ya xaşxana kimi “ixtisalaşıb” enir 
beşmərtəbəli evlərin zirzəmisinə. MEY arağa 
dəyişdirilir. Meyxanənin yaraşığı sayılan xalça-palaz 
müşəmbə süfrəli dördkünc düşərgə stolları ilə, 
mütəkkələr isə dəmirayaqlı taxta kətillərlə əvəzlənir. 
Bahalı restoranlar dəbə düşür: amma bura getməyə  hər 
adamın cibi imkan vermir. Hərçənd toplum içrə öz 
müsbət imicinə xələl gətirmək istəməyən sovet adamları 
meyxanə qapılarının kandarını adlayıb keçmirlər. 
       Meyxanələrin, - qida məntəqələrinin, - 
müştərilərisə adətən yeyib-içməyi xoşlayan ustalardır, 
alverçilərdir, peşəkar 
əyyaşlardır, kasıb 
ziyalılardır, məhəllə  təəssübü çəkən başıkepkalı 
cayıllardır, teatr sənətçiləridir, bir də qeybət 
qırmağa həris taksi şoferləri. Elita meyxanəni özünə 
yaraşdırmır və əksinə. 
       XX  yüzilin  meyxanəsi, yəni qəlyanaltısı, 
uğuldayan arı  pətəyindən yalnız radionun mütəmadi 
dəyişən verilişlərinin səs ahəngiylə  fərqlənirdi. 
Keçən əsrin 20-ci illərindən bəri günboyu “mızıldayan” 
balaca radiolar Bakı meyxanələrinin vacib bir atributu 
olur. Dünyanı özünəxas bir şəkildə anlamaq, çözmək, 


 
290
strukturlaşdırmaq və dekonstruksiya eləmək üçün 
radio meyxanələrə lazımdır. Belə ki, meyxanə (meyxana) 
şəhərin aktiv ünsiyyət bölgəsidir.  Hər hansı bir yeni 
informasiya xalq arasına məhz meyxanədən “sızır”dı, 
yayılırdı. Meyxanə XX əsr Bakısında açıq söhbətlər və 
diskussiya klubu idi, qədeşlərin, taksi şoferlərinin, 
ustaların apardığı siyasi icmal klubu idi. Burada heç 
bir mövzu senzuraya məruz qalmırdı. Çünki kefli 
meyxanə  əhlini sovet gerçəkliyində  rəsmi dövlət 
orqanları  və hökumət təşkilatları ciddi qəbul 
eləmirdilər. 
     Meyxanə XX əsr Azərbaycan gerçəkliyində xalqın 
meydan həyatının kiçik modelidir. Burada bol-bol 
yeyib-içməklə yanaşı  ağzına gələni danışa bilərsən; 
söyüş söyməyə  də icazə verilir, and içməyə  də,  şeir 
deməyə  də, hər cür qəbildən olan lətifələr söyləməyə 
də. XX yüzildə meyxanə darısqal otağa sığışmış 
meydandır. Bu əsrdə meyxanələr şəbəkəsində nağılçının, 
xanəndənin yerini MEYXANA ustası tutur. 
     Qadınları meyxanələrə buraxmazdılar. Çünki 
Azərbaycanda mövcud meyxanələrin hamısı kişilərə 
məxsus idi. Ona görə meyxanə küncündə  bədahətən 
deyilən  şeir (hazırlıqsız, düşünülmədən, improvizə 
şəklində söylənilən hər şeir bədihədir və ya bədyədir) 
yalnız və yalnız kişilərdən ötrü olub. Odur ki, 
meyxana müəllifləri də  həmişə kişilərdir.  MEYXANA söz 
xiridarlarının meyxanə kontekstində araqla 
“ünsiyyət”indən yaranan şifahi  ədəbiyyat nümunəsidir. 
MEYXANA ağız  ədəbiyyatıdır, yazıya köçdümü, çap 
olundumu, ucuczlaşır, miskinləşir, mənasını tamam 
itirmiş olur.  Nədən ki, bədihə (bədyə) bir nəfərin 
solo improvizəsidir. Meyxana isə iki şəxsin 
bədihəsinin nəticəsi kimi meydana gəlir. Bədihə 
meyxana deyil: meyxanada bədihə elementi var. Ağ 
vərəqlər üzərində isə meyxana yoxdur: çünki meyxananı 
yaradan atmosfer yazıda öz əksini tapa bilmir. Bədihə 
ədəbi janr yox, daha çox xarakterdir, şəxsi 
keyfiyyətdir və neqativdə anlaşılır. Bədihəxan 


 
291
çərənçi, uzundanışan mənalarını özündə qapsayır. 
Meyxanada bədihənin rudimentləri, 
şübhəsiz ki, 
mövcuddur. Lakin bədihə ilə meyxananın arasına 
bərabərlik işarəsi atmaq olmaz. Bədihəni meyxananın 
kökləri (lokusu) kimi tanıtmaq mümkündür. Nədən ki, 
meyxananın bir janr kimi tarixi bir o qədər də uzağa 
getmir. Orta əsr meyxanələrində heç vaxt meyxana 
deyilməyib: bura sufilərin və  şairlərin fəlsəfi 
söhbətlərinin məkanı olub. Yalnız zaman keçdikcə 
siyasi, ideoloji, dini, kulturoloji məsələlər 
ucbatından meyxanələr ucuzlaşıb, urvatsızlaşıb, 
sadəcə, mey evlərinə çevriliblər. O da ola bilər ki, 
meyxana bir janr kimi bilincsizlik qatında 
meyxanələrin sufi yaddaşına bir qayıdışdır, bir 
dönüşdür.                      
     Amma bütün yozum və şərhlərdə bir şey danılmazdır 
ki,  əsl  MEYXANA bir janr kimi XX yüzil Bakı 
meyxanələrinin folklorudur, meyxanə  məclislərinin 
improvizə  şəklində düzənlənən folklorudur, Abşeiron 
kəndlərinin toyxana folklorudur, kefli kişilərin
şəhər qədeşlərinin məhəllə folklorudur. Bu folklorda 
XX  əsrə kasıblar, məhbuslar, cayıllar, ustalar, 
quşbazlar,  əyyaşlar güzgü tutur, “vedrə bağlayır”. 
Meyxana tarixə, gerçəkliyə, gündəlik olaylara, 
mədəniyyət faktlarına, ictimai-siyasi hadisələrə, 
tribunadan, səhnədən, ekrandan görünən  şəxsiyyətlərə 
və  hətta  ənənəvi  şeir məclislərinə xüsusi lotuyana 
baxım bucağıdır, xalqın meydan həyatına xas qavrayış 
tərzinin qafiyəli  şeir formasında ifadəsidir.  Şərq 
bazarlarının poeziyasıdır meyxana. 
     Mən biləni yer üzünün heç bir xalqı meyxana 
söyləmir. Onun vətəni Abşeirondur. Bugünsə meyxana 
tamam yeni bir halətdədir, az qala rəsmi statusdadır 
və müasir güzərana tam adekvatdır. Azərbaycan 
ədəbiyyatının meyxana irsinə gəldikdə isə deyilməlidir 
ki, bu, XX əsr Bakısının portretinə, Bakı  əhlinin 
portretinə, dövrün, zəmanənin rəsmi portretinə  və 
tarixinə  əlavə akvarel ştrixlər, ötəri cizgilər, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə