289
bu hal müsəlmanı birbaşa “arzu və qadağa”
konfliktinə
gətirib çıxarır, onun ruhi-psixi
tarazlığını, rahatlığını pozur.
XX yüzil Azərbaycan mühitində bu psixi
diskomfort aradan götürülür. Bu işdə Avropa
mədəniyyətinin və rus-sovet məişət etiketinin rolu heç
də az deyil. Belə ki, XX əsrdə (xüsusilə də sovet
dönəmində) meyxanə kandarından içəri girən müsəlman
artıq tərəddüd hissi keçirmir. “Məscid və meyxanə”
qarşıdurumunda kütlə ikinciyə daha çox üstünlük verir:
qələbə meyxanənindir. Di gəl ki, Şərq mədəniyyətinin
mistik-fəlsəfi süsləmələri kontekstindən tədricən
çıxarılan meyxanalar (meyxanələr) XX yüzil
Azərbaycanında adi, rusbabı qəlyanaltılara çevrilir.
Sonucda meyxanə zamanın gərdişinə, tələbinə güzəştə
gedib dönür sadə, ucuz qida məntəqəsinə. yeməkxana,
cızbızxana və ya xaşxana kimi “ixtisalaşıb” enir
beşmərtəbəli evlərin zirzəmisinə. MEY arağa
dəyişdirilir. Meyxanənin yaraşığı sayılan xalça-palaz
müşəmbə süfrəli dördkünc düşərgə stolları ilə,
mütəkkələr isə dəmirayaqlı taxta kətillərlə əvəzlənir.
Bahalı restoranlar dəbə düşür: amma bura getməyə hər
adamın cibi imkan vermir. Hərçənd toplum içrə öz
müsbət imicinə xələl gətirmək istəməyən sovet adamları
meyxanə qapılarının kandarını adlayıb keçmirlər.
Meyxanələrin, - qida məntəqələrinin, -
müştərilərisə adətən yeyib-içməyi xoşlayan ustalardır,
alverçilərdir, peşəkar
əyyaşlardır, kasıb
ziyalılardır, məhəllə təəssübü çəkən başıkepkalı
cayıllardır, teatr sənətçiləridir, bir də qeybət
qırmağa həris taksi şoferləri. Elita meyxanəni özünə
yaraşdırmır və əksinə.
XX yüzilin meyxanəsi, yəni qəlyanaltısı,
uğuldayan arı pətəyindən yalnız radionun mütəmadi
dəyişən verilişlərinin səs ahəngiylə fərqlənirdi.
Keçən əsrin 20-ci illərindən bəri günboyu “mızıldayan”
balaca radiolar Bakı meyxanələrinin vacib bir atributu
olur. Dünyanı özünəxas bir şəkildə anlamaq, çözmək,
290
strukturlaşdırmaq və dekonstruksiya eləmək üçün
radio meyxanələrə lazımdır. Belə ki, meyxanə (meyxana)
şəhərin aktiv ünsiyyət bölgəsidir. Hər hansı bir yeni
informasiya xalq arasına məhz meyxanədən “sızır”dı,
yayılırdı. Meyxanə XX əsr Bakısında açıq söhbətlər və
diskussiya klubu idi, qədeşlərin, taksi şoferlərinin,
ustaların apardığı siyasi icmal klubu idi. Burada heç
bir mövzu senzuraya məruz qalmırdı. Çünki kefli
meyxanə əhlini sovet gerçəkliyində rəsmi dövlət
orqanları və hökumət təşkilatları ciddi qəbul
eləmirdilər.
Meyxanə XX əsr Azərbaycan gerçəkliyində xalqın
meydan həyatının kiçik modelidir. Burada bol-bol
yeyib-içməklə yanaşı ağzına gələni danışa bilərsən;
söyüş söyməyə də icazə verilir, and içməyə də, şeir
deməyə də, hər cür qəbildən olan lətifələr söyləməyə
də. XX yüzildə meyxanə darısqal otağa sığışmış
meydandır. Bu əsrdə meyxanələr şəbəkəsində nağılçının,
xanəndənin yerini MEYXANA ustası tutur.
Qadınları meyxanələrə buraxmazdılar. Çünki
Azərbaycanda mövcud meyxanələrin hamısı kişilərə
məxsus idi. Ona görə meyxanə küncündə bədahətən
deyilən şeir (hazırlıqsız, düşünülmədən, improvizə
şəklində söylənilən hər şeir bədihədir və ya bədyədir)
yalnız və yalnız kişilərdən ötrü olub. Odur ki,
meyxana müəllifləri də həmişə kişilərdir. MEYXANA söz
xiridarlarının meyxanə kontekstində araqla
“ünsiyyət”indən yaranan şifahi ədəbiyyat nümunəsidir.
MEYXANA ağız ədəbiyyatıdır, yazıya köçdümü, çap
olundumu, ucuczlaşır, miskinləşir, mənasını tamam
itirmiş olur. Nədən ki, bədihə (bədyə) bir nəfərin
solo improvizəsidir. Meyxana isə iki şəxsin
bədihəsinin nəticəsi kimi meydana gəlir. Bədihə
meyxana deyil: meyxanada bədihə elementi var. Ağ
vərəqlər üzərində isə meyxana yoxdur: çünki meyxananı
yaradan atmosfer yazıda öz əksini tapa bilmir. Bədihə
ədəbi janr yox, daha çox xarakterdir, şəxsi
keyfiyyətdir və neqativdə anlaşılır. Bədihəxan
291
çərənçi, uzundanışan mənalarını özündə qapsayır.
Meyxanada bədihənin rudimentləri,
şübhəsiz ki,
mövcuddur. Lakin bədihə ilə meyxananın arasına
bərabərlik işarəsi atmaq olmaz. Bədihəni meyxananın
kökləri (lokusu) kimi tanıtmaq mümkündür. Nədən ki,
meyxananın bir janr kimi tarixi bir o qədər də uzağa
getmir. Orta əsr meyxanələrində heç vaxt meyxana
deyilməyib: bura sufilərin və şairlərin fəlsəfi
söhbətlərinin məkanı olub. Yalnız zaman keçdikcə
siyasi, ideoloji, dini, kulturoloji məsələlər
ucbatından meyxanələr ucuzlaşıb, urvatsızlaşıb,
sadəcə, mey evlərinə çevriliblər. O da ola bilər ki,
meyxana bir janr kimi bilincsizlik qatında
meyxanələrin sufi yaddaşına bir qayıdışdır, bir
dönüşdür.
Amma bütün yozum və şərhlərdə bir şey danılmazdır
ki, əsl MEYXANA bir janr kimi XX yüzil Bakı
meyxanələrinin folklorudur, meyxanə məclislərinin
improvizə şəklində düzənlənən folklorudur, Abşeiron
kəndlərinin toyxana folklorudur, kefli kişilərin,
şəhər qədeşlərinin məhəllə folklorudur. Bu folklorda
XX əsrə kasıblar, məhbuslar, cayıllar, ustalar,
quşbazlar, əyyaşlar güzgü tutur, “vedrə bağlayır”.
Meyxana tarixə, gerçəkliyə, gündəlik olaylara,
mədəniyyət faktlarına, ictimai-siyasi hadisələrə,
tribunadan, səhnədən, ekrandan görünən şəxsiyyətlərə
və hətta ənənəvi şeir məclislərinə xüsusi lotuyana
baxım bucağıdır, xalqın meydan həyatına xas qavrayış
tərzinin qafiyəli şeir formasında ifadəsidir. Şərq
bazarlarının poeziyasıdır meyxana.
Mən biləni yer üzünün heç bir xalqı meyxana
söyləmir. Onun vətəni Abşeirondur. Bugünsə meyxana
tamam yeni bir halətdədir, az qala rəsmi statusdadır
və müasir güzərana tam adekvatdır. Azərbaycan
ədəbiyyatının meyxana irsinə gəldikdə isə deyilməlidir
ki, bu, XX əsr Bakısının portretinə, Bakı əhlinin
portretinə, dövrün, zəmanənin rəsmi portretinə və
tarixinə əlavə akvarel ştrixlər, ötəri cizgilər,
Dostları ilə paylaş: |