295
ehtiyac yaranır ki, sevgi adiləşib, sevgi ölüb və
obyektə pozitiv təsir enerjisini itirib. O yerdə ki,
toplumun yaşamaq enerjisi tükənir, həyat daha intensiv
şəkildə mərasimləşir, teatrallaşır.
Mədəniyyət yenidən kosmosa dönmək, kosmosu bərpa
etmək uğrunda son cəhddir.
Uyqarlıq ölüm ayağında ikən erotikanı şəhər
meydanına kütlə üçün bir yal kimi tullayır. Elə məhz
bu məqamda həya toplumun əxlaq “gündəliyində” aparıcı
mövqedə qərarlaşdırılır. Toplumun mənəvi dəyərləri
erotika ilə həyanı qarşıdurumlar kimi götürür,
gerçəklikdə isə onlar əl-ələ verib yanaşı gəzirlər.
Mədəniyyət həya ilə erotikanı bir arabaya qoşub
özünə bazar düzəldir.
Şəhər kübarlarının seksual oyunbazlığı erotikanı
mədəniyyətdən ötrü aktuallaşdırır.
Kənddə erotika yaşamır.
O zaman ki ş(s)into məbədgahının kahinəsi O-kuni
şəhər küçələrinə çıxıb erotik rəqslər göstərməyə
başladı, yapon Kabuku teatrının təşəkkülü üçün zəmin
hazırlandı.
Erotika əyninə həmişə həya paltarı geyinir. Onun
akkumulyativ nüvəsi həyadır. Həya permanent olaraq
maneədir. İnsan bu maneəni daim adlamağa çalışır ki,
özünü tam rahat və sərbəst hiss eləsin. Lakin həyanın
sərhədindən o yana tanrısızlıq və ruhun depressiyası
başlayır.
Eros ruhu divanələşdirir. Bunu qədim yunanlar belə
yazıblar. Onlar onu da yazıblar ki, eros dağıdıcı
stixik qüvvədir, qasırğa kimi bir şeydir, ilan
xislətlidir. Bunun ardınca əski romalılar da yazıblar
ki, eros sevgini yox, təbiətin ölümünü, əziyyəti,
qışı, soyuğu, qürubu, ayrılığı, harmoniyanın
pozulduğunu bildirir.
Di gəl ki, bununla yanaşı...
... qədim yunanların mifoloji təfəkküründə Eros və
ya Erot tanrıdır. Anası məhəbbət ilahəsi Afroditadır.
Bəs atası kim olsa yaxşı? Heç inanılası deyil ki, bu,
296
müharibə tanrısı Aresdir. Əbəsdən “Ares” və “Eros”
sözləri az qala eyni cür səslənmir ki? Ona görə də
savaş tanrısının oğlu Eros dəcəldir, şələşurdur:
hərçənd həmişə anası Afroditanın yanında qanadlı
oxatan oğlan, mələksimalı uşaq kimi təsvir olunur. Lap
öncələr Eros xaosdan sahmanlı dünya yaradan idi, öz-
özünü törədən kosmoqonik qüvvə idi. Çox-çox sonralar
isə qədim yunanlar ona tanrı valideynlər tapdılar və
Erosun funksiyasını müəyyənləşdirdilər: iki nəfər
arasında sevgi, seksual coşqu oyatmaq.
Deməli, Eros hələ qədim yunan mədəniyyəti
müstəvisində ziddiyyətli fiqur, kontrastlı xarakter və
mübahisəli personaj kimi qavranılırdı. Hamı başa
düşürdü ki, Afrodita kimdir. Bəs sevgi tanrısı olan
yerdə Eros nə iş görür? Bax, bu məqamda onunla bağlı
konkretlik və aydınlıq buxarlanıb yox olurdu. Düzdür,
Erosu tanrı Afroditanın köməkçisi kimi də yozmaq
mümkün idi. Amma bununla iş tamamlanmırdı. Eros
müstəqillik nişanələri görükdürürdü.
Gələsinə tarixdə onun müşkülləri daha da artdı.
Nədən ki, erotika rüsvayçılığa tay tutuldu. Beləliklə,
əxlaq erotikanın düşməni oldu, təxəyyül isə şəriki.
Seksual basqılar düşüncə ilə sazişə gələndə erotika
üçün yaşıl işıq yandırılır.
Erotika nədir? Seks üzərində qurulmuş tamaşa,
oyun; intim əlaqələri primitivlikdən uzaqlaşdırmaq
cəhdi, düşüncəyə ünvanlanmış mesaj.
Sokratla Platon Erosu ruh dünyasının əlaməti
bilirdilər. Platon elə hesab edirdi ki, Eros gözəllik
ideyasının dərkinə olan vurğunluqdur, sevgidir. Burası
xalis fəlsəfə.
Erotika
orgiyanı
şərtləndirəndə toplumun
harmoniyası üçün, insanların əxlaqı üçün qorxu və
təhlükə aşkarlanır. Çünki orgiya kordur və xəstə
cəmiyyətin, xəstə uyqarlığın simptomudur,
qızdırmasıdır. Orgiya sayıqlayır və heç kimi tanımaq
istəmir. Bu qədim Yunanıstanda da belə olub, indi də
belədir. Tanrı Dionisin şərab pərizadəsi Aqava orgiya
297
yaşantılarından coşub, özündən çıxıb, affektə uyub,
kefdən başı dumanlanıb öz doğma oğlu Penfeyi parça-
tikə eləyir. Erotikanın sonucu gəlib orgiya ilə yekun-
laşır. Orgiya çərçivəsində isə artıq erotika özünə yer
tapa bilmir. Səbəb də bu ki, orgiya dəliliyin və
cəhənnəmin sərhədidir.
Orgiyada erotizm minimal həddə enir. Belə ki,
burada həya fenomeni aradan götürülür. Orgiya zamanı
heç kim bir-birindən yaşınmır. Bu vaxt insan yenidən
sürüyə qayıdır. Erotizm bədənin yox, fikrin
xassəsidir. Erotika psixoloji faktordur: təbiətini
təxəyyül müəyyənləşdirir.
Orgiya həya üzərində qalibiyyəti simvollaşdırır.
Bununla isə uyqarlıq öz ölümünə imza atır.
Həya həqiqətlə birlikdə vətəndaşlığın dirəyidir.
Amma əslində... elə həyanın özü erotikdir.
Həyasızlıq isə pornoqrafiyadır, və əksinə.
Bu söyləmlər qədərincə cəlbedici olub da diqqəti
həməncə özünə çəkməyə qadir.
Həya itirilən kimi erotika da itir. Bundan o
yanası əzələ çalışqanlığıdır.
Azərbaycan ənənəvi mədəniyyəti şəbəkəsində həya
pozitiv işarəli bir təzahür kimi daim qiymətdədir.
Həya nədir? Təbiətdə buna bir görk bulmaq imkanı
sıfır. Fəlsəfə də bu suala birbaşa cavab verməyib ki,
biz də bilək, görək, həyanı nə cür qavramaq caiz. Heç
“erotika” anlayışının da yüzfaizli aydın izahı yox.
S.İ.Ojeqovun “Rus dili lüğəti”ində bu söz hissiyyat,
cinsi əlaqəyə və onun təsvirinə meyl, həvəs kimi
mənalandırılır.
Həya ailənin keyfiyyətidir. Burada o nizamlayıcı,
qoruyucu funksiya daşıyır, instinktləri cilovlayır,
onları geyindirir. Mədəniyyəti yaradan da elə həyadır.
Bəlkə bu fikri belə də ifadə etmək olar: mədəniyyət
ona görə mövcuddur ki, həya var. Mədəniyyət nəyisə
ört-basdır etmək deməkdir, instinktləri göstərmədən
onlar haqqında danışmaq, onları nəzarətdə saxlamaq,
onların xislətini anlamaq, onların sosial “mən”ə qarşı
Dostları ilə paylaş: |