304
xəcalətilə pərdələmək istəyir. Bax, budur təsvirdə
erotikanı gücləndirən. Burada qorxunun özü də həya
invariantı kimi götürülə bilər, yəni “dedim və peş-
manladım” situasiyası. Peşmanlamaq həmişə aşkar və
latent qorxu ucbatından olur. Əslində, erotika ilə
bədən yox, beyin, şüursuzluq yox, bilincaltı məşğul
olur. Ona görə hedonizm (hedone - ləzzət, həzz) bədən
üçün deyil, beyin üçündür.
Ol
səbəbdən də
mən deyirəm ki, erotika
antireallıqdır, daha doğrusu, düşüncə parametrlərinin
virtual reallığıdır, dünya içində dünyadır. Erotika
seksin teatral dil sistemidir.
“Əlfiyyə və Şəlfiyyə”, “Həvəsnamə” (özünəməxsus
“Kama-sutra” variantları) kimi risalələr Ortaçağ
müsəlman mədəniyyətinin pornoqrafik lüğətidir və
seksin metodologiyasının kataloqudur. Bu metodologiya
insan təxəyyülü ilə interpritasiya edildikdə erotika
hüsnündə təzahür eləyir. Folklor da bu prosesdə aktiv
iştirakçı:
“İksimiz bir köynəkdə
yaxası dar oleydi”.
Köynəksiz sevgililər pornoqrafik görüntü obyekti
olurlar. Köynək burada xalqın abır-həyasıdır. Elə məhz
bu həya obrazı erotikləşdirir; və eyni zamanda
qəribəsi budur ki, onu legitimləşdirir.
Şərq
mədəniyyətində həya həm də seksual oyunların sərhədini
cızır: bura başqaları gələ bilməz. İki sevgiliyə bir
köynəkdə xoşdursa, deməli, bu “köynək” onların azadlıq
hüdudlarını işarələyir:
“Gəlmişəm otağına oyadam səni”
və ya
“Süpürmüşəm sarayı,
Həsri basma, dolan, gəl.
Gözlərəm təzə ayı...
Həsri basma, dolan, gəl.”
305
Yaxud
“Dur, gəl, sən bizə,
Duraq üz-üzə
Ay işığında”.
ya da
“O yana döndər məni,
bu yana döndər məni”
kimi nümunələr mənim söylədiklərimi təsdiqləyir.
Sevgililərin intim məkanı özgələrdən ötrü qapalıdır və
toxunulmazdır (ya köynəkdir, ya otaqdır, ya da
saraydakı həsirin üstüdür). Hər bir sənətçi (yazıçı,
şair) isə məhz bu məkandan “reportaj aparmağa”, bu
məkanı və bu məkandakı yaşantını öz seyrçisinə (oxu-
cusuna) görükdürməyə, onu legitimləşdirməyə çalışır.
Əgər biz bu məkana daxil oluruqsa, birmənalı şəkildə
“üçüncüsü” oluruq. “Üçüncü”nün baxışı məqamı artıq
apriori, yəni öncədən və
şərtsiz-filansız
erotikləşdirir. Bu baxımdan müsəlman aləmində hicab
(çarşab, pərəncə) qadını “üçüncü”nün erotizmindən
qorumaq məqsədi güdür. Hicab bildirir ki, başqasının
bu sevgi məkanında yeri yoxdur. Digər tərəfdən isə
sirr, müəmma duyğusunu çarşab bir az da gücləndirir.
Milli ədəbi-bədii təcrübə, islam ənənəsinin
cızdığı
sərhədləri vurub-dağıdaraq, Azərbaycan
qadınını sanki həmişə çarşab dışında, çarşab içindən
çıxarıb vəsf etməyə çalışıb. Professor Niyazi Mehdi,
intellektual fikir müstəvisində milli düşüncə faktı
kimi təqdim olunacaq qədər dəyərli, “Şərq
mədəniyyətində “virtual hicab” və kişilərin seksual
aqressivliyi” məqaləsində bu məsələnin inkişaf
dinamikasını belə çözür: “Əski türklərdə, Dədə
Qorquddan görürük ki, “qaz yerişi”nin diktə etdiyi
bədən silueti qadın erotikliyinin göstəricisi imiş.
306
Sonrakı çağların poeziyası göstərir ki, mədəniyyət
“çəkiliş kamerası”nı qadın yerişindən çevirib qadın
gözünə, zülfünə, dodaqlarına, yanaqlarına yönəldir.
Azərbaycanda yalnız Vaqif poeziyasında “çəkiliş
kamerası”nın görüm dairəsi genişlənir, qadının döşləri
(gərdəni, sinəsi, beli də həmçinin - A.T.) poeziyaya
girir. Bütün bu axırıncılar da “bədənlərin tarixi”
ideyasının elm üçün relevantlığını (məsələyə dəxli
olan)”
2
aşkarlayır.
Konseptual planda yanaşsaq Qərbə nisbətən Şərqdə
erotikanın semiozisi daha geniş və daha mürəkkəbdir.
Şərq mədəniyyəti erotik saçmalardan qaynayıb daşır.
Təsadüfi deyil ki, XX yüzilin hər bir mərhələsində
özünü avanqard kimi tanıtmış sənət və ədəbiyyat
təmayüllərinin şəcərəsi Şərq uyqarlığından gəlir.
İslam ölkələrinin klassik poeziyasında “gül və
bülbül” sevgidən bir az artıq seksual-erotik
münasibətləri eyhamlaşdırır. Bu poeziyaya “türkün
sözü” ifadəsinin semiozisindən yanaşanda qutlu
mətnlərdə ayıb mənalar aşkarlanır. “Türkün sözü”nün
patoloji karnaval suggestiyası həmin mətnlərdəki
yüksək ideya və idealları sürətlə aşağılayır, Teksti
bir kontekstdən çıxardıb başqa kontekstə yükləyir və
üzü astara çevirib daşı daş üstdə qoymur. Həqiqətən,
poeziyada hər sözün öz erotik sızdırmaları var: ayrı
cür desək, poeziyada hər söz erotikdir. Məsələn;
“Yenə qondu şax budağa”;
və ya poetik nəsrdən bir nümunə:
“Bülbül sinəsini qızıl gülün tikanına o qədər
sürtdü ki, bağrı qan oldu”;
və yaxud:
“Mail oldum sənin incə belinə,
Canım qurban olsun dadlı dilinə.
307
Aşiq olub sənin hüsnün bağına
Qırmızı güllərin dərməyə gəldim”;
ya da ki:
“Əmərəm ləblərini ta nəfəsim var mənim,
Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim”
Şərq erotikasının semiozisi şəhraşublarda qəşəngcə
sərgilənir və bir daha erotikanın şəhər kültürü ilə
bağlılığını eyhamlaşdırır. “Şəhraşub” sözü bir
tərəfdən, professor Rəfael Hüseynovun yazdığı kimi,
“hüsnü, cəmalı ilə şəhərə fitnə salan” gözəlləri, baş-
qa cür desək, afətləri bildirir, digər tərəfdən isə
şəhərdə səs-küyə, qarışıqlığa səbəb olan adamı. Bax,
elə ona görə də islam poeziyasında erotik şeirə
“şəhraşub” deyilir. Əgər müəyyən qədər epataja varsaq,
onda belə çıxacaq ki, şəhraşublar şəhərə qarma-
qarışıqlıq gətirən şeirlərdir, şəhər harmoniyasını
pozan, şəhər kültüründə deqradasiyanı eyhamlaşdıran
şeirlərdir. Şəhraşublara haradasa poeziyanın geyşaları
qismində baxmaq mümkün. Əlbəttə ki, misallar XII əsr
Azərbaycan şairəsi Məhsətidəndir:
“Mənə töfhəsini çörəkçi dilbər
Cəhalətlə deyil, naz ilə verər.
Qəmiylə xəmirə döndərdi məni,
Qorxuram oda verə məni bu səhər”
və ya;
“Bənzər, dərzi oğlu, üzün qəmərə,
Sənə yüz Məhsəti dönər çakərə.
Əlindəki saptək əlim düşə kaş,
Şəkər dodağına gündə yüz kərə”
Farsdilli ədəbiyyatda şəhraşublar intim-seksual
münasibətlərin bədii-simvolik təsvirini verir. İslam
mədəniyyəti kontekstində şəhraşublar erotik poeziya
nümunələri olub şəhvani hisslərin qıcıqlandırıcıları
Dostları ilə paylaş: |