292
gözlənilməz
yozmalar kimi, Bakı haqqında rəsmi
mədəniyyətdə fiksə edilmiş
şeirlərə, mahnılara
özünəməxsus bir kontrapunkt kimi qiymətlidir.
Meyxana Orta çağlardan XX yüzilə əprimiş,
sozalmış, fağırlaşmış bir görkəmdə gəlib çıxan
meyxanələrin (qəlyanaltıların) qoca dünya ilə kişiyana
zarafatıdır.
MEYXANA qəzəlin astar üzüdür, başqa yöndən
yanaşsaq, qəzələ karikaturadır, onun nisbətən
cavanyana, asan, lakin kobud, köntey və aqressiv,
“dalaşqan” variantıdır; bir çox təzahürlərində isə
həcvdir, hədyandır; kimə istəsən öcəşər, nəyi desən
lağa qoyar, qorxmaz, çəkinməz, boynunu büküb dayanmaz.
Çünki meyxana ustad sənətkarlardan savayı avtoritet
tanımır. Odur ki, Azərbaycanda meyxana təkcə ədəbi
deyil, həm də sosial hadisədir.
Qəzəl muğamata söykənir, meyxana diringəyə. Biri
janrın zadəganıdır, digəri - cüvəllağısı.
Sonucda isə sual yenə əvvəlkidir: MEYXANA
Azərbaycanda nə idi? Sosial və mənəvi basqılara qarşı
yönəlmiş
sərxoş etirazın hap-gopu, qədeşyana
ədabazlığı; meyi əvəzləmiş arağın məzəli hikkəsi;
keflənib yumşalmış qəzəbin lotuyana romantikası; avaz,
çırtma və nağara diringəsiylə “rəndələnən” əruz;
toyxanaların bir torba pulla vəznlənmiş zarafatı;
dünyanın və həyat olaylarının seksual-fantasmaqorik
təsviri; qafiyələnmiş söyüş və təhqir çələngi; ideal
primitivliyin sevinci; içkidən “dumanlanıb” valaylanan
mübarizə, höcət; müştüklü “Kazbek”in tüstüsü arasından
görükən padşahlıq iddiası; bekar və qədeş məhəllə
uşaqlarının “misralanmış” cığallığı, müasirliyin Kosa
və Keçəl deyişməsi; Çənbərəkənd cayıllarının qeyri-
rəsmi himni; meydanın söz pəhləvanlarının spirt
qoxuyan sadəlövh fəlsəfəsi və təkəbbürlü istehzası;
qəzəlin topal qardaşı; şəhər teatrının atmaca
dialoqlar üzərində qurulmuş ucuz variantı; Ortaçağ
Şərq poeziyasının XX əsr gerçəkliyində yaşamaq cəhdi.
293
Bəs indi meyxana kimindi və nəmənədi?
Meyxana məşq edənindir; çünki əvvəldən axıracan
qəlpdi, qəlibdi. Kim daha çox əzbərlədi, meyxana
onundur: yəni çevir tatı, vur tatı.
Meyxana bugün
ekrana möhtacdır; ona görə dili qısadır. Nədən ki,
rəsmiləşmək istəyir, şou-biznesə qatılmaq istəyir,
varlanmaq istəyir, gündəmdə qalmaq istəyir. Belə
getsə, çox az bir müddətdə hər üç azərbaycanlıdan
ikisi meyxana ustadı kimi tanınacaq. İndi Azərbaycanda
o qədər meyxanaçı var ki, rahatcana bir meyxana
kolleci açmaq mümkündür... Mən bir çox məqamlarda
görürəm ki, bugün camaatın özünüidentifikasıyası, yəni
özünütanıması, özünübilməsi teatrda yox, meyxanada (və
ya aşıq məclislərində) baş verir. Meyxana kütləviləşir
(milli mədəniyyətdə isə klassik musiqinin,
təsvir
sənətinin, operanın, baletin, teatrın mövcudluq
çərçivəsi daralır): və hətta belə də demək olar ki,
kütləviləşib müasir Azərbaycan ədəbiyyatını “yeyir”.
Niyəsini xırdalamaqdan ötrü mən gərək başqa bir məqalə
yazım. Bəlkə meyxana muğama və qəzələ (milli sənət
genotipinə) bir refleksiya olduğu üçün bu belədir? Və
bəlkə də ona görə ki, meyxana susqun çoxluğun qan
yaddaşındadır? Və bəlkə də ol səbəbdəndir ki, birinci:
meyxana xalqın anladığı dildə danışır; ikincisi:
meyxanada xalq danışır. XXI əsrin əvvəlində meyxananın
“intibahı” dövrün, zəmanənin
ən təzadlı
paradokslarından biridir. Bu barədə düşünməyinə dəyər,
cənablar! Çoxluq yazıçını, şairi, ziyalını yox,
meyxanaçını tanıyır, meyxanaçını seçir və deməli, ona
inanır...
Ola bilərmi ki, bu, Azərbaycanda gedən
urbanizasiya prosesinə passionarlığın bir reaksiyası
kimi qeydə alınsın? Ola bilərmi ki, meyxana dünyanı
məhəlli aspektdə qavramaq tərzi, öz məhəlləndə xoşbəxt
olmaq tərzi kimi yozulsun? Hər halda qəribə və
təəccüblüdür: bir yanda İnternet, bir yanda meyxana;
bir yanda rəqəmsal sənət, bir yanda...
yenə meyxana;
bir yanda super bulvar, super fontanlar, bir yanda...
yenə meyxana... Bu milli özünüdərkin, milli
294
təfəkkürün, milli ruhun, milli mədəniyyətin XXI
əsrdə pozitividir, yoxsa neqativi? Birmənalı cavabım
yoxdur. Fakt bu ki, meyxana artıq ictimai sosial,
ruhsal və kulturoloji
hadisə statusunda bütün
Azərbaycanı iri addımlarla dolaşır.
2000-2010-cu illər
EROTİKA VƏ HƏYA,
yaxud
ŞƏHƏRDƏ AVANQARD
(elmi-kulturoloji partitura)
Erotika məkrdir; məkrli olan nə varsa, hamısı
erotikdir. Bu fikrin müəllifinin kim olduğunu,
şübhəsiz ki, həmin adam avropalıdır, artıq unutmuşam.
Ancaq bir məsələni dəqiq bilirəm ki,
mənim sərbəst
tərcüməmdə orijinalın ruhu, mənası bütün dolğunluğu və
ekspressivliyilə saxlanılıb.
Mənəviyyat və əxlaq sanır ki, erotika İblisdir;
İblis isə erotikliyin ideal obyektidir. Mefistofel
dünya ədəbiyyatının ən erotik obrazıdır. Apokalipsisi
şərtləndirən səbəblərdən biri, və bəlkə də birincisi,
erotikadır. Elə məhz erotika əxlaqı diz üstə çökdürür.
Erotika neqativ enerjinin təzahürüdür. Sevgi erotika
zamanı mənfi işarəli olur.
Mədəniyyətin içi isə həmişə erotika ilə doludur:
çünki mədəniyyət basqıların modifikasiya olunmuş
gerçəkliyidir, şəklidir, obrazıdır.
Xaos... Apokalipsis... erotika... mən onları bir-
birinə bərabər görürəm. Onların
hər üçü kosmosun sona
yetdiyinə bir işarə... Xaos qorxu və təhlükə
sahmansızlığıdır. Erotika isə qorxu və təhlükə ilə
qapıbir qonşudur.
Seksin teatral “qurğu”suna o zaman