301
etiraz doğurmur. Yəni “Dekameron” gülüşün köməyi
ilə cəhənnəmdən qurtulmaq vasitəsidir.
Xristianlıqda mənəvi təmizlik bədənə verilən
əzabdan başlayır. Bədən bürünəndə erotikanın obyektinə
çevrilir. Həya bizim geyindiyimiz virtual paltardır.
İsa Məsih antik yunanların gözəl bədənlərinə
qarşıdır. İsa Məsihin cəfaları onun həyasıdır.
İşgəncə, ağrı
həzz kimi qavranılanda erotika
müstəvisinə keçir. Burada cəfa erotikliyin motivi kimi
götürülə bilər. İsa Məsih həyanı, başqa sözlə, virtual
pal- tarı dini toplumlar üçün qanuniləşdirdi.
Cəfa İsa Məsihin həyasıdır.
Dünyanı instinktlər idarə edir... Toplumu -
qanunlar, instinktlərin fəaliyyət çevrəmini
müəyyənləşdirən qanunlar... Ədəbiyyat və incəsənəti
isə - erotika: qarşıtların, qütblərin, əksliklərin
münasibət sehri, münasibət müəmması...
Qərbin xristian mədəniyyətinin kontekstində İsa
Məsihlə Markiz de Sad bir-birilə üzbəüz dayanmış
ikilik kimi “oxuna” bilər. Markiz de Sad romantizmin
işgəncələr “bəstəkarı” idi. İsa Məsihin introvertliyi
Markiz de Sadın ekstrovertliyilə tarazlaşır: bunu Qərb
mədəniyyətinin özü tarazlaşdırır.
Yalnız cəmiyyət soyunmağa həyasızlığın,
abırsızlığın ekvivalenti kimi baxır. Paltarlı olmaq
həyalı olmağın əlaməti. Bəlkə də əksinə... Paltar
olmasa, kim nəyi soyunacaq ki? Əslində, paltarı yox,
məhz həyanı “soyunmaq” erotikdir.
Rəqs həmişə erotikdir: çünki intim seksual
yaşantıları məkanda obrazlaşdırır, işarələyir. Biz
rəqsə baxanda isə
həmin eyhamları bir növ
“soyundururuq” və görürük ki, rəqsin əsas ideyası
özünün seksual hazırlığını, seksual imkanlarını toplum
(ailə, tayfa, qəbilə) içrə bəyan etməkdir.
Xristianlıq dünya mədəniyyətinin avanqardı kimi
səhnəyə atılır. Sənətdə avanqard özündə həmişə erotika
cizgiləri görükdürür. O, bir qayda olaraq bəşəri
harmoniyanın pozulmasından “ilhamlanır”, kütlənin
302
düşüncə tərzinə, yaşam üslubuna və ictimai psixoza
qarşı
təcavüzdə bulunur, alternativ mövqedə
qərarlaşır. Hər bir təcavüzdə isə müəyyən qədər
erotika gizlənib. Avanqard kütləviləşəndə, yəni
hamıdan ötrü dəbə minəndə ölür. Avanqard potensial
müəmmadır. Müəmma isə erotikdir.
Avanqard küncə qısılmışların istiqlal dinidir.
Din həmişə erotikdir: çünki yasaqların arxasında
nələrin gizləndiyindən xəbərdardır. Din ideoloji,
mənəvi-əxlaqi çarşabdır. Din həyadır.
Memarlığın özü erotikdir; memarlıqda mövcud bütün
üslublar (və formalar, formaların dinamizmə gətirilmə
şəkilləri) erotikdir. Çünki intim-seksual əlaqələri,
“in” və “yan” başlanğıclarını məkan içrə daşların
köməyilə obrazlaşdırır.
Qərblə müqayisədə Şərq həmişə pal-paltar, zər-
ziba, zinət içində əriyib-itməyi sevib. Bütün Şərq
mədəniyyəti erotika ilə həyanın ecazkar sintezi
üzərində qurulur. Yaxın və Orta Şərq məmləkətlərinin
Ortaçağ mədəniyyətində bu sintezin qəribə, paradoksal
təzahürləri mövcud.
İslam mədəniyyəti həya mədəniyyətidir. Ona görə də
bu mədəniyyətdə pərdə (hicab, çarşab, rübəndi, cilbab,
pərəncə, yaşmaq, niqab PƏRDƏ invariantları kimi)
permanent şəkildə aktualdır. Pərdənin mövcudluğunu
həya labüdləşdirir. Mədəniyyət instinktlər və basqılar
üzərinə çəkilmiş pərdədir. Müsəlman kişisi üçün
çarşabın içindən görünən topuq, və ya çarşabı çənənin
altında bürmələmiş ağ əl son dərəcə erotik ola bilər.
Pərdə hər zaman marağı gücləndirən faktordur. Deməli,
örtük (həya) burada erotikanı, ehtirası, kişi
aqressivliyini (“axı, görəsən, pərdənin arxasında nə
var?” sorusu ən ilginc sorudur) aşkar provokasiya
edir. Elə bu mənada mədəniyyətlə həya arasında bir
bərabərlik işarəsi qoymaq mümkündür. Pərdə müəmmanı,
sirri eyhamlaşdırır. Erotika isə elə sirrin
poeziyasıdır:
303
“Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur, dedilər dərmanın”.
Ezoterik mənalar dışında Füzulinin bu beyti çılxa
erotika kimi qavranılır. Erotik yaşantılar ədəbiyyatda
obraz, işarə, eyham kimi öz bədii gerçəkliyini tapır.
P.Uspenski belə bir tezislə
çıxış eləyirdi:
“Mədəniyyət tarixi elə eşq tarixidir”. Eşq qurtaranda
ədəbiyyat da, sənət də qurtarır. Verbal və ya vizual
mədəniyyətdə eşqin təsviri həmişə erotik xislətə malik
olur. Çünki bu məqamda “üçüncü” faktoru həlledici
mövqeyə varır. Təbii ki, burada söhbət məxfi
vuoyarizmdən, yəni qadını
xəlvəti güdməkdən,
izləməkdən duyulan həzzdən gedir. Yazar, sənətçi sənə
heç vaxt heç kimin görmədiyini göstərir, səni
gizlinlərin şahidinə çevirir. Füzuli də haradansa,
hansı bir dəlikdənsə hamama baxır, yarını görür və
gördüyü mənzərəni həməncə bizə danışır, bizə
görükdürür:
“Qıldı ol sərv səhər nazilə həmmamə xüram,
Şəm’i rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.
Nilgun futaya sardı bədəni-üryanın,
San bənövşə içinə düşdü müqəşşər badam”.
Gözəlin hamamda paltarlarını soyunub üryan olması
və yenidən al fitəyə bürünməsi üzərində Füzulinin
qurduğu erotik oyun son dərəcə suggestivdir. Bu
erotikanı şərtləndirən bir də şairin həyasıdır ki, onu
pornoqrafiya (qədim Yunanıstanda ən ucuz fahişələrə
“pornay” deyirdilər. “Pornoqrafiya” kəlməsi də məhz bu
sözdən düzəldilmədir) səviyyəsinə enməyə qoymur.
Füzuli seksual həvəsi bacardıqca daha çox
məxfiləşdirmək, eyhamlaşdırmaq, öz həyası, xəfif bir
Dostları ilə paylaş: |