Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə108/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   104   105   106   107   108   109   110   111   ...   123

 
326
     Tənqid sualdır. 
     Tənqid refleksiyadır. 
     Tənqid həmişə kütlə ünvanlıdır. 
     Tənqid kütlədə özünə dayaq axtarır. 
     Tənqid bədii gerçəkliyin qnoseologiyasıdır. 
     Tənqid maskanı yırtıb üzü göstərmək vasitəsidir. 
     Tənqid dövrün neqativdə görünən portretidir. 
     Tənqid fərdlə susqun çoxluq arasında 
əlaqələndiricidir. 
     Tənqid müasirliyin fenomenoloji bəyanatıdır. 
     Tənqid ictimai staqnasiyaların ifadə 
patologiyasıdır.  
     Tənqid çözümdür. 
     Tənqid bilmədən bilmənin bilgisidir. 
     Tənqid çağdaş düşüncə paradokslarının təzahür 
legitimliyidir. 
     Tənqid demokratik fikrin mövcudlğunun təsdiqidir. 
     Tənqid psixolojinin və bilincsizliyin faktıdır. 
     Tənqid motivləşdirilməmiş reaksiyadır. 
     Tənqid motivləşdirilmiş reaksiyadır. 
     Tənqid affektiv münasibətdir. 
     Tənqid tolerantlığın ifadəçisidir. 
     Və daha nələr, nələr, nələr... Yazsam yazılasıdır. 
     Ancaq... 
aşıqsayağı söyləmələrlə qurtaraq, 
mahiyyətə varaq, həyatın tarixindən, tarixin həyatından 
qazandığımız təcrübəni aktuallaşdıraq və baxıb görək, 
bu “tənqid” deyilən bir şey axı nəmənədir? 
 
I hissə 
 
     “Madam  Bovari”  romanının müəllifi fransız Flober 
hər yanda car çəkirdi ki, tənqid yaranışından xeyirxah 
olmayıb. Çox ağır bir ittiham! 
     Güman  ki,  kiminsə  tənqidi onu bərk sancıb və ya 
nahaqdan incidib. 
     Soruşulur: bu fransız yazarını öz acı  tənqidilə 
qıcıqlandırmış Allah bəndəsinin adı  və soyadı  nədir? 
Sualın cavabı müşküldür. Belə ki, bu faktı Flober 


 
327
irsini tədqiq edən  şünaslardan savayı bir kimsə 
bilə bilməz. Dünya isə yalnız və yalnız Güstav Floberi 
tanıyır... 
     Azərbaycan masştabında çoxmu adam Cəfər Xəndan 
adlı bir tənqidçidən xəbərdardır? Əlbəttə ki, yox. Amma 
Əlağa Vahid milli ədəbiyyatımızın dünənki  əfsanəsidir. 
Vaxtilə vulqar sosioloji dalğaya köklənmiş Cəfər Xəndan 
Vahidin  ən amansız tənqidçisi olub. Özü də elə bir 
ifşaedici tənqidlə  çıxış edib ki, bundan sonra şairi 
tut, apar, güllələ. Hərçənd bu tənqid heç nə ilə 
sonuclanmayıb. Nədən ki, sovet ideologiyası şürbi şair 
Vahidi özünə ciddi rəqib saymırdı. Nəsə... sözümün canı 
bu ki, əgər mən teatrşünasın da bu gün Cəfər Xəndanla 
ilişikli bir məlumatım varsa, Əlağa Vahidə görə var. 
Çünki məhz qəzəlxan Vahid tənqidçi Cəfər Xəndanı lətifə 
qəhrəmanına çevirib və folklor müstəvisində, urvatsız 
bir şəkildə olsa da, “yaşadıb”...                            
     Hələ indiyə kimi heç bir uşaq deməyib ki, mən 
böyüyüb tənqidçi olacağam... Mədəniyyət peşələr 
cərgəsində beləsini görmür.  
     “Mən tənqidçiyəm” cümləsinin gizlətdiyi məxfi məna 
budur ki, mən dahiyəm, hamıdan üstünəm, fikir 
mütləqliyinə iddialıyam. Busa psixi pozğunluq 
əlamətidir, latent nərgizlikdir, klinik təzahürdür. 
Permanent tənqidçilik nonsensdir; şairliksə mümkündür. 
Ondan ötrü ki, obyektdən kənarda tənqidçi yoxdur. 
Obyekt qurtaranda onun tənqidi də, tənqidçisi də 
qurtarır: amma nəzəriyyə, təbii ki, poetika statusunda 
qalıb öz ömrünü yaşaya bilər.   
     TƏNQİDİ fikir tarixinə FƏLSƏFƏ gətirir. 
     FƏLSƏFƏ tənqiddən yaranır. 
     Toplum  sanır ki, TƏNQİD köhnənin süpürgəçisidir, 
yeninin müjdəçisi. Deməli, tənqidin ictimai rolu 
pozitivdir. Bu, belə qəbul edilib.  
     Olsun. 
     Hərçənd bu məqalə kontekstində  mən çalışmışam ki, 
tənqidin tarixi missiyasını  və  məğzini dekonstruksiya 
eləyim. 


 
328
     Birinci  növbədə onu söyləyim ki, TƏNQİD 
İNSTİNKTDİR!  Məhz tənqid insanı seçmək dilemması 
qarşısında qoyur. Tənqid bilincsizlikdə latent formada 
mütəmadi olaraq oyaqdır. 
     “Kritik”  sözü  nə deməkdir? Baxım, təhlil, fikir, 
rəy. Hər bir orqanizm buna instinktiv şəkildə 
proqramlaşdırılıb. Bədən “mən”dən öncə “baxır”, 
“fikirləşir”, “təhlil edir”, “rəy çıxardır”, “qərar 
verir”. Nədən ki, təbii seçmə  tənqid situasiyasıdır, 
tənqidin lokusudur. Sürüdə dişilərin güclü erkəyə 
üstünlük verib onu Öcülə çevirmələri təbii seçmədə 
mövcud tənqid rudimentidir. Tənqid instinkti düzgün 
seçimi və özünümüdafiəni aktuallaşdırır. 
     Bəs aşkar, xalis tənqidin meydana gəlməsi nə ilə 
əlaqələnir? Sənət,  ədəbiyyat aləmində  tənqidi hansı 
psixoloji səbəblər törədir? 
     Bu  qəfil, kəskin və öyrəşmədiyimiz suallar, 
bildirmələr izaha möhtac. 
     Elə isə “tənqid”, “kritika” yox ha, sözünün 
mənasına və açımına doğru.  
     Əvvəlcə “etioloji xəritə”nin mərkəzi iki tezisi:  
a)
 
tənqid toplumun (ictimai rəyin) bəşəri dəyərləri 
saf-çürük eləmək (seçmək) vasitəsidir, yoludur; 
b)
 
tənqid insanın instinktiv müdafiə reaksiyasının 
mədəniyyət şəbəkısinə köçürülmüş təzahürüdür. 
     Tənqid kanonları, streotipləri hifz etmə amacıdır, 
tanış olmayandan, özgəsindən qorunma cəhdidir. Məntiqi 
nəticə budur ki, tənqid həmişə yeninin tənqididir. Siz 
əgər fikir vermisinizsə,  ədəbiyyat və  sənət tarixinin 
bütün mərhələlərində 
tənqid obyektləri ya yeni 
fikirdir, ya yeni sözdür, ya da yeni formadır. Və 
yeninin tənqidi, o öz estetik qanunlarını, poetikasını 
yaradana qədər, davam edir. Ta bundan o yana yenisi 
köhnəsidir. 
     Kontrversiya:  tənqid həmişə köhnənin tənqididir. 
Məsələ bu ki, yenisi köhnənin tənqidi kimi formalaşır 
və bununla da özünü köhnənin tənqid obyektinə çevirir. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə