Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə110/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   106   107   108   109   110   111   112   113   ...   123

 
332
formalaşır. Bəşər tarixinin ilk tənqidi  atanın 
tənqididir. Gərçi ata varsa, onun tənqidi də var. Bu 
tənqid həsəd və qorxudan yoğrulur, özünütəsdiq 
hissindən peyda olur. 
     Bəşər tarixinin ilk tənqidi  oğulun  tənqididir. 
Gərçi oğul varsa, onun tənqidi də var. Bu tənqid 
instinktiv 
şəkildə gerçəkləşən özünümüdafiənin 
təzahürüdür. 
     Ata  köhnəsidir, oğul - yenisi. Yəni tənqid  əbədi 
təkrarlanan situasiya olub inkarı inkar üzərində 
qərarlaşır. Məhz bu müstəvidə 
tənqid eposdan, 
lirikadan, dramdan önə keçir, avanqard pozisyonda yer 
tutur. Deməli, ədəbiyyat yaranmamışdan əvvəl də tənqid 
mövcud idi. 
    Tənqid mifin başlanğıc situasiyasıdır.  Əgər başqa 
cür desək, mif tənqiddən başlayır. 
     İstərdim ki, bu məsələni bir az da gəlişdirim. 
Bunun üçün öncə Avstriya psixiatrı Ziqmund Froydun 
“Totem və tabu” əsərinin  əsas situasiyasını  qısa 
şəkildə danışacağam. Filoloji düşüncə tərzinə köklənmiş 
bu psixiatra görə  qədim insanlar sürü halında 
yaşayarkən dişilər bir Ataya, - Öcülə, - məxsus 
olublar. Dişilərə yaxın düşmək digər erkəklərə, yəni 
oğullara, yasaq edilmişdi.  Əslində, bu hələ yasaq 
deyildi, dişilərlə bölüşmək istəməyən Öcülün azman gücü 
qarşısında qorxu idi. Belə yaşamağın mümkün olmadığını 
görən oğullar (potensial qardaşlar) bir gün yığışıb 
Öcül atanı öldürdülər və onun ətini parçalayıb yedilər. 
Yedilər ki, Öcülün gücünün bir hissəsi onlara keçsin. 
Məqam onunla nəticələndi ki, hər oğul özünü bir ATA 
bildi. Sürü ailələrə bölünüb bir toplum halına gəldi. 
Froyd deyir ki, bu, bəşər tarixində misli görünməmiş 
bir bayramdır.  Əlbəttə ki, qorxu və  həsəddən törəmiş 
bir bayram.                                                  
     Amma  və lakin… sonradan oğullar anladılar ki, 
doğma atalarını öldürüblər; və bir gün ayıldılar ki, 
özləri də Ata olublar: deməli, onları da qarşıda 
“motivləşdirilmiş” qətl gözləyir. Odur ki, oğullar Ata, 


 
333
- Öcülü, - totemə çevirdilər. Dedilər ki, yox, 
bizim Atamız ölmədi, onun ruhu köçüb, - barmaqlarını 
tuşladılar hər hansı bir heyvanın üstünə, - bax, bu 
heyvanda yaşayır. Beləliklə, həmin heyvan oldu totem və 
onun 
ətinin yeyilməsi yasaq buyruldu. Totem 
müqəddəsləşdi, ona tapındılar. Bununla da Atanı 
öldürməyə  əbədi qadağa qoyuldu. Nevrozların təbiətini 
öyrənəndə Froydun fikirlərinin doğruluğu həməncə 
aydınlaşır… 
     Hərçənd bu məqalə kontekstində  məni maraqlandıran 
əsas məsələ qaşılıqlı inkar problemidir. Atanın inkarı 
atanın oğullar tərəfindən “tənqidi”dir ki, ölümlə, qan 
tökülməsilə  nəticələnir. Öcül-Ata da öz növbəsində 
oğulları inkar edir ki, bu da oğulların “tənqidi”dir: 
onların sürüdən qovulması ilə sonuclanar. Beləliklə, 
bəşər mədəniyyəti tarixində ilk tənqid faktı Atanın 
“tənqidi”dir. Oğulların “tənqidi” isə Atanın artıq 
gerçəkləşmiş olaya reaksiyasıdır. Bununla da qarşılıqlı 
tənqid (və ya inkarı inkar) inkişafın yeni yatabını 
provakasiya edir: totem meydana gəlir və Ata-Oğul 
münasibətlərini tamam başqa bir müstəviyə yönəldir ki
burada Öcül müqəddəslik nişanələri ilə 
“mükafatlandırılır”. Məhz Ata-Öcülün tənqidi ailə  və 
dinin yaranmasını şərtləndirir. 
     Hər bir ailə dinə möhtacdır. 
     Dinin qoruyucusu ailədir. 
     Ata olmayanda din olmur, din olmayanda Ata olmur. 
     Harada  din  qurtarır, oradan anarxiya, orgiya 
başlayır. 
     Orgiya sürünün (kütlənin) əlamətidir. 
     Öcül  (rəhbər, başçı) həmişə latent orgiya 
təhrikçisidir. Diktatorların hamısı bu və ya digər 
şəkildə həmişə orgiya ilə bağlı olublar. 
     Atanın Öcülə çevrilməməsi üçün oğulların tənqidi 
mütləqdir. 
     Ailə  və orgiya bir araya sığmayan anlayışlardır. 
Onlar heç vaxt bir-birilə görüşə bilməz.  Əgər 
görüşərsə, onlardan biri həməncə məhv olub gedər. 


 
334
    Onda  belə  çıxır ki, ilk tənqid eyni zamanda 
orgiyaçılığın tənqididir, Öcülün (məxfi Atanın) 
orgiyaçılığa olan meylinin, həvəsinin tənqididir. 
 
II hissə 
 
     “...  və onlara dedi: “Eşitdiyinizi mənimsəyin. 
Hansı ölçü ilə ölçərsinizsə, sizə  də  həmin ölçü ilə 
yanaşılacaq”. Bu, sitat Müqəddəs Markın nəql etdiyi 
İncildəndir. Bax, budur əsl tənqid parametri: ölçü. 
Məgər dünyada ən darıxdırıcı  şey qanun və ölçü deyil? 
“Mühakimə etməyin, mühakimə olunmazsınız”. Tənqidin 
tənqidi yoxsa tənqid  əleyhinə ilk üsyan? Xisləti 
nəsranilikdən (xristianlıqdan) gəlir. 
     Öcülü 
(Atanı) öldürdülər və öldürülməkdən 
qorxdular. 
     Ancaq...  məsələnin başqa bir çaları da məlum: 
atalıq iddiası mübarizə, qarşıdurum təhrikçisidir. ATA 
(ÖCÜL, BAŞÇI, RƏHBƏR, AĞSAQQAL, DAHİ) olmaqdan ötrü 
mütləq qalib olmalısan. Deməli, tənqid mübarizə 
vasitəsidir, mübarizə üsuludur. Belə ki, hər bir 
mübarizə  nəyinsə inkarından (mütləq tənqid) başlayır. 
Bu mənada  TƏNQİD  İNKAR FƏLSƏFƏSİDİR. Inkar hər hansı 
bir mübarizədə yeni ideyanın aqressiya leytmotividir. 
İdeya öz xislətindəki inkar motivilə aqressivləşir. Və 
qəribəsi budur ki, inkar dışında ideya nonsensdir. 
İnkar ideyanın hərəkət və inkişaf dinamikasının 
təminatçısıdır. Amma həqiqət bu ki, mübarizə heç vədə 
heç bir kimsəyə xeyir gətirməyib: nədən ki, qutsal 
enerjini tükəndirir. Mübarizə (deməli, inkar, tənqid) 
inkişafın 
əsas atributudur. Lakin... heç kəs 
qətiyyətlə, birmənalı  şəkildə deyə bilməz ki, bu 
“inkişaf” adlandırılmış bir təzahürün qarşısında müsbət 
işarəsi dayanır, yoxsa mənfi? Tənqid mübarizə 
avanqardıdır, mübarizə müjdəçisidir. O, mübarizə 
fəlsəfəsinin, inkar fəlsəfəsinin daşıyıcısıdır. Və 
yalnız daşıyıcısı... Elə ona görədir ki, tənqid heç 
vaxt tarixin əfsanəsinə dönüb “əbədiləşmir”, yalnız 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə